Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə59/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   55   56   57   58   59   60   61   62   ...   76

190 
 
Gömrük  orqanları  tərəfindən  valyuta  nəzarəti  həyata  keçirilərkən  aşkar  edilmiş 
hüquqpozmalara  görə  təqsirli  şəxslər  qanunla  müəyyən  edilmiş  qaydada  məsuliyyət 
daşıyırlar(274). 
Beləliklə,  gömrük  orqanlarına  valyuta  nəzarəti  həyata  keçirmək  hüququ  verilməklə 
qanunvericilik aktı səviyyəsində valyuta nəzarəti orqanının səlahiyyəti konkretləşdirilmiş olur. 
Gömrük  sərhədindən  keçirilən  valyuta  və  valyuta  qiymətlilərinə  nəzarət  funksiyası  ən-ənəvi 
xarakterli  olub,  əvvəllər  də  gömrük  orqanlarının  əsas  funksiyalarına  aid  idi.  Valyuda 
qiymətlərinə  mülkiyyət  hüququnun  keçməsi  əməliyyatlarına  nəzarət  funksiyasının  gömrük 
sisteminə  həvalə  edilməsi  prinsipcə  yeni  məsələdir  və  bu  nəzarətin  səməriliyinin  artırılması 
məqsədi güdür. Məsələnin belə qoyuluşu gömrük sisteminin maraq dairəsini genişləndirmək, 
gömrük  və  valyuta  qanunvericiliyi  sahələrini  uzlaşdırmağa,  həmçinin  onun  həllində  gömrük 
sisteminin  təşkilati  və  texniki  imkanlarından  istifadə  etməyə  şərait  yaratdı.  Nəticədə  bu 
üstünlüklər xarici ticarət fəaliyyəti əməliyyatlarına nəzarətin təşkilində özünü göstərdi. 
DGK-nin 9 sentyabr 1998-ci il tarixli 049 saylı əmri ilə “Az R-sı ərazisindən ixrac edilən 
malların  müqabilində  valyuta  vəsaitlərinin  ödənişinə  nəzarət  barədə”  Təlimat  təsdiq 
edilmişdir. 
Ixrac  edilən  malların  müqabilində  valyuta  vəsaitlərinin  ödənişinə  nəzarət  bir  neçə 
mərhələdə həyata keçirilir. 
1.  Ilkin nəzarət: 

YGB-nin  düzgün  doldurulmasına  və  göstərilən  məlumatların  dəqiqliyinə 
nəzarət; 

Həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət; 

Hesabatların formalaşdırılması və DGK-nə təqdim edilməsi. 
2. Məlumat- analitik nəzarət: 
- gömrük orqanlarından alınan məlumatların yoxlanılması; 
- valyuta nəzarəti, üçot kartoçkasının doldurulması və nəqd üzrə hesablaşmaları aparan 
müvəkkil banklara göndərilməsi; 
- bank tərəfindən rəsmiləşdirilən üçot kartoçkalarının alınması və istifadəsi; 
- valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi; 
3. Bitkin sənədli nəzarət: 
-  valyutanın  köçürülməsində  mümkün  ola  biləcək  çatışmazlığı  faktı  üzrə  məqsədli 
yoxlama; 


191 
 
- Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi. 
Belə nəzarət sistemi imkan verir ki, hər bir valyuta əməliyyatının qanunvericiliyə uyğun 
olmasına  nəzarət  edilsin,  qaytarılmamış  valyuta  qazancının  həcmi  qiymətləndirilə  bilsin, 
ödənişin  şərtləri  qaydaya  salınsın,  gömrük  orqanlarının  və  bankların  operativ  məlumat 
mübadiləsi  təmin  edilsin,  valyuta  nəzarəti  məqsədləri  üçün  bank  və  gömrük  orqanlarının 
imkanlarından maksımum istifadə edilsin. 
Gömrük  orqanaları  ixrac  nəzarətinə  düşən  malların  gömrük  sərhədindən  qeyri-qanuni 
keçirilməsinin, o cümlədən bu malların ixracına qadağa və məhdudiyyət qoyulmuş dövlətlərə 
və  son  istifadəçilərə  ixracının  qarşısını  alırlar.  Ixrac  nəzarətinə  düşən  malların  gömrük 
sərhədindən  keçirilməsi  qaydaları  “İxrac  nəzarəti  haqqında”  Az  R-nın  Qanununa  müvafiq 
olaraq müəyyən edilir. 
Gömrük  orqanlarının  ixrac  nəzarətini  həyata  keçirməyə  səlahiyyətli  olan  vəzifəli 
şə
xsləri digər dövlət orqanlarından və aidiyyəti şəxslərdən aldıqları məlumatların məxfiliyini 
qorumağa borcludurlar. 
6.Barter əməliyyatları, dəyəri ödənilmədən ekvivalent məbləğdə qarşılıqlı mal (xidmət 
və əqli mülkiyyət) mübadiləsini nəzərdə tutur. 
Barter  əməliyyatlarında  ekvivalent  məbləğdə  malların  göndərilməsi  və  alınması 
müddəti  90  günədək  müəyyən  olunur.  Ekvivalent  məbləğdə  qarşılıqlı  mal  mübadiləsi  bu 
müddətdə  başa  çatçadığı  təqdirdə,  hesablaşma  müqavilədə  göstərilən  valyuta  ilə  10  bank 
günü  ərzində  yerinə  yetirilməli  və  vəsait  ixracatçının  müvəkkil  bankdakı  valyuta  hesabına 
köçürülməlidir. 
Dövlət müəssisələri və Nizamnamə fondunda dövlətin payı haqqı 50%-dən yuxarı olan 
müəssisələr  tərəfindən  bağlanmış  barter  müqavilələri  iqtisadi  inkişaf  Nazirliyində 
qeydiyyatdan  keçirilməklə,  digər  müəssisələr  tərəfindən  bağlanmış  barter  müqavilələri  isə, 
gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir. 
Barter  əməliyyatları  üzrə  ixrac  edilən  malların  YGB-nin  bir  nüsxəsi  mal  bəyan 
olunduğu tarixdən etibarən 7 gün ərzində gömrük orqanları tərəfindən müvəkkil banklara və 
İ
qtisadi İnkişaf  Nazirliyinə göndərilir. 
Malların  barter  yolu  ilə  ixracı  zamanı  gömrük  orqanları  tərəfindən  tələb  olunana 
sənədlər: 

istehsalçı  ilə  ixracatçı  arasında  bağlanmış  müqavilə  (ixracatçı  qeyri-dövlət 
müəssisəsi olduqda); 


192 
 

ixrac  olunan  mal  dövlət  müəssisəsində  istehsal  edilmişdirsə,  ixracatçı  qeyri-
dövlət  müəssisəsi  olduğu  halda  onun  dəyərinin  istehsalçıya  tam  ödənilməsini 
təsdiq edən müvafiq bank sənədi; 

xarici tərəflə bağlanmış barter müqaviləsi (ixracatçı dövlət müəssisəsi olduqda 
İ
qtisadiyyat və Sənayə Nazirliyində qeydiyyatdan keçirilmiş); 

ixrac olunan malın mənşə sertifikatı; 

ekvivalent  məbləğdə  malların  vaxtında  Az  R-na  gətiriləcəyi  və  yaxud  valyuta 
vəsaitinin  ixracatçının  müvəkkil  bankdakı  valyuta  hesabına  köçürəcəyi  barədə 
zəmanət öhdəliyi; 

Uçot kartoçkası; 

Deklarant tərəfindən tərtib olunmuş YGB. 
Kreditə  ixrac  əməliyyatları,  faktiki  mal  (xidmət  və  əqli  mülkiyyət)  ixracından  sonra 
haqqı  müəyyyən  şərtlərlə  və  hər  hansı  müddət  ərzində  ödənilən  malların  ixracını  nəzərdə 
tutur. 
Dövlət müəssisələri və Nizamnamə fondunda dövlətin pay haqqı 505-dən yuxarı olan 
müəssisələr tərəfindən malların (xidmət və əqli mülkiyyətin) kreditə ixracı üzrə bağlanmış 
müqavilələr İqtisadiyyat və Sənayə Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır. 
Digər  ixracatçılar  tərəfindən  malların  kreditə  ixracı  isə,  gömrük  orqanlarında  bəyan 
edilməklə həyata keçirilir. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş 
malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilər. 
Kreditə ixrac əməliyyatlarında gömrük orqanları tərəfindən tələb olunan sənədlər: 

istehsalçı  ilə  ixracatçı  arasında  bağlanmış  müqavilə  (ixracatçı  qeyri-dövlət 
müəssisəsi olduqda); 

ixrac  olunan  mal  dövlət  müəssisəsində  istehsal  edilmişdirsə,  ixracatçı  qeyri-
dövlət  müəssisəsi  olduğu  halda  onun  dəyərinin  istehsalçıya  tam  ödənilməsini 
təstiq edən müvafiq bank sənədi; 

xarici  tərəflə  bağlanmış  müqavilə  (kreditə  ixrac  əməliyyatları  dövlət 
müəssisələri  tərəfindən  həyata  keçirildikdə  İqtisadi  İnkişaf    Nazirliində 
qeydiyyatdan keçirilməklə); 

malın mənşə sertifikatı; 

 valyuta vəsaitlərinin köçürülməsinə zəmanət öhdəliyi; 

Uçot kartoçkası; 

Deklarant tərəfindən tərtib olunmuş YGB. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə