Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə69/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   65   66   67   68   69   70   71   72   ...   76

220 
 
Xarici  ticarət  üzrə  statistik  məlumat  idxal  və  ixracın  miqdarı  və  dəyəri,  xarici  ticarət 
balansının  saldosunu  əks  etdirir;  malın  mənşə    ölkəsi,  təyinat  ölkəsi,  göndəriş  şərtləri, 
qiyməri və s. barədə təsəvvür yaradır. 
Xarici  ticarətin  gömrük  statistikasının  formalaşdırılmasında  aşağıdakı  göstəricilərdən 
istifadə olunur: 
-  hesabat dövrü; 
-  yük axınının istiqaməti; 
-  idxalda mənşə ölkəsi; 
-  ixracda təyinat ölkəsi; 
-  statistik dəyər; 
-  malın kodu və adı; 
-  xalıs çəkisi (netto); 
-  əlavə ölçü vahidlərinin kodu və adı; 
-  əlavə ölçü vahidləri ilə miqdar; 
-  sövdələşmənin xüsusiyyətləri; 
-  gömrük prosedurların növü; 
-  mal göndərənin kateqoriyası. 
Bu  göstəricilər  xarici  ticarətin  gömrük  statistikası  üzrə  dövri  nəşrləri  hazırlamağa, 
müxtəlif analıtık tədqiqatlar aparmağa, xüsusilə xarici ticarətin inkişafını öyrənməyə, idxal-
ixrac əməliyyatlarının xarici iqtisadi əlaqə iştirakşılarının müxtəlif kateqoriyaları üzrə analizi 
imkan verir. 
 Xarici ticarətin gömrük statistikası və gömrük ödəncləri statistikasının göstəricilərinin 
ə
sas  mənbəyi  Yük  Gömrük  Bəyannaməsidir.  YGB  Az  R-nın  dövlət  sərhədindən  keçirilən 
yüklər barədə operativ məlumatlar almağa imkan verir. Gömrük bəyannaməsi xarici iqtisadi 
fəaliyyətinin  dövlət  tənzimlənməsinin  üsullarından  biridir.  Bəyanetmə  xarici  iqtisadi 
fəaliyyət  iştirakçıları  tərəfindən  həyata  keçirilir,  gömrük  orqanalrı  isə  həm  bəyanetmə 
prosesinə, həm də bəyannamədə göstərilən məlumatlarının dəqiqliyinə dövlət nəzarəti həyata 


221 
 
keçirir.  Yük  gömrük  bəyannaməsində  göstərilən  məlumatlar  xarici  ticarət  statistikası  üçün 
rəsmi ilkin məlumatlardır. 
Xarici ticarət dövriyyəsinin statistikasının formalaşdırılmasının başlancı üçün YGB-nin 
aşğıda  qeyd  edilən  göstəriciləri  əsas  götürülür.    YGB-nin  tərtibatında  istifadə  edilən 
təsnifatlandırıcıların  kodlaşdırılması  göstəricilərin  yığılmasını  avtomatlaşdırmağa  imkan 
verir. Xarici ticarət dövriyyəsi statistikasının asasını kodu təsnifatlandırıcıya – xarici iqtisadi 
fəaliyyətin əmtəə nomenklaturasına (XİFƏN) uyğun olaraq təyin edilən mallar təşkil edir. 
31-ci  qrafada  malların  ticarətdə  istifadə  olunana  adları  və  onların  modelləri,  tipləri, 
ölçüləri və s. daxil olmaqla texniki xarakteristikaları göstərilir. Onlar bəyan olunan  malları 
XİFƏN üzrə təsnifat qaydalarına  uyğun olaraq, müəyyən mal mövqeyində təsnifinə imkan 
verir. 
33-cü qrafada birinci yarımbölmədə malların 9 rəqəmli kodları göstərilir. 
38-ci  qrafada  malların  qablaşdırma  vasitəsi  nəzərə  alınmadan  onların  xalis  çəkisi 
kiloqramla göstərilir. 
Digər  ölçü  vahidlərindən  istifadə  edildikdə  31-ci  qrafada  bu  əlavə  vahidinin  qısa  adı 
göstərilir və təsnifatlandırışıya uyğun olan kodu nəzərə alınmaqla 38-ci qrafada “kq”, 41-ci 
qrafada isə əlavə ölçü vahidinin kodu yazılır. 
Idxal və ixracın dəyər qiyməti 46-cı qrafada ABŞ dolları ilə ifadə edilməklə göstərilir. 
Gömrük  ödənişlərinin  ödənilməsi,  gömrük  dəyəri  göstərilən  valyutadan  fərqli  olan 
hallarda ödənmiş gömrük ödənclərinin məbləği 47-ci qrafanın “məbləğ” sütununda göstərilən 
məbləğin ödəniç valyutası məzənnəsi YGB-nin gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu 
gündən  Mərkəzi  Bank  tərəfindən  müəyyən  edilən  valyutanın  məzənnəsinə  görə  yenidən 
hesablanır. 
Ə
gər  47-ci  qrafanın  “ÖÜ”  (ödəniş  üsulu)  sütununda  “05”  öşarəsi  göstərilərsə,  belə 
hallarda bu gömrük ödəniş növü üzrə “B” qrafası doldurulmur. “B” qrafasının doldurulması 


222 
 
zamanı bütün elementlər bir-birindən defis işarəsi ilə ayrılır və elementlər daxilində simvol 
tərtibində boş yer qoyulmasına yol verilmir. 
Gömrük  ödənişlərinin  ödənilməsi  zamanı,  bu  əməliyyatlar  üzrə  məlumatlar  “B” 
qrafasında aşağıdakı sxem üzrə formalaşır 
                        99  - 9999999999 0 – 99 
1-ci element yük gömrük bəyannaməsinin doldurulması qaydalarında göstərilən gömrük 
ödənişlərinin təsnifata uyğun olan ödəniş növünün ikirəqəmli kodunu; 
2-ci element ödəniləcək məbləği; 
3-cü element isə valyutanın kodunu göstərir. 
YGB-nin  doldurulması  və  qəbulu  əməliyyatları  bitdikdən  sonra  ilkin  statistik  hesabat 
formaları və çıxış formaları hazırlanır. 
Gömrük statistikası göstəricilərinin araşdırılması və işlənməsi üsulları aşağıdakılardır: 
1)  statistik cəmləmə və qruplaşdırma; 
2)  qrafik üsul; 
3)  balans üsulu; 
4)  indeks üsulu; 
5)  amil üsulu. 
 
    
  
  
 
 
 


223 
 
13. Gömrük orqanlarınnı hüquq-mühafizə fəaliyyətinin inzibati-hüquqi və inzibati-
prosessual formaları. 
Suallar: 
1.Hüquq-mühafizə fəaliyyəti anlayışı. 
2. Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin formaları. 
3. Gömrük qaydalarının pozulması anlayışı. 
4. Gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh növləri. 
5. Gömrük qaydalarının pozulmasına görə məsuliyyəti ağırlaşdıran və yünğülləşdirən 
hallar. 
6. Gömrük qaydalarının pozulması işləri üzrə inzibati icraatın mərhələləri. 
 
1.Dövlətin  hüquq-mühafizə  fəaliyyəti  qanunçuluğun  müdafiəsini,  cinayətkarlıqla  və 
digər hüquqpozmalarla mübarizəni, ictimai maraqların, vətəndaşların hüquqlarının və qanuni 
mənafelərinin qorunmasını təmin etməkdən ibarətdir. 
İ
ctimai  münasibətlərin  tənzimlənməsinə  yönəlmiş,  dövlət  tərəfindən  müəyyən  edilən, 
yaxud  sanksiyalaşdırılan  qorunan  hüquq  normaları  –  ümumilikdə  riayət  edilməsi  məcburi 
olan davranış qaydalarıdır. Bu normalar da özlüyündə: 
-  nizamlayıcı (requlyativ) – yəni hüqqi münasiət iştirakçılarını qanun çərçivəsində 
davranışını tənzimləyən; 
-  hüquq  mühafizə    yəni  hüquqi  münasibət  iştirakçılarının  qeyri-qanuni 
hərəkətlərini təmzimləyən normalara bölünür. 
Tətbiq  edilən  hüquq  normaları  şəxsiyyətin,  cəmiyyətin  və  dövlətin  maraqlarını  həm 
ifadə edir, həm müəyyən edir, həm də müdafiə edir. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə