Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə10/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   6   7   8   9   10   11   12   13   ...   76

28 
 
Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsi  ilə  nəzərdə  tutulmuş  digər 
hallarda valyuta nəzarətini həyata keçirir; 
15.  Qaçaqmalçılığa  və  gömrük  işi  sahəsində  digər  cinayətlərə  qarşı 
mübarizə  aparılmasını  təşkil  edir.  Azərbaycan  Respublikasının  gömrük 
orqanları  tərəfindən  bu  cür  cinayətlər  üzrə  qüvvədə  olan  qanunvericilik 
aktlarına  müvafiq  olaraq  təhqiqat ibtidai  istintaq aparılmasını  və  əməliyyat-
axtarış fəaliyyəti həyata keçirilməsini təmin edir; 
16. Narkotik vasitələrin və psixotrop maddələrin, silahların, Azərbaycan 
xalqının  və  xarici  ölkə  xalqlarının  bədii,  tarixi  və  arxeoloji  sərvətləri  olan 
əşyaların, intellektual mülkiyyət obyektlərinin, habelə digər malların gömrük 
sərhədindən  qanunsuz  keçirilməsinin  qarşısını  almaq  məqsədi  ilə  tədbirlər 
sistemi hazırlayır və həyata keçirir; 
17-1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan 
bölməsində  bioloji  sərvətlərdən  səmərəli  istifadə  edilməsi  və  onların 
qorunması  üzrə  dövlət  siyasətinin  hazırlanıb  həyata  keçirilməsində  iştirak 
edir, öz səlahiyyətləri daxilində bioloji sərvətlərin Azərbaycan Respublikasının 
gömrük sərhədindən keçirilməsi zamanı mövcud qanunvericiliyin tələblərinin 
yerinə yetirilməsi üzərində nəzarəti təmin edir 
18.  Azərbaycan  Respublikasının  dəmir  yolu  vağzallarında,  hava və 
dəniz limanlarında  beynəlxalq  nəqliyyat  vasitələrinin  fəaliyyətinə  qanunsuz 
müdaxilənin  qarşısının  alınmasında  və  beynəlxalq  terrorçuluqla  mübarizədə 
Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarına köməklik göstərir; 
20.  Azərbaycan  Respublikasının  xarici  ticarətinin  gömrük  və  xüsusi 
gömrük statistikasının aparılmasını təşkil edir; 
21  Öz  fəaliyyəti  haqqında  əhalinin  məlumatlandırılmasını,  internet 
saytının  yaradılmasını,  malik  olduğu  və  siyahısı  qanunvericiliklə  müəyyən 
edilmiş 
açıqlanmalı 
olan 
ictimai 
informasiyanın 
həmin 
saytda 
yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin edir; 
22.  Gömrük  işi  həyata  keçirilərkən  fiziki  şəxslərin  və  təsərrüfat 
subyektlərinin hüquq və mənafelərinin müdafiəsi üzrə tədbirlər görür; 


29 
 
23. Şikayətlərə və müraciətlərə vaxtında və tam baxılmasını təmin edir; 
fiziki  və  hüquqi  şəxslərin  hüquqlarının  və  qanuni  mənafelərinin  pozulmasını 
yaradan səbəblərin aradan qaldırılması üçün tədbirlər görür; 
24.  Öz  səlahiyyətləri  daxilində  gömrük  işi  üzrə  mühüm  hüquqi  aktların 
nəşrini təmin edir; 
25. Konkret mallarla və ya təsərrüfat əməliyyatları ilə əlaqədar gömrük 
işi  haqqında  qanunvericilik  aktlarının  tətbiqi  məsələləri  üzrə  öz  qərarlarının 
qəbulu və fəaliyyət göstərməsini təmin edir; 
26. Gömrük işi məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların işində 
iştirak  edir;  Azərbaycan  Respublikasının  gömrük  işinə  dair  beynəlxalq 
öhdəliklərinin yerinə yetirilməsini təmin edir; 
27.  Xarici  dövlətlərin  gömrük  və  digər  səlahiyyətli  orqanları  ilə 
əməkdaşlığı və qarşılıqlı fəaliyyəti həyata keçirir; 
28. Xarici dövlətlərin gömrük siyasətini və bu dövlətlərdə gömrük işinin 
vəziyyətini öyrənir və təhlil edir; 
29.  Müvafiq  sahədə  kadr  hazırlığını  təmin  edir,  həmçinin 
mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görür; 
30.  Gömrük  idarələri,  gömrükxanalar,  gömrük  postları,  gömrük 
laboratoriyaları,  elmi-tədqiqat  və  tədris  müəssisələri,  hesablama  mərkəzləri 
yaradır və ləğv edir; 
31. 
Azərbaycan 
Respublikası 
gömrük 
orqanlarının 
vahid 
avtomatlaşdırılmış  məlumat  sisteminin  yaradılmasını,  fəaliyyət  göstərməsini 
və təkmilləşdirilməsini təmin edir; 
32.  Azərbaycan  Respublikasında  gömrük  işinin  inkişafı  üzrə  həyata 
keçirilən tədbirləri maliyyələşdirir; 
33.  Müəyyən  olunmuş  qaydada  Azərbaycan  Respublikası  gömrük 
sisteminin  büdcədənkənar  inkişaf  Fondunu  idarə  edir  və  onun  üzərində 
sərəncam verir; 
34. Gömrük orqanlarının, gömrük laboratoriyalarının, tabeçiliyində olan 
digər idarə, müəssisə və təşkilatların maddi-texniki və sosial bazasını inkişaf 
etdirir; 


30 
 
35. Gömrük orqanlarının vəzifəli şəxslərinin, gömrük laboratoriyalarının, 
həmçinin tabeliyindəki digər idarələrin, müəssisələrin, təşkilatların işçilərinin 
dövlət  və  sosial  müdafiəsini,  fiziki  hazırlığını  təmin  edir,  onların  tibbi 
təminatını həyata keçirir; 
36.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  ona  həvalə  edilmiş 
digər vəzifələri yerinə yetirir. 
 Ərazi  gömrük  idarələri  öz  fəaliyyətlərini  DGK-nin  ümumi  rəhbərliyi 
altında  həyata  keçirirlər.  DGK-si  gömrük  idarələrin  fəaliyyət  zonasının 
hüdudlarını müəyyən edir. Gömrük idarələrin tabeçiliyində işin xarakterindən 
və  həcmindən  asılı  olaraq  gömrük  postları  yaradılır.  Gömrük  idarələrin 
fəaliyyət zonalarının sərhədləri respublikanın ərazi-bölgü prinsipi ilə müəyyən 
edilmiş bölgələrin inzibati sərhədləri ilə üst-üstə düşməyə bilər.  
Gömrük  idarələrə,  onlara  həvalə  edilmiş  vəzifə  və  funksiyaların  yerinə 
yetirilməsini təmin etmək üçün geniş profilli hüquqlar verilmişdir: 
-  mal  və  nəqliyyat  vasitələrinin  müəyyən  edilmiş  gömrük  proseduru 
altında yerləşdirilməsinə icazə vermək; 
-  gömrük müayinəsi və gömrük nəzarətinin müxtəlif formalarını həyata 
keçirmək; 
-  mal 
və 
nəqliyyat 
vasitələrinin 
gömrük 
nəzarəti 
altında 
eyniləşdirilməsini aparmaq; 
-  gömrük  nəzarəti  və  gömrük  rəsmiləşdirilməsinin  aparılması  üçün 
nəqliyyat  vasitələrinin  qayanacaq  yerlərindən  yola  düsmələrinə  icazə 
verilməsi; 
-  Az  R-nın  gömrük  ərazisini  gömrük  orqanlarının  icazəsi  olmadan  tərk 
etmiş  nəqliyyat  vasitələrini  dayanmağa  məcbur  etmək,  hava  və  dəniz 
gəmilərini  geriyə  qaytarmaq  (xarici  gəmilər  və  digər  dövlətlərin  ərazisində 
olan gəmilərdən başqa); 
-  gömrük  məqsədləri  üçün  prob  və  nümunələrin  götürülməsi  və 
tədqiqatı; 
-  deklarant  və  gömrük  qaşıyıcılarından  gömrük  rəsmiləşdirilməsi 
icraatında  və  gömrük  nəzarətinin  kecirilməsində  köməklik  göstərilməsini 
tələb etmək; 
-  mal  və  nəqliyyat  vasitələri  buraxıldıqdan  sonra  gömrük  nəzarəti 
həyata keçirmək; 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə