Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə44/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   40   41   42   43   44   45   46   47   ...   76

139 
 
Gömrük  rüsum  dərəcələrinin  məcmusu  kimi  gömrük  tarifinin  funksiyalarının  və 
gömrük  işi  sferasında  tutdugu  yerin  ətraflı  təhlili  gömrük  tariflətinin  təsnifatının 
aparılmasını  tələb  edir.  Məhz  gömrük  rüsumlarının  düzgün  tətbiq  edilməsi  dövlətin 
gömrük  siyasəti  ilə  sıx  əlaqədardır.  Gömrük  rusumlarının  dərəcələri  nəinki  malın 
növündən, həm də onun mənşə ölkəsindən də asılıdır. 
Malların  idxalı  və  ixracı  üzrə  gömrük  rüsumları  gömrük  tarifinə  əsaslanır  (218). 
Malların  idxalı  və  ixracı  ilə  bağlı  qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  tədbirlər  bu 
malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. 
Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir:  
- xarici iqtisadi fəaliyyətin mal nomenklaturası; 
- tamamilə və ya qismən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına əsaslanan və 
malların  ticarəti  ilə  bağlı  tarif  tədbirlərinin  tətbiqi  məqsədilə  xüsusi  sahələri  tənzimləyən 
qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura; 
-  xarici  iqtisadi  fəaliyyətin  mal  nomenklaturasının  əhatə  etdiyi  mallara  tətbiq 
olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları;  
-  müəyyən  ölkələrlə,  yaxud  beynəlxalq  təşkilatlarla  bağlanılmış  beynəlxalq 
müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri; 
- müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə birtərəfli 
qaydada qəbul edilən preferensial tarif tədbirləri; 
-  müəyyən  mallar  üzrə  gömrük  rüsumlarının  azaldılmasını,  yaxud  gömrük  
rüsumlarından   azadedilməni təmin edən tədbirlər; 
-  müəyyən  malların  xüsusiyyətləri,  yaxud  son  istifadəsi  ilə  əlaqədar  olaraq,  Gömrük 
Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif  rejimi;  


140 
 
- kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə müəyyən 
edilmiş digər tarif  tədbirləri.   
 “Konvensiya  idxal  rüsum  dərəcələri”  dedikdə  bağlanılan  beynəlxalq  müqavilələr  
əsasında,  “avtonom  rüsum  dərəcələri”  dedikdə  isə  dövlət  tərəfindən  birtərəfli  qaydada, 
beynəlxalq müqavilə bağlanılmadan müəyyənləşdirilən rüsum dərəcələri nəzərdə tutulur. 
Malların  tarif  təsnifatı  gömrük  rüsumları,  vergilər,  malların  idxalı  və  ixracı  üzrə 
qadağalar  və  məhdudiyyətlər  barədə  məlumat  toplusundan  ibarətdir.  Gömrük  orqanları 
gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların 
tarif təsnifatından istifadə edirlər. 
Konkret  mallar  üzrə  gömrük  rüsumlarının  dərəcələrini  müvafiq  icra  hakimiyyəti 
orqanı  müəyyən  edir.  Gömrük  rüsumlarının  dərəcələri  rəsmi  nəşrlərdə  dərc  olunur  və 
müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir.   
 Gömrük  rüsumunun  dərəcələri  vahid  olub,  malları  gömrük  sərhədindən  keçirən 
şəxslərdən, sövdələşmə növlərindən, “Gömrük Tarifi haqqında” qanunla nəzərdə tutulmuş 
hallar istisna olmaqla, digər faktorlardan asılı olaraq, dəyişdirilə bilməz. 
Az  R-nın  ərazisinə  gətirilən,  gömrük  rüsumuna  cəlb  olunan  (olunmayan)  malların 
siyahısı və tətbiq edilən rüsum dərəcələri Az R-nın Nazirlər Kabineti tərəfindən müəyyən 
edilir. 
Idxal  gömrük  rüsumlarının  dərəcələri  malın  mənşə  ölkəsindən  asılı  olaraq 
diferensasiya olunur.  
Əgər  idxal  olunan  malın  mənşə  ölkəsi  ilə  AR  arasında  əlverişli  ticarət  rejimi 
mövcuddursa, onda idxal gömrük rüsumlarının bazis yada əsas dərəcələri müəyyən edilir. 
Bu  zaman  rüsum  dərəcələrin  və  gömrük  rüsumuna  cəlb  olunmiyan  malların  siyahları  AR 
Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 


141 
 
Əgər  idxal  olunan  malın  mənşə  ölkəsi  inkişafda  olan  ölkələrə  aiddirsə,  onda  idxal 
gömrük  rüsumlarının  preferensial  dərəcələri  müəyyən  olunur.  Hal  hazırda  prefensial 
rüsum dərəcələri bazis dərəcələrinin 75% təşkil edir. 
Əgər  idxal  olunan  malın  mənşə  ölkəsi  ilə  AR  arasında  əlverişli  ticarət  rejimi  tətbiq 
edilmirsə,  o  zaman  gömrük  rüsumlarının  maksimum  dərəcələri  müəyyən  olunur.  Bazis 
dərəcəsi x 2. 
Ticarət  rejimindən  asılı  olaraq  bu  ya  digər  qrupaya  aid  olan  ölkələrin  siyahısı  dövlət 
orqanları tərəfindən müəyyən olunur. 
Gömrük  rüsumları  maddə  225-yə  əsasən  bəyan  edilən  malların  yerləşdirilməsi  üçün 
seçilmiş  gömrük  prosedurunun  tələbləri  əsasında,  normativ  hüquqi  aktlara  uyğun  olaraq 
tətbiq olunur.  
Gömrük  Məcələsinin  226  madəsinə  və  “Gömrük  tarifi  haqqında”  Azərbaycan 
Respublikasının Qanununa uyğun olaraq aşağıdakı gömrük rüsumları tətbiq edilir: 
- advalor - malların gömrük dəyərinə görə nisbətən faizlə hesablanan;  
- spesifik  - malın vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan;  
-  kombinə  edilmiş    –  yuxarıda  göstərilən  hər  iki  gömrük  rüsum  növlərinin 
birləşdirilməsi yolu ilə hesablanan.  
Advalor rüsumlar satışa qoyulan vergiylə eynilik təşkil edir və adətən eyni mal qrupu 
daxilində müxtəlif keyfiyyət xüsusiyyətlərinə aid olan mallar rüsuma cəlb olunduqda tətbiq 
olunur. 
Spesifik rüsumlar adətən standart mallara qoyulur və inzibati cəhətdən  çox sadədir, 
əksər  hallarda  sui  istifadə  üçün  heç  bir  imkan  yeri  qoymur.  Ancaq  spesifik  rüsumlar 
qiymətlərin  dəyişməsindən  daha  çox  asılı  olduğundan,  onların  köməyi  ilə  bazarın  gömrük 
vasitəsi ilə qorunması səviyyəsi qənaətbəxş deyildir. 


142 
 
Az  R-nın  maraqlarının  müdafiəsi  məqsədi  ilə  idxal  edilən  mallara  eyni  zamanda 
gömrük  rüsumlarının  əlahiddə  növləri,  o  cümlədən  xüsusi,  antidempinq,  kompensasiya 
rüsumları tətbiq edilə bilər. 
1. Əgər Az R-nın gömrük ərazisinə xarici mallar oxşar yaxud bilavasitə rəqabət aparan 
malların  istehsalçılarına  zərər  vuran  və  ya  vura  biləcək  miqdarda,  həmçinin  belə  şərtlər 
daxilində getirilirsə, eləcə də digər dövlətlərin və onların qruplarının Az R-nın maraqlarına 
toxunan diskriminasiya və yə bu kimi başğa hərəkətinə cavab tədbiri kimi xususi rüsumlar 
tətbiq edilir. 
2.  Əgər  Az  R-nın  gömrük  ərazisinə  xarici  mallar  gətirildiyi  ölkədəki  və  gətirilmə 
ərəfəsindəki  normal  qiymətlərdən  daha  aşaqı  qiymətə  daxil  edilirsə,  həmçinin  belə  idxal 
bu  cür  malların  milli  istehsalçılarına  maddi  zərər  vura  bilərsə,  yaxud  həmin  malların 
istehsalının təşkilinə və genişləndirilməsinə mane olursa o zaman antidempinq rüsumları 
tətbiq edilir. 
3. Əgər Az R-nın gömrük ərazisinə gətirilən xarici malların mənşə ölkəsində istehsalı, 
yaxud ixracında bilavasitə və ya dolayısı yolla subsidiyalardan istifadə edilmişsə, həmçinin 
əgər  belə  idxal  bu  cür  malların  istehsalçılarına  maddi  zərər  vura  bilərsə,  yaxud  həmin 
malların istehsalının təşkilinə və genişləndirilməsinə mane olursa, o zaman kompensasiya 
rüsumları tətbiq edilir. 
Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması məqsədi ilə ixrac və idxal 
edilən  mallara  “Gömrük  tarifi  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  və 
müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada 
müvəqqəti olaraq mövsümi rüsumlar tətbiq oluna bilər.   
4.  Mallar  üzrə  tarif  güzəştləri,  gömrük  rüsumlarından  azad  edilmə,  tarif 
preferensiyalarının və güzəştlərinin verilməsi halları və qaydaları “Gömrük tarifi haqqında” 
Azərbaycan  Respublikasının  Qanununa  və  müvafiq  icra  hakimiyyəti  orqanının  normativ 
hüquqi aktlarına uyğun olaraq tənzimlənir.  


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə