5
müstəqillik verilməsi” (самодовлеющее значение предмета) ifadəsinə e’tiraz
olunur. Qətnaməni oxuyan şəxs mübahisəni həll edə bilmir. Mübahisəni kəsmək
üçün yerdən təklif olunur ki, “самодовлеющий” sözü qətnamənin mətnindən
atılsın. B.Çobanzadə qalxıb izahat verir: “... Görünür, yoldaş belə başa düşür ki,
başqa fənlərin tədrisi ana dilinin ətrafında cəmləşdirilir. Dilin müstəqil rolu
(самодовлеющее значение) o deməkdir ki, müasir tədris metodikasında dilin
öyrənilməsi, indiyə qədər olduğu kimi, daha orfoqrafiyanın öyrənilməsi üçün
köməkçi predmet kimi nəzərdə tutulmur (həqiqətən, qədim yunanıstanda
qrammatika tə’limində məqsəd sözlərin düzgün yazılmasını öyrətmək olmuşdur və
XX əsrin əvvəllərinə qədər də həmin prinsip davam etmişdir. Söhbət məktəblərdə
qrammatika tə’limindən, ana dilinin tədrisindən gedir. – T.H.). Ana dilinin tədris
sistemində müstəqilliyi odur ki, dili bir fənn kimi öyrənərək, biz ümumtəhsil
fənlərini tamamlayırıq, dil öyrədilməsinə psixologiya və təbiət elmlərinin sırasında
müstəqil fənn kimi baxırıq” (Stenoqrafiçeskiy otçet, Baku-ASSR, 1926, s. 387-
388). Bu cavab hamını tə’min etdi, həmin termini qətnamənin mətnində saxladı və
bu gün elmi dəyəri olan pedoqoji fikirdir.
Bəkir Çobanzadə iki qurultay nümayəndəsindən biridir ki, iki mə’ruzə ilə
çıxış etdi: “Türk dillərinin yaxın qohumluğu” (üçüncü iclas), “Elmi
terminologiyanın sistemi haqqında” (səkkizinci iclas)
. Bu mə’ruzələrin yüksək
dəyərindən danışmaq niyyətində deyilik. Birinci mə’ruzə haqqında ümumi şəkildə
onu deyim ki, türkologiyada ilk dəfə Mahmud Kaşğaridən dərin elmi söhbət açan
B.Çobanzadə “Divan”ın müddəa və faktlarından çıxış edərək, həmin dövrdən
müasir zamanımıza qədər, ədəbi dil təzahürlərindən bugünkü canlı dialekt və
şivələrə qədər türklərin yaxınlığından, türkcələrdə anlaşmanın olmasından və bu
yaxınlıq və anlaşmanın tarixi şərtlərindən, qanunauyğunluğundan danışdı. Əslində
bu mə’ruzəsi ilə o, Fuad Köprülüzadənin mə’ruzəsi ətrafında qalxacaq ümumi türk
ədəbi dili müzakirəsi üçün elmi və faktoloji bünövrə yaratmış oldu.
Türkologiyada ümumtürk dili məsələsində xüsusi bir Bəkir Çobanzadə
mexanizmi var ki, burada qurultaydakı ikinci mə’ruzəsi ilə bağlı həmin problemə
toxunmaq istəyirəm.
Ümumtürk və ortaq türk ədəbi dili ideyasının yüzdən bir az çox yaşı olar.
Bu ideya bir daha Birinci Bakı Türkoloji qurultayında müzakirə predmeti oldu.
İdeyanın üzdə əleyhdarı yoxdur. Tərəfdarların bir qismi bu ideyanı sadəcə
alqışlayır, ancaq ona aparan yolu göstərmir. Yol göstərənlərin də təklifləri camaatı
razı salmır, e’tirazlar doğurur, mübahisələrə səbəb olur.
Mənim fikrimcə, elmi cəhətdən doğru – əsaslandırılmış, tarixi baxımdan
mümkün olan yeganə konsepsiya prof. B.Çobanzadəninkidir. B.Çobanzadə
ümumtürk ədəbi dilinin iqtisadi və mədəni faktorlarla şərtləndiyini göstərir.
İki məruzə edənlərdən biri də Türkiyə nümayəndəsi professor Fuad Köprülüzadədir.
6
Bunu ayrı-ayrı və ya dəstə-dəstə adamların alveri, epizodik, konsertlərin və
rəssamlıq sərgilərinin təşkili şəklində olan əlaqələrlə həll etmək olmaz. Bu, ardıcıl,
müntəzəm və davamlı tarixi ünsiyyət olmalıdır. Bu ünsiyyət xalqın həyatındakı
bütün sahələrə girməlidir. Ünsiyyətdə şifahi və yazılı nitqlər iştirak etməlidir.
Həmin ünsiyyət, əlbəttə, bazarı da, ancaq əlbəttə, birinci növbədə, təhsili nəzərdə
tutur. Ünsiyyətin birinci şəkli (bazar əlaqəsi) şifahi – danışıq, ikincisi (təhsil)
yazılı–ədəbi nitqlərin ümumiləşməsinə gətirir. Dil iki təzahürlü – danışıq və ədəbi
reallıqları ilə fəaliyyət göstərmirsə, ortaq məxrəc yarana bilməz. Buna görə də
B.Çobanzadə türk xalqlarının ünsiyyətini iqtisadi həyat və təhsil kompleksinin
birliyində görür. Görkəmli alim elm dilinin yaxınlaşması üçün məktəb tə’liminə
böyük əhəmiyyət verir. Məsələyə çox real yanaşan dilçi, görünür, beşik dili ilə
elmi dil arasında, yerli ana dili ilə ümumi ədəbi dil arasında ziddiyyət yaratmamaq
üçün inkişafın təbiiliyinə və tədriciliyinə ehtiyatla və diqqətlə yanaşır. Ümumi və
ya ortaq dil, əlbəttə, yerli canlı danışıq dili deyil, bədii əsərlərin, bayatıların,
laylaların dili deyil, kürsülərin və auditoriyaların dilidir, elmin və siyasətin dilidir,
terminlərin, professionalların dilidir. Buna görə də B.Çobanzadə bu işi yaşın və
intellektin artımı ilə bağlayır. Əvvələn, B.Çobanzadə hazır olan dillərdən birini
ümumi dil kimi götürmür. Görünür, alim iki cəhəti nəzərə alıb: 1. Bütün türk
xalqlarının zehni intellekti bir hazır dilə sığmaz, bu dil bütün türk soylarının
intellektinin ümümiləşməsi olmalıdır- yeni, zəngin, hamısından yüksəkdə duran bir
dil olmalıdır;2. Mövcudlardan birini götürəndə başqa qardaşlarda ögeylik
emosiyası dirçələ bilər.
Beləliklə, B.Çobanzadə olmalı olan ümumi dildə bütün mövcud ünsiyyət
təzahürlərinin, bütün türkcələrin iştirakını zəruri və təbii bilir.Və yeni örnəyin
yaradılma mexanizmində iqtisadi və təhsil faktorlarının mühüm yer tutacağını
vurğulayır. B.Çobanzadə yeni, ortaq ədəbi dilin formalaşmasında tədrislə bağlı 3
mərhələ görür: 1. Bir dərəcəli məktəblərdə yerli milli terminlərin işlənməsini
məqsədəuyğun sayır (indi ibtidai və ya ilk okul adlandırılan təhsil). Məsələn, eyni
anlayışı Azərbaycan türkləri su, qaraçaylar suu, çuvaşlar şıv, xakaslar suğ, özbəklər
suv, başqırdlar hıy kimi işlədirlər – bir kökdəndir, fonetik fərqlər var və bu fonetik
xüsusiyyətlər (özəllik) türkcələrin səs qanunlarına uyğun müəyyənləşib. Tövsiyə
olunur ki, ibtidai sinif şagirdləri öz dərs kitablarında bu sözü ata-anası, ətrafdakılar
necə deyirlər, elə işlətsinlər – özbək məktəblisi suv, çuvaç şıv, azəri su kimi yazsın
və oxusun. 2. İkinci dərəcəli məktəblərdə ümümtürk terminləri müəyyənləşsin
(indiki orta məktəb, orta okul təhsili). Yə’ni bu söz (su) türk dillərinin
əksəriyyətində necə işlənirsə və ya fonetik-morfoloji baxımdan hansı variant daha
mükəmməldirsə, o, ümumi söz-termin kimi qəbul olunmalıdır. Mən ən adi
sözlərdən birini, populyar biologiya termini, kimyəvi element kimi “su”yu misal
gətirdim (buhal, güc, dalğa – fizika terminləri, üçbucaq, vurma, bölmə - riyaziyyat
terminləri və s. müxtəlif örnəklərə də aiddir). Bu adi terminin də qəbulunda öz
problemləri var: sözün ən inkişaf etmiş, ən cilalı nümunəsi “su”dur. Ancaq türk
sözündə sonun samit olması daha tipik morfonoloji hadisədir. Bu baxımından
Dostları ilə paylaş: |