Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə17/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   13   14   15   16   17   18   19   20   ...   76

50 
 
sərhədini keçməsinə və daxilində hərəkətinə yalnız gömrük orqanlarının icazəsi və onların 
nəzarəti altında həyata keçirilə bilər. 
Vizual  müşahidə  -  gömrük  zonalarının  konkret  şəraitində  müəyyən  və  qeyri-
müəyyən  şəxslərin  dövranışı  barədə  məlumat  əldə  edilməsini  təmin  etmək  üçün  tətbiq 
edilir.  Məqsəd  –  gömrük  nəzarətindən  predmet  və  malların  gizlədilməsi,  hər  hansı 
predmetlərin  digər  şəxslərə  verilməsi,  müəyyən  şəxslərin  (liman,  aeroport,  dəmiryol 
işçilərin,yükləjicilərin)  gömrük  nəzarəti  proseduralarına  qeyri-adi  maraqı  faktlarını  və  s. 
aşkar etməkdir. Vizual müşahidənin operativ şəraitdə beynəlxalq hava limanlarında, dəniz 
və çay vagzallarında, avtostansiya və dəmiryol vagzallarında, bəzi yük anbarlarında xüsusi 
ə
həmiyəti var. Belə yerlər daxili gömrük zonaları adlanır. 
Beynəlxalq  sərnişindaşınma  məntəqələrindəki  gömrük  nəzarəti  zonalarında 
ikikanallı gömrük nəzarəti tətbiq edilə bilər. 
“Yaşıl”  və  “Qırmızı”  dəhlizlərin  quruluşu  və  fəaliyyət  göstərməsi  prinsipi 
Ümumdünya  Gömrük  Təşkilatının  8  iyun  1971-ci  ildə  qəbul  edilmiş  “İkikanallı  sistem 
ə
sasında aviasərnişinlərə sadələşdirilmiş gömrük nəzərəti barədə” tövsiyələrində öz əksini 
tapmışdır. Bu tövsiyələrin meydana çıxması zərurəti beynəlxalq turizmin dinamik inkişaf 
etdiyi  bir  dövrdə  səmərəli  gömrük  nəzarətinin  və  artan  sərnişin  axınının  sərhəddən  qısa 
müddətdə buraxılmasını təmin etmək vəzifəsindən irəli gəlirdi. 
Ikikanallı  metodla  gömrük  nəzarətinin  təşkili  sərnişinlər  tərəfindən  gömrük 
zonasının  “yaşıl”  və  “qırmızı”  dəhlizlı  tərk  ediməsini  nəzərdə  tutur.  “Yaşıl”  dəhlizdən 
istifadə etməyə o şəxslərə icazə verilir ki, yanında apardığı əşyalar rüsumsuz rəsmiləşdirilə 
bilsin, xüsusi icazə tələb olunmasın və s. Qalan digər hallarda sərnişinlər “qırmızı” dəhlizi 
seçməli  və  gömrük  bəyannaməsi  təqdim  etməlidirlər.  Iki  dəhlizdən  hansının  seçilməsi 
barədə qərarı sərnişin özü qəbuk edir. Belə seçim bəyanetmə aktı mənasını daşıyır və əgər 
gömrük  nəzarəti  həyata  keçirilərkən,  “yaşıl”  dəhlizin  seçilməsinin  qetri-qanuni  olduğu 
aşkara çıxarsa, sərnişin hüquqi məsuliyyətə cəlb edilə bilər. 


51 
 
Ə
gər “yaşıl” və ya “qırmızı” dəhlizin seçilməsi mərhələsində sərnişində şübhə, sual 
yaranarsa, o, “qırmızı” dəhlizi seçməli və orada bəyanetmə anınadək lazım olan məlumatı 
almalıdır. 
“Yaşıl”  dəhlizin  seçilməsi  və  istifadə  olunması  bu  dəhlizdən  keçən  sərnişinlərə 
gömrük  nəzarətinin  həyata  keçirilməsinin  mümkün  olmaması  demək  deyildir.  Bu  halda 
gömrük  nəzarəti  diferensial  olaraq  həyata  keçirilir  və  seçmə  xarakter  daşıyır.  Nəzarət 
subyektləri gömrük əməkdaşı tərəfindən təcrübə əsassında seçilir. 
“Yaşıl”  və  “qırmızı”  dəhlizlərin  tətbiqi  sistemi  sərnişinlərin  gömrük 
qanunvericiliyinin tələbləri barədə kifayət qədər məlumandırılmasını nəzərdə tutur. 
Ikikanallı  metodla  gömrük  nəzarətinin  təşkili  sərnişinlər  tərəfindən  gömrük 
zonasının  “yaşıl”  və  “qırmızı”  dəhlizlı  tərk  ediməsini  nəzərdə  tutur.  Mütəxəssis  və 
ekspertlərin cəlb edilməsi ilə bağlı xərclər, gediş-gəliş, otaqların kirayəsi, sutkalıq xərclər 
və  zəhmət  haqqı,  əgər  bu  iş  mütəxəssislərin  xidməti  vəzifələrinə  daxil  deyilsə,  gömrük 
orqanları  tərəfindən  ödənilir.  Gömrük  orqanının  çağırışı  ilə  dövlət  mütəxəssislərinin 
ekspert sifətində çalışdığı müddətdə, orta aylıq əmək haqqı saxlanılır. 
Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  xidməti  vəsiqə  əsasında  istənilən  əraziyə  və 
istənilən  əraziyə  və  istənilən  bağlı  sahəyə  -  əgər  bu  yerlərdə  gömrük  nəzarətinə  cəlb 
ediləcək mal və nəqliyyat vasitələri, gömrük nəzarəti üçün lazım olan sənədlər yerləşirsə, 
yaxud  nəzarəti  gömrük  orqanlarına  həvalə  olunmuş  fəaliyyət  göstərilırsə  -  daxil  olmaq 
hüququna malikdirlər. 
Məsələn,  gəminin  gömrük  yoxlaması  zamanı  gömrük  orqanı  nümayəndələrinin 
tələbi  ilə  həmin  gəminin  kapitanı  (onu  əvəz  edən  şəxş)  gəmidə  olan  bütün  sahələri, 
bölmələri, otaqları acmağa borcludur. 
Gömrük  əməkdaşları  –  gömrük  anbarlarına,  müvəqqəti  saxlanc  anbarlarına, 
rüsumsuz ticarət mağazalarına və s. maneəsiz girə bilərlər. 
Bir  sıra  hallarda  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  gömrük  nəzarətinə  cəlb 
edilən  fəaliyyət  həyata  keçirilən  yerlərdə  bilavasitə  iştirakı  normativ  aktlarda  birbaşa 


52 
 
nəzərdə  tutulur.  Gömrük  nəzarətinə  cəlb  ediləcək  mal  və  nəqliyyat  vasitələrinin  olduğu 
yerlər  və  həmçinin  gömrük  nəzarəti  altında  olan  yerlər,  gömrük  nəzarəti  predmetlərinin 
özləri  gömrük  orqanları  tərəfindən  eyniləşdirilə  bilər.  Plomb,  möhür  qoyulması,  rəqəmli, 
hərfli  və  digər  növ  markalanma,  eyniləşdirilmə  işarələri,  ştamp  vurulması,  prob  və 
nümünələrinin  götürülməsi,  mal  və  nəqliyyat  vasitələrinin  təsvir  edilməsi,  mal  müşayiət 
sənədlərindən istifadə edilməsi və s. əsas eyniləşdirmə vasitələri hesab edilir. 
Gömrük  nəzarəti  bitdikdən  sonra  gömrük  orqanının  vəzifəli  şəxsləri  gömrük, 
nəqliyyat  və  mal  müşayiət  sənədlərinə  müvafiq  imza,  ştamp,  möhür  qoymaqla,  mal  və 
nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən  keçirilərək  yoluna  davam  etməsinə  icazə 
vermiş olurlar. 
Ayrı-ayrı  yük  bağlamalarına,  nəqliyyat  vasitələrinin  yük  hissələrinə,  konteynerlərə 
gömrük təminatı atributları qoyulmalıdır. 
Gömrük təminatları aşağıdakı tələblərə cavab verməlidirlər:  

möhür,  ştamp,  markalanma,  imza  izlərinin  saxtalaşdırılması  qeyri-mümkün 
olmalıdır; 

gözlə  görünən  izlər  qoyulmadan  gömrük  təminatlarının  tamlığının  pozulması 
mümkün olmamalıdır; 

ş
tempellər,  izqoyan  materiallar,  yazı  vasitələri  xarici  iqlim  təsirlərinə  davamlı 
olmalıdır; 

gömrük təminatları atributlarının izləri və qeyd edilən yazılar aydın olmalıdır; 

sənəd və bağlamalara gömrük təminatı atributlarının vurulması və qeydlər edilməsi 
minimum vaxt almalıdır. 
Beləliklə  daxili  gömrük  tranziti  prosedurası  üzrə  malların  daşınmassı  zamanı 
plombların,  möhürlərin  və  digər  gömrük  təminatlarının  mövcüdlüğü  ümumi  tələblər 
sırasındadır.  Mallar  elə  bağlamalarda,  nəqliyyat  vasitələrində  və  ya  konteynerlərdə 
daşınmalıdır ki, onların daşındığı vasitələrdən çıxarılması, yaxud həmin vasitələrə nəyinsə 
qoyulması  iz  qoymadan,  gömrük  təminatlarını  zədələmədən  mümkün  olmasın. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə