149
Iqtisadi təhlükəsizliyin təmin edilməsi iqtisadi və inzibati metodlarla, habelə xarici
ticarətin tam liberallaşdırılmasına tarif və qeyri-tarif üsulu ilə həyata keçirilir. Iqtisadi
metodlarla dövlət tənzimlənməsi xarici iqtisadi siyasətsahəsində iqtisadi vasitələrin
öyrənilməsinə və tətbiqinə əsaslanır.
Gömrük tarifləri bütün ölkələrdə tətbiq edilən və bütün mal qrupları əhatə edən xarici
ticarət münasibətlərinin yeganə iqtisadi tənzimləmə vasitəsidir. Idxalın və ələcə də ixracın
səmərəli şəkildə tənzimlənməsində gömrük tariflərin rolu böyükdür.iqtisadi inteqrasiya
proseslərinin nəticəsi olaraq gömrük tarifləri iqtisadi birlik ölkələrinin xarici ticarət
münasibətlərinin ümumi qaydada tənzimlənməsində tətbiq edilir.
Gömrük tarifləri rəsmi dövlət orqanları ilə milli sahibkarlar ittifaqlarının qarşılıqlı
razılaşması əsasında, habelə dövlətlərarası beynəlxalq ticarət sazişlərinin prinsipləri və
normativ aktlarına uyğun olaraq işlənilir
150
8. Gömrük ödənişlərinin hesablanması və ödənilməsi.
Suallar:
1. Gömrük ödənişlərin növləri.
2. Gömrük ödənişlərin hesablanması.
3. Gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi və ödənilməsi.
4. Gömrük ödənişlərindən azad olunma.
5. Gömrük ödənişlərinin tutulması və ödəyicilərin məsuliyyəti.
6. Gömrük borcu və təminat.
1. Dünyada olan hər bir ölkənin dövlət büdcəsi iki əsas mənbəyi üzərində
formalaşır - vərgilər və gömrük ödənişlərin sisteminə. Gömrük ödənişləri gömrük
sərhədindən keçirilən idxal-ixrac maların axınlarına maliyyə xarakterli təsirlərin
məcmusu nəzərdə tutulur. Onlar xarici ticarətinin gömrük-tarif və vergi tənzimlənməsi
mexanizmlərin fəaliyyətinə əsaslanır, məcburi ödənilməsinə aidlər və gömrük
xidmətinin səlahiyyətlərinə daxildir.
Âåðýèëÿð äþâëÿòèí þç ôóíêñèéàëàðûíû ècðà åòìÿñèíäÿí þòðö çÿðóðè îëàí, áó þëêÿíèí
ãàíóíâåðècèëèéèíèí òàáåëèéèíäÿ îëàí ôèçèêè âÿ ùöãóãè øÿõñëÿðäÿí äþâëÿò âÿ éåðëè ùàêèìèééÿò
îðãàíëàðû òÿðÿôèíäÿí ìÿcáóðè ãàéäàäà òóòóëàí âÿñàèòëÿðäèð.
Âåðýèëÿð èãòèñàäèééàòûí èíêèøàôûíäà ãöäðÿòëè áèð èãòèñàäè àëÿò êèìè ôÿàëèééÿò ýþñòÿðèð, î,
ýÿëèðëÿðèíèí âÿ ìàëèééÿ ðåñóðñëàðûíûí éåíèäÿí áþëýöñö ÿìÿëèééàòûíû éåðèíÿ éåòèðèð. Âåðýè
ìöíàñèáÿòëÿðè, áèð òÿðÿôinäÿí ùöãóãè, äèýÿð òəðÿôinäÿí èãòèñàäè ìöíàñèáÿòëÿðè òÿíçèì åäèð.
G
ömrük ödənişləri malların və nəgliyyat vasitələrinin gömrük sərhədindən
kəçirilməsi prosesində iştirak edən şəxslərdən gömrük orqanları tərəfindən yığılan pul
vəsaitlər təşkil edir. Ödənişlərin verilməsi xarici ticarət ilə bağlı olan əməliyyatların
(mütəşəkkil, yada qeyri mütəşəkkil) həyata keçirilməsinin əsas şərtlərindən biridir.
Gömrük Məcəllənin 224 maddəsində, Azərbaycan Respublikasının Vergi
Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük
ödənişləri alınır:
- gömrük rüsumları;
- əlavə dəyər vergisi ;
- aksizlər;
- yol vergisi;
151
- - məlumatlandırma və məsləhət verməyə görə haqq;
- dövlət rüsumu.
- gömrük yığımları, o cümlədən:
- gömrük işini aparan icra hakimiyyətli orqanı tərəfdən lisenziyaların verilməsi və
lisenziya fəaliyyətinin bərpa edilməsinə görə yığımlar;
- gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatlarının verilməsi və
attestatların fəaliyyətinin bərpa edilməsinə görə yığımlar;
- gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlar;
- malların saxlancına görə gömrük yığımları;
- malların gömrük müşayiətinə görə gömrük yığımları;
- digər gömrük ödənişləri.
Lakin gömrük ödənişlərin siyahısı ətalətli deyil, o Gömrük Məcəlləsinə görə
genişlənir və təzələnir. Gömrük ödənişlərin kateqoriyasına digər yığımlar da aid oluna
bilərlər. Məsələn, fiziki şəxslər tərəfindən ödənilən, yada kommersiya bankların, gömrük
brokerlərin, daşıyıcıların, ambarların DGK-nin müvafiq reyestrlərinə daxil olmasına görə
yığılan, XİF iştrakcılarının məlumatlandırılmasına və konsultasiya verməsinə görə yığılan
ödənclər. Gömrük ödənişləri hüquqi şəxslərdən və hüquqi şəxs yaratmadan fəaliyyət
göstərən sahibkarlardan alınır.
Gömrük ödənişləri öz hüquqi təbiyətinə və iqtisadi məzmununa görə fərqlənirlər. Bu
göstəriri ki, ödənişlər öz mahiyyətində vergi xüssusiyyətinə malikdirsə, onlar yalnız
respublika qanunlarında əks olunan qaydalara uyğun olaraq alına bilərlər (gömrük və
xüsusi rüsumlar, ƏDV, aksizlər, gömrük yığımlarının bir hissəsi) və vergilərin xassələrini
özündə əks etdirmiyən ödənişlər isə (müxtəlif xidmətlərin göstərilməsinə görə alınan haqq)
Az R-sı hökumətinin normativ aktları ilə nizamlanır.
Gömrük ödənişlərinin əsas növlərində idtisadi tərkibinin olması idxal mallarının
qiymətinə dolayı yolla təsirini, onların qiymətini baxalaşmağını və eyni zamanda rəqabət
qabiliyyətini aşağı salınmasını təstiq edir. Baxmıyaraq ki daxili qanunvericilik vergi və
rüsum arasında aydın hədd qoymır, gömrük rüsumu dolayı vergilərinin bir növü kimi
qiymətləndirmək olar. Eyni zamanda vergi təşkilatlardan və fiziki şəxslərdən onların
mülkiyyət hüququ əsasında,təsərüfat ixtiyarında yada operativ rəhbərlik altında olan pul
vəsaitlərinin özgəninkiləşdirilmə formasında dövlətin fəaliyyətinin maliyyələşdirilmə
məqsədi ilə onun xeyrinə fərdi əvəzsiz ödənc kimi təfsir olunur.
Dostları ilə paylaş: |