Mühazirə 2 (2saat) qruplaşmalar


Dövlət büdcəsinin gəlir və xərcləri



Yüklə 187,5 Kb.
səhifə3/3
tarix13.02.2023
ölçüsü187,5 Kb.
#100717
növüMühazirə
1   2   3
qruplaşmalar

Dövlət büdcəsinin gəlir və xərcləri
(mln.manat)
Cədvəl 3.2.1.


2006

2007

2008

Gəlirlər-cəmi, mlyn. Manat

3868.8

6006.6

10762.7

o cümlədən:

əlavə dəyər vergisi

737.8

1179.2

1910.9

aksizlər

187.4

402.9

486.9

mənfəətdən vergi

1360.5

2457.7

2862.3

mədən vergisi (royalti)

100.2

123.2

147.7

əhalidən gəlir vergisi

407.3

588.6

627.2

əmlak vergisi

55.8

72.3

112.9

xarici iqtisadi fəaliyyətdən vergi

139.3

293.2

449.7

rüsumlar və qeyri vergi ödənişləri

816.1

793.8

4037.7

torpaq vergisi

18.5

27.1

30.6

sair

45.9

68.6

96.8

Mənbə: www.stat.gov.az



  • struktur qruplaşmalar- tədqiq olunan əlamətin variasiya edən göstəricilərinə görə bircins külliyyatda vahidlərin paylanma qanunauyğunluqlarının müəyyən edilməsini nəzərdə tutur. Bu qruplaşma külliyatın strukturunu və strukturda baş verən dəyişiklikləri müəyyən edir. Struktur qruplaşmalar tipoloji qruplaşmalardan həm görüntüsünə görə, həm də məqsədlərinə görə fərqlənir, yəni qruplar arasında keyfiyyət fərqlərinə görə seçilirlər (cədvəl 3.2.2-yə bax).



Kredit təşkilatlarınin kəmiyyətə görə normativ
göstəriciləri
Cədvəl 3.2.2.

Kredit təşkilatlarınin kəmiyyətə görə normativ
göstəriciləri

Bankların ümumi həcminə görə xüsusi çəkisi

01.01.2007

01.01.2009

Normativ yerinə yetirilməmişdir

0,1

1,0

12%-ə qədər

9,5

2,8

12-14

11,3

6,4

14-28

34,8

43,6

28-dən yuxarı

44,3

46,2

CƏMİ

100,0

100,0

Mənbə: htpp://www.cbr.ru



  • analitik qruplaşma - bircins külliyyatlarda variasiya edən əlamətlərdə qarşılıqlı asılılıqların üzə çıxarılmasına xidmət edir. Asılılqların üzə çıxarılması iki və daha artıq vahidlər arasında aparıla bilər. Bu halda əlamətin biri təsir edən faktor, digəri nəticə kimi dəyərləndirilir.

Faktor əlamət nəticəyə təsir edən, onu formalaşdıran əlamət, nəticə əlaməti isə faktor lamətin təsiri ilə dəyişən əlamətdir (cədvəl 3.2.3-ə bax).
İqtisadiyyatda məşğul əhalinin sayına görə şəhər üzrə rayonların paylanması(şərti göstəricilər)
Cədvəl 3.2.3.

Qrup N-si

İqtisadiyyatda məşğul əhalinin sayına görə qruplar, min nəfər

Şəhər üzrə rayonların sayı

İqtisadiyyatda məşğul əhalinin sayı, min nəfər

Şəhərdə rayonlar üzrə ümumi məhsul, mlrd.manat

Cəmi

Şəhər üzrə bir rayonda ortalama

Cəmi

Şəhər üzrə bir rayonda ortalama

1

200-250

2

680

340

105,2

52,6

2

250-300

4

720

180

180,0

45

3

300-350

7

800

114

155,5

22,2

4

350-400

3

950

317

340,6

113,5

5

400-450

5

1020

204

280,7

56,1

6

450-500

9

1200

133

320,8

35,6

Cəmi

30

5370

215

1382,8

54,1

Qruplaşma həm kəmiyyət, həm də atributiv əlamət əsasında aparıla bilər. Əgər keyfiyyət əlaməti seçilirsə, onda qrupların sayı qruplaşma əlamətinin variasiya dərəcəsindən asılı olur: o nə qədər çox olarsa, bir o qədər çox sayda qrup tərtib etmək olar.


Qruplaşmanın əsası qoyulduqdan sonra qrupların sayının müəyyən edilməsi məsələsi yaranır. Ümumi külliyyatın vahidlərinin qruplara bölünməsi və bu qrupların sayı tədqiqatın məqsədindən, mahiyyətindən, qruplaşma əlamətindən, külliyyatın həcmindən, qruplaşma əlamətinə görə variasiya dərəcəsindən asılıdır.
Kəmiyyət əlamətinə görə qruplaşmalarda qrupların sayını riyazi yolla müəyyən etmək olar. Bunun üçün amerikan alimi Stercessin formulundan istifadə olunur:

Qruplaşmanın əsası qoyulduqdan sonra qrupların sayının müəyyən edilməsi məsələsi yaranır. Kəmiyyət əlamətinə görə qruplaşmalarda qrupların sayını riyazi yolla müəyyən etmək olar. Bunun üçün amerikan alimi Stercessin formulundan istifadə olunur:


,
burada n – qrupların, N – külliyyatda vahidlərin sayıdır. Burada ümumi külliyyatın həcmindən asılı olaraq qrupların sayını müəyyən edirlər. Formulun mənfi tərəfi nəticənin məhz külliyyatdakı vahidlərin sayından asılılığıdır. Belə ki, külliyyat çoxlu sayda elementlərdən ibarətdirsə və paylanma normala yaxındırsa, alınan nəticələr aha etibarlı olur.
Başqa bir üsul orta kvadratik kənarlaşmanın tətbiqi ilə bağlıdır. Əgər intervalın həcmi 0,5 -ya bərabərdirsə, onda külliyyat 12 qrup, 2/3 və -ya bərabərdirsə, onda külliyyat müvafiq olaraq 9 və 6 qrupa bölünür. Lakin bu metoddan istifadə edərkən “boş” və az saylı qrupların formalaşması ehtimalı böyük olur.
Qrupların sayını müəyyən etdikdən sonra qrupların həcmini, yəni intervalların ölçüsünü təyin etmək tələb olunur. Bərabərölçülü intervallarda intervalın həcmi aşağıdakı formul vasitəsilə müəyyən olunur:
,
burada -külliyyatın ən böyük (maksimal), - isə ən kiçik (minimal) göstəricisi, n qrupların sayıdır. R variasiyanın genişlənməsi adlanır.
Əgər külliyyatın maksimal və minimal göstəriciləri arasında fərq çox böyükdürsə və ya onlar qonşu göstəricilərdən çox fərqlidirsə, onda intervalın həcmini təyin etmək üçün minimumdan böyük, maksimumdan kiçik göstəricilər istifadə oluna bilər. İntervalların həcmi müəyyən edilərkən bəzi yazı qaydaları tətbiq edilir. Yuxarıdakı formul vasitəsilə müəyyən olunmuş intervalın həcmində vergüldən qabaq bir işarə durursa, onda alınan həcmi onluq ədədə qədər yuvarlaqlaşdırmaq daha məqsədəuyğundur. Məsələn: intervalın həcmi 0,78-ə bərabər olduqda, onda 0,8-ə qədər yuvarlaqlaşdırılır; müvafiq olaraq 1,52-1,5; 4,68-4,7 və s. Əgər intervalın həcmində vergüldən qabaq 2 işarə dayanırsa, onda bu göstəricini tam ədədə qədər yuvarlaqlaşdırmaq lazımdır. Məsələn:15,88 olarsa, onda 16; müvafiq olaraq 27,34-27; 26,462-26 və s. 3, 4 və daha çox rəqəmli həcm göstəricilərini ən yaxın 10-a qalıqsız bölünən tam ədədə qədər yuvarlaqlaşdırmaq olar. Məsələn: 658-660; 712-710; 4503-4500 və s. Əgər intervallar qapalıdırsa və bu intervallara daxil olan vahidlərdən sərhəd göstəriciləri ilə üst-üstə düşəni varsa, onda aşağı sərhəd ilə eyni olan vahid bu intervalvala, yuxarı sərhəd ilə eyni olan vahid növbəti intervala daxi edilir.
Əgər variasiyanın genişlənməsi çox böyükdürsə və onun göstəriciləri bərabər ölçülü dəyişmirlərsə, onda qruplaşmada qeyri-bərabər intervallardan istifadə olunmalıdır.
Statistik məlumat yığımı və qruplaşmalar

Sosial-iqtisadi hadisə və proseslərin tədqiq olunmasında əsas və nəticəyə təsir edə bilən mərhələlərdən biri ilkin məlumatların sistemləşdirilməməsi və bunun əsasında bütövlükdə ümumiləşdirici göstəricilərin köməyi ilə obyektin svodka xarakteristikalarının alınmasıdır. Bu ilkin informasiyanın svodkası və qruplaşdırılması yolu ilə həyata keçirilir. Ümumiyyətlə, qruplaşma metodu digər statistik metodlarla birgə statistik tədqiqatların mühüm halqası və sosial-iqtisadi hadisələrin öyrənilməsinin əhəmiyyətli vasitəsi hesab olunur. Belə ki, kifayət qədər statistik material toplayıb, onu pis tərtib olunmuş svodka və qruplaşma ilə korlamaq olar.


Statistik qanunauyğunluqlar ümumiləşmiş göstəricilər üzrə daha tez müəyyən olunur. Qruplaşmalar və ümumiləşmiş göstəricilərin bütövlükdə və ayrı-ayrı qruplar üzrə hesablanması qruplaşma metodları adlanır.


Yüklə 187,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə