307
fikirlərlə, cinsə görə–demoqrafik prinsiplərlə bağlı olduğunu göstərirlər.
Azərbaycan dilçiliyində isə bu məsələyə ancaq jarqon və arqo şəklində
yanaşılmışdır və bu səviyyədə də araşdırılmışdır. Yalnız A.Axundov “Ümumi
dilçilik” kitabında və Ə.Rəcəbli “Sosiolinqvistika” kitabında mövzu ilə bağlı
müasir dünya dilçiliyində dilin sosial diferensiyalaşmasına yanaşma tərzini əsas
götürüblər.
ƏDƏBİYYAT
1. A.Axundov . Ümumi dilçilik, Şərq-Qərb, Bakı, 2006.
2. M.Adilov. Azərbaycan dilinin semasiologiyası
3. Ə.Rəcəbli. Sosiolinqvistika.Bakı, “Nurlan”, 2004.
4. Hüseyn Əsgərov. Azərbaycan dilində maddi mədəniyyət leksikası. Bakı, Nurlan,
2006.
5. Cəfərov S. Müasir Azərbaycan dili. Leksika, Bakı, Maarif, 1970.
6. Əliyev Ə. Azərbaycan dilində jarqonlar. Bakı, “Hərbi nəşriyyat”, 1998.
7. Бок. Ф.К. Структура обшество и структура языка. Новое лингвистике. Вып.
VII. M.: «Прогресс». 1975.
8.Соммерфельдт А.Французская лингвистическа школа.Новое лингвистике.
Вып. IV. M.: «Прогресс». 1964.
9. Пражский лингвистичесний кружок. М.: «Прогресс», 1967.
10. Звегинцев В.А. Очерки по общему языкознанию. М. Изд. МГУ, 1962.
11. Лафарг П. Язык и революция. М, Изд-во Academia, 1930.
12. Березин Ф.М., Головин. Б.Н. Обшее языкознание. М.: Просвещение, 1979.
13. Мерковская Н.Б. Язык и обшество. Минск. Выщейшая школо, 1983.
Lamiyə Nəsibova
QARS - İĞDIR DİALEKTİNDƏ SİFƏTİN BƏZİ
XÜSUSİYYƏTLƏRİ
Qars adının yaranması:Qars bölgəsinin ilk adı XII əsrin ilk yarısından
etibarən yazılı Assur sənədlərində Daiaeni, IX əsrin ilk yarısına aid olan yazılı
Urartu abidələrində isə Dauehi olaraq keçməkdədir. Qədim dövrdə isə Amasiyalı
səyyah Strabonun “Geogrophika” adlı əsərində Qars bölgəsi “Corzene” olaraq
adlandırılmışdır.
Qars adının anlamı XIII əsrdə Erməni yazar Vardan tərəfindən “güc qüvvət
verən” və “qadın kəndir” kimi göstərilmişdir. XI əsrdə Qaşğarlı Mahmut “Qarsın
dəvə və qoyun yunundan hazırlanan paltar”, “Qarsakın dərisindən gözəl bir kürk
tikilən heyvan, bozqır tülküsü” olduğunu yazmışdır.
Nəsibova Lamiyə - Bakı Slavyan Universitetinin magistri.
308
Gürcü dilində isə Qars dilinin anlamı “karı” kəlməsindən “avlu”, “keçid”,
“qapı” anlamını verməkdədir. Bu aydılaşdırmalardan da göründüyü kimi Qars,
Qafqaz ilə Anadolu arasında körpü rolunu öz üzərinə götürmüşdür.
Iğdır adının yaranması:
Iğdır adı, iyirmi dörd Oğuz boyundan iyirmi birincisi sayılan İç-Oğuzlar-
Uc-Ok qolunun və Oğuz xanının altı oğlundan biri olan Çingiz Alpın ən böyük
oğlu olan Iğdır bəyin adı ilə bağlıdır. Iğdır sözünün hərfi mənası qaynaqlarda
“yaxşı, böyük, igid başçı, məşhur və sahib” kimi anlamlarda verilməkdədir.
Yazıçıoğlu və Rəşid-Ud-Dinə görə isə “yaxşı, ulu, bahadır” mənalarındadır.
Qars və Iğdır Azərbaycanlıları
Qars öz tarixi boyunca müxtəlif istilalara uğraması və buraya köçəri axını
səbəbi ilə öz daxilində bir çox etnik qruplar barındırmışdır. Bunlardan biri də Qars
və Iğdır Azərbaycanlılarıdır.
Qars və Iğdır Azərbaycanlıları təşəkkül baxımından bir çox müxtəlif
təbəqələrdə göstərilirlər. İlk təbəqəni Iğdır, Tuzluca və Aralıq bölgələri öz
daxilində yerləşdirən Sürmeli-Çukuru təşkil edir.
Sürməli-Çuxuru və Revan bölgəsinə Türkmənlərin axını Məlikşah
dönəminə qədər uzanır. Alparslanın Anı səfərində oğlu Məlikşah və vəziri
Nizamülmülk Sürmeli-Çukurunu zəbt etmişdilər. İranlılar dövründə bütün
Azərbaycanla bərabər bu ərazilərində türkləşməsi davam etmişdir. Qaraqoyunlular
dövründə isə Türkmənlər Sürməli-Çuxurunda və Rəvan bölgəsinə daha çox axın
etmişdilər. Ayrıca Oğuz boylarından Yıvaların bu bölgəyə gəlməsi də ehtimal
olunur. Bütün bu araşdırmalara nəzərən demək olar ki, Sürmeli-Çukurunun və
Arpaçaydakı Azərbaycanlıların, Qaraqoyunlu ulusunu təşkil edən Qaraqoyunlu,
Sadlu və Alpout oymaqlarından yarandığı söylənilə bilər. 1969-cu ildən sonra
Səfəvilərin idarəçiliyində qalan, XVIII əsrin 2-ci yarısında İrəvan xanlığına bağlı
olan, 1928-ci ildən 1918-ci ilə qədər Rusların hakimiyyətində olan Sürmeli-Çukuru
Azərbaycanlıları, İrəvandakı Azərbaycanlılarla bir birlik təşkil edirlər. 1921-ci
ildən sonra İrəvandakı çox sayda Azərbaycanlı Iğdıra köçmüşdür.
Sürmeli-Çukurunda ikinci təbəqəni rəşkil edən qisim Şimali Azərbaycan,
Gəncə və Qarabağdan köçən azərbaycanlılardır.
Məqsədimiz Azərbaycan dilinin Qars-İğdır dialektində sifətin bəzi
xüsusiyyətlərini araşdırıb göstərməkdir.
Qars və İğdır Azərbaycanlıları şivəsində istifadə olunan sifətlər:
Azərbaycan qrammatikasıda əşyanın əlamət və keyfiyyətini bildirən sözlərə
sifət deyilir. Əlamət gözlə görünən nişanə, (qırmızı, böyük, cırıq, sınıq), keyfiyyət
isə gözlə görünə bilməyən nişanədir (acı, turş, şirin). Sifət necə? Nə cür? Hansı?
Suallarından birinə cavab olur. Sifət ismə aid olur, ondan öncə gələrək onu təyin
edir. Sifətlər sadə, düzəltmə və mürəkkəb olur. Həmçinin əşyalardakı əlamət və
keyfiyyətləri bir-birindən fərqləndirən göstəriciyə görə də sifətlər dərəcələrə
bölünür.
Dostları ilə paylaş: |