190
sahələrini əks etdirən araşdırmaların aparılması çağdaş türkologiyada mühüm
əhəmiyyət kəsb edir. Dünya türkoloji mərkəzlərində uyğur abidələri artıq sahələr,
janrlar, yazıldığı dil və üslub fərqliliyinə görə sistemləşdirilir, türk abidələrinin
yenidən oxunuşu və nəşri, dil xüsusiyyətlərinin tədqiqi davam etdirilir, abidələrdə
əks olunan dil faktları əsasında konkret bir türk dilinin tarixi müqayisəli yolla
araşdırılır. Doğrudur, bu gün də qədim türk yazılı abidələrinin və eləcə də, müasir
türk dillərinin tarixinin araşdırılması zamanı çatışmazlıqlar, elmilikdən uzaq, ifrat
patriotizmdən və ya dil faktlarının səthi araşdırılmasından doğan fərziyyələr,
fikirlər az deyil. Bəzən tədqiqat işlərində elmi əsası olmayan mülahizələrə də rast
gəlmək olur. Bu gün türkologiyanın vəziflərindən biri də əski türk yazılı
abidələrinin, o cümlədən uyğur abidələrinin dil quruluşunu araşdıraraq
köktürkcənin mənəvi və tarixi varisləri sayılan müasir türk dillərinin inkişaf
yollarını, istiqamətlərini öyrənməkdir. Ədəbi abidələrin fonetik, leksik, qrammatik
xüsusiyyətlərinin araşdırılması türk dillərinin sahib olduğu zəngin dil faktlarını
ortaya qoymaqda xüsusi əhəmiyyət kəsb edir. Qədim yazılı mətnlərdə əks olunan
dil faktlarının, söz ehtiyatının tədqiqata cəlb edilməsi təkcə bu dillərin tarixini,
inkişaf səviyyəsini deyil, türk dilləri ilə digər qonşu, yad və ya əqrəba dillər
arasındakı əlaqələrin, münasibətlərin tarixi kökünün, səviyyəsinin öyrənilməsi
cəhətdən də aktualdır. Türk xalqlarının ortaq dil abidələrinin araşdırılması, dil
quruluşunun sistemli, tarixi-müqayisəli fonda incələnməsi bu gün aktual olan ortaq
türk dili probleminin həlli, türk xalqlarının etnogenezisinə, türk dillərinin
tipologiyasına aid məsələlərin çözümü baxımından da önəmlidir.
ƏDƏBİYYAT
1.
Əski türk yazılı abidələrinin müntəxəbatı. (Tərtib edən: Əbülfəz Quliyev), Bakı:
Bakı Universiteti, 1992, 280 s.
2.
Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı: Bakı Universiteti
nəşriyyatı, 1999, 352 s.
3.
Hacıyev T.M. Azərbaycan ədəbi dili tarixi. Bakı: Maarif, 1987, 293 s.
4.
Kaşğarlı M. Divanü Lüğat-it-Türk. Dörd cilddə, (tərcümə edən və nəşrə
hazırlayan R. Əsgər), I cild, (512 s.), II c. (400 s.), III c. (400 s.), IV c. (712 s.), Bakı: Ozan,
2006.
5.
Rəcəbli Ə.Ə. Qədim türk yazısı abidələri, 4 cilddə. III cild. Qədim uyğur yazısı
abidələri. II hissə. Bakı: Elm və Təhsil, 2010, 499 s.
6.
Rəcəbli Ə.Ə. Qədim türk yazısı abidələri, 4 cilddə. III cild. Qədim uyğur yazısı
abidələri. I hissə. Bakı: Elm və Təhsil, 2010, 663 s.
7.
Chuastuanit, das bussgebet der Manichäer, hrsg. und übers. von W. Radloff. St.
Petersburg: Buchdruckerei der Kaiserlichen akademie
der wissenschaften, 1909.
8.
Le Coq A.von,Müller F.W.K. Chuastuanift. Ein sündenbekenntnis der
Manichaischen auditores. Gefunden in Turfan (Chinesisch- Turkistan), Yahre: Reimer in
Komm, 1911, 43p.
9.
Le Coq A.von. Chuastuanift, ein Sündenbekenntnis der manichaischen Auditores.
Gefunden in Turfan (Chinesisch-Turkistan). Berlin: (APAW. Phil.-hist. Cl. 1910. Anhang:
Abhandlungen nicht zur Akademie gehöriger Gelehrter. 4.) [Reprint in: SEDTF 1, 564-604].