Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti, I.ü. f d. Nəsrullayeva G. M



Yüklə 37,55 Kb.
səhifə1/4
tarix05.02.2023
ölçüsü37,55 Kb.
#100215
növüMühazirə
  1   2   3   4
UNEC 1672300652


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Mühəndislik və tətbiqi elmlər” kafedrasının
dosenti, i.ü.f.d. Nəsrullayeva G.M.,
Gunash_Nasrullayeva@unec.edu.az
Fənn: “Qida sənayesi müəssisələrnin texnoloji layihələndirilməsi”
Mövzu: Layihələndirilən müəssisələrin texniki-iqtisadi əsaslandırılması

PLAN
1.Istehsal müəssisələrində tikintinin iqtisadi göstriciləri, smeta dəyəri
2.Istehsal həcminin hesablanması;
3.Məhsulun realizasiyası, maddi texniki təminat, əmək və əmək haqqı
Mühazirə mətni mənimsənildikdən sonra tələbə layihələndirilən müəssisələrin texniki-iqtisadi göstəricilərinə daxil olan amillər. Texniki araşdırmanın aparılmasi, onun təyin etdiyi göstəricilərini, tikinti sahəsinin seçilməsini, su ilə təchizatin çirkab mayelərin tullanmasi, təmizlənməsi üçün sahələrin araşdirillmasinı, nəqliyyat yollarının müxtəlif istehsal müəssisələrinin gücünün təyinini, layihələndirilən müəssisələrin gündəlik və növbəlik məhsuldarlığının, layihələndirilən müəssisənin enerji təchizati sisteminin seçilməsi qaydalarını, müəssisə qazanxanalarının tikilməsi, yanacaq və qaz təchizatnın layihəlndirməsini biləcəkdir.
Bu hissə muəssisələrdə istehsal təcrubəsi mərhələsində toplanan materiallar əsasında işlənib hazırlanır və oz həcminə gorə iqtisadi əsaslandırmanın yalnız bir hissəsini təşkil edir.
Bu hissəyə muəssisə tikiləcək rayonun coğrafi xulasəsi, yəni sahilin, korpulərin, nəqliyyat yollarının xususiyyətləri, əhali və iqlim haqqında, habelə rayonun iqtisadiyyatı haqqında (umumi və balıq sənayesi haqqında) məlumatlardaxil edilir.
Tikinti işlərini aparmaq ucun tikinti meydancaları secilərkən hər şeydən əvvəl şərti olaraq aşağıda gostərilənləri nəzərə alırlar:
1. sahil xətlərinin və nəqliyyat yollarının (avtomobil, dəmiryol və s.) yaxınlıqda olmasını;
2. tikintinin yanacaqla, elektrik enerjisi ilə, su ilə, tikinti materialları ilə təminatlandırılması və lazım olan hər bir materialın catdırılma imkanı;
3. tikinti və gələcəkdə istehsal prosesi ucun lazım olan işci quvvəsinin movcudluğunu;
4. xammalların fiziki – kimyəvi xususiyyətlərini (təcrubə materiallarına, dərsliklərə, muhazirə materiallarına, internetin muxtəlif uyğun mənbələrindən əldə edilən məlumatlar, elmi – tədqiqat muəssisələrinin məlumatlarına əsasən).
Bu hissədə gələcək muəssisənin layihə gucunun təyin olunmasına xususi diqqət yetirilir.
` Yeni müəssisənin tikintisinə kapital qoyuluşunun məbləği toplu smeta-maliyyə hesablamaları ilə təyin edilir. O ayrı obyektlər üzrə smeta və smeta-maliyyə hesablamaları əsasında tərtib edilir.
Tipik müəssisənin tikintisinin smeto-maliyyə sənədləşməsi bu tipik layihənin smeta hesablamaları əsasında işlənir.
Beynəlxalq təcrübədə müəssisənin inkişaf planı biznes – plan formasında tərtib olunur. Bu planı həm də müəssisənin inkişafının layihəsi kimi başa düşmək lazımdır. Əgər layihə investisiya qoyuluşu tələb edirsə buna investisiya layihəsi deyilir. Layihələrin əksəriyyəti investisiya qoyuluşu tələb edir. Layihənin özü fəaliyyət haqqında xüsusi formada işlənmiş təklif və ya ideyadır.
Layihələr taktiki və strateji olurlar. Taktiki layihələr məhsulun həcminin artırılmasını, keyfiyyətinin yüksəldilməsini, avadanlıqların modernləşdirilməsini nəzərdə tutur. Strateji layihələrə mülkiyyət formasının, istehsalın köklü dəyişilməsi və s. aiddir.
Hər hansı layihə ilə əlaqədar olan investisiya fəaliyyətini aşağıdakı mərhələlərə bölmək olar.

Yüklə 37,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə