78
bölgənin sərhədini ayıran bu dağ Borçalı və Qazax türkmənlərinin (türklərinin –
Ə.T) yaylağıdır… başından duman əskilməyən çiskinli (çox nəmli, sis) və çox
yağmurlu olduğundan bu adı almışdır».
§§
A.Bayramov bu fikri zənginləşdirərək
yazır: «Kəskin və amansız qışı olan bu dağın başı həmişə çiskin, duman olur. Yaz,
yay və payız fəsillərində yağıntı çox olur. Qışı isə çox sərt keçir. Yaylaq alp və
subalı çəmənlikləri ilə zəngin olduğu üçün Borçalı, Şörəyel və Ağbaba türklərinin
qədimdən yaylağı olmuşdur. Rus mənbələrində bu oronim tərcümə edilərək
«Mokrıy qor» kimi yazılır. Ağlağan oronimi ağla felindən və – ağan sifət düzəldən
şəkilçidən (ağla+(a)ğan) ibarətdir. İnsana aid olan xüsusiyyət (ağlamaq) metaforik
formada dağa aid edilmişdir».
***
Tarixi-linqvistik müstəvidə söylənilmiş bu fikirlər
bütün parametrlərinə görə (oronimin coğrafi koordinatları, təbiətlə birbaşa
bağlılığı, metaforik ad olması, kök və şəkilçi morfemlərinin düzgün
səciyyələndirilməsi, rus dilinə tərcümə olunmuş variantın təqdimi…) inandırıcı
görünür. Bu mənada B.Budaqov və Q.Qeybullayevin müxtəlif mənbələrə istinadən
söylədiklərini qəbul etmək olmaz. Həmin fikirləri eynilə veririk: «Ağlağan… türk
dillərində rəng bildirən ağ və mənası məlum olmayan «lağan» sözlərindən
ibarətdir. XIX əsrdə Eçmiadzin qəzasında Qızıl Loğan (bulaq adı), Şimali
Qafqazda Stavropol quberniyasının Böyük Derbet ulusunda Laqan-Xuduk (dağ
adı) və Dağıstan əyalətinin Teymurxanşura dairəsində Cakas-Lağan toponimləri ilə
mənaca eynidir».
†††
«Ağlağan» dağının səciyyəvi xüsusiyyətləri bayatılarımızda poetik şəkildə
ifadə olunur:
Əzizim ağlağandı,
Qaraqaş, Ağlağandı.
Gedək dərd bilənlərə
Görək kim ağlağandı?
Əzizinəm Ağlağan,
Qaraqaşla Ağlağan.
İldə bir tufan eylər,
Görünməmiş Ağlağan.
Arqıç qır. «Dastan»da intensivliyi az olan oronimlərdəndir. Dəqiq desək,
cəmi bir dəfə işlənmişdir: Arqıç qırda yıqanır Əmman dəŋizində. O.Ş.Gökyaya
görə, «arqıç» yazda sürünün istirahət etdiyi (dincəldiyi) yer, arxac, dağ yamacı,
dağ ətəyi kimi mənaları ifadə edir.
‡‡‡
M.Ergin tərtib etdiyi lüğətdə «arqıç» sözünün
§§
О.Ш.Эюкйай. Дедем Коркудун китабы. Истанбул, 2000, с.332.
***
А.Байрамов. Китаби-Дядя Горгуд вя Гафгаз. Бакы, 2001, с.20.
†††
Ермянистанда Азярбайъан мяншяли топонимлярин изащлы лцьяти. Бакы, 1998,
с.108.
‡‡‡
О.Ш.Эюкйай. Дедем Коркудун китабы. Истанбул, 2000, с.165, 166.
79
qarşısında sual işarəsi (?) qoymaqla kifayətlənmişdir.
§§§
S.Əlizadə isə «arqıç» sözü
işlənmiş parçanı belə sadələşdirmişdir: «Qayalıqda salınmışdı, kafirin şəhəri
Əmmanın sularında yuyunur sahilləri».
****
Bu cür sadələşdirmə, yəni «Arqıç qır-
da»nın qayalıqda mənasında verilməsi mətnin semantik tutumu ilə səsləşir. Qeyd
etdiyimiz kimi, «qır» sözü dağ anlayışının arxaik ifadə formalarından biridir. Bu
mənada «Arqıç qır» oroniminin «Arxac dağ» şəklində bərpası daha inandırıcı
görünür.
Ala tağ. «Kitab»da yeddi dəfə işlənmişdir: Arqurı yatan, Ala tağı dünin
aşğıl! «Ala tağ» oronimik modelindəki «ala» sözü hündür mənasındadır. Bu
oronim bayatılarımızda da müşahidə olunur:
Eləmi, Ala dağı
Ün tutub Bala dağı
Hər yara qurtarsa da,
Qurtarmaz dava dağı.
Gögcə tağ. «Kitab»da cəmi bir dəfə Qazan xan obrazının dilində
işlənmişdir: «Kafər sərhəddinə Cızığlara, Ağlağana, Gökcə tağa aluban çıqayın».
Bu oronimin arealı müəyyənləşdirilmişdir: Kökçə, Kökçəsu (Türkiyə) Gögçə dağ
(Türkmənistan), Kökçə, Kökçəli (Bolqarıstan), Gökçə, Göyçəli (İran). «Gögcə»
vahidi «Kitab»da hidronim kimi də müşahidə olunur: «Andan Şirokuz ucından
Gökcə dəŋizə dəkin el çarpdı». A.Bayramov hər iki onomastik vahidə (Gögcə tağ,
Gögcə dəŋiz) münasibət bildirmişdir: «Oğuzların otu, suyu bol olan belə yaylaqlar-
da yaşaması təbiidir. Ona görə də dağın əlamətinə, çayır-çəməninə görə ona Göy
dağ, Gökçə dağ demişlər. «Kitabi-Dədə Qorqud» dastanındakı bir atalar sözünün
də tərkibində gökçə sözü işlənir: «Yapağlu gökçə çəmən güzə qalmaz». …Gökçə
dəniz hidroniminin qədim formasının «Qoqaruni olduğunu da nəzərə alsaq, görərik
ki, hidronimin nüvəsindəki quqar//gögər//göyər türk mənşəli tayfa adıdır, «uni» isə
qədim pəhləvicə topluluq, aidlik bildirən şəkilçidir. Deməli, Gögəruni//Qoqaruni
«Göyərlər» mənasındadır. Azərbaycan toponimiyasındakı Göyər, Göyərçin, Göylər
Göl, Göylər Dağ oykonimləri də etnonim mənşəlidir».
††††
Yeri gəlmişkən, digər
araşdırmalarda da Göyçə oronimi rəng anlamlı «göy», «Göyçə» hidronimi isə
bəzən rəng anlamlı göy (mavi) sözü, bəzən isə tayfa adı mənasında izah olunur.
Halbuki bu onomastik vahidlərin yaranmasında eyni apelyativ (gögcə) iştirak
etmişdir. Yəni Gögcə dəŋiz (göl) hidronimi ilə Gögcə dağ oronimi eyni məna
yükünə malikdir. Konkret desək, bu vahidlər səma rəngi, mavi anlamlı «göy» sözü
deyil, yer üzünün üzərində mavi bir qübbə kimi görünən fəza, boşluq anlamlı
«göy» sözü əsasında yaranmışdır. Bu isə birbaşa türk mifoloji düşüncəsi ilə səs-
ləşir. Digər tərəfdən, Gögcə tağ və Gögcə dəŋiz vahidlərinin məna yükünü müasir
dil kontekstində də dəqiqləşdirmək mümkündür. Belə ki, «göy» sözü müasir dili-
§§§
М.Ерэин. Деде Коркут китабы. ЫЫ, Анкара, 1998, с.19.
****
Китаби-Дядя Горгуд. Бакы, 1988, с.216.
††††
А.Байрамов. Китаби-Дядя Горгуд вя Гафгаз. Бакы, 2001, с.34-36.
Dostları ilə paylaş: |