Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə28/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   24   25   26   27   28   29   30   31   ...   76

88 
 
Gömrük  rəsmiləşdirilməsi  gömrük  orqanının  müəyyən  edilmiş  iş  vaxtı  ərzində 
həyata keçirilməlidir. Gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsinin aparıldığı 
iş  vaxtını  müvafiq  icra  hakimiyyəti  orqanı  müəyyən  edir.  Bununla  belə  gömrük 
orqanlarının  icazəsi  ilə  gömrük  rəsmiləşdirilməsi  başqa  yerlərdə  və  iş  vaxtından  kənar 
saatlarda aparıla bilər. Bunun üçün maraqlı şəxs bu halda meydana çıxan bütün xərcləri 
ödəməlidir.  Başqa  yerlərdə  və  iş  vaxtından  kənar  vaxtda  da  aparılan  gömrük 
rəsmiləşdirilməsi əməliyyatları üçün ikiqat haqq alınır.   
Müvafiq  icra  hakimiyyəti  orqanı  malların  və  nəqliyyat  vasitələrinin  ayrı-ayrı 
kateqoriyalarının gömrük  rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanlarına 
həvalə edə bilər.(106.) 
Mallar  və  nəqliyyat  vasitələri  barəsində  səlahiyyəti  olan  şəxslər  və  ya  onların 
nümayəndələri  öz  təşəbbüsləri  ilə  gömrük  rəsmiləşdirilməsində  iştirak  edə  bilərlər.  
Gömrük  orqanlarının  tələb  etdikdə,  Gömrük  Məcəllənin  107.1-ci  maddəsində  göstərilən 
şəxslər və ya onların nümayəndələri gömrük rəsmiləşdirilməsində iştirak etməli və bu işdə 
gömrük orqanlarının vəzifəli şəxslərinə yardım göstərməlidirlər.  
Gömrük  sərhədindən  malları  keçirən  şəxs,  daşıyıcı,  anbar  sahibi,  mallar  və 
nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri 
gömrük    orqanının  tələbi  ilə  gömrük  rəsmiləşdirilməsi  nəzərdə  tutulan  malların  və 
nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada 
müəyyən  edilməsini,  yüklənməsini,  boşaldılmasını,  qablaşdırılmasını  və  ya  yenidən 
qablaşdırılmasını,  həmçinin  bu  cür  malların  və  nəqliyyat  vasitələrinin  saxlandığı  yerlərin 
açılmasını təmin etməlidir.  
Daşıyıcının və onun nəqliyyat vasitələrinin Gömrük Məcəllənin tələblərinə   cavab 
verməməsi  barədə  gömrük  orqanlarının  kifayət  qədər  əsasları  olduqda,  malların 
daşınması,  həmin  nəqliyyat  vasitəsi  gömrük  daşıyıcısı  tərəfindən  lazımi    vəziyyətə 
gətirildikdən sonra, gömrük müşayiəti altında  (malların, nəqliyyat vasitələrinin və onlara 
aid  sənədlərin  gömrük  orqanının  vəzifəli  şəxsi  tərəfindən  müşayiət  edilməsi)  davam 
etdirilir.  
 Malların  və  nəqliyyat  vasitələrinin  gömrük  rəsmiləşdirilməsi  üçün  bu  maddədə 
nəzərdə  tutulmuş  zəruri    əməliyyatlar  gömrük  orqanlarının  əlavə  xərclərinə  səbəb 
olmamalıdır. 
Gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının  dövlət dilində aparılır.  


89 
 
 Az  R-sı  gömrük  sərhədindən  boru  kəməri  həqliyyatı  və  elektrik  ötürücü  xətləri 
üzrə keçirilən malların gömrük rəsmiləşdirilməsi haqqında təlimat DGK-nin 03 iyun 1997-
ci il tarixli 561 saylı əmri ilə təsdiq edilmişdir. 
Əgər  mallar  gömrük  sərhədindən  keçənədək  birdən  artıq  nəqliyyat  növündən 
istifadə  edilirsə,  ixracatçi  yükləmə-boşaltma  əməliyyatlarının  yerinə  yetirildiyi  zonaya 
nəzarət  edən  gömrük  orqanına,  gömrük  nəzarəti  həyata  keçirən  gömrük  orqanı 
tərəfindən  rəsmiləşdirilmiş  gömrük  bəyannaməsinin  bu  orqan  tərəfindən  təstiq  edilmiş 
sürətini təqdim etməlidir. 
Əgər  faktiki  ixrac  (idxal)  dəniz  nəqliyyatı  ilə  həyata  keçirilirsə,  gömrük 
rəsmiləşdirilməsi  dəniz  nəqliyyatının  yükləndiyi  əraziyə  nəzarət  edən  gömrük  orqanı 
tərəfindən həyata keçirilməlidir.   
Gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin təşkili Az R-nın Qanunvericilik 
aktlarına uyğun olmalıdır. 
Az R-da  idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları Az R-sı Prezidentinin 
24 iyun 1997-ci il tarıxli 609 saylı Fərmanı ilə təsdiq olunmuşdur. 
Qaydalarda 
nəzərdə 
tutulan 
hallarda 
xarici 
ticarət 
əməliyyatlarının 
rəsmiləşdirilməsi  üçün  rezidentlər  İqtisadi  İnkişaf  Nazirliyinə  aşağdakı  sənədlər  təqdim 
etməlidirlər: 
İxrac əməliyyatlar üzrə: 
-  xarici şəxslərlə bağlanmış müqavilə; 
-  istehsalçı və ixracatçı arasında bağlanmış müqavilə; 
-  ixrac qiymətini əsasalndırma arayışı. 
Idxal əməliyyatları üzrə: 
-xarici şəxslərlə bağlanmış müqavilə; 
-  istehsalçı və ixracatçı arasında bağlanmış müqavilə; 
-  idxal qiymətini əsaslandırma arayışı; 
-  əməliyyatın maliyyələşdirilmə mənbəyi haqqında məlumat. 
Iqtisadi  İnkişaf  Nazirliyi  müvafiq  sənədlərin  qəbul  olunması  barədə  rezidentləri 
yazılı surətdə xəbərdar etməlidir. 
Bu  Qaydalarda  nəzərdə  tutulmuş  hallarda  İqtisadi  İnkişaf  Nazirliyində  bağlanmış 
müqavilələrin  ekspertizası  keçirilərkən  onların  Az  R-nın  Qanuncericiliyinə  və  beynəlxalq 


90 
 
hüquq qaydalarına uyğunluğu araşdırılmalı və Az R-nın iqtisadi maraqlarının gözlənilməsi 
yoxlanılmalıdır. 
Bu  Qaydalard  nəzərdə  tutulan  hallarda  xarici  ticarət  əməliyyatlarının 
rəsmiləşdirilməsi  üçün  rezidentlər  gömrük  orqanlarına  aşağıdakı  sənədləri  təqdim 
etməlidirlər. 
Ixrac əməliyyatları üzrə: 
-  hüquqi şəxsin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş kodu; 
-  xarici şəxslərlə bağlanmış müqavilə; 
-  ixrac  olunan  malların  haqqının  qabaqcadan  ödənilməsi  və  ya  akkreditiv  açılması  barədə 
müvəkkil bankın sənədi; 
-  bu  Qaydalarda  nəzərdə  tutulan  hallarda  Nazirlər  Kabinetinin  sərancamı  vəya  İqtisadi 
İnkişaf Nazirliyinin müsbət reyi; 
-  gömrük yük bəyannaməsi. 
Idxal əməliyyatları üzrə: 
-  bağlanmış müqavilə; 
-  gömrük yük bəyannaməsi; 
-  invoys – idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd; 
-  yol-nəqliyyat sənədləri; 
-  malın mənşəyini təsdiq edən sənəd; 
-  malın keyfiyyət sertifikatı; 
-  malın uyğunluq sertifikatı; 
-  bu Qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya İqtisadiyyat 
vəSəyə Nazirliyin ekspertizasının müsbət reyi. 
Lazımı  sənədlər  təqdim  olunduqdan  sonra  müqavilələrin  qeydiyyatı  İqtisadiyya  
Sənaya Nazirliyində 3 iş günü ərzində həyata keçirilir. 
Ixrac  və  idxal  əməliyyatları  üzrə  tələb  olunan  sənədlər  təqdim  olunduqdan  sonra 
gömrük  orqanları  həmin  sənədləri  rəsmiləşdirib  24  saat  ərzində  malların  buraxılmasını 
təmin etməlidir. 
DGK-si  bütün  ixrac-idxal  əməliyyatları  üzrə  hər  ay  hesabat  dövründən  sonrakı  ayın 
15-dən  gec  olmayaraq  Az  R-nın  Nazirlər  kabinetinə,  İqtisadiyat  və  Sənayə  Nazirliyinə, 
Maliyyə Nazirliyinə, Baş Dövlət Vergi Müfəttişliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət 
antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinə, və Mərkəzi Banka müəyyən edimiş 
formada məlumat verir. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə