Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə71/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   68   69   70   71   72   73   74   75   76

227 
 
qablaşdırma zədələrinin düzəldilməsi, prob və nümunələr götürülməsi, göstərilən malların və 
nəql.vasitələrinin  saxlandığı  binaların  və  yerlərin  açılmasıdır.  Bu  hərəkətlərdən  hər  hansı 
birinin törədilməsi hüquq-pozmanın faktiki törədilmiş hesab olunması üçün kifayətdir. 
Hüquqpozmanın  subyekti  gömrük  rəsmiləşdirilməsi  zəruri  olan  mal  və  nəql. 
vasitələrinə münasibətdə səlahiyyətləri olan şəxslərdir. Əgər daşıyıcı malların məhv olacağı, 
həmişəlik itiriləcəyi və ya xarab olacağı barədə real təhlükə olduğunu sübut edərsə, yuxarıda 
göstərilən əməliyyatlara görə məsuliyyətdən azad edilir. 
4.Gömrük  qaydalarınnı  pozulmasına  görə  inzibati  tənbehlər  –  gömrük 
hüquqpozmalarına görə məsuliyyət tədbirləridir. 
Gömrük  qaydalarının  pozulmasına  görə  inzibati  tənbəhlər  həmişədövlətin 
hüquqpozmaya  cavab  reaksiyasını  törədilmiş  hüquqpozmaya  və  hüquqpozucusuna  mənfi 
münasibət şəklində ifadə edirlər. 
Gömrük  qaydalarınıın  pozulmasına  görə  tənbəh  müəyyən  hüquqi  nəticələrə  gətirib 
çıxarır  –  gömrük  qaydalarının  pozulmasına  görə  inzibati  qaydada  tənbəh  edilmiş  şəxs 
tənbəhin qoyulduğu vaxtdan etibarən bir il müddətində inzibati qaydada cəzalanmış sayılır. 
Bir il ərzində təkrar gömrük qaydalarının pozulması məsuliyyəti agırlaşdırıcı hal hesab 
edilir və özlüyündə daha ciddi nəticələr səbəb olur, yəni daha ciddi cəza tətbiq edilir. 
Gömrük qaydalarının pozulmasına görə aşağıdakı tənbəhlər tətbiq edilə bilər: 
1)  xəbərdarlıq; 
2)  cərimə; 
3)  Az-can  R-sı  gömrük  orqanı  tərəfindən  verilən  və  Məcəllə  ilə  nəzərdə  tutulan 
müəyyən  fəaliyyət  növlərini  həyata  keçirmək  hüququ  verən  lisenziyaların  və 
ixtisas attestatlarının geri alınması; 
4)    bilavasitə  gömrük  qaydalarının  pozulması  obyekti  olan  malların  və  nəqliyyat 
vasitələrinin,  yaxud  bilavasitə  gömrük  qaydalarının  pozulması  obyekti  olan 
əş
yaların  gizlədilərək  Az  R-sı  gömrük  sərhədindən  keçirilməsi  üçün  istifadə 


228 
 
olunmuş  xüsusi  olaraq  düzəldilmiş  gizli  saxlanc  yerlərinə  malik  malların  və 
nəqliyyat vasitələrinin müsadirəsi; 
5)  bilavasitə  gömrük  qaydalarının  pozulması  obyekti  olan  malların  və  nəqliyyat 
vasitələrinin,  yaxud  bilavasitə  gömrük  qaydalarının  pozulması  obyekti  olan 
əş
yaların  gizlədilərək  Az  r-nın  gömrük  sərhədindən  keçirilməsi  üçün  istifadə 
olunmuş  xüsusi  olaraq  düzəldilmiş  gizli  saxlanc  yerlərinə  malik  malların  və 
nəqliyyat vasitələrinin dəyərinin tutulması; 
6)  bilavasitə  gömrük  qaydaların  pozulması  obyekti  olan  malların  daşınması  üçün 
istifadə olunmuş nəqliyyat vasitələrinin müsadirəsi. 
Az  R-nın  qanunvericiliyində  nəzərdə  tutulan  gömrük  qaydalarının  pozulmasına  görə 
tənbəh növlərini üç qrupa ayırmaq olar: 
1)  əsas tənbəhlər (xəbərdarlıq və cərimə); 
2)  əlavə  cəzalar  (lisenziya  və  ya  ixtisas  attestatının  geri  cağırılması  bilavasitə 
hüquqpozma obyektlərinin daşındığı nəql vasit-nin müsadirəsi); 
3)  həm əsas, həm də əlavə cəzalar kimi tətbiq edilən tənbəhlər. 
Buraya  gömrük  qaydaları  pozulmasının  blavasitə  obyektləri  olan  mal  və  nəqliyyat 
vasitələrinin  müsadirəsi,  yaxud  həmin  mal  və  nəqliyyat  vasit-nin dəyərinin tutulmasını  aid 
etmək olar. 
İ
nzibati  tənbəhlərin  nisbətən  yumşaq  növlərindən  biri  xəbərdarlıqdır.  Xəbərdarlııq  – 
bilavasitə  qanunpozucusunun  şəxsiyyətinə  yönəlir,  onun  tətbiqi,  əsasən,  mənəvi  xarakter 
daşıyır  və  təqsirkar  şıxsin  hər  hansı  şəkildə  hüquqlarının  məhdudlaşdırılması  ilə  bağlı 
deyildir.  Xəbərdarlıq  cüzi  mənfi  hərəkətlərə  görə  və  ilk  dəfə,  yaxud  ehtiyatsızlıq  üzündən 
gömrük qaydalarını pozanlara tətbiq edilir. 
Hallar  müəyyənləşdirildikdən  sonra,  Az  R-sı  gömrük  orqanının  vəzifəli  şəxsi  ciddi 
maliyyə hesabatlı sənəd olan tənbəhetmə haqqında akt tərtib edir. 
Ə
mlak xarakterli məsuliyyət tətbiqi cərimə - pul tənbəhidir və qanun pozuncusundan 
dövlətin xeyrinə müəyyən pul məbləğinin alınması ilə şərtləndirilir. 


229 
 
Cərimə  bütün  hallarda  əsas  tənbəh  tədbiri  kimi  təyin  olunur.  Gömrük  orqanlarının 
vəzifəli  şəxslərinə  icraata  götürülən  işin  materialları  və  konkret  şərait  nəzərə  alınmaqla  və 
Gömrük  Məcəlləsinin  müvafiq  maddələrini  rəhbər  tutmaqla  cərimənin  məbləgini  müəyyən 
etmək hüququ verilir. 
Lisenziya  və  ya  ixtisas  attestatının  geri  çağırılması,  yaxud  ləğv  edilməsi  gömrük 
qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarında ttəbiq edilir. 
Bu tənbəh növü yalnız əlavə tənbəh kimi və həmin lisenziya və ya attestatla nəzərdə tutulan 
fəaliyyəti həyata keçirməklə bağlı gömrük qaydalarının pozduqda tətbiq olunur. 
Gömrük  qaydalarının  pozulmasına  görə  tətbiq  edilən  tənbəh  növlərindən  daha  çox 
təsadüf ediləni bilavasitə GQP obyektləri olan mal və nəqliyyat vasitələrinin, ələcə də Az R-
nın  gömrük  sərhədindən  malları  gömrük  nəzarətindən  kənar  keçirmək  məqsədi  ilə  gizli 
saxlama  yerləri  düzəldilmiş  mal  və  nəql.  vasitələrinin  müsadirəsidir.  Tənbəhin  bu  növü 
göstərilən  əmlakın  əvəzsiz  olaraq  dövlət  xeyrinə  özgəninkiləşdirilməsi  ilə  ifadə  olunur.  bu 
zaman  müsadirə olunan əmlakın bilavasitə gömrük qaydalarını pozan şəxsin mülkiyyətində 
yaxud işin icraatı gedişində müəyyən edilmiş və ya edilməmiş digər şəxslərin mülkiyyətində 
olçmasının əhəmiyyəti yoxdur. 
Gömrük  orqanlarının  fəaliyyətindən  malların  və  nəqliyyat  vasitələrinin  həmçinin, 
bilavasitə  GQP  obyekti  olan  və  gömrük  sərhədindən  malların  gömrük  nəzarətindən  kənar 
keçirilməsi  üçün  xüsusi  gizli  yerlər  düzəldilmiş  mal  və  nəql.  vasitələrinin  dəyərinin 
tutulması da ttəbiq edilir. bu növ tənbəhin mahiyyəti dövlətin xeyrinə məcburi qaydada GQP 
obyektinin  hüquqpozma  gününə  sərbəst  bazar  qiymətləri  ilə  dəyərinə  bərabər  məbləğin 
alınmasıdır. 
Malların və nəqliyyat vasitələrinin dəyərinin tutulması həm əsas, həm də əlavə inzibati 
tənbəh kimi tətbiq edilə bilər. 
Gömrük qaydalarının pozulmasına görə hər hansı tənbəh novü tətbiq edərkən gömrük 
orqanları  vəzifəli  şəxslərinin  əsaslanmalı  olduqları  mühüm  prinsip  tənbehin 
fərdiləşdirilməsi,  yəni  tənbehin  icraatdakı  işin  materialları  və  şərtlərinin  araşdırılması 
ə
sasında yünğülləşdirilməsi, yaxud ağırlaşdırılmasıdır. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə