Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə6/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   2   3   4   5   6   7   8   9   ...   76

16 
 
1.  "Gömrük  tarifi  haqqında"  qanunun  təsdiq  edilməsi  barədə(  No  1064  / 
20.06.1995) 
2. "BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" gömrük 
Konvensiyasının təsdiq edilməsi barədə (No 33-IQ / 12.03.1996) 
3.  Yoxlama  və  attestasiya  məqsədilə  daşınan  normativ  sənədlərin,  etalonların, 
ölçmə  vasitələrinin  və  standart  nümunələrin  gömrük  rüsumlarından,  vergilərdən  və 
xüsusi icazələr verilməsindən azad edilməsi haqqında Sazişin təsdiq edilməsi barədə (No 
171-IQ / 08.10.1996) 
4.  Azərbaycan  Respublikası  Gömrük  Məcəlləsinin  təsdiq  edilməsi  haqqında  (No 
304 -IQ / 10.06.1997) 
5.  Azərbaycan  Respublikası  Hökumət  və  Qazaxıstan  Respublikası  Hökuməti 
arasında  gömrük  işi  sahəsində  əməkdaşlış  haqqında  Sazişin  təsdiq  edilməsi  barədə  (No 
338-IQ / 26.06.1997) 
6.  "Gömrük  tarifi  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa  dəyişiklik 
edilməsi barədə (No583-IQD / 11.12.1998) 
7.  "Gömrük  orqanlarında  xidmət  haqqında"  Əsasnamənin təsdiq  edilməsi  barədə 
(No 768-IQ / 07.12.1999) 
8. "Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər 
arasında  dövriyyədə  olan  əmtəələrin  gömrük  rəsmiləşdirilməsi  və  gömrük  nəzarəti 
qaydası haqqında" Sazişin təsdiq edilməsi barədə (No 793-IQ / 01.02.2000) 
9.  "Azərbaycan  Respublikası  Hökuməti  ilə  Bolqarıstan  Respublikası  Hökuməti 
arasında  gömrük  işi  sahəsində  qarşılıqlı  əməkdaşlıq  haqqında"  Sazişin  təsdiq  edilməsi 
barədə (No 803-IQ / 08.02.2000) 
10.  "Sərhədlərdə  yüklərin  nəzarətdən  keçirilməsi  şərtlərinin  razılaşdırılması 
haqqında" Beynəlxalq Konvensiyaya qoşulmaq barədə (No 810-IQ / 11.02.2000) 
11.  "Yol  nəqliyyat  vasitələrinin  ticarət  və  kommersiya  məqsədi  ilə  müvəqqəti 
idxalının Gömrük Konvensiyası"na qoşulmaq barədə (No 813-IQ / 11.02.2000) 
12.  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsi  ilə  Qazaxıstan 
Respublikası  Dövlət  Gəlirləri  Nazirliyi  arasında  qaçaqmalçılıq  və  gömrük  qaydalarının 
pozulması,  həmçinin  silahların,  döyüş  sursatlarının,  partlayıcı  maddələrin,  narkotik 


17 
 
vasitələrin,  psixotrop  maddələrin  və  prekursorların  qanunsuz  dövriyyəsi  ilə  mübarizə 
sahəsində  əməkdaşlıq  haqqında"  Sazişin  təsdiq  edilməsi  barədə  (No  118-IIQ 
/03.04.2001) 
13.  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsi  ilə  Qazaxıstan 
Respublikası Dövlət Gəlirləri Nazirliyi arasında sərhədlərdən qanunsuz keçirilən mədəni 
sərvətlərin  tutulub  saxlanması  və  qaytarılması  məsələləri  üzrə  əməkdaşlıq  və  qarşılıqlı 
yardım haqqında" Sazişin təsdiq edilməsi barədə (No 119-IIQ / 03.04.2001) 
14.  "Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsi  ilə  Qazaxıstan 
Respublikası  Dövlət  Gəlirləri  Nazirliyi  arasında  əməkdaşlıq  və  gömrük  sənədlərinin  və 
gömrük təminatlarının qarşılıqlı tanınması haqqında" Sazişin təsdiq edilməsi barədə (No 
120-IIQ /03.04.2001) 
15.  Azərbaycan  Respublikası  Gömrük  orqanlarının tanınma  nişanı haqqında  (No 
134-IIQ /01.06.2001) 
16. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında (No 135-IİQ 
/01.06.2001) 
17. Tütün və tütün məmuoatı haqqında (No 138-IIQ / 08.06.2001) 
18.  "Müstəqil  Dövlətlər  Birliyinin  iştirakçısı  olan  dövlətlərə  gətirilən  mallara 
texniki, tibbi, əczaçılıq, sanitar, baytar və vitosanitar normaların, qaydaların və tələblərin 
tətbiq edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə (No 257-IIQ / 12.02.2002) 
19.  "Tərkibində  əqli  mülkiyyət  obyektləri  olan  malların  gömrük  sərhədindən 
keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında" Qərarın təsdiq edilməsi barədə 
(No 259-IIQ / 12.02.2002) 
20.  "Gömrük  hüquqpozmalarının  qarşısının  alınması,  təhqiq  edilməsi  və  aradan 
qaldırılmasına  dair  qarşılıqlı  inzibati  yardım  haqqında"  Beynəlxalq  Konvensiyaya  və 
onun I-X Əlavələrinə qoşulmaq barədə (No267-IIQ / 19.02.2002) 
21. Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında 
"Gömrük  qanunvericiliyinin  düzgün  tətbiq  edilməsi  və  gömrük  hüquqpozmalarının 
qarşısının  alınması,  təhqiq  edilməsi  və  onlara  qarşı  mübarizə  aparılması  üçün  qarşılıqlı 
inzibati yardım haqqında" Sazişin təsdiq edilməsi barədə (No 295-IIQ / 09.04.2002) və s. 
 
 


18 
 
Azərbaycan R-da gömrük işinin təşkili və gömrük siyasəti. 
Suallar: 
1. Gömrük sisteminin təyinatı və funksiyaları. 
2. Az R-nın gömrük siyasəti və onun məqsədləri. 
3. Gömrük qanunvericiliyi. 
4. Azərbaycan Respublikası gömrük orqanlarının təşkilat strukturu. 
5. Az R-sı gömrük orqanlarının vəzifələri və hüquqları. 
6. Gömrük  işinin təşkil etdirilməsində gömrük infrastrukturunun rolu. 
Heydarov.K. “Gömrük işinin əsasları” cild 1. 
 
Gömrük işi – gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri 
barəsində  gömrük-tarif  tənzimlənməsi  tədbirlərindən,  xarici  ticarətin 
iştirakçıları  tərəfindən  gömrük  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş 
qadagalara  və  məhdudiyyətlərə  riayət  olunmasını  təmin  edən  üsullar 
toplusundan,  gömrük  siyasətinin  həyata  keçirilməsinin  digər  vasitələrindən 
ibarətdir.  (maddə  2)  Gömrük  tənzimlənməsi  dedikdə  gömrük  sərhədindən 
malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin 
riayət etməli olduğu norma və qaydaların müəyyən olunması başa düşülür.  
Azərbaycan  r-nın  gömrük    xidməti  ölkə  iqtisadiyyatının  dövlət 
tənzimetmə  sisteminin  əsas  tərkib  hissələrindən  biridir.  Gömrük  sisteminin 
məqsədi  və  təyinatı  –  Azər  R-nın  strateji  milli-dövlət  mənafələrinin  təmin 
edilməsindən,  milli  iqtisadiyyatın  sosial-iqtisadi  səmərəliliyini  və  rəqabətə 
davamlığını  stimullaşdırmaqdan,  ölkənin  milli  təhlükəsizliyinin  lazımı 
səviyyədə  saxlanılmasından,  xarici  iqtisadi  fəaliyyət  sahələri  üçün  əlverişli 
şəraitin təmin edilməsindən ibarətdir. 
Əvvələr  Azərbaycan  Respub-nın  SSRİ  tərkibində  olduğundan  onun 
müstəqil  gömrük  xidməti  olmamışdır.  Bununla  yanaşı  respublika  ərazisində 
SSRİ-yə  məxsus  gömrük  orqanları  fəaliyyət  göstərirdi,  idxal-ixrac 
əməliyyatlarına nəzarət İttifaq orqanları tərəfindən yerinə yetirilirdi. 
Milli iqtisadiyyat xarici iqtisadi əlaqələr sistemindən son dərəcə asılıdır. 
İqtisadiyyatın tənzimlənməsində məqsəd  onun təkmilləşmə və inkişaf  üçün 
zəruri  olan  strukturunun  fasiləsiz  olaraq  dəyişdirilməsini,  milli  təsərrüfatın 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə