Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə35/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   31   32   33   34   35   36   37   38   ...   76

109 
 
qanunvericiliklə  müəyyən  edilmiş  sənədləri  əsasında  bitkilər  və  bitkiçilik  məhsulları, 
həmçinin bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr. 
“Kökünün  kəsilməsi  təhlükəsi  olan  vəhşi  fauna  və  yabanı  flora  növlərinin 
beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan 
Respublikası  Nazirlər  Kabinetinin  07.01.2009-cu  il  tarixli  2  nömrəli  Qərarına  əsasən 
“Kökünün  kəsilməsi  təhlükəsi  olan  vəhşi  fauna  və  yabanı  flora  növlərinin  beynəlxalq 
ticarəti  haqqında”  Konvensiya  (CİTES)  üzrə  inzibati  orqanın  -  Azərbaycan  Respublikası 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  verdiyi  CİTES  İcazə/sertifikatına  əsasəт  kökünün 
kəsilmə təhlükəsi olan vəhşi fauna və yabanı flora növləri (CİTES növləri), habelə dənizdən 
introduksiya. (переселение жив. случайно или намеренно) 
Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən 
keçirilməsi qadağan olunan mallar.  
(Azərbaycan  Respublikası  Gömrük  Məcəlləsinin  214-215-ci  maddələrinə,  “Mülki 
dövriyyədə  olmasına  yol  verilməyən  (mülki  dövriyyədən  çıxarılmış)  əşyaların  siyahısı 
haqqında”  Azərbaycan  Respublikasının  23  dekabr  2003-cü  il  tarixli  564  nömrəli 
Qanununa,  “Mülki  dövriyyənin  müəyyən  iştirakçılarına  mənsub  ola  bilən  və  dövriyyədə 
olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların 
siyahısı  haqqında”  Azərbaycan  Respublikasının  23  dekabr  2003-cü  il  tarixli  565  nömrəli 
Qanununa,  “İxrac  nəzarətinə  düşən  malların  nomenklaturuna  uyğun  kodlar  üzrə,  habelə 
işlərin,  xidmətlərin,  əqli  fəaliyyətin  nəticələrinin  Siyahısı”nın  təsdiq  edilməsi  haqqında” 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 42 nömrəli Qərarı, 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli qərarı 
ilə təsdiq edilmiş "Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların 
Siyahısı"na əsasən) 
Ölkə ərazisinə gətirilməsi qadağan olunmuş mallar: 
-  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  dövriyyəsi  qadağan  olunmuş 
xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika; 
- radioaktiv maddələr ; 
- narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə 
üçün ləvazimat; 
- əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar; 


110 
 
-  narkotik  vasitələrin,  psixotrop,  zəhərləyici,  partlayıcı  maddələrin  hazırlanması 
texnologiyasına aid materiallar; 
 Beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınması qadağan olunmuş mallar: 
- yuxarıda qeyd olunan ölkə ərazisinə gətirilməsi qadağan olunan mallar; 
- pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar; 
- insan orqanları və (və ya) toxumaları; 
- canlı heyvanlar; 
- tezalışan maddələr; 
- zəhərli və toksikoloji maddələr; 
- bioloji və infeksion maddələr; 
- civə (ртуть), kimyəvi reaktivlər və turşular; 
- tez xarab olan qida məhsulları; 
-  öz  xüsusiyyətlərinə  və  ya  qablaşdırılmasına  görə  poçt  işçiləri  üçün  təhlükə 
yarada  bilən,  digər  poçt  göndərişlərinin  və  poçt  avadanlıqlarının  zədələnməsinə,  xarab 
olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər. 
Ölkə ərazisindən aparılması qadağan olunmuş mallar: 
- aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya alınmasına Azərbaycan 
Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  icazəsi  olmayan  zooloji 
kolleksiyalar,  onların  hissələri  və  ya  ayrı-ayrı  obyektləri,  o  cümlədən  heyvanlar  aləmi 
obyektləri; 
- qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmir ağacı); 
-  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  dövriyyəsi  qadağan  olunmuş 
xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika; 
- radioaktiv maddələr; 
- narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə 
üçün ləvazimat; 


111 
 
- əxlaq pozğunluğunu, zorakılığı, təbliğ və reklam edən materiallar; 
-  narkotik  vasitələrin,  psixotrop,  zəhərləyici,  partlayıcı  maddələrin  hazırlanması 
texnologiyalarına aid materiallar; 
- xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat; 
-  Azərbaycan  Respublikası  Müdafiə  Nazirliyi,  Milli  Təhlükəsizlik  Nazirliyi,  Dövlət 
Sərhəd  Xidməti  və  Daxili  İşlər  Nazirliyinin  operativ  istintaq  fəaliyyəti  üzrə  informasiya 
sistemləri, sənədləri və arxivləri; 
- dövlət əhəmiyyətli sənədlər, ixtiralar (изобретение), layihələr; 
-  Azərbaycan  Respublikasının  Qırmızı  Kitabına  düşmüş  nadir  bitkilər,  maral  və 
cüyür (косуля) buynuzları; 
-  müvəqqəti  sərgi,  qastrol  səfərləri,  bərpa  işləri,  prezentasiya,  beynəlxalq 
mədəniyyət  tədbirlərinin  keçirilməsi  halları  istisna  olmaqla  Azərbaycan  Respublikasının 
milli  mədəniyyət  əmlakı  Dövlət  Siyahısına  daxil  olan  milli  mədəniyyət  əmlakı  olan 
obyektlər; 
- məlumat daşıyıcılarının məzmununun oxunması halı  mümkün olmadıqda, onlar 
Azərbaycan Respublikasının gömrük sərhədindən buraxılmır; 
- silah və onun döyüş sursatlarının fiziki şəxslər tərəfindən göndərilməsinə yol 
verilmir. 
 Beynəlxalq poçt göndərişləri vasitəsi ilə göndərilməsi qadağan olunmuş mallar: 
- yuxarıda qeyd olunan ölkə ərazisindən aparılması qadağan olunan mallar; 
- pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar; 
- insan orqanları və (və ya) toxumaları; 
- canlı heyvanlar; 
- tezalışan maddələr; 
- zəhərli və toksikoloji maddələr; 
- bioloji və infeksion maddələr; 
- civə, kimyəvi reaktivlər və turşular; 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə