Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə34/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   30   31   32   33   34   35   36   37   ...   76

106 
 
-  əcnəbi  (иностранец  )əməkçi  miqrant  Azərbaycan  Respublikasında,  Azərbaycan 
Respublikasının vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq 
və  əmək  fəaliyyətini  başa  vurduqdan  sonra  qayıtmaq  üçün  gömrük  sərhədini  keçərkə 
onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər. 
- Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatic xidmət 
orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və Azərbaycan Respublikası 
Xüsusi  Dövlət  Mühafizə  Xidmətinin  Diplomatik  Nümayəndəliklərin  Mühafizə  İdarəsinin 
hərbi  qulluqçuları  tərəfindən  müvafiq  təsdiqedici  sənəd  (müvafiq  olaraq  Azərbaycan 
Respublikasının  Xarici  İşlər  Nazirliyi  və  Azərbaycan  Respublikasının  Xüsusi  Dövlət 
Mühafizə  Xidməti  tərəfindən  xarici  ölkəyə  ezam  olunmuş  (командировка)  əməkdaşın 
geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surəti) təqdim edilməklə, onların 
xaricdə  işlədikləri  dövrdə  əldə  etdikləri  vəsaitin  və  əmlakın,  o  cümlədən  avtonəqliyyat 
vasitələrinin gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur. 
Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi 
və Azərbaycan Respublikasından çıxarılması Qaydaları: 
Rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilmiş valyuta 
sərvətlərinin məbləği 10.000 ABŞ dolları ekvivalentinədək olduqda “Sərnişin gömrük 
bəyannaməsi” ilə, 10.000 ABŞ dolları ekvivalentindən yuxarı olduqda isə “Sərnişin gömrük 
bəyannaməsi” və “ Gömrük vəsiqəsi” ilə rəsmiləşdirilir. 
Rezidentlər  tərəfindən  adambaşına  10.000  ABŞ,  qeyri-rezidentlər  isə  1000  ABŞ 
dollar  ekvivalenti  məbləğdə  valyuta  sərvətləri  (fond  sərvətləri  istisna  olmaqla)  sənəd 
təqdim  edilmədən,  gömrük  orqanlarına  bəyan  edilməklə  Azərbaycan  Respublikasından 
nağd şəkildə çıxarıla bilər. 
Rezidentlər  və  qeyri-rezidentlər  Azərbaycan  Respublikasına  əvvəllər  nağd  şəkildə 
gətirilmiş  valyuta  sərvətlərindən  50.000  ABŞ  dolları  ekvivalentinədək  məbləği  müvafiq 
təsdiqedici  sənədlər  əsasında  gömrük  orqanlarında  bəyan  etməklə  Azərbaycan 
Respublikasından nağd şəkildə çıxara bilərlər. 
 Müvafiq  dövlət  orqanlarının  razılığı  ilə  fiziki  şəxslər  tərəfindən  Azərbaycan 
Respublikasının gömrük sərhədindən keçirilən mallar. 
Azərbaycan  Respublikası  Prezidentinin  2002-ci  il  24  avqust  tarixli,  769  nömrəli 
Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi 
və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın 3-cü bəndinə əsasən xidməti və 


107 
 
mülki silahın, onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan 
Respublikasından  aparılması  Azərbaycan  Respublikasının  Daxili  İşlər  Nazirliyinin  xüsusi 
icazəsi ilə həyata keçirilir. 
Azərbaycan  Respublikasının  “Dini  etiqad  (вера,  убеждение)  azadlığı  haqqında” 
20.08.1992-ci  il  tarixli  281  nömrəli  Qanununun  22-ci  maddəsinə  əsasən  Azərbaycan 
Respublikası  Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin  razılığı  əsasında  dini  təyinatlı 
ədəbiyyat  (kağız  və  elektron  daşıyıcılarında),  audio  və  video  materiallar,  mal  və 
məmulatlar və dini məzmunlu başqa məlumat materialları. 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, 
yaxud  kommersiya  məqsədləri  üçün  nəzərdə  tutulmayan  mallarm  gömrük  sərhədindən 
keçirilməsinin  güzəştli  və  sadələşdirilmiş  Qaydaları”nın  təsdiq  edilməsi  barədə 
14.10.2013-cü il tarixli 305 nömrəli Qərarının 4.2-ci bəndinə əsasən əlillər üçün xüsusi 
olaraq hazırlanmış avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə Azərbaycan 
Respublikası  Əmək  və  Əhalinin  Sosial  Mudafiəsi  Nazirliyinin  təsdiqedici  sənədi  əsasında 
güzəştli qaydada (gömrük ödənişləri alınmadan) icazə verilir. 
“Tarix 
və 
mədəniyyət 
abidələrinin 
qorunması 
haqqında” 
Azərbaycan 
Respublikasının  10.04.1998-ci  il  tarixli  470-IQ  nömrəli  Qanununun  16-cı  maddəsinə 
əsasən  sənədli  abidələr  elmi-təbliğat  (пропаганда)  və  mədəni  mübadilə  məqsədi  ilə 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  icazəsi  ilə  Azərbaycan  Respublikasının 
gömrük ərazisindən kənara müvəqqəti aparıla bilər. 
Azərbaycan Respublikasının “Mədəniyyət haqqında” 21.12.2012-ci il tarixli 506 IVQ 
nömrəli 
Qanununun 
42.1-ci 
maddəsinə 
əsasən 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyi ilə müəyyən edilmiş və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
Nazirliyi  tərəfindən  mühafizə  siyahısına  daxil  edilmiş  mədəniyyət  sərvətləri  xüsusi  rejim 
əsasında  verilmiş  mühafizə  dərəcəsinə  müvafiq  surətdə  Azərbaycan  Respublikası 
Mədəniyyət  və  Turizm  Nazirliyinin  ixracın  mümkünlüyü  barədə  verdiyi  şəhadətnamə 
Azərbaycan  Respublikasının  gömrük  orqanına  təqdim  edildiyi  və  komissiyon  dəyərinin 
100 faizi məbləğində gömrük rüsumu ödənildikdən sonra, mühafizə dərəcəsi verilməmiş 
mədəniyyət sərvətləri isə sərbəst surətdə Azərbaycan Respublikasının gömrük ərazisindən 
aparıla bilər. 
Ölmüş 
şəxslər, 
tabutdakı 
meyitlər 
və 
urnadakı 
küllər 
Azərbaycan 
Respublikasından aparılarkən Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının 
dövlət qeydiyyatını həyata keçirən orqanlar tərəfindən Azərbaycan Respublikası Nazirlər 


108 
 
Kabinetinin  31.10.2003-cü  il  tarixli  145  nömrəli  Qərarı  ilə  təsdiq  edilmiş  “Vətəndaşlıq 
vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı  Qaydası”nın  1.5-ci  maddəsinə  müvafiq  olaraq 
verilən  ölüm  haqqında  şəhadətnamə  ya  onun  notariat  qaydada  təsdiq  edilmiş  surəti 
(zərurət  olduqda  sanitariya-epidemioloji  orqanların  rəyi  və  qəbul  edən  ölkənin 
qanunvericiliklə  tələb  olunan  digər  sənədlər),  Azərbaycan  Respublikası  ərazisinə 
gətirilərkən və ya tranzit keçirilərkən isə göndərən ölkənin səlahiyyətli orqanı tərəfindən 
verilmiş  ölüm  haqqında  şəhadətnamə  və  ya  onun  surəti  gömrük  orqanına  təqdim 
edilərkən icazə verilir. 
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli 
Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi 
və  Azərbaycan  Respublikasından  aparılması  Qaydaları”nın  4-cü  bəndinə  əsasən  Mülki 
silahın  nadir  nüsxələrinin  Azərbaycan  Respublikasından  aparılması  Azərbaycan 
Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyinin  razılığı  ilə  DİN-in  xüsusi  icazəsi  əsasında 
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.  
Azərbaycan Respublikasının muzey fonduna daxil olan silahlar və onların döyüş 
sursatı Azərbaycan Respublikasından müvafiq sərgilərin təşkili və keçirilməsi məqsədi 
ilə  DİN-in  razılığı  ilə  Azərbaycan  Respublikası  Mədəniyyət  Nazirliyinin  xüsusi  icazəsi 
əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti olaraq aparıla bilər. 
Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  ”Dövlət  baytarlıq  nəzarətində 
olan  məhsullara,  o  cümlədən  idxal  və  ixrac  edilən  yüklərə  dövlət  baytarlıq  nəzarətinin 
təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq 
(baytarlıq-sanitariya)  vəziyyətinin  yoxlanılması  və  müvafiq  baytarlıq  sənədinin  verilməsi, 
dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə 
daxilində daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 21 aprel 2009-cu il tarixli, 66 
nömrəli Qərarının 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı 
Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin qanunvericiliklə müəyyən edilmiş sənədləri 
əsasında  heyvanlar,  baytarlıq  preparatları  və  ləvazimatları;  Azərbaycan  Respublikası 
Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə təsdiq edilmiş “Bitki 
və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına Azərbaycan Respublikasının 
ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkra ixracat fitosanitar 
sertifikatı  və  fitosanitar  sertifikatlarının  verilməsi  Qaydaları”na  əsasən  Azərbaycan 
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə