Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə39/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   35   36   37   38   39   40   41   42   ...   158

84 
 
dağətəyi  sahələrində  məskunlaşmışlar.  Maraqlıdır  ki,  «Dədə  Qorqud»  dastanında 
da bu dağın adı «Qafqaz» sözünün məhz ikinci hissəsinə («quz»a) məkan anlamlı 
yeni söz düzəldən «lıq» şəkilçisi artırmaqla yaranır: //Qaz//lıq»… «Dirsə xan oğlı 
Buğac xan boyın»da «Qazlıq» sözü iki mənada işlənir. Birinci anlamda Qazlıq dağ 
adıdır,  «Qafqaz»  sözünün  yerini  tutur.  Əslində,  «Qazlıq  atım»  kəlmələrindəki  ilk 
söz dağ deyil, əski mənasında işlənir, yəni oğuz atı… «Qaz» komponenti artırılan –
lıq isə hər iki halda  məkan anlamlıdır: birinci  «Qazlıq» dağ  – Oğuz  yurdu, ikinci 
«Qazlıq»  (at)  -    Oğuz  yurduna  məxsus  at  deməkdir».
‡‡‡‡‡‡‡
  Hər  iki  izahı  düzgün 
hesab  etmək  olar.  Amma  «Qazlıq»  adına  mətn  semantikası,  eyni  zamanda  tarixi-
linqvistik prizmadan yanaşma aşağıdakı nəticələri söyləməyə imkan verir: 
–  Qazlıq  adındakı  «qaz»  kök  morfemi  dağ  anlayışının  arxaik  ifadəsi  kimi 
çıxış edir (əvvəlki səhifələrə bax); 
–  «Qazlıq»  sözündəki  «qaz»la  «qas-qas  gülmək»  ifadəsi  arasında 
assosiativlik  görünmür.  Əksinə,  «Qaza  bəŋzər  qızımıŋ-gəlinimiŋ  çiçəgi  oğul!» 
ifadəsindəki«qaz» sözü daha çox «dağ» mənasında başa düşülür; 
– «Qazlıq»dakı «qaz» sözü dağ anlayışını ifadə edən arxaik «qar» vahidinin 
fonetik tərkibcə dəyişikliyə uğramış variantı kimi görünür. 
«Kitab»da  işlənmiş  dağ  adları  ilə  bağlı  yuxarıda  təqdim  etdiklərimizi 
aşağıdakı kimi ümumiləşdirmək olar: 
–  Ağlağan,  Ala  tağ,  Gögcə  tağ,  Qazlıq  tağ,  Qara  tağ  və  s.  kimi  oronimlər 
qədim Azərbaycanın coğrafi koordinatları barədə müəyyən təəssürat yaradır; 
– Qazlıq tağ vahidi Qafqaz dağı kimi bərpa olunur
–  Gögcə  tağ,  Günortac,  Qazlıq  tağ  kimi  oronimlərin  yaranmasında  dağ 
kultunun rolu daha qabarıq görünür; 
– eyni söz əsasında yaranmış oronim və hidronimlərə təsadüf olunur ki, bu 
da,  bir  tərəfdən,  qədim  Azərbaycan  toponimikası,  digər  tərəfdən,  dastan  poetikası 
baxımından maraqlıdır; Gögcə tağ (oronim), Gögcə dəŋiz (hidronim); Yaxud eyni 
söz    bir  neçə  onomastik  vahidin  apelyativi  kimi  çıxış  edir:  Qazlıq  qoca 
(antroponim), Qazlıq tağ (oronim), Qazlıq at (zoonim); 
– oronimlərin bir qismi müasir  ədəbi dilimizdə fonetik tərkibcə dəyişikliyə 
uğramış vəziyətdədir: Gögcə tağ-Göyçə dağı, Qara tağ-Qara dağ; 
–  oronimlərin  yaranmasında  iştirak  edən  apelyativlərin  bir  hissəsi  müasir 
ədəbi dilimizdə əsasən eynilə işlənir: Ağlağan (ağlağan), Qara tağ (qara), Ala tağ 
(ala)…; 
– arxaik apelyativli dağ adlarına nisbətən az rast gəlinir: Arqıç qır (qır-dağ), 
Qazlıq tağ (qaz-dağ)…; 
–  oronimlərin  əksəriyyətinin  leksik-semantik  tutumunda  böyüklük,  ucalıq, 
yüksəklik kimi məna çalarları ehtiva olunur: Ala tağ, Qara tağ, Gögcə tağ…; 
                                                           
‡‡‡‡‡‡‡
Р.Гафарлы. Миф, яфсаня, наьыл вя епос. Бакы, 2002, с.588, 589.  


85 
 
– oronimlərin bir qismi düzəltmə (Ağlağan, Qaracuq) və mürəkkəb (Ağayıl, 
Günortac)  quruluşludursa,  bir  qismi    təyini  söz  birləşmələri  modelindədir  (Arqıç 
qır, Ala tağ); 
– «qarşı yatan qara tağlar» tipli ifadələrin sonrakı dövr abidələrimizdə eynilə 
işlənməsi  müşahidə  olunur  ki,  bu  da  «Kitab»ı  Azərbaycana  bağlayan  detallardan 
biri kimi götürülə bilər
–  «Kitab»da  təsadüf  olunan  Ala  tağ,  Ağlagan,  Gögcə  tağ,  Qara  tağ  kimi 
oronimlər sonrakı dövr bədii əsərlərimizdə də ən mühüm obrazlar kimi çıxış edir. 
 
Məmmədəli Qıpçaq

 
 
TÜRK ƏLİFBALARI (TİBET ƏLİFBASI


 
Türk  xalqlarının  istifadə  etdiyi  əlifbalardan  biri  də  Tibet  əlifbasıdır.  Bu 
əlifba  ilə  yazılmış  abidələr  kifayət  qədər  azdır.  Bunu  iki  cür  izah  etmək  olar. 
Birincisi,  türklər  Tibet  əlifbasından  çox  az  istifadə  etdiklərinə  görə  bu  əlifba  ilə 
yazılmış  abidələr  azlıq  təşkil  edir.  İkincisi,  Tibet  əlifbası  ilə  yazılmış  abidələr 
dövrümüzə  qədər  gəlib  çatmamış,  tarixin  keşməkeşlərində  məhv  olub  getmişdir. 
Bu  izahların  hər  ikisi  qəbul  oluna  bilər.  Həqiqətən  də,  bu  əlifba  Tibetin  təsiri 
altında  olan  Qansu  vilayətində  seyrək  istifadə  olunmuşdur.  İkinci  bir  tərəfdən, 
məlumdur  ki,  Dun-xuandakı  Bin  Budda  mağaralarında  aşkar  edilmiş  əlyazmalar 
tanqutların Qansuya hücumundan əvvəl həmin mağarada gizlədilmişdi.  
Tədqiqatçılar Tibet  əlifbası ilə yazılmış  mətnləri VIII-X əsrlərə aid edirlər. 
Bu  abidələr  Şərqi  Türküstandan  əldə  olunmuşdur.  Dun-xuandakı  Bin  Budda 
mağaralarında aşkar edilmiş 14 mindən artıq abidələr kolleksiyasının içərisində bir 
neçə kiçik həcmli Tibet əlifbası ilə türkcə yazılmış abidə də var. Həmin mətnlərdən 
birini  (41  sətirdən  ibarət  buddizm  dini  məzmunlu  abidəni)  məşhur  fransız 
şərqşünası P.Pelyo 1921-ci ildə nəşr etdirmişdir. Bu abidə daha sonralar (1984-cü 
ildə)  D.Maue  və  K.Röhrborn,  eləcə  də  yapon  alimi  T.Moriyasu  tərəfindən  də  çap 
olunmuşdur.  Tibet  əlifbası  ilə  türkcə  yazılmış  abidələr  Fransada,  Paris  Milli 
Kitabxanasında saxlanılır.  
Qırğızıstan  Respublikasında  da  Tibet  əlifbası  ilə  yazılmış  bəzi  epiqrafik 
abidələr  əldə  olunmuşdur  (10,  s.  78).  Lakin  bunlar  türk  dilində  deyil,  Tibet 
dilindədir  və  buddist  zəvvarlar  tərəfindən  yazıldığı  güman  edilir.  A.N.Bernştam 
həmin  abidələri  XVI-XVII  əsrlərə,  cunqarların  hakimiyyəti  illərinə  aid  edir  (8,  s. 
112).  
                                                           

Novruzov  Məmmədəli  –  Bakı  Dövlət  Universitetinin  professoru,  filologiya  üzrə  elmlər 
doktoru. 

Bu  yazının  ilkin  variantı  “Türk  əlifbaları  (XIX  məqalə)  Tibet  əlifbası”  adı  altında  “Səs” 
qəzetinin  19,  20,  21  və  23  iyun  1999-cu  il  tarixli  136,  137,  138  və  139-cu  saylarında  çap 
olunmuşdur. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə