Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə42/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   38   39   40   41   42   43   44   45   ...   76

133 
 
Milli  iqtisadiyyatın  formalaşdırılmasında  bazar  mexanizminə  dövlətin  müdaxiləsi 
siyasətinin  tədqiqi  iqtisadi  nəzəriyyənin  aktual  probleminə  çevrilmişdir.  Dünya  dövlətləri 
dünya  təsərrüfat  sisteminə  fəal  sürətdə  qoşulmaqla  bir  tərəfdən  özlərinin  müvafiq 
ehtiyatları  olmadıqları  halda  belə  cəmiyyətin  tələbatını  daha  dolgun  ödəmək, 
iqtisadiyyatın  səmərəli  strukturunu  formalaşdırmaq  və  s.  kimi  problemləri  həll  etmək, 
digər  tərəfdən  isə  özlərinin  əmək  bölgüsündə  malik  olduqları  üstünlükləri  reallaşdırmaq 
imkanı əldə etmiş olurlar. 
Bazar  iqtisadiyyatı  şəraitdə  ölkələr  üçün  XİF  tənzimlənməsi  üzrə  tədbirlərin  əsas 
məqsədləri  milli  iqtisadiyyatın  müdafiəsi  və  ümumi  milli  maraqların  qorunmasıdır.  Xarici 
iqtisadi  fəaliyyətin  dövlət  orqanları  tərəfindən  tənzimlənməsi  tədbirləri  dunyanın  bütün 
ölkələrində  həyata  keçirilir.  Amma  bu  tədbirlərin  miqyası,  forma  və  metodları,  konkret 
məqsəd və vəzifələri hər ölkənin öz miqyasından, müasir dünyada mövqeyindən, ölkənin 
daxili və xarici siyasətindən asılıdır. 
Dünya ölkələrinin tarixi inkişaf təcrübəsinə əsaslanaraq beynəlxaq ticarət nəzəriyyəsi 
və beynəlxaq ticarətin çoxillik inkişaf tarixinə nəzər salsaq görərik ki, azad ticarət həyata 
keçirilməklə beynəlxalq ixtisaslaşmanın ortaya şıxardığı bütün üstünlüklərdən faydalamaq 
mümkündür.  Lakin  tam  sərbəst  xarici  ticarət  yalnız  nəzəri  cəhətdən  mümkündür. 
Təcrübədə isə dövlətlər xarici ticarətə bi və ya digər şəkildə müdaxilə edirlər. Bu isə xarici 
iqtisadi  siyasətin  mühüm  tərkib  hissəsi  olan  gömrük  siyasətinin  keçirilməsini  nəzərdə 
tutur. 
Gömrük  siyasəti  dövlətin  xarici  ticarət  dövriyyəsinin  gömrük  sərhədindən  mal  və 
nəqliyyat vasitələrinin uyğun gömrük prosedurunu müəyyən edilməsi vasitəsilə keçirilməsinin 
dövlət  tənzimlənməsi  üzrə  məqsədyönlü  fəaliyyət  istiqamətlərini  təyin  edir.  Azərbaycan 
respublikasının  xarici  iqtisadi  fəaliyyət  siyasətinin  istiqamətlərindən  biri  xarici  rəqabətin 
dağıdıcı təsirindən milli iqtisadiyyatın rasional müdafiə səviyyəsini təmin etmək eləcə də idxal 
gömrük  rüsumları  dərəcələrinin  dəyişilməsi  əsasında  xarici  investisiyanı  cəlb  etmək  üçün 
əlveriıli iqtisadi mühit formalaşdırmaqdır. 


134 
 
Milli  iqtisadiyyat  daim  inkişaf  etməkdə  olan  vahid  orqanizm  olduğundan,  onun 
struktur bölmələrinin tənzimlənməsi də kompleks xarakter daşımalıdır. Dünya ölkələrinin 
təcrübəsi  göstərir  ki,  XİF  gömrük  tarif  tənzimlənməsi  dövlətlərin  dünya  iqtisadiyyatına 
inteqrasiyasının mühüm amillərdən biridir.  
Dövlətin  xarici  ticarət  siyasəti  gömrük  tarif  tənzimlənmə  tədbirlər  və  qeyri-tarif 
məhdudiyyətlərin tədbiq etmə vasitəsiylə həyata kecirilir. Həm də nəzərə almaq lazımdır 
ki ÜTT-tı bütün üzv ölkələri üçün öz xarici ticarət siyasətini həyata keçirilməsi zamanı tarif 
tənzimlənmə tədbirlərinə üstünlük verilməsi israrla məsləhət verir. 
Gömrük  tarifi  –  xarici  ticarətin  dövlət  tənzimlənməsinin  qiymətəmələgətirmə 
mexanizmi  ilə  fəaliyyət  göstərən  əsas  vasitəsidir.  Xarici  iqtisadi  əlaqələrin  həyata 
keçirilməsində  gömrük  tarifi  başlıca  amil  kimi  çıxış  edir  və  bu  zaman  gömrük  tarifi  3 
mühüm  baxımdan  nəzərətdən  keçirilir:  ticarət  siyasəti  və  ölkənin  daxili  bazarının  onun 
dünya  bazarı  ilə  qarşılıqlı  əlaqələrinin  dövlət  tənzimlənməsi  vasitəsi  kimi;  gömrük  rüsum 
dərəcələrinin məcmusu kimi; konkret gömrük rüsüm dərəcəsi kimi. 
Gömük tarifləri hər bir dövlət tərəfindən onun xarici ticarət siyasətinin əsas məqsəd 
və istiqamətlərdən və bütövlükdə xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsindən irəli 
gəlməklə müəyyən edilir.  
Gömrük  tarif  tənzimlənməsinin  əsas  xüsusiyyətlərinin  təhlili  gömrük  tarifinin  əsas 
funksiyasının nəzərdən keçirilməsini tələb edir. Hal-hazırda gömrük tarif tənzimlənməsinin 
gömrük  tarif  alınmasını  və  onların  dövlət  büdcəsinə  istiqamətlənməsini  nəzərdə  tutulan 
fiskal  funksiya  və  ölkəyə  gətirilən  malların  əmtəə  strukturunun  səmərələşdirilməsi, 
dövlətin ərazisinə malların gətirilməsi və çıxarılmasının, valyuta gəlirlərinin və xərclərinin 
əlverişli  nisbətini  təmin  etməyi  nəzərdə  tutan  tənzimləyici  funksiyanı  yerinə  yetirir. 
Gömrük tarifi daxili qiymətlərə təsir etməklə müəyyən dərəcədə ölkədə malların istehsal 
və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaradılmasına kömək göstərir. 


135 
 
Gömrük tarifi bir sıra hallarda, birtərəfli qaydada ixrac məhsullarının istehsalına tələb 
olunan mallara aşağı və hətta sıfır dərəcəli idxal rusumu tətbiq etməklə milli istehsalın və 
ixracın stimullaşdırılması ücün istifadə edilə bilər. 
Gömrük tarifinin xarici ticarət münasibətlərinin və bütövlükdə iqtisadiyyata təsirinin 
xüsusiyyətləri dövlət orqanlarından rüsum stavkalarlının təyin edilməsi prosesində xüsusi 
məsuliyyət tələb edir. 
Ölkə təsərrüfatının inkişaf səviyyəsi ilə gömrük rüsumu stavkaları arasında müəyyən 
asılılıq mövcüddür. Belə ki, təsərrüfat inkişaf etmiş olduqça, gömrük rüsumların dərəcələri 
aşağı olur. Yüksək inkişaf etmiş ölkələrdə kifayət qədər rəqabət qabiliyyətinə malik məhsul 
buraxılır və elə buna görə də daxili bazarın yüksək rüsumlar hesabına qorunması, ixracın 
əlavə  tədbirlərlə  stimulaşdırılmaslna  və  büdcənin  gəlir  hissəsini  gömrük  ödəncləri 
hesabına doldurulmasına ehtiyac qalmır.  
2. Müasir dövrdə dünya təsərrüfatının formalaşmasında xarici iqtisadi əlaqələrin rolu və 
əhəmiyyəti get-gedə artır. Dünya ölkələri arasındakı iqtisadi əlaqələr kapitalların, əmtəələrin, 
xidmətlərin,  iş  qüvvələrinin,  valyuta  ehtiyyatlarının  beynəlxalq  hərəkəti  vasitəsi  ilə  həyata 
keçirilir.  Kapitalların,  valyutaların,  əmtəə  və  xidmətlərin,  əmək  ehtiyyatlarının  miqrasiyası 
hər bir ölkənin daxili iqtisadi ziddiyyətləri üzündən, dövlətlərin milli hüdudundan kənara çıxır 
və  beynəlxalq  iqtisadi  münasibətlər  sisteminə  daxil  olurlar.  Bu  münasibətlər  ayrı  –  ayrı 
ölkələrin  arasında  yaranan  münasibətləri,  hüquqi  və  fiziki  şəxslərin  arasındakı  qarşılıqlı 
münasibətləri əks etdirir. Dünya təsərrüfatının təşəkkül tapması hər bir ölkənin özünun milli 
təsərrüfatının  yaranmasına,  beynəlxalq  münasibətlərin  möhkəmlənməsinə,  kapitalın 
beynəlmiləlləşdirilməsinə, iqtisadiyyatın, siyasətin və elmin yaranmasına səbəb olmuşdur. 
Məlumdur ki, beynəlxalq əmək bölgüsünün nəticəsi olaraq, xarici ticarət və ümumdünya 
təsərrüfat sistemi formalaşmışdır. Onlar isə, öz növbəsində məhsul vahidinə düşən məsrəfləri 
azaltmaq  və  kifayət  qədər  yüksək  qazanc  əldə  etmək  imkanı  yaradırlar.  Klasik  nəzəriyyəyə 
görə, bu ölkələr arasında əmək bölgüsünün üstünlükləri ilə əlaqədardır. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə