Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə109/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   105   106   107   108   109   110   111   112   ...   158

230 
 
həqiqi  vətəndaş  kimi  oxucunun  gözləri  qarşısında  canlanır.  Əli  Kərim  şeirinin 
mövzu  və  məzmun  dairəsi,  ideya  dolğunluğu  öz  genişliyi,  rəngarəngliyi    ilə 
yaşayıb və bundan sonra da həmişə yaşayacaq.  
 
ƏDƏBİYYAT 
1. Əli Kərim. Seçilmiş əsərləri. Bakı, 2004 
2. Yaşar Qarayev. Poeziya və nəsr. Bakı, l979 
3. Əli Kərim. Qayıt. Yazıçı, 1983 
4. Əli Kərim. Qaytar ana borcunu. Bakı, 1970 
5. Yusif Seyidov. Sözün hikməti. Yazıçı, 1989 
 
 
Həcər Hüseynova

 
 
AZƏRBAYCAN DİLİ ŞİVƏLƏRİNİN TƏSNİFİ PROBLEMİ 
 
 XX əsrin I yarısında Azərbaycanda universitetdə mühazirələr oxumaq üçün 
mütəxəssis  kadrlar  çatışmırdı.  Bu  tələbatı  ödəmək  üçün  mühazirə  oxumaq  üçün 
kənardan  alimlər  dəvət  edilirdi  ki,  bunlardan  biri  də  Bəkir  Çobanzadə  olmuşdur. 
Dilçiliyimizin  inkişafında  müəyyən  rol  oynamış,  Azərbaycan  dilçiliyinin  əsasını 
qoyan, onu inkişaf etdirən bir alim kimi B. Çobanzadə haqqında danışmaq, anadan 
olmasının  120  illik  yubileyinə  həsr  edilmiş  geniş  bir  konfrans  keçirmək  olduqca 
təqdirəlayiqdir. 
Bəkir  Çobanzadənin  çoxşaxəli  fəaliyyəti  sırasında  dialektologiyanın 
inkişafı,  dialektlərin  öyrənilməsi  sahəsində  xidmətlərini  də  xüsusi  qeyd  etmək 
lazımdır.  Qeyd  etmək  lazımdır  ki,  Bəkir  Çobanzadə  bilavasitə  hər  hansı  bir 
Azərbaycan  dialektini  tədqiq  etməmişdir.  Lakin  onun  bu  sahədə  fikirləri,”Türk-
tatar  dialektolojisi”  əsəri  Azərbaycan  dialektologiyasının  inkişafı  sahəsində  ilk 
addımlardan  olmuşdur.  Bəkir  Çobanzadə  dərs  dediyi  tələbələrə  öz  rayonlarından 
dialekt vahidlərini toplamağı tələb edər, dərs prosesində həmin vahidləri müzakirə 
edər və dialektal leksikanın toplanmasına böyük əhəmiyyət verərmiş. B.Çobanzadə 
V.  Xuluflu  ilə  birgə  Azərbaycanın  21  rayonundan  toplanmış  dialekt  leksikasını 
əhatə edən “Azərbaycan türk xalq şivələri lüğəti”nin redaktoru olmuşdur. Bu gün 
Azərbaycan  dialektologiya  elminin  müasir  elmin  tələbləri  səviyyəsində  inkişaf 
etməsində Bəkir Çobanzadənin boyük xidmətləri olmuşdur.   
Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  bəzi  sahələrdə  olduğu  kimi, 
dialektologiya  sahəsində  də  hələ  həll  edilməmiş  məsələlər  vardır.    Azərbaycan 
                                                           

Hüseynova  Həcər  -  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin  dosenti,  filologiya  üzrə 
fəlsəfə doktoru. 


231 
 
dilinin dialekt  bölünməsi, dialektlərin təsnifi dilçiliyin mürəkkəb problemlərindən  
biridir.  Dilimizin  yayıldığı  bütün  areallarda  şivələrin  indiyədək    lazımınca 
öyrənilməməsi  bu  məsələnin  hərtərəfli  izahını  çətinləşdirir.  Şübhə  yoxdur  ki,  bu 
istiqamətdə  aparılacaq  gələcək  tədqiqatlar  həmin  məsələlərin  daha  dərindən 
öyrənilməsinə imkan verəcək. 
 Məlum  olduğuna  görə,  Azərbaycan  dili  şivələrinin  ilk  dəfə  təsnifatını 
F.Köçərli müəyyənləşdirmiş  və dialektləri 4 qrupa ayırmışdır: 1) Qarabağ-Qazax 
əhalisinin  danışığı  2)  Şəki    əhalisinin    danışığı  3)  Şirvan,  Salyan,  Bakı,  Quba 
əhalisinin danışığı 4) İrəvan, Naxçıvan, Xoy, Təbriz, Maku əhalisinin danışığı. 
Ondan  sonra    Fuad    Köprülü  şimali  və  cənubi  Azərbaycanda  Şəki,  Bakı, 
Gəncə, Qarabağ, Şalyan və Lənkəran şivələrini fərqləndirmişdir. Göründüyü kimi, 
I və II bölgüdə Azərbaycanın  həm şimali, həm də cənubu, Şirəliyevin  bölgüsündə 
isə  yalnız    şimalı  nəzərə  alınmışdır.  Bu  bölgülər  Azərbaycan  ərazisini  tam  əhatə 
etməsə  də,  şivələrin  yerləşmə  arealları  düzgün  göstərilmişdir.  Azərbaycan 
şivələrinin  təsnifi  ilə  ardıcıl  olaraq  M.Şirəliyev  məşğul  olmuş,  şivələri    coğrafi 
cəhətdən  qruplaşdırmışdır.  İlk  təsnifatında  o,  şivələrimizi  5  qrupa  bölmüşdür: 
1.Şərq  qrupu-  Quba,  Dərbənd,  Bakı,  Şamaxı,  Salyan,  Lənkəran  2.  Qərb  qrupu
Qazax,  Borçalı,  ayrım  şivəsi  3.  Şimal  qrupu-Şəki,  Zaqatala,  Qutqaşın  (Qəbələ) 
4.Cənub qrupu-Yerevan, Naxçıvan, Ordubad 5. Orta qrup- Gəncə, Qarabağ. 
Müəllif  sonralar  bu  təsnifat  üzərində  dönə-dönə  işləmiş  və  onu 
təkmilləşdirmişdir. 1947-ci çap etdirdiyi  məqaləsində həmin bölgünü olduğu kimi 
saxlamış,  orta  qrup  dialektlər  əvəzinə  “mərkəz  qrup  dialektləri”  ifadəsini 
işlətmişdir. Daha sonra alim 4 qrup dialekt olduğunu qeyd etmişdir: 1.Şərq qrupu- 
Quba, Bakı, Şamaxı dialektləri 2. Qərb qrupu- Qazax, Gəncə, Qarabağ dialektləri, 
ayrım  şivəsi  3.Şimal  qrupu-  Nuxa  dialekti,  Zaqatala,  Qutqaşen  şivələri  4.  Cənub 
dialekti - Naxçıvan, Ordubad, Təbriz, Ərdəbil dialektləri, Noraşen, Şahbuz şivələri. 
 Bu bölgüdə orta qrup ləğv edilmiş, Gəncə və Qarabağ şivələri qərb qrupuna 
daxil edilmişdir. Dərbənd və Yerevan şivələri təsnifatdan çıxarılmışdır. Şirəliyev 4 
dialekt, 3 keçid şivə müəyyən etmişdir.Həmin keçid şivələr aşağıdakılardır: 1.Şərq 
və  qərb  dialektlərini  birləşdirən  Göyçay  şivəsi  2.  Şimal  və  şərq  dialektlərini 
birləşdirən Ağdaş şivəsi 3. Cənub və qərb dialektlərini birləşdirən Cəbrayıl şivəsi. 
Azərbaycan  dialektlərini    R.  Rüstəmov  da  tədqiq  etmiş,  1953-cü  ildə  çap 
etdirdiyi  “Azərbaycan  dialektologiyası”  proqramında  dialektləri  4  qrupa 
bölmüşdür. 1. Şimal q.-Nuxa, Qutqaşen, Zaqatala 2. Şərq q.-Bakı, Şamaxı, Quba, 
Salyan, Lənkəran 4. Cənub q.-Naxçıvan, Təbriz, Ordubad, Ərdəbil.  
Rüstəmov  Ağdaş  və  Göyçay  aralıq  şivələrini  müəyyənləşdirmişdir. 
Şirəliyev də bu təsnifata  əsaslanmışdır.  
A.Hüseynov  dialektlərimizi  2  qrupda  ümumiləşdirmişdir:  1.  Qıpçaq 
əlamətlərini  saxlayanlar  2. Oğuz  əlamətlərini saxlayanlar. Daha sonralar isə 
o, şərq, qərb və cənub ləhcələrinin olduğunu qəbul etmişdir. 
Dialektlərin  yaranması  tarixi  bir  prosesdir.  Azərbaycanın  cənubu  və  şimalı 
arasında  sovet  dövründə  əlaqələrin  zəif  olması  cənub  dialektləri  haqqında  yanlış 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə