Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə4/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   2   3   4   5   6   7   8   9   ...   76

10 
 
 Baş Gömrük İdarəsinin vəzifələrinə aşağıdakılar daxil idi: 
1) gömrük orqanlarının  fəaliyyətinin təşkili və idarə edilməsi; 
2)  gömrük  işi  ilə  əlaqədar  beynəlxalq  müqavilələr  və  konvensiyaların 
hazırlanmasında iştirak etmək; 
3) gömrük tarifinin hazırlanması; 
4) qaçaqmalçılığa qarşı mübarizə tədbirlərini hazırlamaq və həyata keçirmək; 
5) gömrüklə əlaqədar bütün qanun və təlimatların icrasına nəzarət; 
6) gömrük statistikasının aparılması. 
1929-cu ildən gömrükxanaların fəaliyyəti Mərkəzi İcraiyyə Komitəsinin və Xalq 
Komissarları Şurasının 19 dekabr 1928-ci il tarixli müvafiq qərarı ilə tənzimləndi və əsas 
məsələlər kimi aşağıdakılar nəzərdə tutulurdu: 
a)  sərhədi  keçən  sərnişinlərin,  baqajların,  yüklərin  və  nəqliyyat  vasitələrinin 
müayinəsi və onların buraxılması; 
b)  xarici  ticarət  inhisarçılığı  haqqında  qanunun  yerinə  yetirilməsinə  faktiki  
nəzarət; 
c)  qaçaqmalçılığın  müəyyən  edilməsi  və  tutulması;  qaçaqmalçılıq  barədə  işlərin 
həll edilməsi; 
ç)  yük  və  sərnişinlərin  dövlət  sərhədini  keçdiyi  anda  gömrük  rüsum  və 
yığımlarının hesablanması və tutulması. 
1946-cı  ilin  əvvəlində  Bakı  gömrükxanasının  strukturu  genişləndirildi  və 
aşağıdakı kimi oldu: 
1) Ümumi şöbə; 
2) Mühasibat; 
3) Məhkəmə - müsadirə şöbəsi; 
4) Yük şöbəsi; 5) Poçt sərnişin şöbəsi; 
6) Gəmi şöbəsi. 
1955-ci  ildə  gəmi  və  yük  şöbələri  birləşdirilərək,  vahid  gəmi-yük  şöbəsi  oldu, 
məhkəmə  -  müsadirə  şöbəsi  isə  bəzi  funksiyalarını  itirərək,  qaçaqmalçılığa  qarşı 
mübarizə  qrupuna  çevrildi.  1956-88-ci  illərdə  də  Bakı  gömrükxanasının  strukturunda, 
funksiyalarında, adında və tabeçiliyində bir sıra dəyişikliklər baş vermişdir. 


11 
 
5 may 1964-cü ildə SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanı ilə yeni “Gömrük 
Məcəlləsi” təsdiq olunmuş və bu məcəllə 1991-ci ilə qədər fəaliyyət göstərmişdir. 
İ
lk  dəfə  olaraq  1989-cu  ilin  birinci  yarısında  SSRİ  Nazirlər  Soveti  yanında 
fəaliyyət göstərən Dövlət Gömrük Nəzarəti Baş İdarəsinin razılığı və onun əmri ilə (17 
saylı,  27  yanvar  1989-cu  il)  Azərbaycan  ərazisində,  bütün  respublikaya  nəzarət  edən 
Respublika Gömrük İdarəsi yaradıldı. 
1991-ci  ildə  SSRİ-nin  “Gömrük  Məcəlləsi”  və  “Gömrük  tarifi  haqqında” 
qanunları qəbul olundu. 
Qəbul olunmuş yeni Məcəllənin müddəalarına görə, Dövlət Gömrük Nəzarəti Baş 
İ
darəsi  -  Dövlət  Gömrük  Komitəsinə  çevrildi.  Eyni  zamanda  Gömrük-Tarif  Şurası  və 
narkotik maddələrin dövriyyəsinə qarşı Beynəlxalq Koordinasiya (əlaqələndirmə) Şurası 
yaradıldı. 18  oktyabr  1991-ci  ildə  Azərbaycan  öz  müstəqilliyini qazandı  və Müstəqillik 
haqqında Konstitusiya aktı qəbul olundu. 
4. 30 yanvar 1992-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 
yaradılması  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  561  saylı  Fərmanı  ilə 
Gömrük  Komitəsi  yaradıldı.  Komitə  əsasən  keçmiş  Azərbaycan  Respublikası  Gömrük 
İ
darəsinin bazasında yaradılmışdı. 
Azərbaycan  Respublikası  Prezidentinin  həmin  Fərmanı  əsasında  Azərbaycan 
Respublikası  Nazirlər  Soveti  1  iyun  1992-ci  ildə  301  saylı  “Azərbaycan  Respublikası 
Gömrük  Komitəsinin  məsələləri”  haqqında  qərar  verdi.  Bundan  sonra  NK  19  yanvar 
1994-cü  il  tarixli qərarı ilə  Gömrük  Komitəsinin  məsələlərinin  və ona  tabe təşkilatların 
siyahısı  həll  edildi  və  onun  maddi-texniki  bazası  yaradıldı.  Son  verilən  bu  qərarda 
Gömrük  Komitəsinin  maddi-texniki  təchizat  məsələləri  ilə  yanaşı,  yeni  gömrük 
postlarının açılması da öz əksini tapmışdır. O zaman Azərbaycan Respublikası Gömrük 
Komitəsinə Naxçıvan MR Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, 12 gömrükxana, 
Mərkəzi laboratoriya, avtomobil təsərrüfatı və təsərrüfat hesablı “Azərterminalkompleks” 
xarici iqtisadi birliyi daxil idi. 
Ölkəmizin seçdiyi dövlət quruluşu və inkişaf istiqamətləri iqtisadiyyatımızı xarici 
müdaxilənin zərərli təsirlərindən qorumağa, milli istehsalı müdafiə etməyə qadir olan və 
bütövlükdə  ölkənin  iqtisadi  təhlükəsizliyin  təmin  edə  biləcək orqanın  yaradılmasını,  ilk 


12 
 
növbədə  təsis  edilməli  olan  dövlət  idarəetmə  sisteminin  aparıcı  elementlərindən  birinin 
təşkilini labüdləşdirdi. 
Xarici  iqtisadi  fəaliyyətin  dövlət  inhisarında  saxlanıldığı  keçmiş  SSRİ-nin 
tərkibində olmuş Azərbaycan üçün bu sahədəki strateji və taktiki tədbirlər tamamilə yeni 
olmaqla,  demək  olar  ki,  sıfır  səviyyəsindən  başlanılmalı  idi.  Bu  tədbirlər  kompleks 
xarakterli olmalı və onların həyata keçirilmə mərhələləri müəyyənləşdirilməli idi. Lakin, 
o  zaman  Azərbaycanda  yaranmış  ictimai-siyasi  vəziyyət  nəticəsində  köklü  tədbirlər 
planının işlənib hazırlanmasına, mütərəqqi və səmərəli gömrük siyasətinin aparılmasına 
nail olunmadı. 
Ölkə  daxilində  və  dövlət  sərhədlərində  iş  qabiliyyətli  gömrük  orqanları 
şə
bəkəsinin  yaradılması  və  onların  texniki  təminatı,  gömrük  xidməti  kadrlarının 
hazırlanması, gömrük qanunvericiliyinin hazırlanması, qəbul edilməsi və tətbiqi, gömrük 
işçilərinin sosial məsələlərinin həlli kimi mühüm tədbirlər ön plana çəkilmədi. 
Müstəqil  Azərbaycan  Respublikasında  Dövlət  Gömrük  Komitəsinin  birinci  sədri 
Maqsud  Məmmədov  (30.01.1992,  562  saylı  fərman)  olmuşdur.  Daha  sonra  isə  Tofiq 
Kərimov (04.06.1992, 825 saylı fərman), 
İ
brahim Vəliyev (05.10.1992, 692 saylı fərman) və Tahir Əliyev (30.07.1993, 693 
saylı fərman) olmuşlar. 
Azərbaycan  Respublikası  24  sentyabr  1993-cü  ildə  Müstəqil  Dövlətlər  Birliyinə 
daxil  oldu.  Respublikamız  MDB-nin  yaratdığı  iqtisadi  ittifaqa  üzv  olsa  da,  Gömrük 
İ
ttifaqına  daxil  olmamışdır  (Dövlət  Gömrük  Komitəsi  13  mart  1992-ci  ildə  imzalanmış 
“Gömrük şurası haqqında Əsasnaməyə qoşulmaqdan imtina etmişdir). 
Azərbaycan  MDB  üzvi  kimi  1995-ci  ilin  10  fevral  tarixində  Alma-Atada 
imzalanmış  “MDB  ölkələrinin  gömrük  qanunvericiliyinin  əsasları  haqqında”  sazişə 
qoşulmuşdur. Buna əsas səbəb isə MDB Nizamnaməsinə (1992) görə “üzv ölkələrə eyni 
qanunvericilik  bazasına  malik  olmalıdırlar”  bəndidir.  1997-ci  il  25  iyul  tarixində  Milli 
Məclis  tərəfindən  qəbul  olunmuş  “Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsi”nin 
ə
sasını  da  məhz  həmin  sazişdəki  müddəalar  təşkil  edir.  AR  Beynəlxalq  təşkilatlardan 
Ümumdünya  Ticarət  Təşkilatında  müşahidəçi  statusunda,  Ümumdünya  Gömrük 
Təşkilatında isə daimi üzv statusunda iştirak edir. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə