97
gömrük ödənclərinin ödənməsi sərbəst dövriyyə üçün buraxılış və ya ixrac gömrük
prosedurunda tələb olunan məbləğdə gömrük daşıyıcısına həvalə olunur.
3. Gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydası (111)
Az gömrük sərhədindən keçirilən malların ayrı-ayrı kateqoriyalarının gömrük
rəsmiləşdirilməsi sadələşdirilmiş formada və prioritet qaydada aparıla bilər.
Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat
vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi
informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik,
icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının
ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsi
güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir.
Gömrük Məcəllənin 111.1-ci maddəsində göstərilən hallarda gömrük
rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydasını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
Təbii fəlakət zonalarında zərər çəkmiş əhaliyə yardım göstərilməsi üçün
göndərilən ərzaq məhsulları, mallar və nəqliyyat vasitələri, habelə müvafiq orqanların
təbii fəlakətin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyəti üçün nəzərdə tutulmuş
avadanlıq, xüsusi nəqliyyat vasitələri, ehtiyat hissələri, şəxsi əşyalar və digər mallar
yardım yükü hesab olunur.
Yardım yüklərinin gömrük rəsmiləşdirilməsi Gömrük Məcəllədə nəzərdə tutulan
sadələşdirilmiş bəyannamələrdən istifadə olunmaqla aparılır. Yardım yüklərinə ticarət
siyasəti tədbirləri, qadağa və məhdudiyyətlər, həmçinin gömrük ödənişləri tətbiq edilmir.
Belə malların rəsmiləşdirilməsinin prioritetliyi – gömrük orqanlarına təqdim
edildikdən sonra həmin malların birinci növbədə rəsmiləşdirilməsi deməkdir.
Sadələşdirilmiş qayda mal müşayiət, nəqliyyat və digər sənədlərin – (əgər bu
sənədlərdə daşıyıcının, mal göndərən və alan şəxslərin barəsində və həmcinin malların
özünün adı, mənşəyi, miqdarı və dəyəri barədə məlumatlar varsa), gömrük orqanlarına
təqdim edilməsi ilə malların bəyan edilməsinə yol verir.
98
Əgər gömrük orqanlarında malların başqa adla, saxta sənədlərlə keçirilməsini,
təqdim edilən sənədlərin lazım olan məlumatları əks etdirmədiyini güman etməyə kifayət
qədər əsas varsa, onlar deklarantdan çatışmayan məlumatları əks etdirən əlavə sənədlər
tələb edə bilərlər. Sadələşdirilmiş qayda deklaranta xeyli vaxta qənaət etməyə imkan
verir.
Gömrük rəsmiləşdirilməsində ilkin əməliyyatlar mal və nəqliyyat vasitələrinin
gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması və sürətləndirilməsi məqsədi ilə aparılır.
Onlar əsas gömrük rəsmiləşdirilməsi icraatına qədər aparılır və hazırlıq mərhələsi hesab
edilir.
Ilkin əməliyyatlar gömrük sərhədinə Az ərazisinə gətirilməsi qadağan edilmiş mal
və nəqliyyat vasitələrinin keçirilməsindən müdafiə edilməsini təmin edir. Bu mərhələdə
mallar gömrük məqsədləri üçün identifikasiya edilir.
Ilkin əməliyyatlara aşağıdakılar aiddir:
- Az R-nın gömrük sərhədindən kecmə barədə və ya malların, nəqliyyat
vasitələrinin gömrük ərazisindən kənara aparılması niyyəti barədə Az R-sı gömrük
orqanlarına məlumat verilməsi;
- malların, nəqliyyat vasitələrini və onlara aid sənədlərin gömrük orqanının
müəyyən etdiyi yerlərə çatdırılması;
- mallar və nəqliyyat vasitələrini çatdırıldığı yerlərdə gömrük nəzarətinə təqdim
edilməsi.
Bir qayda olaraq, yalnız faktiki gömrük ərazisinə daxil olmuş yüklər bəyan
edilməlidir. Deklarant mal göndərişinin bir hissəsini – hətta bu hissə tam göndərişin digər
hissələri ilə bir vaxtda və eyni xarici ticarət müqavilə əsasında göndərilmiş və ünvana tez
çatmış olsa belə, gömrük rəsmiləşdirilməsinə elan edə bilməz.
Helə gəlib çatmamış malların bəyan edilməsini istisna etmək məqsədi ilə yüklərin
gömrük rəsmiləşdirilməsinin ilkin əməliyyatlarına mal və nəqliyyat vasitələrinin gömrük
nəzarətinə təqdim edilməsi prosedurası daxil edilir. Belə təqdim etmə daşıyıcı tərəfindən
malların və nəqliyyat vasitələrinin catdırıldığı barədə gömrük orqanlarının xəbərdar
edilməsi ilə ifadə olunur. Iş vaxtından sonra gəlmiş mal və nəqliyyat vasitələri gömrük
nəzarəti zonasında yerləşdirilməlidir.
Mal və nəqliyyat vasitələri gömrük orqanına təqdim edildiyi andan buraxılana
qədər gömrük nəzarəti altında müvəqqəti saxlancda qalır.
99
Malların və nəqliyyat vasitələrinin nəzarətsiz qoyulması, ilkin yerlərinin
dəyişdirilməsi, yüklənməsi, boşaldılması, qablaşdırmalların açılması və yenidən
qablaşdırma, eyniləşdirmə vasitələrinin dəyişdirilməsi və məhv edilməsi, sərnişinlərin
düşürülməsi kimi əməliyyatlar yalnış Az R-sı gömrük orqanlarının icazəsi ilə aparıla bilər.
Bir qayda olaraq, gömrük rəsmiləşdirilməsi mərhələsində yüklər bağlı nəqliyyat
vasitələri ilə daşınmalıdır. Ağır yüklü və iriqabaritli yüklər və topa daşınan (ğum, çınqıl və
s.) yüklər açıq nəqliyyat vasitələrində daşına bilər. Belə hallarda gömrük orqanı bu
malların dəyişdirilməsinə imkan verməmək üçün lazımi tədbirlər görməlidir.
4. Malların gömrük nəzarəti altında daşınması zamanı gömrük orqaları mövcüd
qanunvericiliyə riayət olunmasını təmin etmək üçün bütün lazımı tədbirləri görməlidirlər.
Bu tədbirlər mal və nəqliyyat vasitələrinin qorunmasına zəmanət verməli, malların əsas
keyfiyyət və kəmiyyət xarakteristikalarının dəyişilməz qalmasını, nəhayət gömrük nəzarəti
altında daşınan mallara münasibətdə hər hansı qeyri-qanuni hərəkətlərin qarşısının
alınmasını təmin etməlidir.
Gömrük orqanları gömrük nəzarəti altında malların daşınmasının marşrut və
müddətlərini müəyyən etmək hüququna malikdirlər. Daşınma müddətlərini təyin edərkən
gömrük orqanı adi halda yerinə çatdırma müddətlərini, konkret nəqliyyat növünün
imkanları, seçilmiş marşrut və digər daşınma şərtlərini nəzərə almaqla qərar qəbul edir.
Yüklərin gömrük nəzarəti altında daşınması zamanı qanunvericiliyə riayət edilməsi
məqsədi ilə görülən əsas tədbirlər aşağdakılardır:
- gömrük müşayiəti;
- gömrük daşıyıcısının xidmətlərindən istifadə edilməsi;
- nəqliyyat vasitələrinin müəyyən olunmuş qaydada təchiz edilməsi üzrə təşkilat-texniki
tədbirlət kompleksi.
Gömrük müşayiəti dedikdə, mal və nəqliyyat vasitələrinin gömrük
rəsmiləşdirilməsi mərhələsində elə daşınma üsulu başa düşülür ki, bilavasitə gömrük
əməkdaşları tərəfindən müşayiəti olunur.
Gömrük müşayiəti daşınılan yüklərin yüksək qorunma dərəcəsinə və gömrük
qanunvericiliyinə riayət olunmasına zəmanət verir. Bu tədbirin istifadə edilməsi nəqliyyat
xətclərinin artmasına, gömrük kadrlarının digər işlərdən ayrılması və bu səbəbdən
Dostları ilə paylaş: |