Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti, I.ü. f d. Nəsrullayeva G. M


Nəqliyyat-hazırlanmaya qədər ki xərclərə



Yüklə 37,55 Kb.
səhifə3/4
tarix05.02.2023
ölçüsü37,55 Kb.
#100215
növüMühazirə
1   2   3   4
UNEC 1672300652

Nəqliyyat-hazırlanmaya qədər ki xərclərə, müəssisəyə xammalın və ya materialların çatdırılmasıyla əlaqədar bütün xərclər daxildir:: daşınma, yükləmə və boşaltma, konteyner üzrə xərclər və itkilər, təchiztın artırılmış məbləği (əlavə), təchizatla məşğul olan işçilərin əldə edikləri qazanc və s. kimi xərclər aiddir.
Əlavə xərclər layihədə qəbul edilmiş konkret şərtlərdən asılıdırlar: təchizatın bazalarına qədər orta məsafə, daşınmanın (konteynerdə və qabsız) üsulları, anbarlarda yükləmə-boşaltma işlərinin mexanikləşdirilməsindən.
Texnoloji məqsədə görə yanacağın miqdarı və dəyəri texnoloji istehsalın həcmi, şərti yanacağın məhsulun 1 vahidinə sərfi və yanacağın qiymətləri əsasında təyin edilir.
Istehsal işçilərinin sayının hesablaması növbəli istehsal tapşırıqları, hazırlanmanın, bir işçinin iş vaxtının balansının və müəssisənin iş rejiminin normaları əsasında aparılır.
İstehsalın normalarının təyini vaxtı layihədə nəzərdə tutulmuş, əmək məhsuldarlığının artımına, müəssisənin yenidən qurması vaxtı elmi əməyin təşkilatının həyata keçirilməsinə yönəldilmiş tədbirləri nəzərə almaq lazımdır.
işləyənlərin sayının və onların əmək haqqı fondunun ətraflı hesablaması yalnız istehsal işçilərinə görə aparılır. Başqa kateqoriyalar üzrə (görə) işləyənlərin hesablamaları çörək müəssisələrinin qrupları nəzərə alınaraq çörək müəssisəsində istehsalın həcmindən asılı olaraq tipik ştat cədvəlləri əsasında aparılır.
Istehsal işçilərinin sayının təyini vaxtı hər bir icraçı tərəfindən iş vaxtının ən tam (dolu) istifadəsi şərtlərinə əsaslanmaq lazımdır. Ayrı işçilərdə boş vaxtın ehtiyatlarının üzə çıxardılması vaxtı müxtəlif işlərin və peşələrin uyğunlaşdırılmasını nəzərdə tutmaq lazımdır. Növbədə işçilərin sayı istehsal tapşırığının hazırlanmanın müəyyən edilmiş normasına bölməsiylə təyin edilir. aqreqatların xidmətiylə bağlı işlərdə hesablama xidmətin normaları üzrə aparılır.
Balıq sənayesinin movsumi istehsal xususiyyətlərinə malik olması, onun əsas xassəsi sayılır ki, bu da il ərzində balıq ovunun miqdarca qeyri – bərabərliyi ilə izah olunur. Bu, muəssisənin layihə gucunun muəyyənləşdirilməsi metodikasını xeyli murəkkəbləşdirir.
Sənaye məqsədləri ucun layihələndirilmədə olduğu kimi tədris məqsədləri ucun layihələndirilmədə də balıq – xammalın və ya yarımfabrikatın planlaşdırılan qəbul dinamikasını tərtib etmək ucun fəaliyyətdə olan eyni tipli muəssisəyə son uc il ərzində balıq – xammalın və ya yarımfabrikatın qəbulu uzrə hesabat məlumatlarından istifadə edirlər.
Bu məlumatlar əsasında hesabat illəri ucun aylar və ya ongunluklərə və uc ilə gorə orta arifmetrik qiymətə əsasən balıq – xammalın və ya yarımfabrikatın qəbul dinamikası qurulur.
Hər ay (ongunluk) ərzində xammal və ya yarımfabrikatın qəbul edilməsinin orta miqdarı, il ərzində qəbul edilən miqdara nəzərən faizlə ifadə olunur.
Sonra, tikinti nəzərdə tutulan yerdə rayonun perspektiv inkişafı nəzərə alınmaqla xammalın (yarımfabrikatın) layihələndirilən muəssisəyə qəbul olunma dinamikası planlaşdırılır. Bu zaman əvvəlki hesabatda alınan xammalın illik qəbul və orta aylıq qəbul miqdarı haqqında məlumatlar mutləq nəzərə alınmalıdır.
Böyuk həcmdə xammal və yarımfabrikatlar emal edən muəssisələr (duzlanmış siyənək balığı yarımfabrikatını tam emal edən zavodlar, piy – un zavodları, duzlama zavodları və s.) ucun sutkalıq və ya novbəlik layihə gucu aylara (ongunluklərə) gorə, xammalın maksimum qəbul edilməsi və bu aylarda uc novbəli iş rejimi nəzərə alınmaqla muəyyənləşdirilir.
Muəssisənin hesabat nəticəsində alınan gucu əsas texnoloji avadanlıqların istehsal (məhsuldarlığı) gucu nəzərə alınmaqla dəqiqləşdirilə bilər.
Qəbul olunmuş layihə gucu ucun sonra bir il ərzində zavodun işinin təqvim qrafiki tərtib edilir (hər təqvim ayında iş novbələrinin sayı muəyyənləşdirilir, təmir vaxtı dəqiqləşdirilir).
Oyrənilməmiş rayonlar ucun balıq emalı muəssisələri layihələndirilərkən guc muəyyənləşdirilən zaman elmi təşkilatların (Elm – İstehsal Birlikləri, Elmi – Tədqiqat İnstitutları və s.) tikinti planlaşdırılan rayonda balıq ehtiyatları və balığın movsumi ovlanması haqqında elmi məlumatlarından istifadə edirlər.
İl ərzində balıq – xammalın qəbul olunmasının qeyri – bərabərliyi acıq su hovzələrində aktiv balıq ovunun və xammalın maksimum qəbul edildiyi muddətlərdə soyuducularda saxlanması (toplanması) hesabına kompensasiya edilə bilər.
Balıq ovlayan təşkilatların, yarımfabrikatların emala istiqamətləndirilməsini nəzərə almaqla hesabat məlumatlarına gorə fəaliyyət gostərən balıq emalı muəssisələrinə son uc ildə (məsələn 2007 – 2009 – cu illərdə) duzlanmış balıq yarımfabrikatının qəbul olunma dinamikasını tərtib edək.
Balıq ovlama təsərrufatının və zavodların portda duzlanmış siyənək balığı yarımfabrikatının tam emal edilməsi uzrə perspektiv inkişaf planı kimi zavod tərəfindən yarımfabrikat emalını 7 il ərzində hər il 50.000 tonadək artırılması nəzərdə tutulur. Yarımfabrikatın zavoda planlaşdırılmış qəbul olunmasını zavodun layihə gucunun muəyyənləşdirilməsinin əsası kimi qəbul edirik. Sonra layihələndirilən zavoda duzlanmış siyənək balığı yarımfabrikatının qəbul edilmə dinamikasını planlaşdırırıq ki, bu zaman da onun əvvəlki hesabatlarda alınan orta aylıq qəbul miqdarı mutləq nəzərə alınmalıdır.
Bu zaman ilin ayrı – ayrı dovrlərində siyənək balığı ovunun xususiyyətlərini və bununla əlaqədar xammalın emala istiqamətlənməsini nəzərə alırıq. May və iyun aylarında əsasən cılız kuru tokən və ya kurusunu tokmuş, istehlakcının tələbini odəməyən siyənək balığı ovlanır. Buna gorə də, əgər iyunda məsələn, belə balığı ovlamamaq və layihələndirilən muəssisəyə duzlanmış yarımfabrikatın daxil olmasını planlaşdırmamaq nəzərdə tutulursa, onda bu yarımfabrikatın daxil olmasını 2 – ci cədvəldə gostərildiyi kimi digər aylarda (aprel, may, iyul, avqust və oktyabr) artırmaq planlaşdırılır.
Daha cox daxil olan aylarda (oktyabr, noyabr, dekabr və yanvar) bu dovrdə zavodun ucnovbəli işi zamanı duzlanmış yarımfabrikatın daxil olmasına gorə muəssisənin novbəlik layihə gucu muəyyən edilir. Orta aylıq iş gunlərinin sayını 25 qəbul edirik. Onda duzlanmış siyənək balığı yarımfabrikatına gorə zavodun novbəlik layihə gucu aşağıdakı kimi hesablanar:
Zavodun butun il ərzindəki işinin təqvim qrafikini qururuq (cədvəl 3). 6 ay (fevral, mart, aprel, may, iyul və avqust) ərzində zavodun işi yalnız 2 novbəli, oktyabr, noyabr, dekabr və yanvar aylarında isə zavod tam 3 novbəli iş rejimi ilə işləyir.
Balıq emalı zavodunun layihə gucunu muəyyənləşdirərkən akkumulyasiya ucun soyuducularda toplanan xammaldan istifadə etməklə il ərzində bərabər (eyni novbəlik məhsuldarlıqlı) iş təşkil etməyə cəhd gostərirlər. Balığın hislənməsi uzrə muəssisələrin layihə gucu, bu nov balıq məhsullarına yaxın rayonların tələbatı əsasında muəyyənləşdirilir, xammalın qəbul edilmə dinamikası isə qəbul olunmuş layihə gucunun kifayət miqdarda xammalla təmin edilməsini təsdiq etmək ucun istifadə olunur. Balıq emalı müəssisələrində balığın soyuqla emalı zamanı miqdar metodu növ məhsul hesabatından istifadə olunur.
Balıq emalı müəssisələrində balıq tullantılarından texniki yağ istehsalı zamanı material balansları metodu növ məhsulhesabatından istifadə olunur

İaşənin təşkilati və texniki əsasından asılı olaraq, müəssisələr əsas etibarilə kulinar məhsullarının hazırlanması, onların realizə olunması və istehlakı funksiyalarını yerinə yetirirlər. Bununla bərabər, son illər elmi-texniki tərəqqinin inkişafı təsiri altında iaşədə əmək bölgüsü proseslərinin dərinləşməsi də baş verir. Bu, xüsusilə, müəssisələrdə istehsalın sənaye formalı təşkilinə keçilməsi ilə əlaqədardır. Ona görə də iaşənin funksiyaları çox zaman biri-digərindən ayrılıqda müstəqil müəssisələrdə fəaliyyət göstərmiş olurlar.


Yüksək hazırlıq dərəcəsinə malik yarımfabrikatların istehsalı getdikcə böyük, mexaniki cəhətdən daha yaxşı təchiz olunmuş müəssisələrdə baş verirsə, onların realizəsi və istehlakı kiçik hazırlayıcı müəssisələrdə həyata keçirilir.
Bütün bunlar yerinə yetirdiyi xarakterik funksiyalardan asılı olaraq iaşə müəssisələrini şərti olaraq aşağıdakı dörd qrupa ayırmağa imkan yaradır:
a) yalnız kulinar məhsullarının istehsalı funksiyasını yerinə yetirən müəssisələr (tədarükçü fabriklər, yarımfabrikat konbinatları və s.);
b) istehsal, realizə və istehlakın təşkili funksiyasını yerinə yetirən müəssisələr (yeməkxana, kafe, restoranlar);
v) realizə və istehlakın təşkili funksiyasını yerinə yetirən müəssisələr (xörək hazırlanmasını tamamlayan müəssisələr və b.);
q) realizə funksiyasını yerinə yetirən müəssisələr (kulinar mağazaları).
İaşə müəssisələri həm də istehsalın mərkəzləşmə dərəcəsinə (xammalla işləyib müxtəlif hazırlıq dərəcəli yarımfabrikatlar istehsal edən; tam istehsal dövrünə malik xammalla işləyən tədarükçü müəssisələr; yarımfabrikatla işləyib xörək hazırlanmasını tamamlayan və istehsalı olmayan paylayıcı müəssisələr), xidmət olunacaq kontingentin xarakterinə (ümumi tipli, fəhlə, qulluqçular, şagirdlərə və s. xidmət göstərən), ixtisaslaşma dərəcəsinə (kompleks, müəyyən məhsul istehsal edən ixtisaslaşdırılmış və s.), xidmət formasına (özünəxidmət, ofisiantla xidmət və s.), gücünə və oturacaq yerlərinin tutumuna (iri, orta və kiçik) və digər əlamətlərinə görə təsnifləşdirilə bilərlər.
İaşənin təşkilinin əsas istiqamətlərinə: özünün istehsal etdiyi məhsulların tədarükçü müəssisələrdə sənaye üsulu ilə hazırlanması və xörək hazırlanmasını tamamlayan müəssisələrin yarımfabrikat, kulinar və qənnadı məmulatları ilə kompleks şəkildə təchiz olunması, onların yeni növ ticarət-texnoloji, soyuducu avadanlıqlarla və digər mexanikləşdirmə vasitələri ilə təmin olunması və həm də görüləcək işlərin nizama salınmasına uyğun olaraq iaşə müəssisələri tiplər üzrə fərqləndirilir. Bunlara yeməkxanalar, restoranlar, kafe və kafeterilər, qəlyanaltıxanalar, bufetlər, çayxanalar, ev mətbəxləri, kulinar mağazaları, kompleks iaşə müəssisələri, barlar və başqaları aid edilirlər.
Sənaye və təsərrüfat müəssisələrində, elmi təşkilatlarda və tədris idarələrində əsas iaşə müəssisələri tipi yeməkxanalar sayılır. Onlar istehlakçıları tam gündəlik qida rasionu ilə təmin edirlər. Yeməkxanalar bu müəssisələrdə kompleks rasion­ların realizəsi ilə bərabər, kulinar, qənnadı məmulatlarının və yarımfabrikatların istehlakçılara satışını da həyata keçirirlər.
Sənaye müəssisələrində yerləşən iaşə müəssisələrində qidalanmanın iki formada (rasional və pəhriz) tətbiqindən asılı olaraq ümumi oturacaq yerlərinin 20%-i miqdarında pəhriz yeməkxanaları, yaxud pəhriz şöbələri layihələndirilir.
Yaşayış yerlərində daha geniş yayılmış iaşə müəssisələri tipi kimi, axşamlar axşam kafesi, yaxud axşam restoranı kimi fəaliyyət göstərən yeməkxanalar nəzərdə tutulur.
Yaşayış rayonlarında ticarət mərkəzlərinin tikintisi daha məqsədəuyğundur. Buraya daxil olacaq iaşə müəssisələrinin tipi rayon mərkəzində yaşayacaq əhalinin sayından asılı olaraq müəyyənləşdirilir. Belə ki, burada xidmət olunacaq əhali kontingentinin sayı 5-10 minə çatdıqda axşamlar kafe kimi işləyəcək yeməkxanaların layihələndirilməsi məqsədəuyğundur. Əhalinin sayı daha yüksək olduqda isə kompleks iaşə müəssisələrinin layihələndirilməsi nəzərdə tutulmalıdır.
Dəmiryolu vağzallarında, dəniz və çay limanlarında, həmçinin təyyarə limanlarında layihələndirilən iaşə müəssisələrinin tiplərinə restoranlar, qəlyanaltılar və kafelər aid edilməlidir. Bu və ya digər müəssisənin seçilməsi sərnişin axınının sayından asılı olaraq müəyyənləşdirilir.
İstirahət zonalarında layihələndiriləcək iaşə müəssisələrinin tipi yeməkxanalar olmalıdır. Bundan əlavə, gündəlik istehlakçı tələbindən asılı olaraq burada restoranlar və ixtisaslaşdırılmış müəssisələr də nəzərdə tutula bilər.
Yerinə yetirdikləri funksiyalardan asılı olaraq iaşə müəssisələrinin tərkibinə daxil olan bütün otaqlar istehlakçılar üçün otaqlar qrupuna, istehsal qrupu otaqlarına, anbar qrupu otaqlarına, inzibati-məişət və texniki otaqlar qrupuna ayrılırlar.
Birinci qrup otaqlara vestibüllər, gözləmə zalları, paltar asılan yerlər, tualetlər və əlüzyuma otaqları, ticarət zalları, kabinetlər, sifariş şöbələri, dincəlmək üçün otaqlar, ofisiantlar otağı və s. aid edilirlər.
İstehsal qrupu otaqları əsas etibarilə isti və soyuq sexləri, tədarükçü sexləri (ət, balıq, tərəvəz və s.), yarımfabrikat hazırlanmasını tamamlayan sexləri, kulinar və qənnadı sexlərini, istehsalat müdiri otağı, çörək doğrama və yuma, serviz otaqlarını özündə birləşdirir.
Adından göründüyü kimi, anbar qrupu otaqları tez xarab olan məhsulların saxlanması üçün soyuducu kameralardan, quru məhsullar və bitki yağları, tərəvəzlər və bir sıra başqa yeyinti məhsulları, maddi-texniki təchizat materialları saxlamaq üçün soyudulmayan kameralardan (anbarlardan) təşkil olunurlar.
İnzibati-məişət qrupu otaqlarına gəldikdə isə, bunlara direktorun kabineti, kontor, qırmızı guşə, işçi heyət üçün otaqlar, ağlar otağı, əsas kassa və s. daxildir.
Texniki otaqlar qrupu elektrik lövhələri, küləkləyici kameralar, soyuducu maşın və qurğular üçün otaqları və başqalarını özündə cəmləşdirir.
Layihələndirmə zamanı bütün otaqlar qrupu tərkibinin düzgün müəyyənləşdirilməsi, əsas etibarilə müəssisənin tipindən və buraxılış qabiliyyətindən, həmçinin orada tətbiq edilən xidmət formasından asılıdır.
İaşə müəssisələrində istehlakçılara xidmət formasının seçilməsi, müəssisənin tipindən, istehlakçı kontingentin xüsusiyyətindən və onların axın intensivliyindən asılı olaraq yerinə yetirilir. Xidmət formasının seçilməsində istehlakçının xörək qəbuluna sərf etdiyi minimum vaxt norması və xidmət zamanı maksimum rahatlığın təmin edilməsi əsas göstəricilərdəndir.
Bunların dəyişilməsindən asılı olaraq ticarət zallarında xidmət forması müxtəlif ola bilər.
Fabrik və zavodlarda, ali məktəblərdə yerləşən iaşə müəssisələrində istehlakçılara əsas xidmət üsulu özünəxidmətdir. Bu metod bir neçə göstəriciyə görə təsnifləşdirilir. Xidmətedici heyətin və istehlakçıların xidmətdə iştirakından asılı olaraq özünəxidmət tam və hissəli ola bilər.
Tam özünəxidmət zamanı istehlakçı bütün əməliyyatları müstəqil həyata keçirir. Hissəli özünəxidmət zamanı isə işin əsas hissəsini xidmətedici heyət, yaxud mexanizmlər yerinə yetirir.
Xidmətin təsnifləşdirilməsi göstəricilərindən biri istehlakçılarla hesablaşma formasıdır. Sonradan hesablaşma yolu ilə özünəxidmət daha geniş yayılmışdır.
Qabaqcadan hesablaşma yolu ilə özünəxidmət zamanı isə istehlakçılar əvvəlcə menyuda xörək çeşidləri ilə tanış olur və kassadan çek əldə edir, sonra isə onun əsasında paylama xəttində xörəkləri alırlar. Xidmət zamanı nisbətən çox vaxt sərf olunduğuna görə bu xidmət formasının kiçik güclü iaşə müəssisələrində tətbiq olunması məqsədəuyğundur.
Restoranlarda və kafelərdə, əla və birinci kateqoriyalı qəlyanaltı müəssisələrində, bir sıra pəhriz yeməkxanalarında və professor-müəllim heyəti üçün yeməkxanalarda istehlakçılara xidmət ofisiantlarla həyata keçirilməlidir.
Özünəxidmətdə olduğu kimi, ofisiantla xidmət prosesi də tam və hissəli ola bilər. Ofisiantla tam xidmət banket və qəbulların keçirilməsi zamanı tətbiq edilir.
Ofisiantla xidmət fərdi və briqadalı ola bilər.
İstehlakçılarla hesablaşma üsulundan asılı olaraq ofisiantla xidmət metodu, qabaqcadan hesablaşma yolu ilə (talon və çeklərdən istifadə edildikdə), sonradan hesablaşma yolu ilə (xörək qəbul edildikdən sonra), bəzən də pulsuz hesablaşma yolu ilə (turistlərə xidmət zamanı) həyata keçirilə bilər.
Nəticə: Xammal və avadanlığın optimal istifadə əmsallarını muəyyən etmək ucun xammalın maksimum qəbuluna görə ay (ongunluk) ucun soyuducunun sutkalıq məhsuldarlığı təyin olunur, sonra isə bilərək az məhsuldarlıqlı daha ikisi verilir (məsələn, sutkada 50, 40 və 30 ton məhsuldarlıqlı). Hər üc halda əvvəlcə xammal və avadanlığın istifadə olunma əmsalını hesablayır, sonra birləşdirilmiş qrafik qururlar ki, bu qrafikə görə də optimal istifadə olunma əmsallarını, bunlara görə isə öz novbəsində optimal layihə gucunu müəyyənləşdirirlər. Layihə gücü artdıqca xammalın istifadə əmsalı yüksəlir, avadanlığın istifadə əmsalı isə azalır. Buna gorə də birləşdirilmiş qrafikdə, kəsişmə noqtəsi optimal əmsalları təyin edən, onlara uyğun gələn güc isə optimal layihə gucunu muəyyənləşdirən iki bir –biri ilə kəsişən əyri alınır. Alınan layihə gücü böyüyən istiqamətdə yuvarlaq aşdırıla bilər.



Yüklə 37,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə