282
Sən şəmi xəyalatı məsasən.
Sən məlhəmi ayatı “əsa” sən,
Sən sinəti xubani nəsasən”(3).
“Şəlalə”dən götürdüyümüz belə yazıları savadsız xalq necə oxuyub başa
düşər və sevə bilərdi.
Qədim tarixə malik olan Azərbaycan dilinin taleyi ilə yaxından
maraqlanmış digər yazıçılarımız kimi S.Hüseyn də onu yad təsirlərdən xilas
edilməsi, elmi əsaslar üzrə tərəqqisi uğrunda fədakarlıqla çalışmış, bu yolda öz
bilik, qüvvə və bacarığını əsirgəməmişdir.
“Şəlalə jurnalının sonrakı nömrələrində X.X.Səbribəyzadənin anlaşılmaz
yazılarının Azərbaycan dilinə tərcüməsi verilir. Osmanlı şivəsində məqalə yazan
mühərrirlər ciddi tənqid olunurlar” (“Şəlalə”, №42, 1913).
Jurnalın bu etirafını görən S.Hüseyn sanki dil ətrafında gedən mübahisələrə
yekun vuraraq yazırdı: “Şəlalə”çilər öz səhvlərini başa düşdülər. Bizim sözümüz
nəticə verdi. Artıq “Qafqaz şivəsi ilə üsuli kitabət”dən vaz keçdilər (4).
Ədəbi dilə münasibətdə düşüncə yönünə sadiq qalsalar da “Şəlalə”çilər
əxlaqi-ruhani dəyərlərin milli dil vasitəsi ilə qorunacağını bildirdilər. Odur ki,
tarixən qonşu dillər ilə (xüsusi ilə fars və ərəb) inteqrasiyada olan türk dilinin
(eləcə də Azərbaycan türkcəsinin) xəlqi mahiyyətini elitar səviyyəyə qaldırmaq
ciddi vəzifə sayılırdı. “Şəlalə” də deyilirdi:
Bu gün hankı bir türkçü vardır ki,
Unut fəlakəti-şəxsiyyənin məsayeni
Fəqət həqarəti əfv etmə validən Vətənə!
sözündəki ərəbi kəlmələri çıxarılsin və onların yerinə türkcə kəlmələr
istemal edərək, əslindəki lətafət və qüvvəti müdafiəyə müqtədir ola bilsin. Heç!
Milli dilə romantizminin nəzəri-estetik prinsipləri və sənətkarlıq tələbləri ilə
yanaşan “Şəlalə”çilər bu yolla Azərbaycan ədəbiyyatında xəlqi dəyərlərin yeni
keyfiyyətdə ifadəsinə çalışır, türklük hissiyyatı və şüurunun geniş yayılmasına
meydan açırdılar. “Xalqa doğru” şüarı Azərbaycan mühitində Anadolu türk
təcrübəsi ilə daha da gücləndirilir, milli, hiss, duyğu və düşüncənin canlı xalq
danışıq dili ilə əlaqəsinə üstünlük verilirdi. Bu zaman düzgün olaraq canlı xalq
danışıq dili ilə ədəbi dili eyniləşdirənlərin mövqeyi bəyənilmirdi. “Şəlalə”də bu
münasibətlə deyilirdi.
“Digər qismi də “ədəbiyyatın lisani-əvamdan fərqi yoxdur” – zənnində
bulunuyorlardı. Və misal olaraq İstanbuldakı türkçüləri biz də biliyor və
yazdıqlarını okuyor idik. Fəqət bi iddiaçılardan fazla olaraq bilib düşündüyümüz
bir şey vardır ki, o da şu idi. Dünyada lisani - ədəbisi ilə lisani - əvami
bir olan heç
bir millət yoxdur, olmaz” (6,384).
Dil və imla məsələlərinə xüsusi əhəmiyyət verən yazıçılar çox yaxşı
bilirdilər ki, bu iş mövsümi xarakter daşımır, belə ciddi məsələ ilə müntəzəm
surətdə məşğul olmaq, dildə sabit qanun-qayda yaratmaq, onun lüğət tərkibini
zənginləşdirmək üçün hələ çox çalışmaq lazımdır. Ədəbi dilə münasibətdə elitar