Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə76/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   68   69   70   71   72   73   74   75   76

243 
 
 Hüquqi və fiziki şəxslərin ərazisində və ya binasında, yaxud onlara məxsus olan nəql. 
vasitələrində,  gömrük  qaydalarının    pozulmasının  bilavasitə  obyekti  olan  malların  və 
nəqlityyat  vasitələrinin,  əşyaların,  həmçinin  gömrük  qaydalarının  pozulması  haqqında  işin 
icraatı və ya bu işə baxılma üçün zəruri olan sənədlərin olması barədə kifayət qədər əsaslar 
oldugda,  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  bu  cür  ərazilərin,  binaların  və  nəqliyyat 
vasitələrinin  gömrük  müayinəsini  keçirə  bilər.  Gömrük  müayinəsinin  keçirilməsi  barədə 
gömrük  qaydalarının  pozulması  haqqında  işin  icraatını  aparan  və  ya  bu  işə  baxan  şəxsi 
tərəfindən əsaslandırılmış qərar çıxarılır.  
 
 


244 
 
Gömrük orqanlarında idarəetmənin əsasları. 
Suallar: 
1.  İdarəetmə anlayışı. 
2.  İdarəetmə qanunları. 
3.  İdarəetmənin prinsipləri, funksiyaları və metodları. 
4.  İdarəetmənin təşkilati strukturlarının növləri. 
5.  İdarəetmə prosesinin mahiyyəti və məzmunu. 
6.  İdarəetmənin psixoloji aspektləri. 
 
 
Ayrı-ayrı icraçılar və ya insanlar qrupu şəkilində insan amilindən ibarət hər bir sistemin 
səmərəli  fəaliyyəti  yalnız  onu  idarə  edən  –  sistemin  bu  tərkib  hissəsinin  fəallığını 
istiqamətləndirən  və  tənzimləyən  müəyyən  təşkiledici  başlanğıc  olduqda  mümkündür. 
Gömrük  orqanlarının  bütün  əməkdaşlarının  hərəkət  birliyinə  nail  olunması  gömrük 
orqanlarında  idarəetmə  sisteminin  başlıca  məqsədidir.  Sistem  bi  istiqamətdə  işləməli  və 
qarşısında  qoyulmuş  vəzifələrin  həllini  təmin  etməlidir.  Bunun  üçün  onun  daxilində  dəqiq 
idarəetmə tələb olunur. 
Təcrübə  göstərir  ki,  xüsusi  idarəçilik  biliyi  olmadan  idarəetmə  bəzən  gömrük 
orqanlarında  əməliyyat-xidməti  fəaliyyətində  xeyli  səhvlərlə  nəticələnir,  dövlətin  iqtisadi 
təhlükəsizliyinin  təmin  edilməsi  və  onun  iqtisadi  mənafelərinin  qorunması  işinə  müəyyən 
ziyan vurur.  
Ədəbiyyatda  gömrük  orqanlarının  aid  olduğu  sosial-iqtisadi  sistemlərlə  “idarəetmə” 
anlayışının  çoxsaylı  tərifləri  vardır.  gömrük  orqanlarında  idarəetməyə  xaş  olan  əlamətləri 
nəzərə alaraq müxtəlif xülasə edilmiş fikirləri ümumiləşdirməklə ona aşağıdakı tərifi vermək 
olar. 


245 
 
İdarəetmə - gömrük orqanları əməkdaşlarına elə fasiləsiz informasiya təsiri prosesidir 
ki,  idarəçilik  qərarlarının  qəbul  olunması  və  həyata  keçirilməsi  vasitəsilə  dəyişən  xarici  və 
daxili şəraitdə onların məqsədyönlü davranışını təmin edir. 
Məcmu  halda  idarəetmə  subyekti,  idarəetmə  obyekti  və  onlar  arasında  qarşılıqlı 
əlaqələr  gömrük  orqanlarında  idarəetmə  sistemini  əmələ  gətirir.  Gömrük  orqanlarında 
idarəetmə  subyektlərinə  idarəetmə  qərarları  qəbul  etmək,  tabeliyindəki  əməkdaşlara  və 
kollektivlərə  tapşırıq  vermək  və  onların  icrasını  tələb  etmək  səlahiyyəti  olan  bütün 
rəhbərlər, yəni məqsədyönlü təsiri həyata keçirən gömrük postunun, gömrük idarəsinin və 
DGK-nin bütün elementləri və yarımsistemləri aiddir. 
İdarəedən  yarımsistemin  qərarlarının,  əmrlərinin,  tapşırıqlarının  icraçıları,  gömrük  işi 
mütəxəssisləri  gömrük  kollektivləri,  təşkilati  strukturlar,  texnoloji  gömrük  proseduraları, 
eləcə də gömrük orqanlarının üzərinə qoyulmiş funksiyaların həyata keçirilməsi üzrə bütün 
fəaliyyat  növləri,  gömrük  fəaliyyəti  resursları  və  s.  gömrük  orqanlarında  idarəetmə 
obyektləri kimi çıxış edir. 
İdarəetmə  subyekyti  və  obyekti  haqqında  məsələnin  aydınlaşdırılması  üçün  dərk 
etmək  vaçıbdir  ki,  gömrük  orqanlarında  idarəemə  -  struktur  olaraq,  mərhələli,  iyerarxik 
xarakter  daşıyır.  İdarəetmənin  müxtəlif  səviyyələri  gömrük  sistemində  eyni  vaxtda 
idarəetmənin həm subyekti, həm də obyekti kimi çıxış edir. İdarəetmənin hər pilləsinə və ya 
səviyyəsinə öz idarəetmə subyekti və ya obyekti uyğun gəlir. 
İdarəetmə  subyekti  idarəetmə  obyektinin  faktik  vəziyyəti  və  onu  əhatə  edən  xarici 
mühit    haqqında  informasiya  alır.  Bu  informasiya  idarəetmə  subyekti  tərəfindən  işlənir  ki, 
bunun da nəticəsi olaraq qərar qəbul edilir. Məzmunu birbişa əlaqə kanalı üzrə idarəetmə 
obyektinə  ötürmək  üçün  həmin  qərara  idarəetmə  obyektinə  ötürmək  üçün  həmin  qərara 
idarəçilik  qəranının  formalarından  (əmr,  göstəriş,  qətnamə  və  s.)  biri  verilir.  Bu  qərarın 
içrası  haqqında  informasiya  və  eləcə  də  idarəetmə  obyektinin  (idarəedilən  sistemin)  yeni 


246 
 
vəziyyəti  haqqında  informasiya  yenidən  əks  əlaqə  kanalı  üzrə  idarəetmə  subyektinə  daxil 
olur. Beləliklə, idarəetmə nisbi və fasiləsiz prosesdir. 
İdarəetmə  prosesinin  fasiləsizliyi  onun  dövriliyi  haqqında,  yəni  müxtəlif  idarəetmə 
həlqələri  tərəfindən  və  müxtəlif  formalarda  icra  edilən  eyni  növ  idarəçilik  işlərinin  və  ya 
idarəetmə  mərhələlərinin  icra  edilməsinin  müəyyən  ardıcıllığı  və  təkrarlanması  haqqında 
danışmağa imkan verir. 
Gömrük  orqanlarında  idarəetmə  sistemi  aşağıdakı  komponentlərdən  ibarətdir: 
idarəetmə  mexanizmi,  idarəetmə  strukturları,  idarəetmə  prosesi  və  idarəetmə  sisteminin 
təkmilləşdirilmə mexanizmi. 
İdarəetmənin  mexanizmini  aşağıdakılar  təşkil  edir:  idarəetmə  qanunları,  prinsipləri, 
məqsədləri, metodları və funksiyaları. 
İdarəetmə  orqanları,  idarəetmə  kadrları  və  texniki  idarəetmə  vasitələri  idarəetmənin 
strukturuna daxildir. 
İdarəetmə  prosesi    -  idarəetmənin  məqsədlərinə  çatmaq  üçün  bütün  idarəetmə 
həlqələrinin göstərdiyi fəaliyyətdi. 
İdarəetmə  ssiteminin  təkmilləşdirilmə  mexanizmini  idarəetmə  obyektinin  inkişafı 
nəticəsində ona edilən dəyişiklər təşkil edir. 
Gömrük  orqanlarında  idarəetmə  həm  obyektiv  iqtisadi  qanunlara  və  idarəetmə 
qanunlarına,  həm  də  onların  əsasında  formalaşan  əməliyyat-ximət  fəaliyyətinin  bütün 
iştirakçılarının ictimai, kollektiv və şəxsi maraqlarının vahid ssiteminə əsaslanır.  
2.İdarəetmə  qanunları  idarəetmə  ssitemi  elementləri  və  yarımsistemləri,  onda  baş 
verən proseslər və xarici mühit arasında ümumi, əhəmiyyətli və zəruri əlaqələri əks etdirir. 
Onlar  obyektivdir  və  insanların  çüurundan  və  idarəsindən  asılı  deyildir.  İdarəetmə 
qanunlarını  bilmək  idarəetmə  ssitemlərinin  yaradılmasında  və  onların  fəaliyyətinin  təşkil 
edilməsində idarəetmə qanunlarınnı tələblərini nəzərə almağa imkan verir. 


247 
 
Onlara  aşağıdakılar  aiddir:  idarəetmə  sisteminin  vahidliyi  qanunu,  mütanasiblik 
qanunu,  idarəetmə  funksiyalarının  mərkəzləşdirilməsinin  optimal  nisbəti  qanunu, 
idarəedən və idarə olunan sistemlərin nisbəti qanunu və s. 
İdarəetmə  sisteminin  vahidliyi  qanununun  təsiri  dövlət  idarəetmə  ssiteminin  yuxarı 
orqanlarından  onun  aşağı  həlqələrinə  qədər  idarəetmə  münasibətlərinin  qırılmaz 
zəncirində;  idarəetmə  prosesinin    bütün  səviyyələrinin,  əməliyyatlarının  və  mərhələrinin 
arasıkəsilməzliyində,  ritmikliyində  və  uzlaşmasında;  insanların  qlobal  məqsədlərinin  və 
mənafelərinin  bütün  tərkib  hissələri  ilə  idarəetmənin  vahidliyində;  idarəetmə 
funksiyalarının  və  metodlarının  vahidliyində;  idarəetmə  aparatı  əməkdaşlarına  tələblərin 
vahidliyində təzahür edir. 
Professional  fəaliyyətin  və  idarəetmənin  mütənasibliyi  (proporsionallığı)  qanunu 
müəyyən edir ki, idarəetmənin ən mühüm vəzifəsi idarə edən və idarə olunan sistemlərin 
fəaliyyətinin  optimal  proporsionallığını  təmin  etmək,  sistemin  tərkib  hissələrinin  fasiləsiz 
əlaqəsini təşkil etməkdir. mütanasiblik onunla ölçülür ki, sistemin əsas fəaliyyəti – gömrük 
rəsmiləşdirilməsi  və  gömrük  nəzarəti,  digər  funksiyaların  həyata  keçirilməsi  idarəetmə  ilə 
nə  dərəcədə  tam  və  dəqiq  təmin  olunur  ki,  minimal  mümkün  məsrəflərlə  lazımi  effekti 
versin. 
Mərkəzləşdirmənin  optimal  nisbəti  qanunu  elə  idarəetmə  sisteminin  qurulmasını  və 
onun fəaliyyətinin elə təşkilini nəzərdə tutur ki, bu zaman gömrük orqanlarının hər bir aşağı 
həlqəsinin  mərkəzi  idarəetmə  orqanlarına  arasıkəsilməz  və  kifayət  qədər  sabit  tabeliliyi 
mövcud olsun. 
Idarə edən və idarə olunan sistemlərin nisbəti qanununun mahiyyəti idarə edən 
sistemin idarə olunanla uyğunluğunun təmin edilməsi tələbindən ibarətdir. 
Bu  nisbətin  dəyişməsi  müxtəlif,  başlıca  olaraq,  təşkilati  və  iqtisadi  faktorların 
təsiri ilə baş verir. Hər şeydən öncə, idarə edən sistemin inkişaf və fəaliyyət səviyyəsi 
idarə olunan sistemin əməliyyat-xidmət fəaliyyəti səviyyəsinə uyğun gəlməlidir. 


248 
 
Qanunlar  vasitəsiylə  idarəetmə  nəzəriyyəsinin  məzmunu,  idarəetmə  prosesinin 
əsas  funksiyaları,  metodları  və  strukturları,  eləcə  də  xüsusiyyətləri  üzə  çıxarılır.  Buna 
görə  də,  sistemli  yanaşma  idarəetmə  qanunlarının  istifadəsində  əsasdır.  Sistemli 
yanaşma  onların  tələblərini  sistemli  şəkildə  ifadə  etməyə  və  bütün  sistemin  optimal 
fəaliyyət və inkiçaf variantını müəyyən etməyə imkan verir. 
3.  İdarəetmənin  prinsipləri  dedikdə,  idarə  edən  sistemin  əsaslandığı  rəhbər 
ideyalar, qaydalar, əsas müddəalar və davranış normaları başa düşülür. 
Idarəetmə təcrübəsində gömrük orqanları tərəfindən ümumi, xüsusi və təşkilati-
texnoloji prinsiplər tətbiq edilir. 
Idarəetmənin ümumi prinsipləri strateji idarəetmə normalardır və onlar gömrük 
orqanlarının bütün sahələrində və yarımsistemlərində fəaliyyət göstərir.  
Ümumi  prinsiplər  –  sistemlik,  əks  əlaqə,  informasiyanın  kafiliyi,  optimallıq, 
bərabər tabelilik və b. 
Sistemlilik  idarəetmənin  aparıcı  prinsipidir.  Gömrük  orqanlarlının  idarə 
edilməsində  sistemlilik  sistemin  struktur  və  funksional  vahidlıyını  təmin  edir  və 
təkmilləşdirir. 
Gömrük  orqanları  qarşısında  dayanan  vəzifələr  nə  qədər  mürəkkəbdirsə, 
sistemin əks əlaqə prinsipi o qədər böyük əhəmiyyət kəsb edir. Informasiya idarəetmə 
subyektinə,  sistemə  təsir  etmək  və  idarəçilik  qərarlarının  icrasını  təmin  etmək 
məqsəsilə hər bir zaman anında sistemin vəziyyəti haqqında, qoyulmuş məqsədin əldə 
edilməsi haqqında təsəvvür əldə etməyə imkan verir. 
Informasiyanin  kafiliyi  prinsipi  o  deməkdir  ki,  gömrük  sistemində.  O  cümlədən 
idarəçilik sistemində informasiya həcmlərinin görünməmiş dərəcədə artması şəraitində 
informasiya proseslərinin intensivləşdirilməsi olduqca böyük əhəmiyyət kəsb edir. 


249 
 
Qarşıya qoyulmuş məqsədin mümkün olan daha qısa müddətlərdə ən az maddi, 
maliyyə  və  əmək  məsrəfləri  ilə  əldə  ediməsi  gömrük  orqanlarında  idarəetmənin 
optimallığı prinsipinin mahiyyətini təşkil edir. 
Idarəetmənin  optimallığı  gömrük  sistemində  müxtəlif  metodlarla  və  vasitələrlə 
təmin edilir. 
Gömrük  orqanlarında  idarəetmənin  xüsusi  prinsipləri  iki  böyük  qrupa  bölünür: 
gömrük  fəaliyyətinin  iqtisadi,  sosial-siyasi,  və  mənəvi  sahələrində  tətbiq  edilən 
prinsiplər və Az R-nın iqtisadi təhlükəsizliyini öz səlahoyyətləri çərçivəsində təmin edən 
dövlət  hüquq  mühafizə  təşkilatı  olaraq  gömrük  orqanları  sistemində  mövcüd  olan 
prinsiplər. 
Idarəetmənin  xüsusi  prinsiplərinə:  qanunçuluq,  səmərəli  mərkəzsizləşdirmə  ilə 
birgə mərkəzləşdirmə, son nəticəyə istiqamətlənmə və b.aid edilir. 
Idarəetmənin  təşkilati-texnoloji  prinsipləri  gömrük  orqanları  rəhbərlərinin 
təşkilati-sərəncamverici və inzibati-idaraedici fəaliyyətinin əsasında dayanır. 
Onlara aşağıdakı idarəetmə prinsipləri aiddir: vahid rəhbərlik, konkretlik. əməyin 
bölgüsü, skalyar, iyerarxiya, sərəncamvermənin vahidliyi və tək rəhbər, səlahiyyətlərin 
ötürülməsi, idarəetmə diapazonu və s. 
Vahid rəhbərlik prinsipinin əhəmiyyəti xüsusi olaraq qeyd edilməlidir. Bu prinsip, 
bir tərəfdən, idarəetmənin kollegiallığını, digər tərəfdən isə, icraedici funksiyalara görə 
ciddi  fərdi  məsuliyyətin  müəyyən  ediməsinin  nəzərdə  tutur.  Kollegiallıq  tapşırılan  işə 
görə hər bir gömrük əməkdaşının məsuliyyətini istisna etmir, əksinə onun ücün şəxsi m 
əsuliyyət nəzərdə tutur. 
Gömrük orqanlarının idarə ediməsində müvəffəqiyyət idarəetmədə iştirak edən bütün 
gömrük  sistemi  vəzifəli  şəxslərinin,  orqanlarının  və  təşkilatlarının  fəaliyyət  birliyi  ilə  təmin 
edilir.  Bu  zaman  ümumi  işdə  hər  birinin  yerinin  və  rolunun  spesifikasının  dəqiq  müəyyən 


250 
 
edilməsi,  onların  səlahiyyətlərinin,  funksiyalarının  və  hüquqlarının  aydın  bölüşdürülməsi 
olduqca mühüm əhəmiyyət kəsb edir. 
İdarəetmənin konkretliyi prinsipi situasiyanın konkret təhlilini tələb edir ki, bunu üçün 
idarəetmə  sistemi  haqqında  və  onun  xarici  mühiti  haqqında  keyfiyyətli  elmi  informasiya 
lazımdır. 
Əməyin  bölgüsü  prinspində  nəzərdə  tutulur  ki,  idarəetmənin  təşkili  üzrə  bütün 
fəaliyyət  icrası  idarəetmə  sisteminin  konkret  həlqələrinə  tapşırılan  ən  sadə  əməliyyatlara 
ayrılır.  Gömrük  orqanı  idarəetmə  sisteminin  hər  bir  həlqəsinin  dəqiq,  konkret  vəzifəsi 
olmalıdır. 
Skalyar  prinsipi  müəyyən  edir  ki,  hər  bir  təşkilat  (o  cümlədən  gömrük  orqanı)  dəqiq 
müəyyən olunmuş iyerarxik struktura malik olmalıdır. 
İyerarxiya prinsipi aşağı əməkdaşın və ya bölmənin yuxarıdakına tabe olmalı olduğunu 
nəzərdə  tutur.  İnzibati  uyerarxiyanın  hər  bir  əməkdaşı  yuxarıdakının  qarşısında  təkcə 
özününkü  yox,  həm  də  özünün  tabeliyində  olan  bütün  əməkdaşların  qərarlarına  və 
hərəkətlərinə görə cavab verir. 
Səlahiyyətlərin  ötürülməsi  (verilməsi)  prinsipi  nəzərdə  tutur  ki,  rəhbərin  fəaliyyət 
sahəsindən vəzifənin tabe şəxsə verilməsi zamanı onun həlli üçün hüquqlar da verilməlidi, 
tabe şəxs isə onlara görə məsuliyyəti öz üzərinə qəbul etməlidir. 
İdarəetmənin  funksiyası  –  həyata  keçirilməsi  üçün  müəyyən  idarəçilik  işləri 
(əməliyyatları) tələb olunan konkret idarəçilik fəaliyyəti növüdür. 
Gömrük orqanlarının idarə edilməsində idarəetmə funksiyaları çox mühüm yer tutur, 
çünki onlar bütün səviyyələrdə idarəçilik fəaliyyətinin mahiyyətini və məzmununu açıqlayır 
və idarəetmə sahəsində vəzifələrin bölgüsünü əks etdirir, nəzərdə tutulmuş nəticələri əldə 
etmək üçün onların həyata keçirilməsini zamanı müəyyən növbəlilik və fəaliyyət birliyi tələb 
edir. 


251 
 
Gömrük orqanları sistemində idarəetmə funksiyalarını təsnif etməklə, onları idarəetmə 
prosesinin  mərhələlərini  əks  etdirən  ümumi  idarəetmə  funksiyalarına  və  gömrük 
orqanlarının əməliyyat-xidmət fəaliyyətinin konkret növlərinin spesifik (konkret) idarəetmə 
funksiyalarına bölmək olar. İdarəetmənin ümumi funksiyaları idarəetmənin mahiyyətini üzə 
çıxarır;  onlar  istənilən  obyektin  idarə  edilməsi  prosesini  xarakterizə  etdiyinə  görə 
universaldır. 
İdarəetmənin  ümumi  funksiyalarına  aşağıdakılar  aiddir:əməliyyat-xidmət  şəraitinin 
təhlili və proqnozlaşdırılması, planlaşdırma, təşkiletmə, tənzimetmə, üşot və nəzarət. 
Gömrük orqanlarının obyektiv imkanları idarəetmənin ən mühüm funksiyalarından biri 
kimi  əməliyyat-xidmət  şəraitinin  təhlili  və  proqnozlaşdırılması  əsasında  üzrə  şıxarıla  bilər. 
Sistemi  hissələrə  bölməklə  onun  strukturunu  üzə  şıxarmaqla  təhlil  nəinki  sistemin 
komponentlərinin  vəziyyətini  müəyyən  etməyə,  həm  də  onların  qarşılıqlı  münasibət  və 
qarşılıqlı  asılılığını  üzə  şaxarmağa  imkan  verir.  Həm  də  təhlil  idarəetmə  ssitemində  təkçə 
bütövlükdə sistemə deyil, eyni zamanda idarəçilik dövrünün hər bir komponentinə də şamil 
edilir. 
Gömrük  əməliyyat-xidməti  şəraiti  dedikdə  iqtisadi,  siyasi,  sosial,  hüquqi,  regional  və 
digər  şərtlərlə  (faktorlarla)  inkişafda  olan,  gömrük  fəaliyyətinə  əhəmiyyətli  dərəcədə  təsir 
edən qarşılıqlı əlaqəli elementlər məcmusu nəzərdə tutulur. 
Gömrük əməliyyat-xidməti şəraitinin əsas elementləri bunlardır: 
-  xarici iqtisadi fəaliyyətin xidmət edilən iştirakçıları – Az və xarici fiziki və hüquqi 
şəxsləri, gömrük orqanının fəaliyyət zonasında mal axınının növləri, həcmləri və 
istiqamətləri, onların zaman, məkan, nəqliyyat növləri üzrə bölğüsü; 
-  gömrük  qanunvericiliyinin  qəsdən  pozan  XİF  iştirakçılarının  və  onların 
köməkçilərinin;  qaçqamalçıların  və  onların  köməkçilərinin  gömrük  orqanlarına 
mənfi  təsir  göstərməyə  cəhd  edən  gömrükətrafı  kriminal  strukturların  və 
onların  köməkçilərinin  olması;  gömrük  qaydalarının  pozulması  və  cinayətlərin 


252 
 
törədilməsində onların məqsədləri, planlarş, niyyətləri, vaxtı, yeri, strateğiya və 
taktikası haqqında məlumatlar; 
-  gömrük orqanlarının qüvvə və vasitələrə, onlara həvalə edilmiş funksiyaların və 
vəzifələrin icra edilməsində onların imkanları; 
-  Az  R-nın  iqtisadi  təhlükəsizliyinin  təminatının  və  iqtisadi  mənafelərinni 
qorunmasınnı ümumdövlət tədbirləri; 
-  gömrük  orqanlarının  fəaliyyət  zonasında  qaçaqmalçılıqla  və  gömrük 
qaydalarının  pozulması  üzrə  digər  hüquq-mühafizə  orqanlarınnı,  idarələrin  və 
təşkilatların  olması,  gömrük  orqanları  vəzifələrinin  həlli  üçün  onlardan  istifadə 
imkanları; 
-  gömrük fəaliyyətinin həyata keçirildiyi mühit. 
Planlaşdırma  idarəetmənin  elə  əsas  funksiyasıdır  ki,  onun  vasitəsilə  gömrük 
qaydalarında gələcək fəaliyyətin təşkilatı balanğıcı işlənib hazırlanır. 
Planlaşdırma vasitəsilə sisteminin inkişaf məqsədləri və istiqamətləri müəyyən edilir, 
mövcüd  problemləri  realizə  edilməsi  vasitəri  olan  metodlar  işlənib  hazırlanır,  sistemin 
inkişaf təmpi müəyyən edilir. 
Təşkilati  planlaşdırma  idarəetmənin  bütün  səviyyələrində  strateji  (Az  DGK);  taktiki 
(gömrük idarələri, postları) səviyyəsində həyata keçirilir. 
Təşkiletmə  dedikdə  idarəetmənin  elə  əsas  funksiyası  nəzərdə  tutulur  ki,  onun 
reallaşdırılması  vasitəsilə  planlaşdırma  prosesində  işlənib  hazırlanmış  planların  yerinə 
yetirilməsi  üçün  şərait  yaranır.  Bu  funksiyanın  reallaşdırılması  prosesində  idarəetmə 
subyekti  tərəfindən  qəbul  olunmuş  qərarların,  o  cümlədən  təstiq  edilmiş  planların  uğurlu 
həyata keçirilməsi üçün zəruri olan şərait yaradılır. 
Tənzimetmə  dedikdə  idarəetmənin  elə  əsas  funksiya  başaa  düşülməlidir  ki,  onun 
vasitəsilə tabelikdə olan şəxslərin fəaliyyətinin səməliliyi yüksəlir və ya planlaşdırma zamanı 
verilmiş  parametrlərdən  kənaraçıxmalar  aradan  qaldırılır.  Tənzimetmə  əks  əlaqənin 


253 
 
nəticələri  əsasında  həyata  keçirilir.  O  ayrı-ayrı  əməkdaşların  və  kollektivlərin  qarşılıqlı 
əlaqələrinin  saxlanması,  əlaqələndirilməsi,  qüvvələrin  yenidən  bölgüsü,  eləcə  də 
motivasiyası və stimullaşdırılması yolu ilə reallaşdırıla bilər. 
İdarəetmənin    tənzimetmə  funksiyasının  reallaşdırılması  nəzarətin  nəticələrinin 
təhlili; tənzimetmə qərarlarının qəbulu, qərarların vəzifələr şəkilində icraçılara çatdırılması; 
tənzimetmənin təşkili; tənzimetmənin aparılması; tənzimetmənin təsirinin yoxlanması kimi 
idarəçilik işlərinin icra edilməsindən ibarətdir. 
Uçot  funksiyasının  mahiyyəti  idarə  olunan  ssitemin  cari  vəziyyəti  haqqında  onun 
hərəkət  istiqamətləri  və  templəri,  əldə  edilən  nəticələr  və  dəyişən  probləmlər  haqqənda 
informasiyanın toplanması, sitemləşdirilməsi və ilkin işlənməsi təşkil edir. Planların yerinə 
yetirilməsinin  düzgünlüyünü,  onların  icrasının  şərait  və  nəticələrinin  necə  olduğunu 
müəyyən etmək üçün nəzarət mövcuddur. 
Nəzarət idarəetmənin elə əsas funksiyasıdır ki, onun reallaşdırılması vasitəsilə gömrük 
orqanlarının vahid sisteminin fəaliyyəti prosesi üzərində müşahidə həyata keçirilir, bu və ya 
digər  zaman  momentində  tabelikdə  olanların  fəaliyyətinin  gedişi,  şəraiti,  vəziyyəti  və 
nəticələri haqqında məlumatlar toplanır. 
Qarşıya  qoyulmuş  məqsədlərin  əldə  edilməsi  üçün  idarəetmə  obyektinə  təsis 
yollarının, üsullarının, vasitələrinin və formalarının məcmusu idarəetmə metodu adlanır. 
İdarəetmənin  metodları  idarəçilik  fəaliyyətinin  miqyasına  və  təsir  formasına  görə 
təsnif edilir. 
Gömrük  orqanlarında  idarəçilik  fəaliyyətinin  miqyasına  görə  ümumi  və  xüsusi 
metodlar fərqləndirilir. 
İdarəetmənin  ümumi  metodları  gömrük  işinin  qlobal  problemlərinin,  strateji 
məsələlərinin  həllinə  yönəlmişdir,  onlar  bütün  gömrük  sisteminin  əsas  məqsədlərini  və 
fəaliyyət göstərməsi məsələlərin əldə olunması üsullarını müəyyən edir. 


254 
 
İdarəetmənin  xüsusi  metodları,  başlıca  olaraq,  operativ  və  cari  idarəetmə 
sistemlərində istifadə edilir. 
Gömrük sistemində təsir formalarından asılı olaraq birbaşa və dolayı təsir metodları 
tətbiq edilir. 
5.İdarəetmə sisteminin mühüm komponenti idadəetmə prosesidir. İdarəetmə prosesi 
müvafiq  metodlarından  və  prinsiplerindən  istifadə  edilməklə  müəyyən  funksiyaları 
reallaşdırmaq yolu ilə sistemdə birləşdirilmiç idarəetmə subyektlərinin (xətti və funksional 
rəhbərlərin,  eləcə  də  digər  idarəçilik  heyətinin)  idarə  edilən  obyektin  keyfiyyət 
vəziyyətlərinin  dəyişdirilməsinə,  kollektivin  məqsərlərinin  əldə  edilməsinə  yönəldilmiş 
fəaliyyətdir. 
 
 
 
 
 
 
 

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə