Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə70/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   66   67   68   69   70   71   72   73   ...   76

224 
 
Hər  bir  hüquqi  norma  məntiqi  və  faktiki  quruluşa  malik  olur.  Bu  məntiqi  quruluşu 
hipoteza,  dispozisiya  və  sanksiya  yaradır:  hipoteza  hüquqi  normanın  tətbiqi  üçün  faktiki 
şə
rtləri müəyyən edən hissəsidi; dispozisiyada  hüquqi münasibət iştirakçılarının hüquq və 
vəzifələri əks edirilir; sanksiyada mənfi nəticələr, hüquqi normanın pozulmasında günahkar 
olan şəxslərin msuliyyt dərəcəsini göstərir.   
Gömrük  orqanlarının  fəaliyyəti  sahəsində  hüquqi  normalardan  istifadə  hüquqi 
münasibət subyektlərinin, gömrük orqanlarının vəzifəli şəxslərinin və XİF iştirakçılrının bu 
norma  ilə  nəzərdə  tutulan  hüquqlarının  həyata  keçirilməsidir.  Hüquqi  normanın  icrası 
dedikdə fiziki, hüquqi, vəzifəli şəxsin hüquqi norma ilə üzərinə qoyulmuş vəzifələrin yerinə 
yetirilməsinə yönəlmiş hərəkətləri başa düşülür. Dövlət tərəfindən hüquqi normanın tətbiqi – 
dövlət orqnlarının vəzifəli şəxslərin onun müddəalarının həyata keçirilməsi üzrə hakimiyyət-
requlyativ hərəkətləridir. 
XİF-in  tənzimlənməsində  iştirak  edən  gömrük  orqanları,  hər  seydən  öncə  Az-can  və 
digər ölkələr arasında mal və xidmətlərin optimal hərəkətini həyata keçirir, iqtisadi, maliyyə, 
siyasi, sosial və digər məsələlərin həllini təmin edir. Bununla da gömrük orqanları Az R-nın 
Gömrük  Məcəlləsində,  “Gömrük  tarifi  haqqında”  Az  R-sı qanununda,  digər  qanunlarda və 
qanun  qücündə  olan  fərman,  sərəncam  və  qərarlarda  nəzərdə  tutulmuş  funksiyaları  həyata 
keçirir.  Onlar  təşkilatı,  dövlət  idarəetmə,  qaydalara  nəzarət,  hüquqi  normalardan  istifadə, 
onun icrası və tətbiqi, qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirirlər. 
Lakin  XİF  iştirakçıları  heç  də  həmişə  hüquqi  normaların  yerinə  yetirilməsinə 
çalışmırlar. Müəyyən qrup şəxslər bilərəkdən və ya bilməyərəkdən bu normaları pozurlar ki, 
dövlət orqanları lazımi tədbirlər görməyə məcbur olur və onların üzərinə qoyulmuş mühafizə 
funksiyasını yerinə yetirərək, bu hüquqpozmaların qarşısını alırlar. 
Tətbiq  edilən  normanın  qorunması  XİF  iştirakçıları  və  gömrük  orqanlarının  vəzifəli 
şə
xslərinin  müsbət,  arzuolunan,  hüquqi  və  qeyri-hüquqi  hərəkətlərinin  müdafiəsində, 
həmçinin  gömrük  sahəsində  meydana  şıxan  və  dövlət,  cəmiyyət  və  şəxsiyyət  üçün  zərərli, 
habelə təhlükəli münasibətlərin aradan qaldırılması və qarşısının alınmasında təzahür tapır. 


225 
 
Gömrük  orqanlarının  fəaliyyətinin  bu  hissəsi  hüquq  normaları  ilə  müəyyən  edilmiş 
hüquqa zidd hərəkətlərə, yaxud hərəkətsizliyə qadağanlarda, qadağanların pozulmasına görə 
nəzərdə  tutulmuş  sanksiyalarda,  həmçinin  gömrük  orqanları  tərəfindən  bu  sanksiyaların 
tətbiq edilməsində öz əksini tapır. 
2.Hüquq-mühafizə  fəaliyyəti  gömrük  orqanlarının  qarşısında  qoyulan  məqsəd  və 
vəzifələrdən  asılı  olaraq  bir-biri  ilə  bağlı  olan  və  biri  digərini  tamamlayan  müxtəlif 
formalarda həyata keçirilir. 
Ə
məliyyat-axtarış,  inzibati-hüquqi,  inzibati-prosessual,  cinayət-hüquqi,  cinayət-
prosessual və s. formalar gömrük orqanları üçün səciyyəvidir. 
Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin inzibati-hüquqi forması – gömrük 
və  valyuta  nəzarətini  həyata  keçirilməsi,  malların  gömrük  rəsmiləşdirilməsi,  təşkilat  daxili 
idarəetmə  fəaliyyəti  və  digər  dövlət  orqanları  ilə  əlaqələr  yaratmaq  hesabına  inzibati 
huquqpozma əlamət və faktlarının, həmçinin də qanunvericiliyin cinayət, gömrük, vergi və 
s. sahələri üzrə pozuntuların aşkar edilməsində təzahür edir.  
Nəticə  etibarı  ilə  gömrük  orqanlarının  hüquq-mühafizə  fəal-nin  inzibati-prosessual 
forması  aşkara  çıxarılmış  inzibati-hüquqi  normalarla  və  gömrük  qaydaları  ilə  müəyyən 
olunan  tələblərdən  kənara  çıxma  faktlarının  yoxlanılmasına,  pozuntulara  aidiyyəti  olan 
şə
xslərin  aşkar  edilməsinə,  törədilmiş  hərəkətlərin  təsnifatlandırılmasına  və  məsuliyyət 
dərəcəsinin  müəyyən  edilməsinə,  habelə,  qeyri-qanuni  hərəkətlər  nəticəsində  dövlətin 
maraqlarına  dəyən  ziyanın  qarşısının  alınmasına,  yaxud,  azaldılmasına  yönəlmiş  inzibati-
prosessual hərəkətlər edilməsində əks olunur. 
Bu  hərəkətlər  aşkar  edilmiş  inzibati  hüquqpozmalar  və  ya  gömrük  qaydalarının 
pozulması  halları  barədə  protokollar  tərtib  edilməsi,  inzibati  hüquqpozmalar,  gömrük 
qaydalarının  pozulması  üzrə  işlərin  açılması  və  onların  icraatı,  cərimələrin  baxilması  və 
tətbiqi kimi formalarda həyata keçirilir. 
Obyektiv olaraq gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin cinayət-prosessual 
forması  mübarizə  edilməsi  səlahiyyəti  gömrük  orqanlarına  verilmiş  cinayətlərin  fakt  və 


226 
 
ə
lsmətlərinə görə cinayət işi qaldırılması, bu işlər üzrə təhqiqat aparılması, həmçinin istintaq 
hərəkətlərində iştirakı ilə özünün birüzə verir. 
Vəzifə və funksiyalarını yərinə yetirərkən gömrük orqan-nın hüquq-mühafizə fəal-nin 
mühüm formalarından biri də öz təhlükəsizliyinin təmin edilməsidir. 
Dövlət tərəfindən verilmiş səlahiyyət növlərindən biri kimi əməliyyat-axtarış fəaliyyəti 
gömrük  orqan-nın  kriminalistika,  kəşfiyyat  və  axtarıç  kimi  xüsusi  elementləri  özündə 
birləşdirən hüquq-mühafizə fəal-nin mühüm formalarından biridir. 
3.Şəxslərin  gömrük  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  qaydada  malların  və  nəql. 
vasit-nin  Az  R-nın  gömrük  sərhədindən  keçirilməsi,  onlara  gömrük  nəzarəti,  gömrük 
rəsmiləşdirilməsi,  onların  gömrük  ödənclərinə  cəlb  edilməsi  və  ödənilməsi,  gömrük 
güzəştləri  verilməsi  və  onlardan  istifadə  edilməsi  qaydalarının  pozulmasına  yönəlmiş 
hərəkətləri, yaxud hərəkətsizliyi gömrük qaydalarının pozulması kimi qəbul olunur. 
Gömrük  qaydalarının  pozulmasının  obyektiv  tərəfi  inzibati  hüquqpozma  kimi  qəbul 
olunan,  ictimaiyyət  üçün  təhlükəli,  yaxud,  dövlət  üçün  zərərli  qanunazidd  hərəkətlər 
edilməsi ilə şərtlənir. 
Gömrük  qaydalarının  zərərli,  yaxud  ictimai  təhlükəli  hal  olaraq  pozulması  həm  fəal 
hərəkətlərdən, həm də passiv davranış yəni XİF iştirakçısının etməli olduğu, lakin etmədiyi 
hərəkətlərdən ibarət ola bilər. 
Gömrük qaydalarının pozulması ilə bağlı qanuna-zidd hərəkətlərə misal olaraq gömrük 
orqanının  vəzifəli  şəxsinin  gömrük  nəzarəti  keçirilməsi  üçün  əraziyə  və  binalara  daxil 
olmasına  maneçilik  törədilməsini;  gömrük  sərhədindən  keçirilən  malların  gömrük 
nəzarətindən gizlədilməsini; sənədlərdən və ya identifikasiya vasitələrindən aldatma yolu ilə 
istifadə  etməklə  malların  və  nəqliyyta  vasitələrinin  Az  R-nın  gömrük  sərhədindən 
keçirilməsini,  malların  və  nəqliyyat  vasitələrinin  bəyan  edilməməsi  və  ya  düzğün  bəyan 
edilməməsi, gömrük nəzarət zonası rejiminin pozulmasını göstərmək olar. 
Hüquqpozmanın  obyektiv  tərəfi  gömrük  orqanının  icazəsi  olmadan  gömrük  nəzarəti 
altında olan malların daşınması, yüklənməsi, boşaldılması, bir yerdən başqa yerə daşınmasş, 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə