106
- əcnəbi (иностранец )əməkçi miqrant Azərbaycan Respublikasında, Azərbaycan
Respublikasının vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq
və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçərkə
onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər.
- Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatic xidmət
orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və Azərbaycan Respublikası
Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin
hərbi qulluqçuları tərəfindən müvafiq təsdiqedici sənəd (müvafiq olaraq Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət
Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş (командировка) əməkdaşın
geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surəti) təqdim edilməklə, onların
xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən avtonəqliyyat
vasitələrinin gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur.
Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi
və Azərbaycan Respublikasından çıxarılması Qaydaları:
Rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilmiş valyuta
sərvətlərinin məbləği 10.000 ABŞ dolları ekvivalentinədək olduqda “Sərnişin gömrük
bəyannaməsi” ilə, 10.000 ABŞ dolları ekvivalentindən yuxarı olduqda isə “Sərnişin gömrük
bəyannaməsi” və “ Gömrük vəsiqəsi” ilə rəsmiləşdirilir.
Rezidentlər tərəfindən adambaşına 10.000 ABŞ, qeyri-rezidentlər isə 1000 ABŞ
dollar ekvivalenti məbləğdə valyuta sərvətləri (fond sərvətləri istisna olmaqla) sənəd
təqdim edilmədən, gömrük orqanlarına bəyan edilməklə Azərbaycan Respublikasından
nağd şəkildə çıxarıla bilər.
Rezidentlər və qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə
gətirilmiş valyuta sərvətlərindən 50.000 ABŞ dolları ekvivalentinədək məbləği müvafiq
təsdiqedici sənədlər əsasında gömrük orqanlarında bəyan etməklə Azərbaycan
Respublikasından nağd şəkildə çıxara bilərlər.
Müvafiq dövlət orqanlarının razılığı ilə fiziki şəxslər tərəfindən Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilən mallar.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi
və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın 3-cü bəndinə əsasən xidməti və
107
mülki silahın, onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan
Respublikasından aparılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi
icazəsi ilə həyata keçirilir.
Azərbaycan Respublikasının “Dini etiqad (вера, убеждение) azadlığı haqqında”
20.08.1992-ci il tarixli 281 nömrəli Qanununun 22-ci maddəsinə əsasən Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı əsasında dini təyinatlı
ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və
məmulatlar və dini məzmunlu başqa məlumat materialları.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal,
yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallarm gömrük sərhədindən
keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə
14.10.2013-cü il tarixli 305 nömrəli Qərarının 4.2-ci bəndinə əsasən əlillər üçün xüsusi
olaraq hazırlanmış avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin təsdiqedici sənədi əsasında
güzəştli qaydada (gömrük ödənişləri alınmadan) icazə verilir.
“Tarix
və
mədəniyyət
abidələrinin
qorunması
haqqında”
Azərbaycan
Respublikasının 10.04.1998-ci il tarixli 470-IQ nömrəli Qanununun 16-cı maddəsinə
əsasən sənədli abidələr elmi-təbliğat (пропаганда) və mədəni mübadilə məqsədi ilə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsi ilə Azərbaycan Respublikasının
gömrük ərazisindən kənara müvəqqəti aparıla bilər.
Azərbaycan Respublikasının “Mədəniyyət haqqında” 21.12.2012-ci il tarixli 506 IVQ
nömrəli
Qanununun
42.1-ci
maddəsinə
əsasən
Azərbaycan
Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətləri xüsusi rejim
əsasında verilmiş mühafizə dərəcəsinə müvafiq surətdə Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin ixracın mümkünlüyü barədə verdiyi şəhadətnamə
Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi və komissiyon dəyərinin
100 faizi məbləğində gömrük rüsumu ödənildikdən sonra, mühafizə dərəcəsi verilməmiş
mədəniyyət sərvətləri isə sərbəst surətdə Azərbaycan Respublikasının gömrük ərazisindən
aparıla bilər.
Ölmüş
şəxslər,
tabutdakı
meyitlər
və
urnadakı
küllər
Azərbaycan
Respublikasından aparılarkən Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının
dövlət qeydiyyatını həyata keçirən orqanlar tərəfindən Azərbaycan Respublikası Nazirlər
108
Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.5-ci maddəsinə müvafiq olaraq
verilən ölüm haqqında şəhadətnamə ya onun notariat qaydada təsdiq edilmiş surəti
(zərurət olduqda sanitariya-epidemioloji orqanların rəyi və qəbul edən ölkənin
qanunvericiliklə tələb olunan digər sənədlər), Azərbaycan Respublikası ərazisinə
gətirilərkən və ya tranzit keçirilərkən isə göndərən ölkənin səlahiyyətli orqanı tərəfindən
verilmiş ölüm haqqında şəhadətnamə və ya onun surəti gömrük orqanına təqdim
edilərkən icazə verilir.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi
və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın 4-cü bəndinə əsasən Mülki
silahın nadir nüsxələrinin Azərbaycan Respublikasından aparılması Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə DİN-in xüsusi icazəsi əsasında
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının muzey fonduna daxil olan silahlar və onların döyüş
sursatı Azərbaycan Respublikasından müvafiq sərgilərin təşkili və keçirilməsi məqsədi
ilə DİN-in razılığı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi icazəsi
əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti olaraq aparıla bilər.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ”Dövlət baytarlıq nəzarətində
olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin
təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq
(baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi,
dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə
daxilində daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 21 aprel 2009-cu il tarixli, 66
nömrəli Qərarının 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin qanunvericiliklə müəyyən edilmiş sənədləri
əsasında heyvanlar, baytarlıq preparatları və ləvazimatları; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə təsdiq edilmiş “Bitki
və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına Azərbaycan Respublikasının
ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkra ixracat fitosanitar
sertifikatı və fitosanitar sertifikatlarının verilməsi Qaydaları”na əsasən Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin
Dostları ilə paylaş: |