Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə28/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   24   25   26   27   28   29   30   31   ...   158

61 
 
B.Çobanzadə  onu  şair  edən  səbəbləri  özü  belə  açıqlayır:  “Yetişdikcə  şair  oldum. 
Şeirlərim  öz  mayasını  tənha,  yoxsul,  başı  dərdlər  çəkən  qazax  ellərindən,  ağır 
boyunduruq  altında  inləyən  tatarların  türkü  və  şərqilərindən  alırdı”  [6,  24-25]. 
Professor  Vilayət  Quliyev  B.Çobanzadənin  irsindəki  bu  amilə  xüsusi  diqqət 
yetirərək  yazır:  “...Böyük  əksəriyyətini  Macarıstanda  yazdığı  şeirlərin  əsas 
mövzusu  vətən,  ana  dili,  türk-tatar  xalqının  şanlı  keçmişi  və  bugünkü  acınacaqlı 
vəziyyəti, maarif və tərəqqiyə çağırışla bağlı idi... Sonra həmin şeirlərin coğrafiyası 
genişlənərək  bütün  islam  Şərqini  əhatə  etmişdi”  [6,  25].  Şairin  yaradıcılığında 
poeziyanın  önəmli  yer  tutduğu  Budapeşt  dövrünü  vurğulayan  müəllif  yazır  ki, 
B.Çobanzadənin 
poetik 
irsinin 
tədqiqatçısı 
İsmayıl 
Otarın 
apardığı 
dəqiqləşdirmələrə  görə  müəllifin  bütünlükdə  84  şeirini  aşkara  çıxarmaq  mümkün 
olmuşdur.  Onların  təxminən  üçdə  ikisi  -  55  şeir  24  yanvar  1917-7  mart  1920-ci 
illər arasında Macarıstan paytaxtında qələmə alınmışdır. “Qaval səsləri” adı altında 
üç dəftərdə toplanan həmin şeirlər  şairin həyatının Budapeşt dövrünə işıq salamaq, 
bu  illərdəki  fikir  və  hisslərinə  tərcümanlıq  etmək  baxımından  ən  etibarlı 
mənbələrdir”  [6,  24-25].  Ümumiyyətlə,  V.Quliyev  şairin  Budapeşt  dövrünü 
araşdırmalarından  belə  qənaətə  gəlir  ki,  “Macar  mühiti  şairin  dünyagörüşünün 
formalaşmasına  əhəmiyyətli  təsir  göstərmişdir.  O,  burada  mənsub  olduğu  Kırım 
tatarlarının,  bütünlükdə  fərqli  coğrafiyada  yaşayan  türk  xalqlarının  tarixinə  və 
gələcəyinə  tamamilə  fərqli  nəzərlərlə  baxmağa  başlamışdır.  Macar  cəmiyyətində 
müşahidə etdiyi azadlıq və müstəqillik duyğuları, ictimai inkişaf meyli onun həqiqi 
vətənpərvər kimi formalaşmasında müsbət rol oynamışdır ” [6, 24-25] . 
Şairin  şeirləri,  ümumiyyətlə  bədii  görüşləri  haqqında  ara-sıra  fikirlər 
söylənsə də, ümumi oxucu kütləsinin əlyetərliyinə yalnız 2011-ci ildə nail olundu. 
Belə ki,  Bakı Dövlət Universitetinin türk xalqları  ədəbiyyatı kafedrasının müdiri, 
filologiya  elmləri  doktoruRamiz  Əskər  B.Çobanzadənin  “Seçilmiş  şeirləri”  adlı 
kitabını nəşr etdirdi. Ramiz Əskər şairin Kırımda nəşr olunan ən son kitablarından 
biri  olan  “Bir  saray  quracaq  mən”  kitabındakı  73  şeiri  (elm  aləminə  84  şeiri 
məlumdur) 
böyük  zəhmət  hesabına  əldə  edərək  Azərbaycan  dilinə 
uyğunlaşdırmışdır.  Kitaba  yazdığı  ön  sözdə  müəllif  B.Çobanzadənin  həyat  və 
fəaliyyətinə  geniş  yer  ayıraraq  onu  həm  bir  türkoloq,  dilçi  alim,  ədəbiyyatşünas, 
həm  də    incə  ruhlu  şair  kimi  şərh  etmişdir.  Müəllif  ön  sözdə  şairin  ədəbiyyat 
aləminə  məlum  olan  əsərlərindən,  nəşr  edilən  kitablarından,  dərc  olunan 
şeirlərindən    söz  açır:  belə  ki,  şair  öz  sağlığında  “Anan  harada”  adlı  ilk  şeirini 
1913-cü ildə İstanbulda “Yaş tatar yazıları” məcmuəsində çap etdirmiş, 1919-20-ci 
illərdə  Budapeştdə  qələmə  aldığı  şeirlərini  “Qaval  səsləri”  alandıraraq  xüsusi  bir 
dəftərdə  toplamış,  az  bir  qismini  İstanbulda  yaşayan  qohumu  Həmdi  Atamana 
göndərmiş,  o  cümlədən  “Göy  kitab”  və  “Kırım  şeirləri”  antologiyasında  dərc 
etdirmişdir. Bəkir Çobanzadənin sağlığında “Boran” adlı kitabı Ağməsciddə 1928-
ci  ildə  çap  olunmuşdur,  bəzi  şeirlərini  isə  məşhur  alim  Abdulla  Battal  Taymas 
“Kırımlı  Bəkir  Çobanzadənin  şeirləri”  adlı  kitabda  toplamışdır.  1971-ci  ildə 
Daşkənddə  Qafur  Qulam  adına  ədəbiyyat  və  sənət  nəşriyyatının  buraxdığı  bir 


62 
 
kitabda  şairin  14  şeiri  dərc  olunmuşdur.  Prof.  Ramiz  Əskər  Bəkir  Çobanzadənin 
əsərlərinin  toplandığı  ən  əhatəli  materialı  İsmayıl  Otar  tərəfindən    tərtib  edilən 
“Kırımlı türk şair və bilgini Bəkir Sidqi Çobanzadə” kitabı hesab edir [4, 7-8].  
Bundan bir il  sonra  prof.  R.Əskər  şairin bədii əsərlərinin daha  bir qismini 
Kırım-tatar türkçəsindən  Azərbaycan dilinə uyğunlaşdıraraq şairin ikinci  kitabını 
“Seçilmiş bədii əsərləri” adı altında, “Böyük alim və ədib B.Çobanzadə” adlı geniş 
ön  sözlə  nəşr  etdirir.  Öncəki  kitaba  şairin  yalnız  şeirləri  daxil  idisə,  bu  kitabda 
yetmiº üç ºeiri, “Tandu” adlı bir poeması, altı hekayəsi, ədəbiyyatşünaslıq haqqında 
görüşləri və müxtəlif mövzulu məktubları daxil edilmişdir.  
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda Bəkir Çobanzadənin bədii 
yaradıcılığı  haqqında  qəzet  və  jurnallarda  ara-sıra  rast  gəlinən  azsaylı  publisistik 
məqalələr  istisna  olmaqla,  indiyə  qədər  elmi  bir  əsər  yazılmamış,  şair  kimi 
tədqiqata  cəlb  edilməmişdir.  Belə  azsaylı  tədqiqatlardan  biri  filologiya  elmləri 
doktoru  Abid  Tahirlinin  “Bəkir  Çobanzadə  və  İsmayıl  Qaspıralı  haqqında”  adlı 
məqaləsidir.  Müəllif  burada  Bəkir  Çobanzadə  və  İsmayil  Qaspıralıdan  türk 
dünyasının  məslək  və  ideyaca  bir-birinə  yaxın  olan  iki  görkəmli  şəxsiyyəti  kimi 
söz açmışdır.  
1926-cı  ildə  Bakıda  keçirilən  I  türkoloji  qurultayının  təşkilində  müstəsna 
rolu  olan  və  qurultayda  dərin  məzmunlu  nitq  ilə  çıxış  edən  Bəkir  Çobanzadə  ana 
dilinə məhəbbətini, türklərin şanlı tarixini, eyni zamanda əsrlərcə millətinin çəkdiyi 
ağrı-acıları  məhz  şeirləri  vasitəsilə  ifadə  etmişdir.  “Sizdən  doğdum,  sizdənəm” 
deyən  və  milli  mənsubiyyəti  ilə  fəxr  edən  Bəkir  Çobanzadə  Avropada  da  türk 
mədəni  izlərini  arayıb  axtarmışdır”  [1,  7].    B.Çobanzadənin  türk  mənəvi 
dəyərlərinə  bu  qədər  bağlı  olması  xalqların  birləşməsindən,  xüsusilə  də  SSRİ-nin 
böyük bir hissəsini əhatə edən türk xalqalarının birləşməsindən daim ehtiyat edən, 
“parçala,  hökm  sür”  ideologiyasınına  sahib  olan  sovet  rejimi  tərərfindən  müsbət 
qarşılana  bilməzdi.  Nəticədə,  türk  xalqlarının  assimilyasiyasının  qarşısına  özünü 
sipər  edən  B.Çobanzdə  pantürkist,  panislamist,  burjua  millətçisi  kimi  adlarla 
damğalanaraq  repressiyanın  ağır  mancanağına  tuş  gəldi.  Çobanzadənin  özü  ilə 
bərabər  yaradıcılığının  böyük  əksəriyyəti  də  ortadan  qaldırıldı.    İsmayıl  Otar 
“Kırımlı  türk  şair  və  bilgini  Bəkir  Çobanzadə”  adlı  kitabında  yazır  ki,  “alimi 
tutuklayan  QPU  komitəsinin  başkanı  olan  erməni,  Çobanzadənin  yazılarını 
sandıqlara  doldurub  İrəvana  göndərmişdir.  İndi  də  harada  saxlandığını  bilmirik”  
[7, 14]. “Azərbaycan”  qəzetində  dərc  olunan  “Yarımçıq ömrün  hekayəti” başlıqlı 
məqalədə  B.Çobanzadənin  həyatının  bu  dönəmi  −  repressiya  illəri  geniş 
işıqlandırılmışdır.  Tədqiqatçı  şairin  Kırım,  İstanbul,  Budapeşt  və  Bakıda  keçən 
həyat  yolu,  təhsil  illəri  və  yaradıcılığının  ən  məhsuldar  dönəmi  olan  Bakıdakı 
fəaliyyətinə  toxunur.  Qeyd  edir  ki,  “B.Çobanzadə  Azərbaycan  MİK-nin  sədri 
S.Ağamalıoğlunun dəvəti ilə  1923 cü il oktyabrın 20-də  latın qrafikasına  keçmək 
barədə  dekreti  həyata  keçirmək  üçün  Azərbaycana  gəlir.  Kırımdakı  siyasi 
təzyiqlərdən  yaxa  qurtarmaq  üçün  S.Ağamalıoğlunun  bu  təklifini  qəbul  edir. 
Ancaq şairə qarşı əsl təzyiqlər nəinki azlır, 30-cu ildən etibarən daha da güclənir, 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə