Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə45/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   41   42   43   44   45   46   47   48   ...   76

143 
 
Tarif  güzəştləri  (tarif  preferensiyaları)  dedikdə,  Az  R-nın  ticarət  siyasəti  həyatsa 
keçirilərkən  qarşılıqlı  və  ya  birtərəfli  qaydada  Az  R-nın  gömrük  sərhədindən  keçirilən 
mallar  üzrə  əvvəl  ödənilmiş  rüsumun  qaytarılması, rüsum  ödənişindən  azadetmə,  rüsum 
dərəcələrinin  aşagı  salınması,  malın  çıxarılması  üçün  tarif  kvotaları  şəklində  verilən 
güzəştlər başa düşülür. 
Tarif  güzəştləri  ilə  əlaqədar  məsələlərin  tənzimlənməsi  zamanı  ilk  növbədə  gömrük 
güzəştləri  və  tarif  güzəştləri  anlayışları  fərqləndirilməlidir.  Belə  ki,  gömrük  güzəştləri 
dedikdə,  gömrük  qanunvericiliyi  ilə  müəyyən  edilən  qaydalara  aid  istənilən  güzəştlər 
nəzərdə tutulur. Məsələn, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti üzrə güzəştlər və s. 
bu  zaman  gömrük  güzəştləri  gömrük  sərhədindən  keçirilən  mallardan  alınan  gömrük 
ödənişlərini də əhatə edir. Tarif güzəştləri dedikdə isə, gömrük tarifində müəyyən edilən 
dərəcələrə  uyğun  olaraq  gömrük  rüsumlarının  alınması  ilə  əlaqədar  güzəştli  vergi 
tutulması  nəzərdə  tutulur.  Qeyd  etmək  lazımdır  ki,  gömrük  güzəştləri  tarif  güzəştləri 
anlayşından genişdir. Belə ki, gömrük güzəştləri özündə tarif güzəştləri də əks etdirir. Buna 
görə  də  tarif  güzəştləri  tətbiq  edilən  mallara  heç  də  bütün  gömrük  güzəştləri  tətbiq 
edilmir,  eyni  zamanda  onlar  heç  də  bütün  gömrük  ödənişlərindəən  azad  edilmirlər.  Belə 
ki, gömrük rüsumları gömrük ödənişlərinin yalnşz bir növü kimi çıxış edir. 
Gömtük  işi  sahəsində  fəaliyyət  göstərilməsindən  asılı  olaraq  gömrük  güzəştləri 
gömrük  ödənişləri  sahəsində,  gömrük  nəzarəti  sahəsində,  gömrük  rəsmiləşdirilməsi 
sahəsində  güzəştlərdən  ibarətdir.  Gömrük  ödənişləri  sahəsində  isə  güzəştlər  gömrük 
rüsumları  ilə  tarif  güzəştləri  və  digər  gömrük  yığımları  (ödənişləri)  ilə  əlaqədar  güzəştlər 
formasında özünü büruzə verir. 
Gömrük  güzəştlərinin  müxtəlif  istiqamətlər  üzrə  müəyyən  edilməsi  beynəlxalq 
müqavilələrdə də əks olunmuşdur. 
Qeyd  etmək  lazımdır  ki,  tarif  güzəştləri  Az  R-sı  ticarət  siyasətinin  realizəsinin  əsas 
vasitəsi  kimi  çıxış  edir.  Qarşılıqlı  əsasda  bu,  dövlərdaxili  qanunvericiliklə,  həm  də 


144 
 
beynəlxalq  müqavilələrlə  müəyyəm  edilir.  Dövlətdaxili  qanunvericilik  və  beynəlxalq 
müqavilələrin nisbəti isə “Gömrük tarifi haqqında” Az R-sı Qanununun 37-ci maddəsində 
əks  olunmuşdur.  Həmin  maddədə  göstərilir  ki,  əgər  beynəlxalq  müqavilələrdə  bu 
qanundan fərqli başqa normalar müəyyən edilmiçsə, bu zaman beynəlxalq müqavilələrdə 
nəzərdə tutulan normalar tətbiq edilir. Tarif güzəştlərinin 4 əsas növü vardır: 
-  əvvəl ödənilmiş gömrük rüsumunun qaytarılması; 
-  - gömrük rüsum ödənilməsindən azadetmə; 
-  gömrük rüsum dərəcələrinni aşağı salınması; 
-  malın preferensial gətirilməsi (çıxarılması) üçün tarif kvotalarının verilməsi. 
Dünya  dövlətlərinin  təcrübəsi  göstərir  ki,  ÜTT  üzvü  öz  üzərinə  müvafiq  tarif 
güzəştlərinin  tətbiqi  üzrə  müvafiq  öhdəlik  götürmüşdür.  QATT-ın  XXVII  maddəsi  ilə  ÜTT 
üzvləri  gömrük  tariflərinin  aşağı  salınması  haqqında  danışıqlar  qarşılıqlı  faydalılıq  əsasında 
aparılması zəruriliyini qeyd edirlər. QATT sisteminin təkmiləəşdirilməsi prosesində Güzəştlər 
Siyahısı daim tariflərin aşağı salınması istiqamətində inkişaf etmişdir. 
QATT  çərçivəsində  əvvəlcədən  tarif  danışıqları  gedişində  tarif  güzəştləri  terminindən 
istifadı  edilir.  QATT-ÜTT  çərçivəsində  çoxtərəfli  ticarət  qanışıqları  gediçində  iştirakçılar 
gömrük tarif sahəsində ticarətin liberallaşdırılması üzrə bir sıra öhdəliklər götürülmüşdür. Bu 
öhdəlik  əsasən  rüsum  dərəcələrinin  əlaqələndirilməsi,  qüvvədə  olan  dərəcələrini 
qaldırmamaqla rüsum dərəcələrinin aşağı salınması formasında həyata keçirilir. 
ÜTT-yə  daxil  olmaq  istəyən  hər  bir  dövlət  malların  dünya  bazarına  çıxarılma 
istiqamərində  hər  bir  mal  üçün  idxal  tariflərinni  maksimal  səviyyəsini  razılaşdırmalıdır. 
Birləşmədən sonra isə dövlət bundan yüksək rüsumlar tətbiq edə bilməz. 
“Gömrük  tarifi  haqqında”  Az  R-sı  Qanununun  35-ci  maddəsində  göstərilir  ki,  xarici 
dövlətlərlə  ticarət  siyasi  münasibətləri  həyata  keçirilərkən  aşağıdalı  mallar  üzrə  gömrük 
rüsumlarından  azadetmə  ,  gömrük  dərəcələrinin  aşağı  salınması,  yaxud  preferensial  idxal 
(ixrac) üçün kvotalar qoyulması kimi qüzəştlər verilə bilər: 


145 
 
-  mənşəcə Az R-sı ilə gömrük ittifaqı və azad ticarət zonası yaratmış və ya bu cur 
ittifaqın,  yaxud  zonanın  yaradılmasına  dair  müqavilə  imzalamış  dövlətlərə 
mənsub olan mallar; 
-  mənşəcə  Az  R-sı  Nazirlər  Kabineti  tərəfindən  bəş  ildə  bir  dəfədən  az  olmamaq 
şərti  ilə  dövri  olaraq  yenidən  baxılan  milli  preferensiya  sistemindən  istofadə 
edən inkişaf etməkdə olan ölkələrə mənsub olan mallar. 
  
Gömrük rüsumlardan aşağıdakı qrup mallar azad edilir: 
1)  yüklərin,  baqajın  və  sərnişinlərin  beynəlxalq  daşımalırını  həyata  keçirən 
nəqliyyat  vasitələri,  habelə  onların  yolboyu  dayanacaqlararası  məntəqələrdə 
normal  istismarı  üçün  lazım  olan  və  ya  həmin  nəqliyyat  vasitələrinin  qəzasının 
(sınmasını)  nəticələrini  aradan  qaldırmaq  məqsədi  ilə  xaricdən  alınmış  maddi-
texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və digər əmlak; 
2)  dənizdə balıq ovlayan Az R-sı gəmilərinin və Az R-nın hüquqi və fiziki şəxsləri 
tərəfindən icarəyə (fraxta) götürülmüş gəmilərin fəaliyyətini təmin etmək məqsədilə Az 
R-nın gömrük ərazisindən çıxarılan maddi, texniki təçhizat və tədarük malları; yanacaq, 
ərzaq  və  başqa  əmlak,  habelə  həmin  gəmilərdə  Az  R-nın  gömrük  ərazisinə  gətirilən 
vətəgəçilik məhsulları; 
3)  rəsmi, yaxud şəxsi istifadə üçün xarici ölkələrin nümayəndələri tərəfindən və 
ya Az R-nın beynəlxalq müqavilələrinə və Az R-sı qanunvericiliyinə müvafiq sürətdə cür 
malları  rüsumsuz  gətirmək  və  rüsumsuz  çıxarmaq  hüququna  malık  olan  fiziki  şəxslər 
tərəfindən Az R-nın gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar; 
4)  Az  R-sı  qanunvericiliyinə  uyğun  olaraq,  gömrük  sərhədindən  ərazisindən 
çıxarılan Az R-nın valyutası və bu əraziyə gətirilən xarici valyutalar, qiymətli kağizlar; 
5)  Az  R-sı  qanunvericiliyində  nəzərdə  tutulmuş  hallarda  dövlətin  mülkiyyətinə 
keçirilməli olan mallar; 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə