Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə3/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   2   3   4   5   6   7   8   9   ...   76


 
Gömrüyün  funksiyalarına  həm  də,  yoluxucu  xəstəliklərin  müəyyən  edildiyi  tədbirdə 
bütün  sərnişinlərin  və  gəmi  heyətinin  sahildə  müəyyən  olunmuş  müddətlərdə  təcrid 
edilməsi də daxil idi. 
3.Azərbaycan  Xalq  Cümhuriyyəti  (ADR)  hakimiyyətə  gəldikdən  sonra  gömrük 
işinin təşkilində ciddi dəyişiklik baş vermədi. Azərbaycan Demokratik Respubllikasının 
(1918-1920-ci  illər)  vaxtında  bu  sahədə  konkret  bir  iş  görülməsə  də,  dövlətçilik 
baxımından bütün siyasi addımlar atılmışdı. Bütün vergi siyasətinə maliyyə naziri Nəsib 
bəy Yusifbəyli rəhbərlik etmişdir. 
Azərbaycan  Xalq  Cümhuriyyəti  (ADR)  hakimiyyətə  gəldikdən  sonra  gömrük 
işinin təşkilində ciddi dəyişiklik baş vermədi. Yalnız gömrük idarəsi Maliyyə Nazirliyinə 
tabe  edilmiş  və  dəftərxana  işlərində  müəyyən  dəyişiklik  baş  vermişdir.  Amma  yenə  də 
sənədləşmə  rus  dilində  aparılmışdır.  Bu  bəlanın  əsas  səbəbi  isə  əvvəlki  dövrlərdə  yerli 
kadrların  qəsdən  hazırlanmaması  və  hüquqi  bazanın  ancaq  rus  dilində  olması  idi.  Eyni 
problemlə  Azərbaycan  müstəqilliyin  ilk  illərində  də  (1991-1996-cı  illər  arası) 
qarşılaşmışdı. 
ADR  hakimiyyəti  ilk  aylarında  mövcud  vəziyyəti  araşdırmaq,  problemlərlə  tanış 
olmaq,  ölkənin  milli  maraqlarına  uyğun  olan  iqtisadi  siyasət  formalaşdırmaq,  gömrük 
vergi  və  rüsumlarına  yenidən  baxmaq,  yeni  gömrükxanalar  və  gömrük  postları  açmaq, 
ölkənin  Rusiya,  Gürcüstan  və  Ermənistan  olan  dövlət  sərhədlərini  nəzarətə  götürmək, 
gömrük  orqanı  işçilərinin  sosial  vəziyyətini  yaxşılaşdırmaq,  ölkədən  çıxarılan  milli 
sərvətlərin və tarixi əsərlərin qaçaqmalçılığının qarşısını almaq, keçmişdən miras qalmış 
üsul-idarəni  dəyişdirmək,  ölkənin  dünya  ölkələri  tərəfindən  tanınmasını  təşkil  etmək, 
milli  maraqlara  cavab  verən  qanunvericilik  bazası  yaratmaq,  sərhəd  zastavalarını 
artırmaq və onları milli kadrlarla təmin etmək, ölkədaxili hərcmərcliyi aradan qaldırmaq, 
dövlət  büdcəsinin  formalaşdırılması  üçün  yeni  mənbələr  tapmaq,  ölkənin  müstəqilliyini 
qorumaq üçün milli ordunu formalaşdırmaq, müstəqill milli şüur və milli ideologiyanın 
yaradılması  üçün  milli  konsepsiyalar  hazırlamaq  və  s.  məsələlərlə  məşğul  olmağa 
başladı. Problemlərin çoxluğu və çətin həll olması ilk vaxtlar ciddi çətinliklər yaratsa da, 
tədricən məsələlər bir-bir həll edilməyə başladı. 



 
28  aprel  dövlət  çevrilişindən  sonra  Rusiyanın  Azərbaycana  olan  marağı  yenidən 
gündəmə  gəldi.  Artıq  1921-ci  ilin  əvvəllərində  Azərbaycanın  gömrük  orqanları 
bütünlüklə Rusiyanın tabeçiliyində idi. 
1921-ci ilin əvvəllərində Bakı gömrükxanasının strukturu aşağıdakı kimi idi: 
1) Dəftərxana; 
2) Müsadirə şöbəsi; 
3) Mühasibat; 
4) Gəmi kontoru. 
Azərbaycan,  1922-ci  il  31  mart  tarixli  dekretə  görə  8  gömrük  ərazisinin  birinə  -
Zaqafqaziya dairəsinə daxil edilmişdir. 
Hakimiyyətə gələn bolşeviklər uzun müddət ölkənin iqtisadi siyasəti, xüsusilə də 
gömrük  işinin  təşkili  və  idarə  edilməsi  işi  ilə  məşğul  olmadılar.  Çünki  onların 
ə
ksəriyyətinin nə dövlətçilik təcrübəsi, nə də təhsilləri var idi. Ölkənin gömrük siyasəti 
sahəsindəki  bütün  hüquqları  alınaraq  Rusiya  Federasiyasına  verilir.  Moskvanın  bu 
siyasəti ötən əsrin 90-cı illərinə qədər davam etmişdir.  
1924-cü il dekabr ayının 22-də SSRİ Xalq Komissarları Sovetinin 151/t saylı əmri 
ilə  Zaqafqaziya  gömrük  idarəsinin  adı  dəyişilərək  “SSRİ  Xarici  Ticarət  Xalq 
Komissarlığı Baş Gömrük İdarəsinin Zaqafqaziya bölməsi” adlandırıldı.  
SSRİ  XTXK-nın  təsdiq  etdiyi  gömrük  təşkilatları  statusuna  görə  aşağıdakı  kimi 
idi: 
İ
rəvan gömrükxanası - II dərəcəli 
Alışar gömrükxanası - III dərəcəli 
Ş
ahtaxtı gömrükxanası - III dərəcəli 
Naxçıvan gömrükxanası - III dərəcəli 
Culfa gömrükxanası - I dərəcəli 
Ordubad gömrükxanası - III dərəcəli 
Mehri gömrükxanası - III dərəcəli 
Mincivan gömrük postu 
Xudafərin gömrük postu 
Cəbrayıl gömrükxanası - III dərəcəli 



 
Maralyan gömrük postu 
Bəhram-Təpə gömrükxanası - III dərəcəli 
Biləsuvar gömrükxanası - III dərəcəli 
Arus gömrük postu 
Kilvəz gömrükxanası - III dərəcəli 
Astara gömrükxanası - I dərəcəli 
Lənkəran gömrükxanası - III dərəcəli 
Qızıl-Ağac gömrük postu 
Kür-Dili gömrük postu 
Bakı gömrükxanası - I dərəcəli 
(XTK-nın 28.01.1925-ci il 21 saylı əmri ilə təsdiq edilmişdir). 
Siyahıdan göründüyü  kimi  Azərbaycan ərazisində  3  birinci dərəcəli gömrükxana  
yəni  Gömrük  İdarəsi  (Culfa,  Astara  və  Bakı),  bir  ikinci  dərəcəli  (İrəvan),  10  üçüncü 
dərəcəli gömrükxana və 6 gömrük postu fəaliyyət göstərmişdir. 
Gömrük  işinin  təşkili  ilə  əlaqədar  SSRİ-nin  qəbul  etdiyi  ilk  böyük  sənət  25 
oktyabr  1924-cü  ildə  SSRİ  MİK  Prezidumımın  tərəfindən  təsdiq  edilmiş  “SSRİ-nin 
Gömrük Nizamnaməsi” idi. Bu Nizamnamə SSRİ MİK və XK Sovetinin 6 fevral 1925-ci 
ildə təsdiq edilmişdi. 
SSRİ Xarici Ticarət Xalq Komissarlığı 2 fevral 1925-ci il tarixli 22 saylı qərarı ilə 
Gömrük İdarələrinin vahid ştat cədvəli təsdiq olundu. 
Yeni ştat cədvəlinə görə gömrük idarələrinin strukturu aşağıdakı kimi olmalı idi: 
Gömrük İdarəsi: 
1. Tarif şöbəsi 
2. Smeta-hesablaşma şöbəsi 
3. İnzibati-təsərrüfat şöbəsi 
4. Statistika şöbəsi 
5. Operativ-məhkəmə şöbəsi 
6. Qaçaqmalçılıqla mübarizə üzrə şöbə 
7. Nəzarət şöbəsi. 
SSRİ-nin Yeni Gömrük Nizamnaməsi 53 maddədən ibarət idi.  


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə