Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə5/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   2   3   4   5   6   7   8   9   ...   76

13 
 
Sonuncu  təşkilatda  ölkəmizi  DGK  təmsil  edir(представляет).  DGK  ÜGT-nin 
Maliyyə Komitəsinin (1998) və Siyasi Şurasının (2000) üzvüdür. 
Azərbaycan  Respublikası  Gömrük  Məcəlləsinin  uyğun  olaraq  Dövlət  Gömrük 
Komitəsi  Azərbaycan  Respublikasının  beynəlxalq  iqtisadi  inteqrasiyanın  inkişaf 
etdirilməsi və möhkəmləndirilməsi üçün digər dövlətlərlə beynəlxalq hüquq normalarına 
uyğun sazişlər, protokollar və memorandum layihələri hazırlanmasında yaxından iştirak 
edir. 
1992-ci  ildən  bu günə  qədər  Azərbaycan  Respublikası  Dövlət Gömrük  Komitəsi 
tərəfindən Azərbaycan Respublikasında dövlətin xarici və daxili siyasətinin tərkib hissəsi 
olan  vahid  gömrük  siyasətinin  həyata  keçirilməsi  sayəsində  Komitənin  beynəlxalq 
ə
laqələri daha da genişlənmiş və keyfiyyətcə yeni səviyyəyə çatmışdır. 
Komitənin  ikitərəfli  və  çoxtərəfli  beynəlxalq  sazişlərə  üstünlük  verməsi  gömrük 
sisteminin təkmilləşdirilməsində öz bəhrəsini verir. 
Türkiyə  Respublikası,  İran  İslam  Respublikası,  Gürcüstan,  Özbəkistan, 
Qazaxıstan,  Livan,  Bolqarıstan  respublikaları  və  Ukrayna  gömrük  orqanları  ilə  gömrük 
işi  sahəsində  əməkdaşlıq  və  qarşılıqlı  yardım  haqqında  sazişlər  imzalanmışdır.  MDB 
Gömrük  Xidmətləri  Rəhbərləri  Şurası  çərçivəsində  və  İqtisadi  Əməkdaşlıq  təşkilatına 
üzv  olan  ölkələrlə  çoxtərəfli  sazişlər  mövcuddur.  Böyük  Britaniya  və  Şimali  İrlandiya 
Birləşmiş  Krallığı  hökuməti  ilə  Azərbaycan  Respublikası  hökuməti  arasında  gömrük 
orqanlarının  qarşılıqlı  inzibati  yardım  haqqında  memorandum  7  iyul  1997-ci  il  tarixdə 
imzalanmışdır. 
Dövlət Gömrük Komitəsi Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası əsasında 
vahid  gömrük  tarifinin  işlənib  hazırlanması,  gömrük  rüsumlarının  alınması,  tətbiq 
edilməsi,  malların  mənşə  ölkəsinin  təyin  edilməsini,  gömrük  məqsədləri  üçün  malların 
qiymətləndirilməsi  də  daxil  olmaqla  MDB  üzvü  olan  ölkələrin  gömrük  siyasətinin  əsas 
istiqamətləri üzrə təkliflərin hazırlanıb təqdim edilməsini təmin edir. 
DGK, həmçinin gömrük orqanları üçün kadrların hazırlanması, avtomatlaşdırılmış 
informasiya  sistemi,  gömrük  statistikası,  beynəlxalq  əməkdaşlıq  sahələrində  MDB 
gömrük xidmətləri ilə əməkdaşlıq edir. 
BMT-nin İnkişaf Proqramı ilə Memorandum imzalanmışdır. 


14 
 
ÜGT ilə bir Memorandum və bir niyyət protokolu imzalanmışdır. 
Ümumdünya  Gömrük  Təşkilatlarının  Baş  Katibi  Mişel  Danenin  müraciət 
məktubuna  əsasən  Azərbaycan  Respublikası  “Malların  təsviri  və  kodlaşdırılması  üzrə 
harmonikləşdirilmiş  sistem  haqqında  Beynəlxalq  Konvensiya”ya  qoşulmuş  və  bu 
Konvensiya  Milli  Məclisdə  ratifikasiya  olunmuşdur.  2001-ci  ilin  yanvarından 
Azərbaycan bu konvensiyaya qoşulan 101-ci dövlətdir. 
DGK  Tasis  proqramı  çərçivəsində  Avropa  Gömrüyü  ilə  sıx  əlaqələr  yaradılması 
barədə intensiv iş aparır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Avropa 
Gömrüyü,  Tasis  proqramı  çərçivəsində  Alman  Gömrüyü  ekspertləri  tərəfindən  Dövlət 
Gömrük  Komitəsinin  əməkdaşları  üçün  narkotiklərin  müəyyən  edilməsi,  riskin  təyin 
edilməsi,  yükün  nəzarətdən  keçirilməsi  və  gəmilərin  yoxlanılması,  Hava  və  Dəniz 
limanlarında,  dəmir  yolunda,  gömrük  sənədlərində  nəqliyyat  vasitələrinə  nəzarətə  dair, 
nəzəri və praktiki seminarlar təşkil olunmuşdur. 
Avropa  İttifaqının  Tacis  proqramı  üzrə  Azərbaycan  Respublikasının  milli  və 
dövlətlərarası  proqramları  və  Avropa  İttifaqı  Komissiyasının  Texniki  Yardım  Proqram 
çərçivəsində  (1996-ci  il  oktyabr)  Daşkənd  şəhərində  Avropa  Gömrüyü  və  Azərbaycan 
Respublikası  Dövlət  Gömrük  Komitəsi  arasında  Tasis  proqramı  çərçivəsində  “Təhsil”, 
“İdarəetmə və Təşkil” Layihələri üzrə müqavilələr imzalanmışdır və layihələrdə nəzərdə 
tutulanlar mərhələlərlə həyata keçirilir. 
Avropa-Qafqaz-Asiya  nəqliyyat  dəhlizinin  inkişafına  həsr  edilmiş  Beynəlxalq 
Konfransa  hazırlıq  üçün  Bakı  şəhərində  keçirilən  iştirakçı  dövlətlərin  işçi  qruplarının 
üzvlərinin  iclasında  gömrük  əməliyyatları  və  sənədləşdirilmənin  aparılması  üzrə  Əsas 
Sazişin texniki əlavəsinin layihəsi hazırlanmışdır. DGK Avropa-Qafqaz-Asiya dəhlizinin 
inkişaf  etdirilməsi  üzrə  imzalanmış  “Çoxtərəfli  Əsas  Saziş”in  gömrük  prosedurası  və 
sənədlərin işlənməsi üzrə texniki əlavədə nəzərdə tutulan müddəaların icrası ilə əlaqədar 
tədbirlərin həyata keçirilməsi işini davam etdirir. 
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN dövlət başçısı kimi gömrük siyasəti 
sahəsindəki faliyyətini iki mərhələyə bölmək olar: 
1. 1969-1987-ci illəri əhatə edən sovet dönəmi; 
2. 1993-2003-cü illəri əhatə edən müstəqillik illəri. 


15 
 
Ölkədəki  problemləri  zərgər  dəqiqliyi  ilə  bir-bir  həll  edən  möhtərəm  H.Əliyev 
cənabları, 1995-ci ildən başlayaraq gömrük orqanlarının işinin yenidən qurmağa başladı. 
Ə
vvəlcə Dövlət Gömrük Komitəsinin rəhbərliyini dəyişdirdi. Dövlət Gömrük Komitəsinə 
Heydər  Əliyevin  17  yanvar  1995-ci  il  tarixli  295  saylı  Fərmanı  ilə  təyin  olunan 
Kəmaləddin  Heydərov  Ümummilli  Liderin  rəhbərliyi  altında  müstəqil  Azərbaycan 
dövlətinin gömrük sistemini yenidən qurdu və onu dünya standartları səviyyəsinə gətirib 
çıxartdı.  
Azərbaycanın gömrük tarixində ilk dəfə olaraq gömrük xidməti sahəsində general 
rütbəsinə məhz K.Heydərov layiq görülmüşdür. Ona 17 yanvar 2002-ci il tarixli 640 saylı 
Fərmanları  ilə  gömrük  xidməti  general-polkovniki  rütbəsi  (41  yaş)  verilmişdir.  O. 
Azərbaycan  dövlətçiliyi  tarixində  bu  yaşda  general-polkovnik  rütbəsini  almış  yeganə 
şə
xsdir.  
Azərbaycan  Respublikasının  “Gömrük  Məcəlləsi”  və  “Gömrük  Tarifi  haqqında” 
Azərbaycan  Respublikasının  Qanunu  qəbul  edildi.  Məcəllədə,  gömrük  orqanlarının 
qarşısında  qoyulan  vəzifələrdən  çıxış  edilərək,  gömrük  işinin  əsas  prinsipləri 
müəyyənləşdirildi.  Məhz  gömrük  orqanları  bu  Məcəllənin  müddəalarına  görə,  hüquq-
mühafizə orqanı statusu aldı. 
Gömrük tarifi və valyuta tənrzimlənməsi haqqında qəbul edilən qanunlar, gömrük 
orqanlarına  valyuta  nəzarətini  həyata  keçirmək  hüququnu  verdi,  habelə  gömrük 
rüsumlarının  dəqiq  hesablanması  və  vaxtında  yığılaraq  dövlət  büdcəsitnə  köçürülməsi 
tələbini qoydu. 
Gömrük  qanunvericiliyinin  inkişafında  Azərbaycan  Respublikası  Prezidenti 
Heydər  Əliyevin  27  oktyabr  1998-ci  il  tarixli  6  saylı  Fərmanı  ilə  təsdiq  edilmiş 
“Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsi  haqqında”  Əsasnamə  mühüm  yer 
tutur. Əsasnaməyə görə Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasında gömrük 
işi sahəsində dövlət siyasətini həyata keçirən Mərkəzi İcra Hakimiyyəti orqanıdır. 
Gömrük  işinin  təşkil  edilməsi  və  gömrük  siyasətinin  formalaşdırılması  ilə  bağlı 
Ümummilli liderimiz H.Ə.Əliyevin imzası ilə aşağıdakı sənədlər qəbul edilmişdir: 
QANUNLAR 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə