Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə52/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   48   49   50   51   52   53   54   55   ...   76

164 
 
üzrə  ixrac,  yaxud  idxal  gömrük  rüsumlarının  və  vergilərin  ödənilməsinin  təmin  edilməsi 
üçün əhatəli təminatın verildiyi hallarda, həmin təminatın məbləği gömrük rüsumlarının və 
vergilərin  ödənilməsinin  istənilən  vaxt  təmin  edilməsinə    imkan  verən  səviyyədə 
müəyyənləşdirilir.  Gömrük  orqanları  gömrük  borcunun  müəyyən  edilmiş  müddətdə 
ödəniləcəyinə əmin olmadıqda, təminatın verilməsinin tələb edirlər. Tələb edilən təminatın 
məbləği  Gömrük  Məcəllənin  251-ci  maddəsində  nəzərdə  tutulmuş  məbləğlərdən  artıq 
olmamalıdır. 
Gömrük  borcunun  ödənilməsinin  təmin  edilməsi  üçün  aşağıdakı  təminat  üsullarından 
(təminatdan) istifadə olunur: 
-  girov; 
-  veksel zaminliyi; 
-  bank qarantiyası; 
-  ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi; 
-  sığorta müqavilələri; 
-  üçüncü şəxsin zaminliyi; 
-  avans ödəmələr.   
 Gömrük  borcunun  ödənilməsinin  təmin  edilməsi  üçün  mallar  gömrük  orqanları 
tərəfindən girov qismində qəbul olunur. Girovun rəsmiləşdirilməsi, girov qoyulmuş malların 
saxlanılması, ödənişin girov predmetinə yönəldilməsi və bununla bağlı digər məsələlər Az R-
nın Mülki Məcəlləsi ilə tənzimlənir. 
Gömrük  borcunun  təminatı  kimi  vekselər  yalnız  o  halda  qəbul  olunur  ki,  onlar  üzrə 
avalçı qismində bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan banklar və 
ya  bank  olmayan  kredit  təşkilatları  çıxış  etsin.  Gömrük  borcu  bank  fəaliyyətinin  həyata 
keçirilməsi üçün lisenziyaya malik olan və DGK-nin apardığı müvafiq reyestrə daxil edilmiş 
bankların və bank olmayan kredit təşkilatlarının qarantiyası ilə təmin oluna bilər.  
Gömrük borcunun ödənilməsinin təmin edilməsi ödənilməli olan pul vəsaitinin gömrük 
orqanının depozit hesabına köçürülməsi yolu ilə həyata keçirilə bilər. Bu məbləğin depozitdə 
saxlanma müddəti üçün faizlər ödənilmir. 
Gömrük  borcunun  ödənilməsinin  təmin  edilməsi  üçün  pul  vəsaitlərinin  gömrük 
orqanının  depozit  hesabına  köçürülməsi  və  depozit  hesabında  olan  pul  vəsaitinin  sahibinə 
qaytarılması  qaydasını  Az  R-nın  Nazurlər  Kabineti  tərəfindən,  Az  R-sı  Prezidenti  ilə 
razılaşdırmaqla,  müəyyən  olunnur.  Gömrük  borcunun  ödənilməsinin  təmin  olunması 
məqsədi ilə sığorta müqavilələrindən istifadə olunması Az R-nın Mülki Məcəlləsi və sığorta 
fəaliyyəti haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 


165 
 
Gömrük  borcunun  ödənilməsinin  təmin  olunması  üçün  üçüncü  şəxsin  zaminliyindən 
istifadə edilməsi Az R-sı mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir. 
Gələcək  əməliyyatlar  üzrə  yarana  biləcək  gömrük  borcunun  təminatı  kimi,ödəyici 
gömrük orqanlarının hesabına avans şəkilində pul vəsaitləri köçürə bilər. 
 
 


166 
 
Gömrük dəyəri və onun təyin edilməsi üsulları. 
Suallar: 
1.  Gömrük dəyəri anlayışı və onun funksional təyinatı. 
2.  Gömrük dəyərinin təyin edilməsi sistemi. 
3.  Gömrük  dəyərinin  gətirilən  malların  sövdələşmə  qiyməti  ilə  müəyyən  edilməsi 
üsulu (I usul). 
4.  İdentik (eyni) malların sövdələşmə qiyməti üsulu (II usul). 
5.  Eynicinsli malların sövdələşmə qiyməti üsulu (III usul). 
6.  Dəyərin çıxılması üsulu (IV üsul). 
7.  Dəyərin toplanması üsulu (V üsul). 
8.  Ehtiyat üsul (VI üsul). 
9.  Az-can R-nın ərazisinə gətirilən malların gömrük dəyərinin bəyan edilməsi. 
 
“Gömrük Tarifi haqqında” Az R-nın qanunu Az-canda gömrük nəzarəti təcrübəsində 
gətirilən malların gömrük dəyərinin təyin edilçəsinin başlıca prinsip və normalarının hüquqi 
əsasını  müəyyən  edir.  Bu  prinsip  və  normalar  mütəxəssisıər  arasında  “Gömrük  dəyəri 
kodeksi”  adlandırılan,Tarif  və  Ticarət  üzrə  Baş  Sazişin  –  GATT  VII  maddəsinin  tətbiqi  üzrə 
Sazişin müddəaları ilə təsbit edilmişdir. 
Azərbaycan  iqtisadiyyatının  müasir  dövrindəki  xüsusiyyətləri,  Az-nın  təsərüffat 
hüquqi sisteminin inkişaf etmiş ölkələrin sistemindən fərqli cəhətləri gömrük dəyərini təyin 
edilməsi  sisteminin  ttəbiqinə  müəyyən  çətinliklər  yaradır,  normativ-hüquqi  bazanın  real 
şəraitə  uyğunlaşdırılmasını  tələb  edir.  Bununla  birgə  Az-can  R-nın  yaxın  gələcəkdə 
Ümumdünya  Ticarət  Təşkilatına  daxil  olmaq  marağı  beynəlxalq  prinsip  və  normaların 
maksimum dərəcədə ttəbiqini, onların gömrük dəyərinin təyini üzrə normativ sənədlərdə 
və ümumilikdə gömrük orqanlarının fəaliyyətində nəzərə alınmasını obyektiv məcburiyyət 
kimi qarşıda qoyur. 


167 
 
 Malların  gömrük  dəyəri  bəyanetməni  həyata  keçirən  şəxs  tərəfindən  Gömrük 
Məcəllə  və  “Gömrük  tarifi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə  nəzərdə 
tutulmuş  qaydada  müəyyən  olunur.  (maddə  220)  Gömrük  tarifinin  tətbiqi,  tarif 
tənzimləmələri  tədbirləri,  onların  beynəlxalq  norma  və  qaydalara  uyğunluğu,  həmçinin 
tarif  əhatəsini  real  səviyyəsi  gömrük  rüsumları  və  ödənclərinin  bazasının  hesablanma 
formasını müəyyən edən qaydalarından asılıdır. 
Malların  gömrük  sərhədindən  keçirilməsi  zamanı  vergiqoyma  bazasının  təyin 
edilməsi  qaydalarının  müəyyən  edilməsində  həm  dövlət,  həm  də  kommersiya  dairələri 
maraqlıdır. 
Aydındır  ki,  malın  istehsalçıdan  istehlakçıya  dögru  hərəkətinin  müxtəlif 
mərhələlərində  onun  dəyəri  müxtəlif  olacaqdır,  belə  ki,  müxtəlif  dəyər  komponentlərini 
özündə şəmləşdirəcəkdir və bu dəyərlərin hər biri özünəməxsus qaydada hesablanacaqdır. 
Malların  gömrük  sərhədindən  keçirilməsi  zamanı  gömrük  ödənclərini  hesablanması 
üçün istifadə olunan dəyəri, malın satıcından alıcıya qədər müəyyən hərəkət mərhələsində 
formalaşır,  bu  mərhələyə  uyğun  komponentləri  (xərc  və  gəlirləri)  özündə  cəmləşdirir  və 
malın gömrük dəyəri kimi baxılır. 
Malların gömrük dəyərinin müəyyən edilməsi sistemi gömrük qiymətləndirilməsinin 
beynəlxalq  təcrübədə  qəbul  olunmuş  ümumi  prinsiplərinə  əsaslanır  və  Az  R-nın  gömrük 
ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallara şamil edilir. 
Gömrük  dəyəri  mal  Az-can  R-nın  gömrük  sərhədindən  keçirilərkən  deklarant 
tərəfindən  Az  R-nın  gömrük  orqanına  bəyan  edilir.  Deklarant  tərəfindən  bəyan  edilmış 
gömrük  dəyəri  və  onun  müəyyən  edilməsi  ilə  bağlı  məlumatlar  dəqiq,  kəmiyyəti  təyin 
oluna bilən və sənədlərlə təstiq edilmiş məlumatlara əsaslanmalıdır. 
Əgər gömrük nəzarəti nəticəsində malın  gömrük dəyərinin  düzgün təyin edilmədiyi 
və  gömrük  orqanlarına  bəyan  edildiyi  aşkara  çıxarsa  gömrük  Məcəlləsinə  görə  belə  hal 
gömrük qaydalarının pozulması kimi qiymətləndirilir. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə