Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə43/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   39   40   41   42   43   44   45   46   ...   76

136 
 
Təbii sərvətlərin bölgüsündə olan fərq dövlətlər arasında əmək bölgüsünün inkişafının 
ilk  şərtidir.  İlkin  şərtlərdən  biri  də  torpaq-iqlim  şəraitidir.  Bundan  başqa,  əmək  ehtiyatları, 
istehsalın tarixi inkişaf ən ənələri, ölkənin coğrafi vəziyyəti də beynəlxalq əmək bölğücündə 
mühüm rol oynayırlar.  
Dünya ölkələrinin beynəlxalq əmək bölgüsündə iştirak etməsində əsas məqsəd iqtisadi 
fayda  əldə  etməkdən  ibarətdir.  Belə  ki,  fayda  istehsalın  milli  dəyəri  ilə  beynəlmiləl  dəyər 
arasındakı  fərqlə  müəyyən  edilir.  Bu  zaman  ölkələr  dəyər  qanununun  tələblərini  nəzərə 
almaqla  hərəkət  edirlər.  Dəyər  qanunu  beynəlxalq  əmək  bölgüsünün  əsas  hərəkətverici 
qüvvəsi  kimi  çıxış  edir.  Lakin  bir  məsələni  də  nəzərə  almaq  lazımdır  ki,  əmtəələr  dünya 
bazarına çıxarılarkən onlar beynəlxalq dəyərin və dünya bazar qiymətlərinin formalaşmasında 
iştirak edirlər. Burada bazar iqtisadiyyatı qanunları olan rəqabət, tələb və təklif qanunlarının 
da  xüsusi  rolu  vardır.  Beynəlxalq  əmtəə  və  xidmətlərin  mübadiləsi  zamanı  hər  bir  dövlət 
çalışır ki, ixrac edilən əmtəə və xidmətlərin beynəlmiləl dəyərləri ilə milli dəyərləri arasındakı 
fərq əlverişli fayda gətirsin. 
Hər  bir  ölkə  istehsalın  səmərəliliyinin  yüksəldilməsinə  cəhd  göstərir.  Bu  isə  istehsalın 
beynəlxalq  aləmdə  ixtisaslaşması  və  kooperasiyalaşdırılması  ilə  çıx  sürətdə  bağlıdır. 
İstehsalın ixtisaslaşdırılması müvafıq məhsulu ən az əmək sərfi ilə istehsal etmək imkanı olan 
ölkələrdə  müəyyən  istehsal  sahələrinin  üstün  inkişafı  deməkdir.  Ölkələrdə  ixtisaslaşmanın 
inkişafı sənayenin də sahə strukturunun dəyişməsinə səbəb olur, çünki texniki tərəqqinin və 
iqtisadi  münasibətlərinin  genişləndirilməsinin  təsiri  altında  sahə  və  müəssisələr  daxilində 
əmak bölgüsünün dərinləşməsi baş verir. 
Beynəlxalq  iqtisadi  münasibətlərin  iştrakçıları  istehsal  amillərinin  əvvəlcə  təbii,  sonra 
isə əldə olunmuş, yəni elmi-texniki, texnoloji, rəqabət, investisiya, informasiya, infrastuktur, 
inkişafı üçün əlverişli şəraitdən istifadə edərək yüksək iqtisadi mənfəət əldə edirlər. 
Müasir  şəraitdə  ümumdünya  təsərrüfat  sistemində  yuxarıdakı  amillərdən  bəziləri, 
məsələn  texnoloji  və  rəqabətli  amillər  daha  böyük  üstünlük  kəsb  edirlər.  Bu  gun,  bir-birilə 


137 
 
əməkdaşlıq  ədən  ölkələrin  iqtisadi  səviyyə  və  quruluş,  həmcinin  texnoloji  daxımından  bir-
birinə yaxınlaşmaları daha aktualdır. Eyni zamanda dünyanın ayrı-ayrı regionlarıda müxtəlif 
ölkələr  arasındakı  integrasiya  xarakterli  tesərrüfat  əlaqələri  daha  böyük  önəm 
daşımaqdadır. 
Beynəlxalq iqtisadi münasibətlər əmək, kapital, təbii və digər resursları cəmləşdirərək, 
bazar  münasibətlərinin  özünəməxsus  xüsusiyyətlərə  malik  olan  xüsusi  bir  sferasını  təşkil 
edir. Bazar münasibətləri isə alıcı və satıcıların azad seçimi prinsipinə əsaslanaraq, aşağıdakı 
xüsusiyyətləri nəzərdə tutur: 
•  bazarın obyekt və subyektlərinin çoxlu sayda olması; 
•  rəqabət; 
•  tələb və təklifin təsir mexanizminin müəyyən edilməsi və s. 
Hər  bir  ölkənin  milli  iqtisadiyyatında  olduğu  kimi,  dünya  təsərrüfat  sistemi  və 
beynəlxalq iqtisadi münasibətlərin əsasını da əmək bölgüsü və mübadilə təşkil edir. Lakin o, 
ölkədaxili deyil, beynəlxalq xarakter daşıyır. Bu zaman ayrı-ayrı ölkələrə istehsal və istehlakı 
bir-birilə  əlaqəli  olması  əsas  götürülür.  Beynəlxalq  iqtisadi  münasibətlərin  iştirakçısı  olan 
ölkələr milli iqtisadi və təsərrüfat münasibətlərinə malik olduğu üçün, əmtəə-pul xarakterli 
iqtisadi əlaqələrin qurulması və inkişafı zəruridir.                                        
İqtisadi  nəzəriyyədə  “müqayisəli  üstünlüklərin”  mühüm  potensialına  malik  olan  ölkə 
iqtisadiyyatı  üçün  dünya  iqtisadiyyatının  keyfiyyət  inkişafında  əsl  inqilab  mütləq 
üstünlüklərdən  nisbi  üstünlüklərin  reallaşdırılmasına  keçıd  oldu  fikri  təstiq  edildi. 
İqtisadiyyatın  dünya  təsərrüfat  əlaqələri  sisteminə  daxilolması  problaminin  həllinə  belə 
yanaşma  ciidi  araşdırma  tələb  edir.  Məlumdur  ki,  müqayisəli  üstünlüklər  qanununun 
ideyaları XVIII və XIX əsrlərdə üstünlük təşkil edirdi. O zaman iqtisadiyyatın bir çox sahələri 
avtomatlaşdırılmışdı,  beynəlxalq  ticarətin  xeyli  hissəsini  isə  təbii  resurslar,  tütün,  ipək  və 
ədviyyat  təşkil  edirdi  ki,  onlar  da  dünyanın  bir  və  ya  çox  regionlarında  istehsal  və  ya  hasil 
edilirdi.  


138 
 
Azərbaycan Respublikasının Gömrük Tarifi Az r-nın gömrük sərhədindən kecirilən və 
XİF-nin  Əmtəə  Nomenklaturasına  əsasən  sistemləşdirilmiş  mallara  tətbiq  edilən  gömrük 
rüsumu dərəcələrinin məcmusudur. 
Gömrük  tarifinin  formalaşdırılması  və  tətbiqi  qaydası  20  iyun  1995-ci  il  tarixli 
Azərbaycan Respublikasının “Gömrük tarifi haqqında” qanunu ilə müəyyən edilmişdir.  
Bu qanuna görə gömrük tarifinin əsas məqsədləri aşağdakılarqır: 

Az R-sı üzrə idxalın əmtəə strukturunu səmərəliləşdirmək; 

Az R-sı ərazisində malların gətirilməsi və çıxarılmasının, valyuta gəlirlərinin və 
xərclərinin əlverişli nisbətini təmin etmək; 

Az  Res-da  malların  istehsal  və  istehlak  strukturunda  mütərəqqi  dəyişikliklər 
üçün şərait yaratmaq; 

Az R-nin iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq; 

Az  R-sı  iqtisadiyyatının  dünya  təsərrüfatı  ilə  səmərəli  inteqrasiyasına  şərait 
yaratmaq. 
Gömrük  rüsumun  dərəcələri  vahid  olub,  malları  gömrük  sərhədindən  keçirilən 
şəxslərdən, sövdələşmə növlərindən, “Gömrük tarifi haqqında” qanunla nəzərdə tutulmuş 
hallar istisna olmaqla digər faktorlardan asılı olaraq dəyişdirilə bilməz. 
Az  r-nın  ərəzisinə  gətirilən,  gömrük  rüsumuna  cəlb  olunan  (olunmayan)  malların 
siyahısı  və  tətbiq  edilən  rüsum  dərəcələri  Az  R-nın  Nazirlər  kabineti  tərəfindən  təyin 
olunur. 
 
3.  Dünya  ölkələri  təcrübəsində  gömrük  rüsumları,  onların  dərəcələri  və  növləri; 
malların  qruplaşdırılma  sistemi;  malların  gömrük  dəyəri  və  onun  müəyyənləşdirilmə 
metodları; tarif güzəştləri (preferensiyalar), və imtiyazlar şəlilində özünü bürüzə verir. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə