Mühazirə 2 (2saat) qruplaşmalar



Yüklə 187,5 Kb.
səhifə1/3
tarix13.02.2023
ölçüsü187,5 Kb.
#100717
növüMühazirə
  1   2   3
qruplaşmalar





Mühazirə 2 – (2saat)
QRUPLAŞMALAR


QISA İCMALI:

  1. Qruplaşmalar. Funksiyaları. Stercess düsturu

  2. Kəmiyyət və keyfiyyət xüsusiyyətlərinə görə qruplaşmalar, həcmin təyin olunması

  3. Statistik tədqiqatlarda qrafiklər və cədvəllər.

Qruplaşma – ümumi külliyyatdan eyni xüsusiyyətli göstəricilərin seçilərək birləşdirilməsini nəzərdə tutan əməliyyatdır.
Qruplaşmalar qarşıya qoyulan məsələyə uyğun olaraq yerinə yetirilir. Məsələn, əgər əhalinin həyat səviyyəsi analiz olunursa, onda qruplaşma ev təsərrüfatlarının gəlir və xərclərinə görə aparılır və ya əhalinin artım dinamikası tədqiq edilirsə, qruplaşma əhalinin doğum, ölüm göstəriciləri, ailələrin sayı, ailələrdə uşaqların sayı və s. göstəricilər əsasında aparıla bilər.
Qruplaşmalar kəmiyyət və keyfiyyət xüsusiyyətlərin görə formalaşır.
Qruplaşmalar bir xüsusiyyət və ya əlamətə görə yaradılırsa sadə, bir neçə əlamətə görə formalaşırsa mürəkkəb və ya kombinə olunmuş adlanır.
Kəmiyyət xüsusiyyətlərinə görə qruplaşmalarda intervalın ölçüsü əhəmiyyət kəsb edir. İntervalların həcmi, aşağı və yuxarı sərhədləri olur. İntervallar sərhədlərinə görə açıq və qapalı ola bilər. Açıq intervallarda ya aşağı, ya da yuxarı sərhəd olur. Həm aşağı, həm də yuxarı sərhədləri olan intervallar qapalı intervallardır. Qapalı intervallar həcminə görə bərabər və fərqli ölçülü ola bilər. Məsələn, fermer təsərrüfatlarının torpaq sahələrinin ölçüsünə(hektarla) görə aşağıdakı qruplaşmalara nəzər salaq: 3-ə qədər, 4-5, 6-10, 11-20, 21-50, 51-70, 71-100, 101-200, 200-dən yuxarı. Burada həm açıq həm də qapalı intervallara baxılır. Dəqiq desək, birinci və sonuncu intervallar açıq, qalanları qapalıdır. Bu qruplaşmada qapalı intervallar həcminə görə bir-birindən fərqlənir. Başqa bir nümunəyə nəzər yetirək. Baloniya sistemi üzrə bal göstəriciləri üçün intervallar 1-ci interval istisna olmaqla, qapalı və bərabər ölçülüdür: 0-51, 51-60, 61-70, 71-80, 81-90, 91-100.
Kombinə olunmuş qruplaşmalar iki və daha artiq əlamətə görə qurulur. Belə qruplaşmalarda bir əlamətə görə olan qruplar, başqa əlamətə görə alt qruplara görə bölünür (Cədvəl 3.1.1-ə bax).
Cədvəl 3.1.1-dən görünür ki, pensiyaçıların sayı olan əsas əlamət 2007-ci və 2008-ci illər üzrə pensiyaçıların sayı və təyin olunmuş aylıq pensiyanın orta məbləğinə və pensiya alma səbəbinə görə alt qruplara bölünür.

Yüklə 187,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə