164
üzrə ixrac, yaxud idxal gömrük rüsumlarının və vergilərin ödənilməsinin təmin edilməsi
üçün əhatəli təminatın verildiyi hallarda, həmin təminatın məbləği gömrük rüsumlarının və
vergilərin ödənilməsinin istənilən vaxt təmin edilməsinə imkan verən səviyyədə
müəyyənləşdirilir. Gömrük orqanları gömrük borcunun müəyyən edilmiş müddətdə
ödəniləcəyinə əmin olmadıqda, təminatın verilməsinin tələb edirlər. Tələb edilən təminatın
məbləği Gömrük Məcəllənin 251-ci maddəsində nəzərdə tutulmuş məbləğlərdən artıq
olmamalıdır.
Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün aşağıdakı təminat üsullarından
(təminatdan) istifadə olunur:
- girov;
- veksel zaminliyi;
- bank qarantiyası;
- ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi;
- sığorta müqavilələri;
- üçüncü şəxsin zaminliyi;
- avans ödəmələr.
Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün mallar gömrük orqanları
tərəfindən girov qismində qəbul olunur. Girovun rəsmiləşdirilməsi, girov qoyulmuş malların
saxlanılması, ödənişin girov predmetinə yönəldilməsi və bununla bağlı digər məsələlər Az R-
nın Mülki Məcəlləsi ilə tənzimlənir.
Gömrük borcunun təminatı kimi vekselər yalnız o halda qəbul olunur ki, onlar üzrə
avalçı qismində bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan banklar və
ya bank olmayan kredit təşkilatları çıxış etsin. Gömrük borcu bank fəaliyyətinin həyata
keçirilməsi üçün lisenziyaya malik olan və DGK-nin apardığı müvafiq reyestrə daxil edilmiş
bankların və bank olmayan kredit təşkilatlarının qarantiyası ilə təmin oluna bilər.
Gömrük borcunun ödənilməsinin təmin edilməsi ödənilməli olan pul vəsaitinin gömrük
orqanının depozit hesabına köçürülməsi yolu ilə həyata keçirilə bilər. Bu məbləğin depozitdə
saxlanma müddəti üçün faizlər ödənilmir.
Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün pul vəsaitlərinin gömrük
orqanının depozit hesabına köçürülməsi və depozit hesabında olan pul vəsaitinin sahibinə
qaytarılması qaydasını Az R-nın Nazurlər Kabineti tərəfindən, Az R-sı Prezidenti ilə
razılaşdırmaqla, müəyyən olunnur. Gömrük borcunun ödənilməsinin təmin olunması
məqsədi ilə sığorta müqavilələrindən istifadə olunması Az R-nın Mülki Məcəlləsi və sığorta
fəaliyyəti haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
165
Gömrük borcunun ödənilməsinin təmin olunması üçün üçüncü şəxsin zaminliyindən
istifadə edilməsi Az R-sı mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir.
Gələcək əməliyyatlar üzrə yarana biləcək gömrük borcunun təminatı kimi,ödəyici
gömrük orqanlarının hesabına avans şəkilində pul vəsaitləri köçürə bilər.
166
Gömrük dəyəri və onun təyin edilməsi üsulları.
Suallar:
1. Gömrük dəyəri anlayışı və onun funksional təyinatı.
2. Gömrük dəyərinin təyin edilməsi sistemi.
3. Gömrük dəyərinin gətirilən malların sövdələşmə qiyməti ilə müəyyən edilməsi
üsulu (I usul).
4. İdentik (eyni) malların sövdələşmə qiyməti üsulu (II usul).
5. Eynicinsli malların sövdələşmə qiyməti üsulu (III usul).
6. Dəyərin çıxılması üsulu (IV üsul).
7. Dəyərin toplanması üsulu (V üsul).
8. Ehtiyat üsul (VI üsul).
9. Az-can R-nın ərazisinə gətirilən malların gömrük dəyərinin bəyan edilməsi.
“Gömrük Tarifi haqqında” Az R-nın qanunu Az-canda gömrük nəzarəti təcrübəsində
gətirilən malların gömrük dəyərinin təyin edilçəsinin başlıca prinsip və normalarının hüquqi
əsasını müəyyən edir. Bu prinsip və normalar mütəxəssisıər arasında “Gömrük dəyəri
kodeksi” adlandırılan,Tarif və Ticarət üzrə Baş Sazişin – GATT VII maddəsinin tətbiqi üzrə
Sazişin müddəaları ilə təsbit edilmişdir.
Azərbaycan iqtisadiyyatının müasir dövrindəki xüsusiyyətləri, Az-nın təsərüffat
hüquqi sisteminin inkişaf etmiş ölkələrin sistemindən fərqli cəhətləri gömrük dəyərini təyin
edilməsi sisteminin ttəbiqinə müəyyən çətinliklər yaradır, normativ-hüquqi bazanın real
şəraitə uyğunlaşdırılmasını tələb edir. Bununla birgə Az-can R-nın yaxın gələcəkdə
Ümumdünya Ticarət Təşkilatına daxil olmaq marağı beynəlxalq prinsip və normaların
maksimum dərəcədə ttəbiqini, onların gömrük dəyərinin təyini üzrə normativ sənədlərdə
və ümumilikdə gömrük orqanlarının fəaliyyətində nəzərə alınmasını obyektiv məcburiyyət
kimi qarşıda qoyur.
167
Malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən Gömrük
Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə
tutulmuş qaydada müəyyən olunur. (maddə 220) Gömrük tarifinin tətbiqi, tarif
tənzimləmələri tədbirləri, onların beynəlxalq norma və qaydalara uyğunluğu, həmçinin
tarif əhatəsini real səviyyəsi gömrük rüsumları və ödənclərinin bazasının hesablanma
formasını müəyyən edən qaydalarından asılıdır.
Malların gömrük sərhədindən keçirilməsi zamanı vergiqoyma bazasının təyin
edilməsi qaydalarının müəyyən edilməsində həm dövlət, həm də kommersiya dairələri
maraqlıdır.
Aydındır ki, malın istehsalçıdan istehlakçıya dögru hərəkətinin müxtəlif
mərhələlərində onun dəyəri müxtəlif olacaqdır, belə ki, müxtəlif dəyər komponentlərini
özündə şəmləşdirəcəkdir və bu dəyərlərin hər biri özünəməxsus qaydada hesablanacaqdır.
Malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük ödənclərini hesablanması
üçün istifadə olunan dəyəri, malın satıcından alıcıya qədər müəyyən hərəkət mərhələsində
formalaşır, bu mərhələyə uyğun komponentləri (xərc və gəlirləri) özündə cəmləşdirir və
malın gömrük dəyəri kimi baxılır.
Malların gömrük dəyərinin müəyyən edilməsi sistemi gömrük qiymətləndirilməsinin
beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərinə əsaslanır və Az R-nın gömrük
ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallara şamil edilir.
Gömrük dəyəri mal Az-can R-nın gömrük sərhədindən keçirilərkən deklarant
tərəfindən Az R-nın gömrük orqanına bəyan edilir. Deklarant tərəfindən bəyan edilmış
gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti təyin
oluna bilən və sənədlərlə təstiq edilmiş məlumatlara əsaslanmalıdır.
Əgər gömrük nəzarəti nəticəsində malın gömrük dəyərinin düzgün təyin edilmədiyi
və gömrük orqanlarına bəyan edildiyi aşkara çıxarsa gömrük Məcəlləsinə görə belə hal
gömrük qaydalarının pozulması kimi qiymətləndirilir.
Dostları ilə paylaş: |