Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə72/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   68   69   70   71   72   73   74   75   76

230 
 
5.Gömrük  qaydalarının  pozulmasına  görə  məsuliyyəti  yünğünlləşdirən  hallar 
aşağıdakılardır: 
1) işin həllinə fəal kömək göstərilməsi; 
2) hüquqpozmanın zərərli nəticələrinin könüllu olaraq aradan qaidırılması; 
3)  hüquqpozmanın  məcburiyyət,  yaxud  da  maddi,  xidməti  və  digər  asılılıgın  təsiri 
altında törədilməsi; 
4)hüquqpozmanın yetkinlik yaşına çatmamış şəxslər tərəfindən törədilməsi. 
Yüngülləşdirici  halların  siyahısı  bunuylə  məhdudlaşmır.  Yüngülləşdirici  hallar 
məsuliyyətə cəlb olunan şəxsin məsuliyyətinin dərəcəsi və xarakterinə müəyyən edilməsidir 
yəni işin materialları və prosessual sübutetmə vasitələri ilə. 
Məsuliyyəti  ağırlaşdırıcı  hallara  gəlincə,  onlar  Az  R-nın  Qanunvericilik  aktları  ilə 
məhdudlasır.  bu  o  deməkdir  ki,  gömrük  orqanını  vəzifəli  şəxsi  gömrük  qaydalarının 
pozulması üzrə işi apararkən, Gömrük Məcəllədə göstərilməyən digər halları ağırlaşdırıcı hal 
kimi qəbul etmək hüququna malik deyil. 
Gömrük 
qaydalarının 
pozulmasına 
görə 
məsuliyyəti 
ağırlaşdıran 
hallar 
aşağıdakılardır: 
1)  Az  R-sı  gömrük  orqanının  vəzifəli  şəxsinin  hüquqa  zidd  hərəkətlərə  son  qoymaq 
barədə tələblərinə baxmıyaraq, bu cür hərəkətlərin davam etdirilməsi; 
2)  il ərzində gömrük qaydalarının təkrar pozulması; 
3)  əvvəllər  gömrük  işi  sahəsində  cinayətlərə  yol  vermiş  şəxs  tərəfindən  gömrük 
qaydalarının pozulması; 
4)  yetkinlik  yaşına  çatmayanların  gömrük  qaydalarının  pozulmasının  törədilməsinə 
cəlb edilməsi; 
5)  bir qrup şəxs tərəfindən gömrük qaydalarının pozulması; 
6)  təbii  fəlakət  və  ya  digər  fövqəladə  vəziyyət  şəraitində  gömrük  qaydalarının 
pozulması; 


231 
 
7)  sərxoşluq vəziyyətində gömrük qaydalarının pozulması. 
6.Gömrük  qaydalarının  pozulmasına  görə  işlərin  inzibati  icraatı  gömrük  orqanlarının 
hüquq-mühafizə fəaliyyətinin mühüm tərkib hissəsidir. 
Gömrük  qaydalarınnı  pozulması  haqqında  işlərin  icraaatı,  gömrük  qaydalarının 
pozulmasını  bilavasitə  aşkar  edən  Az  R-sı  gömrük  orqanının  vəzifəli  şəxsi,  yaxud  gömrük 
orqanının rəisi və ya onun müavininin qərari ilə Az R-sı gömrük orqanının gömrük hüquq-
pozmaları ilə mübarizə üzrə struktur bölməsinin vəzifəli şəxsləri tərəfindən həyata keçirilir. 
Gömrük qaydalarının pozulması üzrə inzibati prosesin aşağıdakı mərhələləri var: 
1)  iş açılması və onun inzu=ibati təhqiqatı; 
2)  işin baxılması və gömrük qaydalarının pozulması barədə qərar şıxarılması; 
3)  gömrük qaydalarının pozulması haqda işlər üzrə qərardan şikayət verilməsi, protest 
verilməsi və qərara yenidən baxılması; 
4)  gömrük qaydalarının pozulmasına görə gömrük orqanlarının tənbeh qərarının icrası. 
Gömrük qaydalarının pozulmasına görə iş açılması və təhqiqat mərhələ ilkin prosessual 
hərəkətlərdən  ibarətdir.  Gömrük  qaydalarının  pozulmasına  görə  və  ya  məsuliyyətə  cəlb 
edilən  fiziki,  yaxud  vəzifəli  şəxsin  inzibati  qaydada  saxlanılması  barədə  protokol  tərtib 
edildiyi  andan  gömrqük  qaydalarının  pozulması  barədə  iş  açılmış,  icraat  isə  başlanılmış 
hesab olunur. 
Gömrük  qaydalarının  pozulması  haqqında  protokol  əsas  prosessual  sənəd  sayılır.  bu 
sənəddə aşağdakılar göstərilir: 
-  tərtib edildiyi yer və tarix; 
-  protokolu edən şəxsin vəzifəsi, soyadı;  
-  gömrük qaydalarının pozulduğu yer, vaxt və hüquqpozmanın mahiyyəti; 
-  şahidlərin soyadları və ünvanları (əgər varsa); 
-  məsuliyyətə cəlb olunan çəxsin izahatı; 
-  digər məlumatlar. 


232 
 
Protokolda aşağıdakı məlumatlar öz əksini tapmalıdır: 
-  1  qrup  məlumatlar  gömrük  qaydalarının  pozulması  faktı  üzrə  materiallar  və  hallar 
aiddir; 
-  2 qrup məlumatlat gömrük qaydalarının pozan şəxsi səciyyələndirən hallara aiddir. 
         
 
 


233 
 
14.  Gömrük  orqanlarının  hüquq-mühafizə  fəaliyyətinin  cinayət-hüquqi  və  cinayət 
prosessual formaları. 
Suallar: 
1.  Təhqiqatı gömrük orqanlarının səlahiyyətinə aid edilən cinayətlər növləri. 
2.  Az R-nın gömrük orqanları tərəfindən təhqiqatın aparılması. 
3.  Cinayət işinin qaidırılması üçün səbəblər. 
4.  Gömrük  qaydalarının  pozulması  haqqında  işlərin  icraatında  iştirak  edənlər  və 
onların hüquqları. 
5.  Təxirəsalınmaz təhqiqat tədbirləri. 
 
Az  R-nın  Gömrük  Məcəlləsinə  görə  təhqiqatı  gömrük  orqanlarının  səlahiyətinə  aid 
edilən cinayətlər aşağıdakılardır: 
1)  qaçaqmalçılıq; 
2)  Az xalqın və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvəti olan əşyaların 
Az R-nın ərazisinə qaytarılmaması; 
3)  qanunsuz valyuta əməliyyatları və valyuta sərbvətləri ilə sair əməllər; 
4)  gömrük ödənişlərinin ödənilməsindən yayınma. 
Qaçaqmalçılıq  dedikdə  dövlət  sərhədindən  mal  və  digər  əşyaların  qeyri-qanuni 
keçirilməsi  başa  düşülür  və  cinayət  hesab  olunur.  Az  R-nın  gömrük  sərhədindən  gömrük 
nəzarətindən  kənar  və    ya  ondan  gizli,  yaxud  sənədlərdən  və  ya  gömrük  eyniləşdirilməsi 
vasitələrindən  aldatma  yolu  ilə  istifadə  edilməsi,  yaxud  bəyan  etməməklə  və  ya  düzgün 
etməməklə aşağıdakı malların keçirilməsi kontrabanda hesab olunur: 
-  narkotik  vasitələrin,  psixotrop,  güclü  təsirli,  zəhərli,  zəhərləyici,  radioaktiv  və 
partlayıcı maddələrin; 
-  silahların,  partlayıcı  qurğuların  və  onlar  üçün  döyüş  sursatının  (soyuq,  yivsiz  ov 
silahları və onların patronlarından başqa); 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə