129
dan atdı yenə acam dedi(18a); Həm yenə biz qanlu
köŋləgin həman(4a);
Bir şikəstə
köŋlümi sormaz, ey şah(4b);
Saldıŋ əlindən
sapıŋ üştə rəvan(7a).
Məsnəvinin bir neçə yerində
sağır nun səsi ancaq
kaf hərfi ilə ifadə
olunmuşdur: Ol
duşıŋdə dünyadən nəql etdilər(18a);
Dinlənuŋ kim tas nələr söylər
dedi (16a).
11. Söz əvvəlində
ysamitinin işlənməsi: Yusif aldı
yüzinə bürqə o dəm(8b);
Sonrə daxi yeddi
yıl hökm eylədi(17b);
Ey yüzi nurlu yigit, xoş gəlmişin(8b).
12. Söz əvvəlində
y və
v samitinin düşməsi: Aluban öz qoluna
urdu
rəvan(9a); İbn-Yamin qoluna
urdu rəvan(8b); Hüsn
iyəsi çarə yox böhtan
çəkər(9b).
13. Söz əvvəlində sürtünən, cingiltili
ğsamitinin işlənməsi məsnəvinin dili
üçün xarakterik cəhətdir. Belə sözlərin əksəriyyəti dilimizə ərəb dilindən
keçmişdir. Uzun müddət belə sözlərin dilimizdə öz imlasını saxlamasına
baxmayaraq, canlı danışıq dilində birinci səs
q kimi tələffüz olunmuşdur
(H.M.,21):Ğəm yedükcə ömrün olur kəm sənün (11b);
Ğəmlu gündə yarinə yoldaş
olə(2b); Pəs bu dövranı
ğənimət bil bugün (11a); çün məlul olma başında çəkə
ğəm (11b).
14. Söz sonunda karlaşma hadisəsi məsnəvinin dilində geniş yayılmışdır:
Necə dapmış
qurt anun cisminə yol (10a);
Dört min aləm gəldi hiç kim bilmədi
(13b); Bir acayib hallı düşdür, ey
yigit (13b); Sonradən dedilər anı
qurt yemiş
(9b).
15. “Yusif və Züleyxa” məsnəvisinin dilində sözlərdən birinin digərinə təsir
edən, təmsilə uğrayan səslər də öz əksini tapmışdır. Danışıq dili xüsusiyyətlərini
özündə qoruyan Xətai Təbrizinin bu əsərində bir neçə yerdə assimilyasiya
hadisəsinə uğrayan sözlərə təsadüf olunur: Bənzəri saru
donni bir tiq görər (17a);
Ol
zamannan bəri kim, eşqin məni, Etdi pabənd olmadım bir ləhzə şad (6b);Yusif
böhtammı etmişdin dedi (15a).
16. Ön cərgəli sait olan
e saitinin uzanan variantına abidənin dilində rast
gəlinir: Tərkibində
y samiti olan sözlərdə
y samitinin düşməsi nəticəsində
e səsi
uzanmışdır:
Der anı bir çahə salmışlar bular(16a); Sonrə üç gündən Yusif həm
gəldi
der, Özi Züleyxa eşigindən girdi
der (16b).
B Xətai Təbrizinin “Yusif və Züleyxa” məsnəvisinin orfoqrafik
xüsusiyyətləri:
Xətai Təbrizinin “Yusif və Züleyxa”məsnəvisində morfoloji
göstəricilərin,
sözdəyişdirici şəkilçilərin elə növlərinə rast gəlinir ki, bunlar müasir dilimiz üçün
xarakterik deyil, ancaq bir sıra şəkilçilər ayrı-ayrı şivələrdə qorunub saxlanmışdır.
Elə qrammatik göstəricilərə də təsadüf olunur ki, bunların müəyyən hissəsi müasir
ədəbi dilimizdən yalnız qrafik variantlarının çoxluğu ilə seçilir. Bu da onu göstərir
ki, canlı xalq danışıq dili üslubunda qələmə alınmış əlyazmalarda ya orfoqrafik
sabitsizlik mövcud olmuş, ya da dialekt xüsusiyyətləri ədəbi dildə yazılmış əsərlərə
də təsir etmişdir. Abidənin dili ilə bağlı bəzi orfoqrafik xüsusiyyətləri nəzərdən
keçirək: