Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

68
 
 
ilə düzəlmiĢdir. Diqqətlə nəzərdən keçirdikdə asanlıqla müəyyənləĢdirilə 
bilir  ki,  feil  kimi  iĢlənən  arxaik  sözlərdə  “tikmək”  məna  çaları,  ad  kimi 
iĢlənən  arxaizmlərdə  isə  “geyim”  (zireh,  çul)  anlamı  qabarıq  əks  olun-
muĢdur. Bundan əlavə, “Kitab”ın mətnində “Təpəgən köbini süsəgən yır-
tar” məsəlində (D-265, 8-9) “köbit-” felinin mənĢəyində duran “köb” sö-
zünün “geyim, zireh” anlamında iĢlənməsi həmin arxaizmin abidənin dili 
üçün yad olmadığını göstərir. 
Bizcə,  qədim  türk  dilində  “qorumaq,  mühafizə  etmək”  mənasında 
iĢlənmiĢ “kü-” feili (134, 322) “köb”, “köbə”, “köbən” sözlərinin, o cüm-
lədən  haqqında  danıĢılan  “köbüt-//kübüt-//köbit-//kübit-”  feillərinin  də 
mənĢəyində durur. Öncə qeyd edildiyi kimi, qədim türk dilinin gözəl bili-
cisi  T.Tekin  bu  arxaik  feil  kökünü  duya  bilmiĢ,  lakin  “köydi”  variantı 
üzərində dayanmaqla yanlıĢ hesab etdiyimiz nəticəyə gəlmiĢdir.  
Fikrimizcə, bu soylama parçasında tarixi gerçəklik olduğu kimi ve-
rilmiĢdir.  Həqiqətən  də,  Osman  Üffan  oğlu  sonuncu  peyğəmbər  Mə-
həmməd əleyhüssəlama nazil olmuĢ müqəddəs “Quran”ı vahid variantda 
yazdıraraq kitab Ģəklinə salmıĢdır. “Köbitdi” arxaik feili də məhz həmin 
fikri ifadə edərək “Quran”a “üz tikdirdi”, yəni “cildlətdi” mənasında iĢlə-
dilmiĢdir. Göstərilən konteksdə “biçdi” feili yazılıĢına və geniĢ yayılmıĢ 
məna çalarına uyğun olaraq “qaydaya saldı, düzənlədi” anlamını vermək-
lə “köbitdi” sözünün göstərilən mənasını bütünlüklə tamamlayır.  
 
[18] 
“Kitab”ın müqəddiməsində Dədə Qorquda məxsus üçüncü soy-
lama ulu Tanrıya, islam müqəddəslərinə, ataya, anaya, oğula, həyat yol-
daĢına, gərdəyə qarĢı ülvi hissləri ifadə edir. Burada iĢlənmiĢ bəzi deyim-
lərin oxunuĢu və yozumu hələ də mübahisəli olaraq qalmaqdadır ki, bun-
lardan  biri  də  “Alçaq  yerdə  yapılubdır  Tañrı  evi  Məkkə  görkli”  deyimi 
ilə  bağlıdır.  Deyimin  əslinə  uyğun  açıqlanmasında  açar  rolunu  oynayan 
“alçaq” sözü “Azərbaycan dilinin izahlı lüğəti”ndə həqiqi mənada “hün-
dürlüyü,  ucalığı  az  olan,  yerdən,  hər  hansı  səviyyədən  azacıq  hündür 
olan”, “bəstəboy, boyu gödək”, “yavaĢ, asta, aĢağı”, məcazi mənada isə 
“pis,  xarab,  keyfiyyətsiz”,  “rəzil,  Ģərəfsiz,  namərd,  çox  pis”  anlamlarını 
verən sifət kimi (10, Ic, 100) izah olunmuĢdur. Təhlil göstərir ki, “alçaq” 
sözünə  həm  həqiqi,  həm  də  məcazi  mənada  abidənin  dilində  aĢağıdakı 
məqamlarda rast gəlinir: 
1) “aĢağı” mənasında: 
Alçaqdan yuca yerlərə çapub çıqdı. (D-26, 5-6) 


69
 
 
Alañ-alçaq hava yerdən gələn arğıĢ! (D- 95, 5-6) 
2) “Ģərəfsiz” mənasında: 
Bəndən alçaq kiĢiləri ağ otağa, qızıl otağa qondurdı. (D-11, 13 – D-
12, 1) 
Göstərilən deyimdə isə “alçaq” sözünün baĢqa mənada iĢləndiyi fik-
rindəyik.  O.ġ.Gökyay  deyimdəki  “alçaq  yer”  birləĢməsini  “düzlük  yer, 
yüksek  olmayan  yer”  (107,  162),  M.Ergin  və  F.Zeynalov-S.Əlizadə  “al-
çaq, alçaq yer” (60, 131; 101, IIc, 12) mənalarında izah etmiĢ, Bartold isə 
həmin anlamda (“В низком месте”, 137, 12) tərçümə etmiĢdir. Əlavə Ģərh 
verilmədiyindən H.Araslı və ġ.CəmĢidovun da bu sözü eyni mənada anla-
dıqlarını  düĢünmək  olar.  Deyimin  daxili  mənası  və  tarixi  dil  faktları  isə 
“alçaq” sözünün tamamilə baĢqa anlamda iĢləndiyini söyləməyə əsas verir. 
M.KaĢğari  “alçaq”  sözünün  “təvazökar,  xoĢqılıq”  (55,  Ic,  164), 
L.Z.Budaqov Kazan tatarlarının dilində “səmimi, mehriban” (130, IIc, 82), 
V.V.Radlov  isə  həm  Kazan  tatarlarının,  həm  də  altay  dilində  “mehriban, 
səmimi, təvazökar” (152, Ic, 1h, 423) mənalarında iĢləndiyini qeyd edirlər. 
Həmin sözə bu məna çalarlarında müasir türk dialektlərində (99, 49), baĢ-
qırd (128, 38) və türkmən dillərində də (157, 42) rast gəlinir. Bu məna ya-
zılı və Ģifahi ədəbi nümunələrin dilində də tez-tez iĢlədilmiĢdir. Məsələn, 
Y.Əmrədən götürülmüĢ aĢağıdakı beytdə bu məna ifadə olunmuĢdur: 
Qorqar isən (sən) tamudan, (gəl) alçaq olğıl qamudan 
Ol güni incə sıratdan (bil), qamular keçmək gərək (90, 63). 
Prof. T.Hacıyev XIII əsr Ģairi Ġ.Həsənoğlunun bizə gəlib çatmıĢ bir 
qəzəlinin: 
“Hüsn içində sana manənd olmaya 
 Əsli yuca, könli alçağum bənim”  
beytində “alçaq” sözünün “sadə, təvazökar” mənasını ifadə etdiyini qey-
də almıĢdır (44, 89). 
   Bu söz həmin mənada XVII əsr aĢıq poeziyasının qüdrətli ustadla-
rından sayılan Xəstə Qasımın dilində də verilmiĢdir: 
 
Qoçaqdan olubsan, qoçaq olgunan, 
 
Qadadan, bəladan qaçaq olgunan
 
AĢıq ol, comərd ol, alçaq olgunan,  
 
Demə varım çoxdur, pulum yaxĢıdır (53, 22). 


71
 
 
A.Marağinin qələmə aldığı “Ucalıq alçaqlıqdadır” atalar sözündə (1, 
17) “alçaq” sözünün “sadə” mənası “alçaqluq” (sadəlik) sözünün yaranma-
sında təməl rolunu oynamıĢdır. 
Dialektoloq E.Əzizov bu sözün Qazax dialektində “sadə”, Ordubad 
dialektində isə “alçax könül” ifadəsində yaĢayan “sadə qəlbli, mehriban” 
mənalarını ifadə etdiyini bildirir (38, 44).  
Ehtimal edirik ki, orta əsrlərin yazılı və Ģifahi ədəbi nümunələrinin 
dilində, nadir hallarda olsa da, iĢlənən və müasir dialektlərimizdə hələ də 
yaĢamaqda  olan  “alçaq”  sözünün  bu  məna  çaları  daha  qədim  məna  əsa-
sında yaranmıĢdır. Etimoloji araĢdırma bu sözün iki tərkib hissədən: “al” 
kökündən  və  tarixən  bənzətmə,  yaxud  dərəcə  mənası  düzəldən  -çaq  (<-
saq)  Ģəkilçisindən  ibarət  olduğunu  söyləməyə  imkan  verir.  Əgər  müasir 
dilimizdə iĢlək olan “alçaq” sözünün kökündə “aĢağı” mənası verən “al” 
morfemi (alt (al-t) sözü də buradandır, 27, 140; 65, 43) durursa, eyni səs 
tərkibinə  malik  arxaik  “alçaq”  sözünün  mənĢəyində  qədim  və  bəzi  mü-
asir  türk  dilərində  “yuxarı,  uca,  yüksək”  mənalarında  iĢlənən  (20,  168-
169;  154,  28-29)  “al”  morfemi  dayanır.  “Kitab”ın  dilində  “böyük,  uca, 
iri”  mənalarında  iĢlənmiĢ  “ala”  və  “igid,  qəhrəman”  mənalarında  iĢlən-
miĢ “alp” sözlərinin də bu morfemdən törədiyini söyləmək olar. Ola bil-
sin  ki,  “yuxarı,  uca,  yüksək”  mənaları  tarixən  rəng  bildirən  qədim  “al” 
sözünün çoxmənalılıq qazanması yolu ilə yaranmıĢdır (müqayisə et: qara 
(rəng) – qara (böyük); ağ (rəng) – ağ (uça, böyük, geniĢ) və s.). Gəldiyi-
miz qənaətə görə, həm “uca, yüksək, yuxarı”, həm də “qırmızı” rəng mə-
nalarında iĢlənən “al” kökü tədricən məcazlaĢaraq “hörmətli, müqəddəs” 
mənalarını daĢımıĢdır. Belə ki, “al” kökünün altay dilində ayrılıqda “uca, 
əzəmətli, qüdrətli” mənalarını ifadə etməsi (152, Ic, 1h, 349) və türk dil-
lərində geniĢ yayılmıĢ “alqıĢ” sözünün “al” (uca, yüksək, müqəddəs, xe-
yirli) və “qıĢ” (səs) morfemləri əsasında yaranması bu fikrimizi təsdiqlə-
yən  məqamlardandır.  Orxon-Yenisey  abidələrinin  dilində  rast  gəlinən 
“xeyir-dua vermək” mənalı “alka-” feilinin (184, 303; 134, 38) də bu əski 
mənadan törəndiyi üzdədir. Bundan əlavə, boyların dilində iĢlənmiĢ “al” 
mənĢəli “apalaca” sözünün də “uca, düĢümlü, müqəddəs” olması fikrini 
M.Seyidov,  S.Əlizadə  kimi  dəyərli  alimlərimiz  də  böyük  inamla  söylə-
miĢlər (60, 226-227; 81, 80, 180, 301). 
“Al”  sözünün  “uca,  müqəddəs”  mənası  “Kitab”da  ulu,  müqəddəs 
varlıq kimi səciyyələndirilən qopuzun epitetləri sirasında verilmiĢ “alca” 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə