Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə31/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   27   28   29   30   31   32   33   34   ...   158

67 
 
azərbaycanlıların  onlara  kömək  edəcəklərinə  də  ümid  edir  və  Bakıdan  gələn 
nümayəndə  heyətinin  əlifba  səyahətinin  məqsədini  alqışlayır:  “Rusiyada  yaşayan 
türk-tatar xalqları arasında yeni bir mədəniyyət mərkəzi lazımdır. Belə bir mərkəzə 
namizəd ola biləcək ancaq Bakıdır. Bakıdan başlamış yeni əlifba məsələsinə bütün 
Krım  xalqı  və  gəncliyinin  yardım  etməsini  ümid  üdirəm.  Qomision  (komissiya  – 
R.B)  təşkil  etmək  də  müvafiqdir.  Sizin  hər  xüsusda  bizə  yardım  edəcəyinizə 
əminiz. Biz sizin fikrinizi salamlayırız” (4,21).          
B.Çobanzadə  Bakıya  gəlib  Yeni  Türk  Əlifba  komitəsinin  elmi  şurasına 
rəhbərlik etməyə başlayandan sonra köhnə əlifbanın türk dillərinə yaramadığını və 
latın  əlifbasının  üstünlüklərini  əks  etdirən  bir  sıra  məqalələr  yazmışdır.  Bununla 
yanaşı,  elmi  konfranslarda    məruzələr  edərək,  türk  xalqlarının  həyatında  mövcud 
olan  elmi-mədəni  problemlərin,  xüsusilə  də  əlifba  probleminin  həll  edilməsi  ilə 
bağlı  ümumittifaq  miqyaslı  bir  qurultayın  çağırılması  təşəbbüsünü  də  irəli 
sürmüşdür.  
1924-1925-ci  illərdə  Türkoloji  qurultaya  hazırlıq  işləri  gedirdi  ki,  belə 
hazırlıq işlərini həyata keçirənlərin öncüllərindən biri və birincisi B.Çobanzadə idi. 
Buna uyğun olaraq qurultayqabağı onun təşəbbüsü və rəhbərliyi altında qurultayda 
müzakirəyə  çıxarılacaq  latın  qrafikalı  əlifba  əsasında  yeni  bir  əlifba  layihəsi  də 
hazırlanmışdır.  1926-cı  ilin  26  fevral  –  6  mart  tarixində  keçirilən  Türkoloji 
qurultayda B.Çobanzadə rəyasət heyətinin üzvü seçilmişdir. Orada bir neçə məsələ 
ilə  bağlı  məruzələrlə  də  çıxış  etmişdir.  Lakin  təəssüflə  qeyd  edək  ki, 
B.Çobanzadənin  qurultayda  çıxış  etdiyi  məruzələrindən  təkcə  əlifba    məsələsi  ilə 
bağlı  məruzəsinə  qurultayın  stenoqram  materiallarında  rast  gəlmirik.  Həmin 
stenoqramda,  sadəcə  bu  sözlər  yazılıb:  “Prof.  Çobanzadənin  çıxışından  sonra  söz 
yoldaş  Baxarova  verilir”  (5,  262).  Yəni  onun  çıxışı  haqqında  orada  heç  bir 
məlumat  əksini  tapmayıb.  B.Çobanzadənin  çıxışının  nə  məqsədlə  stenoqrama 
salınmaması  sonrakı  illərdə  -  1937-1938-ci  illər  repressiyasında  onun  günahsız 
mühakimə  edilərək  güllələnməsi  faktı  ilə  aydınlaşır.  B.Çobanzadənin  əlifba  ilə 
bağlı məruzəsi rəsmi olaraq qurultayın materiallarında verilməsə də, onun ayrı-ayrı 
illərdə  yazdığı  məqalələrindən  əlifba  ilə  bağlı  mövqeyini  aydın  görə  bilirik.  Belə 
ki, B.Çobanzadə əlifba ilə bağlı yazdığı məqalələrində əlifba məsələsinə  müxtəlif 
prizmalardan  yanaşaraq  ərəb və  latın  əlifbasının türk dillərinə  nə  dərəcədə  uyğun 
gəlib-gəlməməsi barədə dürüst elmi izahatlar vermişdir. Onun belə məqalələrindən 
“Yeni  əlifba  və  türk  dili”  (1927),  “Türkoloji  qurultayın  müəllimlər  üçün 
əhəmiyyəti”  (1926),  “Yeni  əlifba  cəbhəsində  qarşımızda  duran  elmi  vəzifələr” 
(1927) və s. adlı yazılarını göstərmək olar. 
Onu da deyək ki, həmin dövrdə əlifba məsələsi ilə bağlı türk dünyasında, ən 
əsası  da  Azərbaycanda  iki  cəbhə  mövcud  idi:  latınçılar,  islahatçı  -  ərəbistlər. 
B.Çobanzadə  latınçı  olaraq  həm  türk  xalqlarının  hamısını  əhatə  edən  birləşmiş 
(unifikasiya  edilmiş)  əlifba  layihəsi  hazırlayırdı,  həm  də  adı  çəkilən  məqalələrini 
yazmaqla islahatçı - ərəbistlərə tutarlı cavab da verirdi. B.Çobanzadə “Yeni əlifba 
və türk dili” (1927) adlı məqaləsində ərəb əlifbasının çatışmazlığını, türk dillərinin 


68 
 
fonetik sisteminə yaramazlığını və latın əlifbasının üstün cəhətlərini belə izah edir: 
“Ərəbləşmənin  və  farslaşmanın,  təkrar  ediriz,  dilimizin  orta  əsrlərə  doğru 
qayıtmasının qarşısına keçmək  üçün olduqca ciddi  və  yaradıcı bir tədbir lazımdı. 
Bu tədbir də dilimizi, türkcəni hər şeydən əvvəl bütün xüsusiyyətləri ilə təsbit edə 
biləcək bir yazı sistemi ola bilərdi. Bunun üçün də uzun zamanlardan bəri duyulan 
bu  ehtiyacı  təsviyə  edə  biləcək,  bu  tədbiri  təmsil  edə  biləcək  çıxış  olaraq  ərəb 
əlifbasının  dilimizə  uydurularaq  islahı,  yaxud  tamamilə  yeni  bir  yazı  sisteminin 
meydana  gətirilməsi  məsələləri  ortaya  sürüldü  və  beş-altı  illik  münaqişə  və 
münaziələrdən  sonra  Şuralar  İttifaqı  içində  yaşayan  türk-tatar  xalqları  tərəfindən 
dilimiz üçün ərəb əlifbasına görə tamamilə yeni bir yazı sistemi olan latın əlifbası 
əsasında  tərtib  olunmuş  “yeni  türk  əlifbası”  qəbul  edildi.  Bu  vəqənin  bir  neçə 
cəhətlərdən dərin tarixi mənada əhəmiyyəti vardır: 
1. Dilimiz ərəb-fars dillərilə olan alış-verişini bitirmiş olur.  
Oxucu  bu  nöqtəni  oxuyaraq  şübhəyə  düşə  bilər,  çünki  bu  gün  daha  yeni 
əlifba  bütün  mətbuat  və  nəşriyyatımızı  qaplayıb,  ərəb  əlifbasını  tamamilə 
meydandan sürümədiyindən yeni əlifbadan gözlədiyimiz və gözləyə biləcəyimiz bu 
təsir və nəticə özünü göstərə bilmir.  
     Məmləkətimizdə  yalnız  yeni  əlifba  qullanılan,  işlədilən  dövrəyə  çatsaq, 
yuxarıda göstərdiyimiz nəticəni pək tez əldə edə biləcəyiz.  
2. İndiyə qədər ən adi təzahürlərinə qədər, “müqəddəs” olaraq tanınmış olan 
ərəb əlifbası yerinə, tamamilə dünyəvi və iş bitirməkdən başqa məziyyəti olmayan 
əməli  bir  yazı  sisteminin  qəbul  edilməsi  əski  Şərq  zehniyyətinin  baltalanması 
yolunda atılan böyük və əhəmiyyətli addımlardan birisidir” (3, 283-284). 
B.Çobanzadə  “Türkoloji  qurultayın  müəllimlər  üçün  əhəmiyyəti”  adlı 
məqaləsində də əlifba  məsələsinə toxunmuş  və burada  əlifba məsələsini türk-tatar 
aləmində münaqişə və müzakirələrə səbəb olan xəstəlik adlandırmışdır. Qurultayda 
ərəb  hərflərinin  nə  özünün,  nə  də  islah  olunmuş  formasının  türk  dillərinə 
yaramadığını  elmi  əsaslarla  latınçıların  izahından  sonra  ərəbist  kimi  qurultaya 
gələnlərin  fikrlərini  dəyişməsini  və  latın  əlifbasının  bütün  şəkli  xüsusiyyətləri  ilə 
türk xalqlarının dilinə  uyğunluğunu  göstərirdi.  O,  həmin  məqalədə  yazır:  “Əlifba 
məsələsi  çox  illərdən  bəri  türk-tatar  aləmində  bir  çox  münaqişə  və  müzakirələrə 
ana  olan  xəstəliklərimizdən  birisi  idi.  Qurultay,  bütün  başqa  məsələlərdə  olduğu 
kimi, burada da əsas olaraq türk dilinin təbiət və mahiyyətini almış və bu nöqteyi-
nəzərdən  yürüdülən  uzundan-uzun,  müfəssəldən-müfəssəl  münaqişə  və çıxışlar nə 
əski, nə də islah olunmuş ərəb hərflərinin türk dilinə yaramadığını bütün qurultaya 
göstərmiş  və  bu  surətlə  ərəb  əlifbası  tərəfdarı  olub  gələnlərdən  bir  çoxu  da  latın 
əsasını qəbul etmək cəhətinə rəy vermişlərdir. Türk dillərinin bütün səslərini qeyd 
və  bütün  şəkli  xüsusiyyətlərini  işarət  edə  biləcək  bir  əlifba  varsa,  o  da,  heç 
şübhəsiz, latın əsasında yapılacaq ümumi türk əlifbasıdır” (3, 202). 
1926-cı ildə keçirilən I Bakı Türkoloji qurultayında latın əlifbasının xeyrinə 
qətnamə  qəbul  edilmişdir  (bax:  5,  289-290).  Bu  qətnamədən  sonra  təkcə 
Azərbaycanda  deyil,  bütün  türk-tatar  respublikalarında  latın  əlifbasının  tətbiq 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə