Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə74/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   68   69   70   71   72   73   74   75   76

237 
 
orqanının rəisi və ya onun müavini aidiyyəti üzrə prokurora və ya ibtidai istintaq orqanlarına 
bu barədə məlumat verir. 
Gömrük  orqalarında  təhqiqat  bilavasitə  DGK-nin  Qaçaqmalçılıq  və  gömrük 
qaydalarının  pozulmasi ilə  mübarizə    baş  idarəsinin,  gömrük  idarələrinin  qaçaqmalçılıq  və 
gömrük  qaydalarının  pozulmasına  qarşı  mübarizə  şöbə  və  bölmələrinin  əməkdaşları 
tərəfindən aparılır. Təhqiqat aparan əməkdaşların qərarları müvafiq gömrük orqanının rəisi 
və ya onu əvəz edən şəxs tərəfindən təstiq edilir. Gömrük orqanlarının rəhbərləri qaldırılmış 
işin  əsaslılığına,  təhqiqat  hərəkətlərinin  qanuniliyinə,  keyfiyyətinə  və  vaxtında  heyata 
keçirilməsinə  görə  təhqiqat  aparan  əməkdaşla  bərabər  məsuliyyət  daşıyırlar.  İbtidai 
istintaqın  məcburi  olmadığı  işlər  üzrə  təhqiqat  cinayət  işinin  qaldırıldığı  andan  10  gündən 
gec olmayaraq bitirilməlidir. Aşağıdakı hallarda təhqiqat aparan şəxs işin təhqiqatında iştirak 
edə bilməz: 
a)  əgər  özü  zərərdədirsə,  mülki  cavabdehdirsə,  həmçinin  bu  iş  üzrə  ekspert, 
mütəxəssis və ya tərcüməçi kimi iştirak etmişsə; 
b)  əgər onun tərəflərdən biri ilə qohumluq əlaqəsi varsa; 
c)  əgər onun təhqiq olunan işdə bilavasitə və ya dolayısı ilə marağı olduğunu güman 
etməyə əsas varsa. 
Gömrük  qaydalarının  pozulması  haqqında  eyni  iş  üzrə  iddiyətli  mənafeləri  olan  və 
həmin  işə  görə  məsuliyyətə  cəlb  edilən  bir  neçə  şəxsin  mənafeyinin  müdafiəsini  eyni 
zamanda həyata keçirən vəkil və ya hüquqi yardim göstərən nümayəndə, həmçinin əvvəllər 
həmin  işdə gömrük qaydalarının  pozulması haqqında işin  icraatını  və  ya  bu işə baxılmani 
həyata  keçirən  Az  R-sı  gömrük  orqanının  vəzifəli  şəxsi,  prokuror,  ekspert,  mütəxəssis, 
ş
ahid,  hal  şahidi  qismində  iştirak  edən  vəkil  və  ya  hüquqi  yardım  göstərən  nümayəndə 
gömrük  qaydalarının  pozulması  haqqında  işin  icraatında  və  ya  bu  işə  baxılmada  iştirak 
etməyə buraxılmırlar. 
Gömrük,  məhkəmə,  iqtisad  məhkəməsi,  prokurorluq  və  Az  R-nın  digər  hüquq-
mühafizə  orqanlarının  işçiləri,  həmçinin  vəkillər  kollegiyasından  çıxarılan  şəxslər 
məsuliyyətə cəlb edilən şəxsin nümayəndəsi ola bilməz. 


238 
 
Göstərilən şəxslər gömrük qaydalarının pozulması haqqında işin icraatında və ya bu işə 
baxılmada qanuni nümayəndə kimi iştirak edərkən bu qayda tətbiq edilmir. 
Aşağıdakı  hallar  olduqda  gömrük  qaydalarının  pozulması  haqqında  işlərin  icraatının 
aparılması və bu işlərə baxılmada ekspert, müfəttiş və mütəxəssis iştirak edə bilməz: 
1) 
ə
gər onlar məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin, onun 
vəkilinin  və  ya  nümayəndəsinin,  yaxud  gömrük  qaydalarının  pozulması 
haqqında  işin  icraatını  və  ya  bu  işlərə  baxılmanı  həyata  keçirən  Az  R-sı 
gömrük orqanının vəzifəli şəxsinin qahumlarıdırsa; 
2) 
ə
gər onların məsuliyyətə cəlb edilən şəxsdən xidməti və ya digər asılılıqları 
varsa; 
3) 
onların  şəxsən,  bilavasitə  və  ya  dolayısı  şəkildə  için  nəticəsində  marağı 
olmalarını hesab etməyə əsas verən digər hallar varsa. 
Gömrük qaydalarının pozulması haqqında işin icraatinda və ya bu işə baxılmada Az R-
sı  gömrük  orqanının  vzifəli  şəxsinin  iştirakı  istisna  edən  hallar  olduqda,  özü-özünə  etiraz 
etməyə borcludur. 
3.Cinayət işinin qaldırılması üçün səbəblər aşağıdakılardır: 
- bilavasitə təhqiqat orqanı tərəfindən cinayətin əlamətlərinin aşkar edilməsi; 
- vətəndaşların ərizə və məktubları; 
- müəssisə, təşkilat və vəzifəli şəxslərin cinayətlər barədə məlumatlar; 
- cinayətlər barədə mətbuatda dərc olunmuş məqalə və məktublar; 
- təqsirini boyuna almaqla könüllü gəlmədə cinayət işinin başkanılması üçün əsas isə, 
cinayətin əlamətlərini göstərən materialların kifayət qədər olmasıdır. 
Gömrük  orqanı  təhqiqat  orqanı  olaraq  gömrük  işi  sahəsində  törədilmiş  cinayətlərin 
ə
lamətləri  olduqda  iş  qaldırır.  Təhqiqat  aparan  şəxs  tərəfindən  cinayət  işinin  qaldırılması 
barədə  çıxarılmış  və  təhqiqat  orqanının  rəhbəri  tərəfindən  təstiq  edilmiş  qərarda  onun 
cıxarıldığı  yer  və  vaxt,  qərarı  çəxarılmış  şəxsin  vəzifəsi,  rütbəsi  və  soyadı,  cinayət  işinin 
qaldırılması səbəbi və əsası göstərilməlidir. Təhqiqatın icraatı tapşırılan şəxs işi öz icraatına 
qəbul etməsi barədə qərar çıxarır. 


239 
 
Gömrük  orqanı  bir  təhqiqat  orqanı  olaraq  gömrük  işi  sahəsində  törədilmiş  və  ya 
hazırlanan  cinayətlər  barədə  məlumat  və  ərizələri  qəbul  edir.  Törədilmiş  və  ya  hazırlanan 
cinayət  barədə  daxil  olunmuş  ərizə  və  məlumat  üzrə  ərizə  alındıqdan  3  gündən  artıq 
olmayaraq, istisna hallarda – 10 gündən artıq olmayaraq qərar verilməlidir. 
Ə
gər  cinayət  işinin  qaldırılmasından  imtina  edilirsə,  bu  barədə  əsaslandırılmış  qərar 
çıxarılır, həmçinin, bu barədə ərizəçiyə və ya ərizə verən müəssisə məlumat verilir, qərardan 
ş
ikayət verilə bilməsi barədə onlara hüquqları izah edilir. 
Ə
gər daxil olan ərizələrdə gömrük orqanının təhqiqat xidmətləri tərəfindən tədqiq edilə 
bilməyən  cinayətllər  barədə  məlumat  varsa,  belə  ərizə  və  məlumatlar  aidiyyəti  üzrə  digər 
orqanlara göndərilir. 
4.Gömrük qaydalarının pozulması haqqında işlərin icraatında iştirak edirlər: 
- hüquqi və fiziki şəxslər, həmçinin fiziki şəxsin qanuni nümaəndəsi; 
-  idarə,  müəssisə  və  təşkilat  məsuliyyətə  cəlb  edilərkən  rəhbərləri  və  ya  onların 
müavinləri,  yaxud  gömrük  qaydalarının  pozulması  haqqında  işin  icraatını  aparan  Az  R-sı 
gömrük  orqanının  vəzifəli  şəxsinin  icazəsi  ilə  göstərilən  şəxslərin  gömrük  qaydalarının 
pozulmasına  görə  məsuliyyətə  cəlb  ediməsi  ilə  baqlı  bütün  məsələlərin  nizama  salınması 
xidməti vəzifələrinə aid olan digər işçiləri; 
-  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  şəxslər  məsuliyyətə 
cəlb edilərkən həmin şəxslər. 
Ə
gər  gömrük  qaydalarının  pozulmasına  görə  məsuliyyətə  cəlb  edilən  şəxs  Az  R-nın 
ə
razisində yaşamırsa və bu ərazidən kənardadırsa, gömrük qaydalarının pozulması haqqında 
işin  icraatı  və  ya  bu  işə  baxılmada  həmin  şəxsin  nümayəndəsi  iştirak  edə  bilər. 
Nümayəndənin  səlahiyyəti  Az  R-nın  qanunvericiliyinə  müvafiq  qaydada,  yaxud 
nümayəndənin  öz  vəzifələrini  icra  etməsi  üçün  kifayət  edən  digər  qaydada  təsdiq 
edilməlidir. 
Gömrük  qaydalarının  pozulması  haqqında  işin  icraatında  və  ya  bu  işə  baxılmada 
nümayəndə  olmadıqda,  gömrük  qaydalarının  pozulmasına  görə  məsuliyyətə  cəlb  edilən 
şə
xsin ərazisində yaşadığı və ya olduğu xarici dövlətin konsulluğunun vəzifəli şəxsi iştirak 
edə  bilər.Şəxs, onun nümayəndəsi və  ya  bu  maddədə göstərilən  konsulluğun vəzifəli  şəxsi 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə