Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə9/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   5   6   7   8   9   10   11   12   ...   76

25 
 
DGK-nin  idarəçilik  fəaliyyəti  ilk  növbədə  tabeli  gömrük  orqanları  ilə 
qarşılıqlı  münasibətlərdə  öz  əksini  tapır.  Bəzi  hallarda  DGK  fiziki  şəxslər  və 
vəzifəli  şəxlərlə  bilavasitə  ünsiyyətdə  olur.  Gömrük  orqanlarının  ümumi 
məsələlərədən  başqa  DGK  gömrük  xidmətinə  rəhbərlik  və  gömrük  işinin 
inkişafı  ilə  əlaqədar  olan  spesifik  məsələləri  həll  edir.  Azərbaycan  dövlət 
Gömrük Komitesi: tabeli orqanların, müəssisələrin, qurumların mülkiyyətinin 
idarə  edilməsində  mülkiyyətçi  hüquqlarını  həyata  keçirir;  gömrük 
orqanlarının  vəzifəli  şəxsləri  tərəfindən  qaçaqmalçılıq,  gömrük  qaydalarının 
və  vergi  qanunvericiliyinin  pozulması  halları  barədə  işlərin  icraatında 
prosessual normalara əməl edilməsinə nəzarət edir, belə pozuntular barədə 
verilmiş şikayət və protestlərə baxır. Azərbaycan Respublikasının gömrük işini 
bilavasitə həyata kecirən orqanlar DGK-nin təstiq etdiyi əsasnamələrə uyğun 
fəaliyyət  göstərirlər.  DGK-nin  fəaliyyətinə  Sədr  rəhbərlik  edir.  Respublika 
Prezidenti Komitə sədrini vəzifəyə təyin və vəzifədən azad edir. Gömrük işinə 
rəhbərliyin mühüm məsələləri DGK Kollegiyasının iclaslarında müzakirə edilir. 
DGK-nin  mərkəzi  aparatı,  əsasən  operativ  tədbirlər  həyata  kecirir,  gömrük 
sisteminin  işləmə  mexanizmini  yaradılır,  müvafiq  normativ  aktların 
hazırlanmasını  təmin  edir,  məlumatların  yığılması  və  analizi,  idarəetmə 
qərarların  mərhələlərinin  hazırlanması  və  yerli  gömrük  orqanlarının 
fəaliyyətinin əlaqələndirilməsini təşkil edir. 
DGK-nin  idarə  və  şöbələri  gömrük  xidmətinin  mərkəzi  orqanı 
səviyyəsində  qərarlar  qəbul  edilməsini  təmin  edir  və  bu  qərarların  yerlərdə 
yerinə  yetirilməsini  təşkil  edir.  DGK-nin  idarə  və  şöbələri  öz  səlahiyyətləri 
çərçivəsində  gömrük  işinin  bəzi  məsələlərini  müstəqil  həll  edir  və  yerli 
gömrük orqanlarının fəaliyyətinin konkret sahələrini istiqamətləndirirlər. 
DGK-nin  idarə  struktur  bölmələrinin  iş  prinsipinin  əsasını  funksional 
fəaliyyət  təşkil  edir,  yəni  hər  bir  idarə  və  şöbənin  fəaliyyəti  DGK-nə  həvalə 
edilmiş funksiyaların yerinə yetirilməsini təmin etmək məqsədi güdür. 
Dövlət Gömrük Komitəsinin əsas funksiyaları aşağıdakılardır: 
1.  Azərbaycan  Respublikasında  gömrük  işini  təşkil  etmək  və  onu 
təkmilləşdirmək; 
2. Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirmək; 


26 
 
3.  Öz  səlahiyyətləri  daxilində  Azərbaycan  Respublikasının  iqtisadi 
mənafeyini və təhlükəsizliyini qorumaq; 
4.  Öz  səlahiyyətləri  daxilində  Azərbaycan  Respublikasının  gömrük 
ərazisinin vahidliyini təmin etmək; 
5.  Azərbaycan  Respublikasında  qabaqcıl  gömrük  tənzimlənməsi 
vasitələrinin tətbiqini təşkil etmək; 
6.  İcrasına  nəzarət  gömrük  orqanlarına  həvalə  olunmuş  gömrük  işinə 
dair və digər qanunvericiliyinə əməl olunmasını təmin etmək; 
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ona həvalə edilmiş 
funksiyalara  əsasən  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun 
olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 
1.  Azərbaycan  Respublikasının  gömrük  siyasətinin  həyata  keçirilməsi 
üçün  hüquqi,  iqtisadi,  təşkilati  mexanizmlər  hazırlayır  və  onların  həyata 
keçirilməsini təmin edir; 
2.  Azərbaycan  Respublikasında  gömrük  işinin  inkişafı  proqramını 
hazırlayır və həyata keçirir; 
3. Gömrük nəzarətinin həyata keçirilməsini və təkmilləşdirilməsini təşkil 
edir,  bu  cür  nəzarətin  səmərəliliyinə  zərər  vurmadan  onun  sadələşdirilməsi 
və təkmilləşdirilməsi üçün tədbirlər görür; 
4.  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən  mallar 
barəsində  qiymətlərin  tənzimlənməsi  və  digər  qeyri-tarif  tədbirləri  də  daxil 
olmaqla,  iqtisadi  proqramların  işlənib  hazırlanmasında  iştirak  edir  və  öz 
səlahiyyətləri daxilində onların həyata keçirilməsini təşkil edir; 
5. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan 
vergilərin,  gömrük  rüsumlarının,  aksizlərin,  habelə  digər  gömrük 
ödənişlərinin  alınmasını,  beynəlxalq  avtomobil  daşımalarını  yerinə  yetirən 
xarici  ölkələrin  nəqliyyat  vasitələrinə  sərhəddə  «İcazə»  blanklarının 
verilməsinə görə dövlət rüsumunun tutulmasını təşkil edir; 
6.  Malların  gömrük  dəyərinin  düzgün  müəyyən  olunması  üzərində 
nəzarət sistemini təşkil edir; 


27 
 
7.  Gömrük  rüsumlarının, müvafiq  dövlət  rüsumlarının, vergilərin 
vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsini təmin edir; 
8.  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş 
hallarda  lisenziya  və  ya  ixtisas  attestatları  verir,  onları  ləğv  edir,  yaxud  geri 
alır, reyestrinin aparılmasını təmin edir; 
9.  Mallar  və  nəqliyyat  vasitələri  Azərbaycan  Respublikasının  gömrük 
sərhədindən  keçirilərkən  müvafiq  gömrük  proseduralarından  səmərəli 
istifadəni təmin edir; 
10.  Malların  və  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının 
gömrük  sərhədindən  keçirilməsinə  dair  qaydaların  işlənib  hazırlanmasını 
təşkil və onların icrasını təmin edir; 
11.  Malların  və  nəqliyyat  vasitələrinin  gömrük  rəsmiləşdirilməsinin 
həyata  keçirilməsini  təşkil  edir,  onun  təkmilləşdirilməsi  və  sadələşdirilməsi 
üçün tədbirlər görür; 
11-1.  malların  baytarlıq,  fitosanitar,  gigiyenik  və  digər  sertifikatlarının 
(şəhadətnamələrinin)  yoxlanılmasını,  sərhəddə  həmin  mallar  üzərində 
baytarlıq, fitosanitar, sanitariya nəzarətini həyata keçirir; 
11-2. ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi 
qeydə  alınan  qonşu  ölkələrdən  Azərbaycan  Respublikasının  ərazisinə  keçən 
nəqliyyat  vasitələrini  baytarlıq  qanunvericiliyində  müəyyən  edilmiş  qaydada 
və müddətdə məcburi dezinfeksiya edir; 
12.  Müstəqil  surətdə,  yaxud  zəruri  olduqda  digər  hüquq-mühafizə 
orqanları  cəlb  edilməklə  gömrük  nəzarəti  zonası  rejiminə  riayət  olunmasına 
nəzarəti təmin edir, gömrüyün infrastruktur obyektlərinin mühafizə sistemini 
təşkil  edir,  Azərbaycan  Respublikasının  gömrük  sərhədinin  qorunması 
məqsədi ilə digər tədbirlər də həyata keçirir; 
13.  İcrasına  nəzarət  Azərbaycan  Respublikasının  gömrük  orqanlarına 
həvalə  olunmuş  gömrük  işi  üzrə  və  digər  qanunvericilik  aktlarına  əməl 
olunmasını təmin edən tədbirlər sistemini hazırlayır və həyata keçirir; 
14. Rezident və qeyri-rezident tərəfindən milli və xarici valyutanın, eləcə 
də  digər  valyuta  sərvətlərinin  müvafiq  qanunvericiliyə  uyğun  olaraq 
Azərbaycan  Respublikasının  gömrük  sərhəddindən  keçirilməsinə,  habelə 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə