Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə145/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   141   142   143   144   145   146   147   148   ...   158

307 
 
fikirlərlə,  cinsə  görə–demoqrafik  prinsiplərlə  bağlı  olduğunu  göstərirlər. 
Azərbaycan  dilçiliyində  isə  bu  məsələyə  ancaq    jarqon  və  arqo  şəklində 
yanaşılmışdır  və  bu  səviyyədə  də  araşdırılmışdır.  Yalnız  A.Axundov  “Ümumi 
dilçilik”  kitabında  və  Ə.Rəcəbli  “Sosiolinqvistika”  kitabında  mövzu  ilə  bağlı   
müasir  dünya  dilçiliyində  dilin  sosial  diferensiyalaşmasına  yanaşma  tərzini  əsas 
götürüblər. 
 
ƏDƏBİYYAT 
 1. A.Axundov . Ümumi dilçilik, Şərq-Qərb,  Bakı, 2006. 
 2. M.Adilov. Azərbaycan dilinin semasiologiyası 
 3. Ə.Rəcəbli. Sosiolinqvistika.Bakı, “Nurlan”, 2004. 
 4. Hüseyn Əsgərov. Azərbaycan dilində maddi mədəniyyət leksikası. Bakı, Nurlan,  
2006. 
 5. Cəfərov S. Müasir Azərbaycan dili. Leksika, Bakı, Maarif, 1970. 
6. Əliyev Ə. Azərbaycan dilində jarqonlar. Bakı, “Hərbi nəşriyyat”, 1998.  
7. Бок. Ф.К. Структура обшество и  структура языка. Новое лингвистике. Вып. 
VII. M.: «Прогресс». 1975. 
8.Соммерфельдт  А.Французская  лингвистическа  школа.Новое  лингвистике. 
Вып. IV. M.: «Прогресс». 1964. 
9. Пражский лингвистичесний кружок. М.: «Прогресс», 1967. 
10. Звегинцев В.А.  Очерки по общему языкознанию. М. Изд. МГУ, 1962. 
11. Лафарг П. Язык и революция. М, Изд-во Academia, 1930. 
12. Березин Ф.М., Головин. Б.Н. Обшее языкознание. М.: Просвещение, 1979. 
13. Мерковская Н.Б. Язык и обшество. Минск. Выщейшая школо, 1983. 
 
Lamiyə Nəsibova

 
 
QARS -  İĞDIR DİALEKTİNDƏ SİFƏTİN BƏZİ 
XÜSUSİYYƏTLƏRİ 
 
Qars  adının  yaranması:Qars  bölgəsinin  ilk  adı  XII  əsrin  ilk  yarısından 
etibarən  yazılı  Assur  sənədlərində  Daiaeni,  IX  əsrin  ilk  yarısına  aid  olan  yazılı 
Urartu  abidələrində  isə  Dauehi  olaraq  keçməkdədir.  Qədim  dövrdə  isə  Amasiyalı 
səyyah  Strabonun  “Geogrophika”  adlı  əsərində  Qars  bölgəsi  “Corzene”  olaraq 
adlandırılmışdır. 
Qars adının anlamı XIII əsrdə Erməni yazar Vardan tərəfindən “güc qüvvət 
verən” və “qadın kəndir” kimi göstərilmişdir. XI  əsrdə Qaşğarlı Mahmut “Qarsın 
dəvə  və qoyun  yunundan  hazırlanan  paltar”,  “Qarsakın  dərisindən  gözəl  bir  kürk 
tikilən heyvan, bozqır tülküsü” olduğunu yazmışdır. 
                                                           

Nəsibova Lamiyə - Bakı Slavyan Universitetinin magistri. 


308 
 
Gürcü  dilində  isə  Qars  dilinin  anlamı  “karı”  kəlməsindən  “avlu”,  “keçid”, 
qapı”  anlamını  verməkdədir.  Bu  aydılaşdırmalardan  da  göründüyü  kimi  Qars, 
Qafqaz ilə Anadolu arasında körpü rolunu öz üzərinə götürmüşdür. 
Iğdır adının yaranması: 
Iğdır  adı,  iyirmi  dörd  Oğuz  boyundan  iyirmi  birincisi  sayılan  İç-Oğuzlar-
Uc-Ok  qolunun  və  Oğuz  xanının  altı  oğlundan  biri  olan  Çingiz  Alpın  ən  böyük 
oğlu  olan  Iğdır  bəyin  adı  ilə  bağlıdır.  Iğdır  sözünün  hərfi  mənası  qaynaqlarda 
yaxşı,  böyük,  igid  başçı,  məşhur  və  sahib”  kimi  anlamlarda  verilməkdədir. 
Yazıçıoğlu və Rəşid-Ud-Dinə görə isə “yaxşı, ulu, bahadır” mənalarındadır. 
Qars və Iğdır Azərbaycanlıları 
Qars öz  tarixi boyunca  müxtəlif istilalara  uğraması  və  buraya  köçəri axını 
səbəbi ilə öz daxilində bir çox etnik qruplar barındırmışdır. Bunlardan biri də Qars 
və Iğdır Azərbaycanlılarıdır. 
Qars  və  Iğdır  Azərbaycanlıları  təşəkkül  baxımından  bir  çox  müxtəlif 
təbəqələrdə  göstərilirlər.  İlk  təbəqəni  Iğdır,  Tuzluca  və  Aralıq  bölgələri  öz 
daxilində yerləşdirən Sürmeli-Çukuru təşkil edir. 
Sürməli-Çuxuru  və  Revan  bölgəsinə  Türkmənlərin  axını  Məlikşah 
dönəminə  qədər  uzanır.  Alparslanın  Anı  səfərində  oğlu  Məlikşah  və  vəziri 
Nizamülmülk  Sürmeli-Çukurunu  zəbt  etmişdilər.  İranlılar  dövründə  bütün 
Azərbaycanla bərabər bu ərazilərində türkləşməsi davam etmişdir. Qaraqoyunlular 
dövründə  isə  Türkmənlər  Sürməli-Çuxurunda  və  Rəvan  bölgəsinə  daha  çox  axın 
etmişdilər.  Ayrıca  Oğuz  boylarından  Yıvaların  bu  bölgəyə  gəlməsi  də  ehtimal 
olunur.  Bütün  bu  araşdırmalara  nəzərən  demək  olar  ki,  Sürmeli-Çukurunun  və 
Arpaçaydakı  Azərbaycanlıların,  Qaraqoyunlu  ulusunu  təşkil  edən  Qaraqoyunlu, 
Sadlu  və  Alpout  oymaqlarından  yarandığı  söylənilə  bilər.  1969-cu  ildən  sonra 
Səfəvilərin  idarəçiliyində  qalan,  XVIII  əsrin  2-ci  yarısında  İrəvan  xanlığına  bağlı 
olan, 1928-ci ildən 1918-ci ilə qədər Rusların hakimiyyətində olan Sürmeli-Çukuru 
Azərbaycanlıları,  İrəvandakı  Azərbaycanlılarla  bir  birlik  təşkil  edirlər.  1921-ci 
ildən sonra İrəvandakı çox sayda Azərbaycanlı Iğdıra köçmüşdür. 
Sürmeli-Çukurunda  ikinci  təbəqəni  rəşkil  edən  qisim  Şimali  Azərbaycan, 
Gəncə və Qarabağdan köçən azərbaycanlılardır. 
Məqsədimiz  Azərbaycan  dilinin  Qars-İğdır  dialektində  sifətin  bəzi 
xüsusiyyətlərini araşdırıb göstərməkdir. 
Qars və İğdır Azərbaycanlıları şivəsində istifadə olunan sifətlər: 
Azərbaycan qrammatikasıda əşyanın əlamət və keyfiyyətini bildirən sözlərə 
sifət deyilir. Əlamət gözlə görünən nişanə, (qırmızı, böyük, cırıq, sınıq), keyfiyyət 
isə  gözlə  görünə  bilməyən  nişanədir  (acı,  turş,  şirin).  Sifət  necə?  Nə  cür?  Hansı? 
Suallarından birinə cavab olur. Sifət ismə aid olur, ondan öncə gələrək onu təyin 
edir.  Sifətlər  sadə,  düzəltmə  və  mürəkkəb  olur.  Həmçinin  əşyalardakı  əlamət  və 
keyfiyyətləri  bir-birindən  fərqləndirən  göstəriciyə  görə  də  sifətlər  dərəcələrə 
bölünür. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə