188
yazılma tarixi, yazı sistemi, qədim uyğur ədəbi dilinin qrammatikası, ümumilikdə
uyğur tarixi, mədəniyyəti haqqında Almaniyada müxtəlif səpkilərdə elmi
araşdırmalar, monoqrafiyalar, təhlil və şərhlər yazılmışdır. 1961-ci ildən Berlin
Akademiyası nəzdində toplanlan, sistemləşdirilən və xüsusi şəkildə mühafizə
edilən əski türk yazılarının, o cümlədən uyğur mətnlərinin sistematik
kataloqlaşdırılmağa başlanılmışdır. Türk Turfan mətnlərinin nəşrinin davamına
yeni bir silsilə ilə1971-ci ildə keçmiş ADR ElmlərAkademiyasınınQədimTarix
vəArxeologiyaİnstitutunun
nəzdindəbaşlanılmış,
buseriyadan17cildnəşr
olunmuşdur.1989-cu
ildəAlmaniyanın
birləşməsindənsonraTurfankolleksiyası
yenidən Berlin Dövlət Kitabxanasının Şərq Departamentinə verilmiş və hazırda
burada saxlanılır (27).
İngiltərədə qədim uyğur abidələrinin öyrənilməsinə xüsusi diqqət
ayrılmışdır. 1900-1901, 1906-1908 A.Steynin (A.Stein) başçılğı ilə Şərqi
Türküstana edilən elmi ekspedisiyalar nəticəsində Turfanda, Dunhuanqda tapılan
yazılı abidələr Londonda “British Library” kitabxanasında S.A.Steyn kolleksiyası
adı altında mühafizə olunmaqdadır (26). Bundan başqa Macarıstan, Polşa,
Fransada da uyğurşünaslıq inkişaf edir, abidələr müxtəlif istiqamətlərdə araşdırılır.
XX əsrin əvvəllərində fransız alimlərinin Şərqi Türküstana, Turfan vadisinə,
Dunhuanqa etdikləri elmi ekspedisiyaları zamanı əldə olunan yazılı mətnlər Paris
Milli kitabxanasında (Biblioteque Nationale) Paul Pelyo kolleksiyası adı altında
qorunur (26; 27).
Türkiyədə uyğurşünaslıq müstəqil türkoloji sahə kimi XX əsrin birinci
yarısından canlanmağa başlamışdır. Bu sahədə atılan addımlar ümumdünya
türkologiyası üçün çox qiymətli və böyük əhəmiyyətə sahibdir. Türk alimləri
müxtəlif dövrlərdə qədim uyğur abidələri, qədim uyğur dili, uyğur mədəniyyəti,
uyğurların dünyagörüşü, həyat tərzləri, etno-sosial vəziyyəti və s. haqqında çox
dəyərli elmi araşdırmalar etmişlər. Bu sahədə edilən araşdırmalar içində A.R.Rəh-
mətinin, T.Təkinin, F.Köprülünün, A.Cəfəroğlunun, Ş.Təkinin, S.Çağatayın,
O.N.Tunanın, T.Banquoğlunun və başqalarının XX əsrdə yazdıqları məqalə və
elmi əsərlər ilkin araşdırma və ilkin qaynaqlar olaraq indi də öz elmi əhəmiyyətini
itirməmişdir. Bu gün Türkiyədə uyğur abidələri daha konkret bir müstəvidə
tədqiqata cəlb olunur, müxtəlif türk dilləri ilə müqayisəli şəkildə araşdırılır. Zeyneb
Korkmaz,
A.Erculasun, S.B.Özender, O.F.Sertkaya, C.Kaya, M.Ölmez,
C.Alyılmaz və b. alimlərin bu sahə ilə bağlı apardıqları tədqiqat işləri müasir
türkologiyanın uğurları sayıla bilər (13; 14; 16).
Yaponiya Milli Araşdırmalar Akademiyasının nəzdində olan Şərqiyyat
bölməsində qədim türk yazılı abidələri, müasir türk dilləri, müxtəlif mədəniyyət
abidələri haqqında çox dəyərli elmi tədqiqat işləri yazılmışdır. 1902-ci ildə yapon
keşişi Kont Otani Şərqi Türküstana ekspedisiyaya gedir və Dunhuanqda tapılan
qədim kitabxananın mühüm bir qismini Yaponiyaya gətirir. Yapon alimləri uyğur
abidələri və sanskrit dillər arasındakı əlaqələr, sənədlər, qədim əlyazmalara aid
müxtəlif yönümlü elmi tədqiqatlar aparmışlar (25).
189
Türk yazılı abidələrinin öyrənilməsində Çin uyğurşünaslığının xüsusi yeri
vardır. İlk növbədə onu demək lazımdır ki, qədim uyğur türkləri haqqında ilk tarixi
məlumatlar Çin mənbələrindən əldə edilmişdir. Bu mənbələrdə yuanhe, veihe,
huihe, huige, veivuer kimi müxtəlif adlarla adlandırılan qədim uyğur türkləri,
onların tarixi, mədəniyyəti, dini görüşləri, əlifbaları, yaratdıqları abidələr haqqında
müxtəlif səviyyələrdə araşdırmalar aparılmışdır. Uyğur tarixinin müxtəlif
dövrlərini əhatə edən tədqiqat işləri uyğurların qurduqları dövlətlər, dini inancları,
həyat tərzi, müsiqisi, arxeoloji tapıntılar, yazılı dili və s. haqqında maraqlı
məlumatlarla zəngindir. Bu gün Pekində müxtəlif dönəmə aid olan uyğur abidə-
lərinin minlərlə nüsxələri saxlanılır (26).
Özbəkistan alimləri Q.Sodiqov, K. Omonov, M.İsxoqov və başqaları özbək
ədəbi dilinin tarixi ilə bağlı olan araşdırmalarda qədim uyğur abidələrinə xüsusi
yer ayırmış, müasir özbək dilinin inkişafında qədim uyğurcanın, eləcə də qədim
uyğur yazılı abidələrinin rolunu xüsusi olaraq vurğulamışlar (17, 24).
Azərbaycanda uyğur abidələri əsasən Orxon-Yenisey abidələri ilə birlikdə
tədqiqata cəlb olundu. XX əsrin əvvəllərində B.Çobanzadə, Ə.Muznib, Ə.Abid,
X.S.Xocayev, Ə.Ağaoğlu, Ə.Cəfər, H.Zeynallı və başqaları qədim türkdilinə,
ədəbiyyatına, tarixinə, mədəni və maddi irsinə dair elmi araşdırmalar aparmışlar
X.S.Xocayev M.Kaşğarlının“Divanül Lüğət-it-Türk” əsəriniAzərbaycan dilinə
tərcüməetmiş, lakin işyarımçıqqalmış, alim repressiyaqurbanıolmuşdur. Türk
dünyasının ədəbi və dil tarixi xəzinəsinə dair qiymətli və dəyərli əsərlər yaradan
Ə.Müznib və onun qardaşı Ə.Abid öz məqalələrindəTurfandan tapılan əski türk
yazılı abidələrinin yazıldığı dövrdən XX əsrin əvvəllərinəqədər türk dilləri və
ədəbiyyatlarının keçdiyi tarixi inkişaf yolunu tədqiq etmiş, ümumtürk
ədəbiyyatının müxtəlif janrlarına aid əsərlərdən nümunələr vermişdir. XX əsrin 50-
ci illərindən başlayaraq Azərbaycan ədəbi dilinin türk dilləri arasındakı mövqeyi,
ədəbi dilin inkişaf yolu, tarixi fonetika, tarixi qrammatika, tarixi dialektologiya,
dilin müxtəlif kateqoriyalarını əhatə edən xüsusiyyətləri, ədəbi dil normaları, üslu-
biyyat məsələləri tədqiqata cəlb olundu. F.Zeynalov, M.Şirəliyev, H.Mirzəzadə,
A.Axundov, S.Əlizadə, T.Hacıyev, E.Əzizov, Ə.Şükürlü, Y.Məmmədov,
N.Cəfərov, M.Qıpçaq, N.Xudiyev, K.Nərimanoğlu, Ə.Rəcəbov, B.Xəlilov,
R.Əsgər, Ə.Amanoğlu, Ə.Rəcəbli və başqaları türkologiyanın müxtəlif
istiqamətlərinə dair yazdıqları elmi araşdırmalarda ümumi türkoloji məsələlər, türk
dillərinin təsnifi, türkologiyanın əsas prinsipləri, qədim və orta əsr türk yazılı
abidələri, o cümlədən, qısa da olsa uyğur abidələri, onların dil xüsusiyyətləri
haqqında fikirlərini bildirmişlər, qədim uyğur yazılı abidələrini də əhatə edən
dəyərli elmi monoqrafiyalar nəşr etdirmişdir (1, 2, 3, 4, 5, 6 və s.).
Geniş bir coğrafiyada yaşayan türk tayfaları olduqca zəngin bir mədəniyyətə
sahibdir və bu zənginlik həm də fərqli dil xüsusiyyətlərinin meydana gəlməsinə
əsas verən amillərdir. Bu baxımdan qədim türk dili, yazı sistemi, onun mənşəyi,
xüsusiyyətləri və keyfiyyətinin aydınlaşdırılması üçün qədim uyğur türklərinin
yazılı abidələrinin tədqiq olunması, onların sahib olduqları mədəniyyətin bütün
Dostları ilə paylaş: |