Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə12/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   8   9   10   11   12   13   14   15   ...   76

34 
 
-   Məhkəmələrdə,  arbitraj  məhkəmələrində  iddiaçı  və  cavabdeh  kimi 
çıxış etmək, müqavilə əsasında digər müəssisələrin, idarələrin və təşkilatların 
mənafelərini məhkəmə və dövlət idarəetmə orqanlarında təmsil etmək: 
5. Az R-sı gömrük orqanlarının vəzifələri və hüquqları. 
Gömrük orqanlarının vəzifələri aşağıdakılardır (maddə 8): 
-  Az  R-nın  Gömrük  siyasətinin  formalaşdırılmasında  iştirak  və  bu 
siyasətin həyata keçirilməsini təmin etmək; 
-  icrasına  nəzarət  gömrük  orqanlarına  həvalə  edimiş  qanunvericilik 
aktlarına riayət olunmasını təmin etmək; 
-  gömrük Məcəlləsinin və gömrük işi üzrə digər qanunvericilik aktlarının 
pozulması hallarının qarşısını almaq və müvafiq araşdırmalar aparmaq; 
-  qanunvericilikdə nəzərdə tutulmuş qaydada Az R-nın iqtisadi və milli 
təhlükəsizliyini təmin etmək; 
-  gömrük  nəzarətini  və  rəsmiləşdirilməsini  həyata  keçirmək  və 
təkmilləşdirmək; 
-  mallar  və  nəqliyyat  vasitələri  gömrük  sərhədindən  keçirilərkən 
gömrük  nəzarəti  və  gömrük  rəsmiləşdirilməsi  qaydalarına  riayət  olunmasını 
təmin etmək; 
-  gömrük rüsumlarının, müvafiq vergiləri və digər gömrük ödənişlərini 
almaq; 
-  malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin 
sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq; 
-  gömrük  sərhədindən  keçirilən  mallar  barəsində  ticarət  siyasəti 
tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 
-  gömrük  işi  sahəsində  cinayətlərə,  həmçinin  gömrük  qaydaları 
əleyhinə inzibatı xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, 
narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  onların  prekursorlarının, 
silahların,  ozondağıdıcı  maddələrin,  xalqların  mədəni,  tarixi  və  arxeoloji 
sərvətlərinin,  əqli  mülkiyyət  hüquqları  obyektlərinin,  yox  olmaq  təhlükəsi 
altında  olan  heyvanların  və  bitki  növlərinin,  başqa  malların  gömrük 
sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq; 
-  Az R-nın dəmiryol vağzallarında, dəniz, çay limanlarında, habelə digər 
yerlərdə 
beynəlxalq 
nəqliyyat 
vasitələrinin 
fəaliyyətinə 
qanunsuz 
müdaxilənin  qarşısının  alınmasında  və  beynəlxalq  terrorçuluqla  mübarizədə 
digər hüquq mühafizə orqanlarına yardım göstərmək; 


35 
 
-  milli  təhlükəsizliyi,  ictimai  asayişin,  insanların  mənəviyyatının,  həyat 
və sağlamlığının, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, 
tarixi  və  arxeoloji  sərvətlərinin  qorunması  sahəsində  tədbirlərin  həyata 
keçirilməsində müvafiq dövlət orqanlarına yardım göstərmək; 
-  insan  alverçilərinin,  habelə  insan  alveri  qurbanlarının  gömrük 
sərhədindən  keçməsinin  qarşısını  qanunvericilikdə  nəzərdə  tutulmuş 
qaydada almaq; 
-    Az  R-da  xarici  ticarətin  gömrük  statistikasını  və  xüsusi  gömrük 
statistikasını  beynəlxalq  standartlara  və  təcrübəyə  uyğun  aparmaq  və 
təkmilləşdirmək; 
-  gömrük  ərazisinə  gətirilən  mallara  münasibətdə  istehlakçılarının 
hüquqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsinə müvafiq dövlət 
orqanlarına yardım göstərmək; 
-  gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının 
qorunması üzrə tədbirlər görmək; 
-  milli  və  xarici  valyutanın,  digər  valyuta  sərvətlərinin  gömrük 
sərhədindən  müvafiq  qanunvericiliyə  uyğun  olaraq  keçirilməsinə  nəzarət 
etmək,  habelə  Gömrük  Məcəllə  ilə  müəyyənləşdirilmiş  hallarda  valyuta 
nəzarətini həyata keçirmək; 
-  gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələrin layihələrinin işlənib 
hazırlanmasında  iştirak,  orada  nəzərdə  tutulmuş  beynəlxalq  öhdələklərin 
yerinə yetirilməsini təmin etmək; 
-  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  ixrac  nəzarətini  həyata 
keçirmək; 
-  dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində 
qanunvericiliyə  uyğun  olaraq  baytarlıq,  fitosanitar  və  sanitariya  nəzarətini 
həyata keçirmək; 
-  beynəlxalq  avtomobil  daşımalarını  yerinə  yetirən  nəqliyyat 
vasitələrinə  dövlət  sərhədinin  buraxılış  məntəqələrində  qanunvericiliyə 
uyğun olaraq İcazə blanklarını vermək; 
-  gömrük  işi  sahəsində  yeni  informasiya  sistemlərinin  və 
texnologiyalarının  layihələrinin hazırlanmasını və tətbiqini təmin etmək; 
-  müasir  texnologiyalardan  və  avadanlıqdan  istifadə  etməklə,  gömrük 
işi  sahəsində  risklərin  idarəetmə  sistemi  əsasında  gömrük  nəzarətini 
təkmilləşdirmək; 


36 
 
-  xarici  iqtisadi  fəaliyyətin  mal  nomenklaturasının  aparılması  ilə 
əlaqədar müvafiq tədbirlər görmək; 
-  gömrük  işi  sahəsində  elmi  tədqiqatlar  aparmaq  və  bu  sahəyə  aid 
məsləhətlər vermək; 
-  dövlət  orqanlarına,  hüquqi  və  fiziki  şəxslərə  gömrük  məsələləri  üzrə 
Az R-nın Nazirlər Kabinetin Az R-nın Prezidenti ilə razılaşdırmaqla, müəyyən 
etdiyi qaydada məlumat vermək; 
-  dövlət orqanları ilə, xarici ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi 
operatorlarla məlumatların elektron formada mübadiləsini həyata keçirmək; 
-  müvafiq  qanunvericiliklə  müəyyənləşdirilmiş  qaydada  malların  idxalı 
və  ixracı  barədə  məlumatların  digər  dövlətlərin  gömrük  xidmətləri  ilə 
elektron  formada  mübadiləsi,  gömrük  rəsmiləşdirilməsi  və  nəzarəti 
müddətinin  mümkün  qədər  qısaldılması,  beynəlxalq  ticarət-təchizat 
zəncirinin  kompleks  idarə  edilməsində  iştirak  etmək  yolu  ilə  beynəlxalq 
ticarətin asanlaşdırılmasına şərait yaratmaq; 
-  digər  dövlət  orqanları  ilə  əməkdaşlıq  etmək,  həmçinin  müvafiq 
məqsədlərə  nail  olmaq  üçün  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda 
onların fəaliyyətini əlaqələndirmək; 
-  qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 
Gömrük  Məcəllə  və  digər  qanunvericiliklə  həvalə  olunmuş  vəzifələrini 
yerinə yetirmək üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər: 
-  gömrük  qanunvericiliyinə  riayət  olunması  məqsədi  ilə  müvafiq 
tədbirlər həyata keçirmək; 
-  Gömrük  Məcəlləyə  və  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktlarına 
əsasən  gömrük  orqanlarına  təqdim  olunması  nəzərdə  tutulan  sənəd  və 
məlumatları şəxslərdən tələb etmək; 
-  gömrük  orqanlarına  təqdim  edilən  məlumatların,  sənədlərin  və 
bəyannamələrin düzgünlüyünü araşdırmaq; 
-  şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq; 
-  dövlət  sərhədinin  buraxılış  məntəqələrindən  keçirilən  malların  və 
nəqliyyat vasitələrinin sənədlərini, o cümlədən malların baytarlıq, fitosanitar, 
gigiyenik  və  digər  sertifikatlarını  (şəhadətnamələrini)  qanunvericiliyə  uyğun 
olaraq yoxlamaq; 
-  malların  və  nəqliyyat  vasitələrinin  buraxılışından  sonra  şəxslərin 
bunlar  barəsində  sərəncam  verilməsinə  dair  məhdudiyyətlərə,  tələblərə  və 
şərtlərə  riayət  etmək  öhdəliklərini  yerinə  yetirilməsini  yoxlamaq,  gömrük 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə