Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə27/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   23   24   25   26   27   28   29   30   ...   158

59 
 
variantlılığın  təkcə  dialekt  və  şivələrimizlə  deyil,  həm  də  türk  dilləri  ilə  bağlılığı 
var. Məsələn, qalaq//qalalım, oxuyaq//oxuyalım, gəlirik//gəliriz və s. 
Görkəmli türkoloqun bəhs etdiyimiz mövzu ilə bağlı elmi fikirləri təbii ki, 
bunlarla bitmir. Gələcək araşdırmalarımızda onun dilimzin qrammatik quruluşuna 
həsr etdiyi digər məsələlər barəsində də ətraflı tədqiqatlarımızı davam etdirəcəyik.      
 
ƏDƏBİYYAT 
1.
 
Babayev A. Bəkir Çobanzadə. Bakı: Şərq-Qərb, 1998 
2.
 
Çobanzadə B. Seçilmiş əsərləri. III cild. Bakı: Şərq-Qərb, 2007 
3.
 
Çobanzadə B. Seçilmiş əsərləri. IV cild. Bakı: Şərq-Qərb, 2007 
4.
 
Çobanzadə B. Seçilmiş əsərləri. V cild. Bakı: Şərq-Qərb, 2007 
5.
 
Hacıyev T. Azərbaycan ədəbi dilinin tarixi. II hissə. Bakı: Elm, 2013 
6.
 
Seyidov Y.Azərbaycan dilinin qrammatikası. Bakı: BDU, 2006 
7.
 
Языки народов СССР, т.2. Тюркские языки. Mockвa, 1966. 
8.
 
Дмитриев Н. Строй тюрскиx  языков. Mockвa, 1969 
9.
 
Грамматика азербайджанского языка. Баку, Элм, 1971 
10.
 
 Н.Нариманов. Самоучитель татарского языка для русских / 
www.kavkazoved.info 
11.
 
 http://www.anl.az 
12.
 
http://turkoloji.cu.edu.tr 
 
Ləman Manaxova

 
 
BƏKİR ÇOBANZADƏNİN AZƏRBAYCANDA TƏDQİQİ 
 
Görkəmli  türkoloq  alim,  ədib,  publisist  B.Çobanzadə  türk  dünyasının 
Mahmud  Kaşğari  və  Mirzə  Kazımbəydən  sonra  yetişdirdiyi  ən  istedadlı 
türkoloqlarından  biridir.  Ömrünü  bütövlükdə  elmə,  türk  dünyasının  milli  və 
mənəvi  inkişafına    sərf  edən  B.Çobanzadə  1893-cü  il  mayın  15-də  də  Kırımda, 
Simferapol  qəzasının  Qarasubazar  şəhərinin  Arğın  kəndində  çoban  Vahabın 
ailəsində  anadan  olmuşdur.  Qeyri-adi  zəkaya  malik  olan  Bəkir  ilk  təhsilini 
Qarasubazarda almış, sonra təhsilini davam etdirmək üçün xeyriyyə cəmiyyətinin 
təşəbbüsü  ilə  İstanbul  sultaniyyəsinə  −  Qalatasaray  liseyinə  oxumağa 
göndərilmişdir.  O,  burada  türklçülük  ideoloqlarının  ən  görkəmli  nümayəndələri 
Z.Göyalp,  Ə.Hüseynzadə,  İ.Qaspirali,  F.Köprülüzadə  və  bunlar  kimi  digər 
ziyalılarının  turançılıq görüşlərini mənimsəmiş, İstanbulda “Müstəqil tatar Krımı” 
ideyaları  ilə  yaşayan  tələbə  cəmiyyətinin  yaradıcısı  və  rəhbəri  olmuşdur.  1916-
1919-cu  illərdə  isə  təhsilini  Macarıstanın  paytaxtında,  Budapeşt  Universitetinin 
tarix-filologiya  fakültəsində  davam  etdirmiş,  namizədlik  dissertasiyasını  da  elə 
burada  müdafiə  etmişdir.  Bir  müddət  Budapeşt  Şərq  Akademiyasında  türk  dili 
müəllimi  kimi  fəaliyyət  göstərmiş,  daha  sonra  İsveçrəyə,  İtaliyaya  getmiş,  sonra 
                                                           

Manaxova Ləman – Bakı Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktorantı. 


60 
 
yenidən  İstanbula  qayıtmışdır.  Axırda  B.Çobanzadə  öz  elmi  potensialını  doğma 
yurdunun övladlarına sərf etmək üçün sevimli vətəninə − Kırıma dönür. O, illərlə 
qazandığı  bilikləri,  təcrübəni  xalqının  müstəqilliyi,  savadlanması,  rifahı  yolunda 
sərf  etmiş,  Kırım  Universitetinin  yaradılmasında  böyük  rol  oynamışdır. 
Ümumiyyətlə,  B.Çobanzadə  vətənə  döndükdən  sonra  fəaliyyətinin  böyük  qismini 
siyasətə  həsr  etmişdir.  Müstəqil  Kırım  Respublikasının  yaradılması  ideyası 
ətrafında birləşmiş Milli Firqənin öncüllərindən olan B.Çobanzadə bir müddətdən 
sonra fikir ayrılığı üzündən ideya yoldaşlarından ayrılmalı olur.  
 B.Çobanzadənin  bundan  sonrakı  kəşməkəşli  həyatı  və  yaradıcılığının  ən 
məhsuldar  dövrü  Azərbaycanla  bağlı  olmuşdur.  1924-1937-ci  illər  arasında 
Azərbaycanda  yaşayıb  yaradan  alimin  Bakıya  gəlişində  Azərbaycanın  MİK-in 
sədri Səmədağa Ağamalıoğlunun böyük rolu olmuşdur. 1923-cü il oktyabrın 20-də 
imzalanan  latın  əlifbasına  keçid  haqqında  dekreti  gerçəkləşdirmək  üçün  
B.Çobanzadə  kimi  geniş  profilli  dilçi  alimə  xüsusi  ehtiyac  var  idi.  Belə  ki, 
ölkəsindəki siyasi hərc-mərclikdən, təqiblərdən yorulan alim S.Ağamalıoğlunun bu 
təklifini qəbul edir.  
B.Çobanzadə ömrünün sonuna kimi Azərbaycanda yaşamış, bu 12 il ərzində 
elmi və bədii fəaliyyətini davam etdirməklə yanaşı, bir sıra vəzifələrdə çalışmışdır. 
1924-25-ci  illərdən  etibarən  Azərbaycan  Dövlət  Universitetinin  şərqşünaslıq 
fakültəsində əvvəlcə professor, daha sonra kafedra müdiri, 1927-ci ilədək isə dekan 
kimi  fəaliyyət  göstərmişdir.  Bundan  başqa,  B.Çobanzadə  1924-29-cu  illərdə 
Azərbaycan  Baş  Elmi  İdarəsində  Terminologiya  Komitəsinin  rəhbəri  olmuş, 
Azərbaycan Dövlət Elmi-tədqiqiat İnstitutunda şöbə müdiri vəzifələrində çalışmış, 
1932-ci ildə SSRİ EA Azərbaycan filialının həqiqi üzvü seçilmişdir.  
B.Çobanzadə Azərbaycan ziyalılarının daim diqqətini çəkən, sevilən, dəyər 
verilən,  haqqında qəzet və jurnallarda çoxsaylı məqalələr yazılan, fikirlər söylənən 
ilk türk alimlərdən biridir.  Bunun nəticəsidir ki, Çobanzadənin əsərləri 1966-cı ilin 
iyulun  8-də  Azərbaycan  SSR  Oktyabr  İnqilabı  və  Sosializm  Quruculuğu  Mərkəzi 
Dövlət  Arxivindən  Azərbaycan  SSR  Mərkəzi  Dövlət  Ədəbiyyat  və  İncəsənət 
Arxivinə  qəbul  edilmiş  və  siyahısı  tərtib  edilmişdir.    B.Çobanzadə  fondunun  II 
siyahısına  daxil  olan  23  sənəd  isə  10  iyun  2002-ci  ildə  S.Mümtaz  adına 
Azərbaycan  Respublikası  Ədəbiyyat  və  İncəsənət  Arxivinə  daxil  edilmişdir.  Bu 
fonddakı materiallar alimin həyat və yaradıcılığını əks etdirir. 
2007-ci  ildə  AMEA  M.Füzuli  adına  Əlyazmalar  İnstitutu  “Şərq-Qərb” 
nəşriyyatınada  B.Çobanzadənin  elmi  əsərlərinin  5  cildliyini    nəşr  etdirmişdir.  
Ancaq  təəssüflə  qeyd  etmək  lazımdır  ki,  uzun  illər  B.Çobanzadənin  yalnız  elmi 
fəaliyyəti  diqqət  mərkəzində  olmuş,  bədii  fəaliyyətinə  isə  ümumiyyətlə 
toxunulmamışdır.  Halbuki  B.Çobanzadənin  yaradıcılığında  onun  şeirləri, 
hekayələri  və  publisistik  məqalələri  xüsusi  əhəmiyyət  kəsb  edir.  Əsarət  altında 
inləyən  xalqının  dərdi  ürəyinə  dağ  olmuş  şair  onları  bu  iztirabdan  xilas  etmək, 
xalqını  müstəqilliyə  qovuşdurmaq,  maarifləndirmək,  haqq  və  hüquqlarını 
tanıtdırmaq  yolunda  şeirlərin  rolunun  müstəsnalığını  dönə-dönə  vurğulamışdır. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə