Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə147/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   143   144   145   146   147   148   149   150   ...   158

312 
 

O böyüg oglan çehdi goydu öz yerine, oldu padişah. 
(O böyük qardaşı çıxarıb özü yerinə keçdi və padişah oldu) 
O arığ atı getirem verem Muhammede 
(O zəyif atı gətirim, verim Məhəmmədə)[4, 158]. 
4)  Sual  sifətləri:  Obyektlərə  sual  məqsədilə  istifadə  olunan  sifətlərdir. 
Standart Azərbaycan türkcəsində Nə? Necə? Nə təhər? Hansı? Neçənci? Necə? Nə 
qədər?  Haralı?  kimi  sifətlər  sual  sifətləri  olaraq  istifadə  olunmaqdadır.  Bölgə 
şivəsindədə  Gaş?  Hansı?  Ha?  Hangi?  Ne?  Nice?  kimi  sözlərin  standart 
Azərbaycan  türkcəsində  olduğu  kimi  sual  sifəti  olaraq  istifadə  olunduğunu 
görürük. 
Gaş 
Deyib “gaş” bacısınız? 
(Deyib “necə” bacısınız?) 
Hansı, he 
Der “hansı camış?” Der “a orda ağ boynuzlu camışdı” 
(Deyir “hansı camış?” Deyir “Odur ordakı, o buynuzlu camışdır”) 
Hangi 
Dedi “görətdəginən hangi ücüree girdi” 
(Dedi “gözətlə, bax gör hansı otağa girdi”) 
Ha 
Ha yanda harb ediller? (Müharibə hansı tərəfdədi?) 
Ne 
“Bu qadın ne işin saabıydı ki bunu bele yapıplar?” 
(Bu qadın nə günah işlədib ki, bunu bu hala salıblar?) 
“Böyün nə iş görüpsən?” 
(Bu gün nə iş görmüsən?) 
Nice 
Dedi “Nice kimin oğlusan? Da filan padişahın oğlusan” 
(Dedi “Necə? Kimin oğlusan? Filan padişahın oğlusan”)[4, 161]. 
5) Belirsizlik sifətləri: Obyekti belirsiz olaraq bildirən sifətlərdir. Bu sifətlər 
obyektlərin  xarici  görünüşünü,  onların  sayını,  miqdarını  qeyri-müəyyən  olaraq 
bildirir,  ancaq  qeyri-müəyyən  şəkildə  ifadə  edərlər.  Standart  Azərbaycan 
türkcəsində az, çox, xeyli, bir qədər, bir neçə, biraz, bəzi, hamı, başqa, hərbir, bir 
çox,  filan,  hər  cür  qeyri-müəyyən  sifətlər  olaraq  istifadə  olunan  sözlərdir.  Bölgə 
şivəsində  isə  standart  Azərbaycan  türkcəsində  olduğu  kimi  başqa,  bir,  bi,  filan, 
filen, pilen, her, nice, şağarama kimi isimlər qeyri-müəyyən sifətlər olaraq istifadə 
olunur. 
Başğa 
“Başğa adam gələmməz” 
(Başqa heç kim gələ bilməz) 


313 
 
Erkehler  başqa  odada  qızın  sağdıc  solducu,  onnar  da  başga  odada  hına 
goarlar. 
(Kişilər başqa otaqda, qızın sağdışı və soldışı başqa otaqda, onlar orada xına 
çəkirlər) 
Bir, bi 
Bir dene şah varıdı 
(Bir şah var idi) 
Zamanın zamanında bi padişah varmış. 
(Bir zamanlar bir padşah varmış) 
Bahıfdı ki, bi keçel nenesiynen bir öküzü qoşup sürüb. 
(Baxıb ki, bir keçəl nənəsi ilə birlikdə bir öküzü qoşub sürür) 
Bahıblar, yoldan bir dəvə gidip. 
(Baxdılar ki, yoldan bir dəvə keçir) 
Filan, filen, fulen 
Da filan padişahın oğlusan. 
(O filan padşahın oğlusan) 
Bu geldi gördü ki, filen yerde filen hücree girdi. 
(Bu gəldi gördü ki, filan yerde filan otağa girdi) 
Deyib “pilen yerdedi” 
(Deyib “filan yerdədir”) 
Bütün 
Her köyləri çağırdıh. 
(Bütün kəndləri çağırdıq) 
Şağarama 
Yayın gününde, şağarama yayın günündebabası padişahmış. 
(Yay günü, bir yay günü atası padşahmış)[4,168]. 
Və sair bu tipli nümunələrlə biz tək kökəndən yaranmış iki ləhcə arasındakı 
fərqləri qısa nümunələr ilə də olsa aydınlaşdırmağa çalışdıq. 
Eləcə də, əlavə olaraq qeyd etmək istəyirəm ki, Qars zonasında Azərbaycan 
dili  ilə  türk  dili  arasında  qarışıq  xarakterli  şivələr  yerləşir.  Həmin  arealda  dialekt 
sistemlərinin  təsirliliyi  qarşılıqlıdır.  M.Ergin  bu  barədə  yazır:  “Doğu  Anadolunun 
konuşma  dili  Azeri,  yazı  dili  tabii,  Türkiyə  Türkcəsidir...  Azeri  türkcəsinin 
hususiyyetleri  ve  tesiri  Karsdan  başlayarak  Samsun-Sivas-İskenderun  çizgisine, 
bazan da, orta Anadolunun içlerine kadar hiss edilir. Fakat bu tesir doğudan batıya 
doğru  gittikce  zayıflar.  Anadolunun  en  koyu  Azeri  Türkcesi  bölgesi  Kars 
vilayetidir” [5, 602]. 
Azərbaycanlılar  Qars  vilayətində  başlıca  olaraq  Sürmeli  çuxurunda, 
Arpaçay qəzasında və mərkəzə bağlı bəzi kəndlərdə yerləşmişlər. Azərbaycanlılar, 
sünni olan Qars yerliləri və tərəkəmələri tərəfindən daha çox “şic” adlandırılırlar. 
Nadir halda “əcəm” təbiri də işlənir [5,720]. 
 
 


314 
 
ƏDƏBİYYAT 
1.
 
Zeynalov  F.  Türk  dillərinin  müqayisəli  qrammatikası.  Bakı,  1974-1975, 
354s. 
2.
 
Zeynalov  F.Türk  dillərində  sifətin  kateqoriyaları,  ifadə  formaları.  SSRİ 
təhsilinin 50 illiyinə həsr olunmuş konfransından tezis və məruzələr, 1972 
3.
 
Leyla  K.  Anadolu  ağızlarının  sınıflandırılması.  Türk  Dil  Kurumu 
Yayınları, İstanbul, 1996, 204 s. 
4.
 
Hüsna K. Kars ve Iğdır Azerileri ağzı. Yüksek lisans tezi, Erzurum, 2010, 
492 s. 
5.
 
Türkiye türkçesi ağız araştırmaları çalıştayı bildirileri. Ankara, 2009, 883 
s. 
 
 
Nuranə Həsənova

 
 
AZƏRBAYCAN DİLİNİN HƏRBİ LEKSİKASININ 
ZƏNGİNLƏŞMƏSİNDƏ BEYNƏLMİLƏL TERMİNLƏRİN ROLU 
 
Dünya  inkişaf etdikcə  ayrı-ayrı elmi-texniki sahələrə  aid  yeni-yeni anlayış 
və  məhfumlar  yaranır  ki,  bunların  hamısı  da  dil  vahidləri  ilə  işarələnir,  dilin 
terminoloji qatının zənginləşməsinə səbəb olur. Dilin ümumi leksik qatı kimi, onun 
terminoloji sistemində də daimi yeniləşmə və zənginləşmə prosesi özünü göstərir.  
Bu  mənada,  bu  inkişaf  paralel  olaraq  dilimizin  hərbi  leksikasında  da  müşahidə 
olunur. 
Silahlı mübarizənin tarixi götsərir ki, hərb işi bəşəriyyətin inkişafının ilkin 
mərhələsində  gündəlik  məşğuliyyət  olmaqla  bərabər,  həmçinin  hər  cür  siyasi 
problemin  və  münaqişənin  həllində  mühüm  və  yeganə  vasitə  olmuşdur.  Əmin-
amanlığa və sülh razılıqlarına qədər bütün döyüşlər, vuruşmalar, qanlı çarpışmalar, 
silahlı qüvvələrin praktik nümayişi daha böyük üstünlüyə malik olmuşdur. Döyüş 
fəndlərinə  yiyələnmək,  silahla  davranmaq,  at  çapmaq  düşmənlə  təkbətək  döyüşdə 
özünü  müdafiə  hər  kəs  üçün  həyat  uğrunda  mübarizə  amilinə  çevrilmişdir.  Belə 
həyat  tərzi,  təbii  ki,  xüsusi  leksik  vahidlərin  formalaşmasını  zəruri  edirdi.  Bunun 
nəticəsi  olaraq,  vaxtilə  milli  zəmində  yaranmış  hərbi  terminlərin  bazasızaman 
keçdikcə  regional  və  müasir  mərhələdə  beynəlxalq  səviyyədə  öz  dairəsini 
genişləndirir. 
Azərbaycan dilçiliyində hərbi leksikanın araşdırılma meyilləri son dövrlərin 
hadisəsidir. Türk xalqlarının klassik söz sənətkarları müxtəlif dövrlərdə yazdıqları 
əsərlərində  ayrı-ayrı  hərbi  terminləri  kifayət  qədər  işlətsələr  də,  bu  terminlərin 
sistemləşdirilməsi, 
az 
və 
ya 
çox 
dərəcədə 
linqvistik 
xarakterinin 
                                                           

Həsənova Nuranə - Bakı Slavyan Universitetinin magistrantı. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə