135
E.Sevortyanın –cı
4
(-çı
4
) şəkilçisinin fonosemantik inkişafı ilə bağlı
söylədiyi mülahizələri –cıl şəkilçisinə də şamil etmək lazım gəlir. Müəllifə görə,
ilk vaxtlar adlardan ad və əlamət bildirən bir şəkilçi kimi çıxış edən –cı(-çı) sonrakı
inkişafda ümumi səciyyə daşıyaraq fellərdən də -ıcı
4
şəklində isim və sifət
düzəltməyə başladı. Beləliklə, -ıcı
4
göstəricisində həm işi görənin “təmiz” mənası,
həm də onun icra etdiyi hərəkətin daimi mənası birləşmiş şəkildə ifadə edilmiş
oldu, yəni bu şəkilçi ilə -qan, -ağan; -qa; -qaç; -qın; -aq; -caq və s. şəkilçilərin də
mənası ifadə edildi (15, 17).
Buradan belə nəticə çıxarmaq olur ki, isim və sifət düzəldən bir çox
şəkilçilər kimi –cıl
4
da əvvəllər adətən aid olduğu sözün real-əşyavi məzmunu,
əlaməti və keyfiyyəti ilə bağlı olmuş, sonralar isə zaman keçdikcə sözün əşyavi
mənası ilə əlaməti kifayət qədər bir-birindən fərqlənməyə başlamışdır. Dilin müasir
mərhələsində mövcud olan şəkilçi morfemlərin əksəriyyətinə məhz bu prizmadan
yanaşmaq lazım gəlır; yəni türk dillərində sözün kökünün konkret olaraq hansı nitq
hissəsinə mənsubluğunun sözyaratmada elə də bir rolu yoxdur.
Bir məsələni də qeyd etmək istərdik ki, -ımtıl
4
bir müqayisə dərəcəsi
göstəricisi kimi çox sonralar meydana gəlmişdir. Sırf oğuz mənşəli bu morfem
əsasən Azərbaycan türkcəsi ilə bağlıdır. M.Kaşğarinin “Divan”ında bu şəkilçiyə
rast gəlinmir. Digər türk dillərində, o cümlədən Azərbaycan dilinin dialektlərində
şəkilçinin –sıl və -tır variantı da mövcuddur: sarımsıl, göyümsül, ağımtır,
göyümtür, bozumtur (9, 179), karamtır, sarğımtır, ekşimtir (özbək). İkinci forma
-ımtırak morfeminin tərkib hissəsi kimi daha işləkdir: sarımtırak, ağımtırak,
acımtırak, göyümtürək (Azərb.), ekşimtirek, mavimtırak, morumtırak (türk).
M.Ergin –mtırak şəkilçisinin türk dilində bənzərlik, kimlik məzmunu ifadə
etdiyini vurğulayaraq bunu funksiya baxımından onunla eyni olan –msı formasına
bərabər sayır: “Funksion baxımından –msı, -msi, -msu, -msü ilə aralarında heç bir
fərq yoxdur. Yalnız bu şəkilçinin istifadə sahəsi daha dardır. Dad və daha çox rəng
isimlərindən dad və rəng isimləri (burada isim=sifət – K.B.) yapmaqda işlənir:
acımtırak, ekşimtırak (turştəhər), beyazımtırak, yeşilimtırak”...” (11, 162-163).
Deməli, osmanlı türkcəsində hazırda azaltma dərəcəsi göstəricisi kimi çıxış
edən –msı, -msi şəkilçisi əslində -msıl və ya –mtıl-ın sonrakı şəklidir. Bu
dəyişməni belə ifadə etmək olar: karamtıl-karamsıl=-karamsı, acımtıl-acımsıl-
acımsı, morumtul-morumsul-morumsu və s. Özbək və uyğur dillərində -tır-ın –çil,
-çir fonovariantları da vardır: akçilrak, akuçirak, köküçirak və s. (14, 117).
Müşahidələr onu deməyə əsas verir ki, -çıl şəkilçisinin derivatlarından biri
də -çı morfemidir. –çı-nın –çıl-la məna bərabərliyi doğruçu-doğruçul, küyçü-
küyçül, qənaətçi-qənaətcil, inadçı-inadçıl, uykuçu-uykuçul nümunələri ilə təsdiq
oluna bilir. Türk dillərində -çı şəkilçisinin –cı; -ça; -sı; -so; -zə; -şı; -jı; -kı; -hı; -qı
kimi variantları mövcuddur: ovçu, işçi (Azərb.), koyçi (şor), koşso (başqırd),
jılkışı, xabarşı (qazax), odunji, xoyji (tatar, tuvin), puləzə, ataça (çuvaş) vatansi,
staxanovsi (başqırd), suvaçı, deveçi (türk) və s.
136
-Çı-nın sözlərdə yaratdığı məzmun çalarlarından bəhs edən A.Şerbak bir
neçə əsas mənaya üstünlük verir. Onun fikrincə, bu şəkilçi şəxsin: peşə
məşğuliyyətini, fəaliyyət və vərdişini, ictimai mənsubluğunu (vətənçi, millətçi,
respublikaçı), məkana mənsubluğunu ( nalçikçi, nartançı, xabazçı) və s. ifadə edir
(14, 103). M.Hüseynzadə və S.Cəfərov isə şəkilçinin təxminən 6-9 mənasını
fərqləndirirlər: “Azərbaycan dilində -çı
4
şəkilçisi isimlərdən peşə, məşğələ, adət,
xasiyyət, əqidə, meyil, hal-vəziyyət, keyfiyyət, məkan mənsubiyyət və s. mənalı
düzəltmə isim əmələ gətirir” (16, 29; 17, 174-175).
-Çı morfeminə dair sadalanan mənaların heç də hamısını –çıl-a aid etmək
olmur. Deyək ki, xasiyyət, meyil, adət mənaları hər iki şəkilçiyə aid ola bilsə də,
peşə, məşğuliyyət, əqidə, məkani mənsubiyyət mənaları yalnız –çı ilə məhdudlaşır.
Məsələn, küyçü-küyçül, doğruçu-doğruçul, gopçu-gopcul, əməkçi-əməkcil,
qənaətçi-qənaətcil kimi nümunələrdə -çı və -çıl eyni mənalı olub bir-birinin
sinonimi kimi çıxış edə bildiyi halda, arabaçı, dənizçi, kömürçü, ədəbiyyatçı,
kəndçi, tərbiyəçi, musiqiçi və s. kimi sözlərdə bu mümkün deyildir. Yaxud əksinə,
qabaqcıl, ardıcıl, ölümcül, yuxucul kimi sözləri qabaqçı, ölümçü, yuxuçu şəklində
işlətmək olmur. Belə görünür ki, şəkilçinin forması dəyişdikcə bu dəyişiklik onun
funksional-semantik təyinatında da yeniləşməyə səbəb olmuş, əvvəllər yalnız
əlamət və keyfiyyət ifadə edən –çıl sonrakı inkişafda daha geniş məna çalarlarının;
bənzərlik, oxşarlıq, meyillik, sahiblik, mənsubiyyət və s. ifadəçisinə çevrilmişdir.
Əvvəldə qeyd etdiyimiz kimi, başlanğıcda isim və ya sifət düzəltməyə xidmət edən
eyni bir şəkilçi sözün həm əşyavi, həm də əlamət və keyfiyyət məzmununu özündə
ehtiva edirdisə, zaman keçdikcə şəkilçi morfemdə baş verən diferensiallaşma meyli
sözün əşyavi mənası ilə onun əlamət və keyfiyyət mənası arasında mühüm fərqləri
ortaya qoymuş, hər bir nitq hissəsi özünə məxsus şəkilçi morfemə sahib olmağa
başlamışdır. Beləliklə, ilk dövrlərdə tutaq ki, gopçul, əməkcil, küyçül, formasında
olan sifət sonralar sonuncu samitin düşməsi sayəsində gopçu, əməkçi, küyçü
formalarını alaraq bir müddət sifət, keyfiyyət funksiyasını yerinə yetirsə də,
sonralar əşyavi məzmunun üstün mövqeyi sayəsində isimləşməyə doğru
təmayülləşmişdir. Nəhayətdə -çı bir şəkilçi kimi türk dillərində, o cümlədən
Azərbaycan dilində artıq şəxsin sənət və peşəsini bildirən bir şəkilçi funksiyasına
yiyələnmışdir. Sonrakı fazada şəxsin sənəti ilə sənətinin adı arasında fərqi ifadə
etmək zərurəti yarandıqda isə -çı digər bir şəkilçi ilə birləşərək –çılıq forması
almışdır. –lıq şəkilçisindəki mücərrədlik çaları –çı-dakı konkret sənət, peşə çaları
ilə birləşərək nəticə etibarilə yeni və daha ümumi səciyyəli bir şəkilçinin
yaranmasına səbəb olmuşdur: papaqçılıq, yazıçılıq, dənizçilik, dəmirçilik,
dulusçuluq, kömürçülük və s.
Bu nümunələrdən fərqli olaraq daha çox mücərrədləşməyə məruz qalmış
mehribançılıq, düşmənçilik, qəribçilik, avaraçılıq, müsəlmançılıq kimi sözlərdə
-cılıq
4
morfemini tərkibinə parçalamaq zahirən mümkünsüz görünür, ona görə ki,
dilimizdə mehribançı, düşmənçi, qəribçi, avaraçı kimi müstəqil işlənə bilən isim
yoxdur. Azərbaycan dilindən fərqli olaraq digər türk dillərində belə bir problemə
Dostları ilə paylaş: |