Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə13/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   9   10   11   12   13   14   15   16   ...   76

37 
 
prosedurlarına nəzarət həyata keçirmək,  hüquqpozmaların operativ surətdə 
qarşısını  almaq,  əməliyyat-axtarış  fəaliyyətini  sürətləndirmək  və  digər 
məqsədlər  üçün  gömrük  orqanlarının  sistemi  daxilində  mobil  qruplar  təşkil 
etmək; 
-  təhqiqatı  və  istintaqı  gömrük  orqanlarının  səlahiyyətinə  aid  edilmiş 
cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, onları hazırlayan, 
törədən  və  ya  törətmiş  şəxsləri  müəyyənləşdirmək  məqsədi  ilə 
qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  əməliyyat-axtarış  fəaliyyətini 
həyata keçirmək; 
-  cinayət-prosessual  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada 
təhqiqat və ibtidai istintaq aparmaq; 
-  müvafiq qanunvericiliyə uyğun olaraq inzibati xətalarla bağlı işlər üzrə 
icraatı  aparmaq,  bu  işlərə  baxmaq  və    inzibati  xətalar  törətmiş  şəxsləri 
məsuliyyətə cəlb etmək; 
-  gömrük  işi  sahəsində  cinayətlərin  qarşısını  almaq,  belə  cinayətləri 
törətmiş,  habelə  törədilməsində  şübhəli  bilinən  şəxslərin  saxlanılması  və  ya 
təqib  edilməsi  məqsədi  ilə  idarə,  müəssisə  və  təşkilatlara  (xarici  dövlətlərin 
diplomatik,  konsulluq  və  başqa  nümayəndəliklərinə,  beynəlxalq  təşkilatlara 
məxsus olan və xüsusi təyinatlı nəqliyyat, rabitə vasitələri istisna edilməklə) 
məxsus  olan  rabitə  və  nəqliyyat  vasitələrindən  son  zərurət  vəziyyətində 
istifadə etmək; 
-  müstəqil  surətdə,  yaxud  digər  hüquq  mühafizə  orqanları  cəlb 
edilməklə,  gömrük  nəzarəti  zonasında  rejim  qaydalarına  riayət  olunmasına 
nəzarət  etmək,  gömrük  xidmətinin  infrastruktur  obyektlərinin  mühafizə 
sistemini  təşkil  etmək,  gömrük  sərhədinin  qorunması  məqsədi  ilə  başqa 
tədbirləri həyata keçirmək; 
-  malların  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən  keçirilməsi, 
həmçinin  gömrük  nəzarəti  altında  yerləşdirilən  malların  daşınması, 
saxlanılması,  onlar  üzərində  yük  əməliyyatlarının  aparılması  ilə  bağlı  faktları 
və  hadisələri  sənədləşdirmək,  audio  yazılarını,  video  və  foto  çəkilişlərini 
aparmaq; 
-  Gömrük  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  fiziki 
qüvvədən,  xüsusi  vasitələrdən  (o  cümlədən  texniki  vasitələrdən)  və  odlu 
silahdan istifadə etmək; 


38 
 
-  öz  funksiyalarını  yerinə  yetirmək  məqsədi  ilə  şəxslərə  gömrük 
qanunvericiliyinin  pozulmasının  aradan  qaldırılması  üçün  yazılı  formada 
xəbərdarlıqlar göndərmək və tələblərinin yerinə yetirilməsinə nəzarət etmək; 
-  digər  ölkələrin  gömrük  orqanları  ilə,  habelə  beynəlxalq  təşkilatlarla 
əməkdaşlıq  etmək;  gömrük  rəsmiləşdirilməsinin  və  nəzarətinin  müasir 
metodlarının və vasitələrinin tətbiqi məsələləri üzrə xarici ticarət iştirakçıları 
ilə  əməkdaşlıq  etmək  məqsədi  ilə  onlarla  rəsmi  münasibətlər  yaratmaq, 
məsləhətləşmələr aparmaq; 
-  Gömrük Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında 
nəzərdə tutulmuş başqa hüquqlardan istifadə etmək. 
 
6. Gömrük infrastrukturunun təşkili və inkişafı – gömrük orqanları vahid 
sisteminin  ayrılmaz  atributu,  gömrük  işinin  həyata  keçirilməsində  onun 
səmərəli olmasını şərtləndirən əsas amillərdən biridir. 
“İnfrastruktura”  latın  sözu  olub  –  (infra-  altında,  struktur-  quruluş, 
təşkilat) “yardımçı quruluş” mənası daşıyır. Beləliklə, infrastruktura – orqanın 
normal  fəaliyyət  göstərməsini  təmin  edən  istehsal,  qeyri-istehsal,  elmi 
sahələr kompleksidir. 
Gömrük sistemini normal fəaliyyətini təmin edən infrastruktura təminatı 
elementlərini üç əsas qrupa ayrımaq olar. 
1  qrupa  mal  və  nəqliyyat  vasitələrinin  keçirilməsi,  saxlanması  və  anbar 
emalı  üçün,  həmçinin  sərnişinlərə  xidmət  etmək  üçün  şərait  yaradan 
elementlər  daxildir.  Başqa  sözlə  bu,  gömrük  orqanlarının  maddi-texniki 
bazası  (inzibatı  binalar,  keçid-buraxılış  məntəqələri,  anbar  təsərrüfatı, 
nəqliyyat  vasitələri,  sosial  təyinatlı  obyektlər,  vağzal  və  hava  limanlarında 
gömrük nəzarəti zonaları və s.) hesab edilir. 
2 qrupa gömrük əməliyyatlarının aparılmasını, prosesin gedişi və alınmış 
nəticələr  barədə  məlumatın  ötürülməsini  təmin  edən  sistem,  vasitə  və 
fəaliyyət  növləri  (gömrük  nəzarətinin  texniki  vasitələri,  gömrük  ekspertizası 
vasitələri,  rabitə,  gömrük  orqanlarının  vahid  avtomatlaşdırılmış  məlumat 
sistemi, kömpyüter avadanlığı və s.) daxildir. 
3  qrupa  orqanları  kadrlarının  normal  həyat  fəaliyyətinin  bərpası  üçün 
maddi,  məişət,  mədəni  və  digər  şəraitin  yaradılmasına  xidmət  edən  sosial 
infrasruktura  aid  edilir.  Bu  sfera  gömrük  işçilərin  peşə  hazırlığının  və 


39 
 
hərtərəfli  inkişafının  təmin  edilməsi  üçün  qeyri-istehsal  xarakterli  tələbatın 
ödənilməsini təmin etməlidir. 
Beləliklə,  gömrük  infrasruktura  dedikdə,  XİF-in  gömrük  tənzimlənməsi 
şərtlərini, gömrük sisteminin bütövlükdə fəaliyyət göstərməsini təmin edən, 
gömrük  nəzarəti,  ekspertizası,  rabitəsi,  məlumat  sistemi,  gömrük 
orqanlarının  maddi-texniki  bazası,  texniki  vasitələri,  institusional,  sosial 
struktur və fəaliyyət növləri kompleksi başa düşülməlidir. 
Az R-sı gömrük sisteminin infrastrukturunun təkmilləşdirilməsi və inkişaf 
etdirilməsində DGK-nın təklifi ilə qəbul edilmiş Az R-sı Nazirlər Kabinetinin 25 
dek1997-ci  tarixli  140  saylı  qərarı  mühüm  addımdır.  Bu  qərarla  gömrük 
vəzifələrini  uğurla  həyata  keçirmək  üçün  Az  R-sı  gömrük  sisteminin 
büdcədənkənar inkişaf fondu təsis edilmişdir.  
Gömrük sisteminin inkişaf fondu aşağıda göstərilən mənbələr hesabina 
yaradılır: 
-  Az    R-nın  gömrük  sərhədindən  əmtəə  şəkilində  keçirilən  nəqliyyat 
vasitələri,  eləcə  də  müşayiət  olunmayan  yük,  kommersiya  məqsədləri  üçün 
nəzərdə tutulmayan beynəlxalq poçt daşımaları, eləcə də nəqliyyat vasitələri 
ilə  daşınan  yüklər  və  mallar  daxil  olmaqla  gömrük  rəsmiləşdirilməsinə  görə 
alınmış gömrük yığımları; 
-  mütəxəssislərə  gömrük  rəsmiləşdirilməsi  üçün  ixtisas  attestatlarının 
verilməsinə  və  ixtisas  attestatının  bərpasına,  gömrük  ödəmələrinin 
ödənməsinə  zəmanət  verən  bankların  və  digər  kredit  təşkilatlarının  rejestrə 
daxil edilməsinə görə alınan yığımlar; 
-  gömrük  işi  sahəsində,  qacaqmalçılığa  və  gömrük  qaydalarının 
pozulması  işinə  görə  müəyyən  edilmiş  qaydada  Az  R-nın  mülkiyyətinə 
keçirilən  malların,  nəqliyyat  vasitələrinin  və  digər  predmetlərin  satışından 
əldə olunan vəsaitlər; 
-  girov  əşyası  hesab  olunan  malların  və  nəqliyyat  vasitələrinin 
herraclarda  satışından  əldə  olunan  dövlət  büdcəsinə  köçürülən  vəsaitdən 
artıq olan məbləg; 
-  Az  R-sı  gömrük  orqanlarının  normal  fəaliyyətinə  qəsd  edən  iqtisadi 
hüquq  pozuntularına,  gömrük  qaydalarının  pozulmasına  görə  müsadirə 
edilmiş  malların,  nəqliyyat  vasitələrinin  satışından  əldə  olunan  rüsumlar, 
cərimələr, vəsaitlər; 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə