7
“suv” , “suğ” özünü önə verir. Söz dil komisyonlarınındır. Bu şəkildə orta məktəb
səviyyəsindəcə elm dilinin terminoloji əsası hazırlanır. Hər hansı bir elm
sahəsində (biologiya, riyaziyyat, qrammatika) özbək, azəri, başqırd... şagirdləri bir-
birini anlayar. Türk dünyası olimpiadalarında iştirak edə bilərlər. 3. Üçüncü
dərəcəli (indiki ali) məktəblərdə həmin ümumi türk bazası əsasında beynəlxalq
(uluslararası) terminologiya sisteminə qoşuluruq. Bu mərhələdə artıq hidrogen
(vodorod) və oksigen (kislorod) terminlərindən söhbət gedir. Bu halda, əvvələn,
beynəlmiləl söz fondu bütün türkcələrdə eyni olur, yəni hamısı beynəlxalq sözü ya
yunancadan, ya latıncadan və ya başqa bir Avropa dilindən götürməlidir; İkincisi,
həmin sözlər hər türkcənin yerli fonetik təzahüründə deyil, hamısında eyni tələffüz
və yazılışla işlənir.Beləliklə, müxtəlif türk dövlətlərinin universitet tələbələri
gələcəyin mütəxəssisləri öz ixtisas sahələrində bir-birilərini anlamaq səviyyəsində
olurlar.
B.Çobanzadə deyirdi ki, bu prinsiplə işlədikləri üçün Avropa alimlərinin
anlaşmasında problem yoxdur; məsələn, ingilis, alman, fransız riyaziyyatçısı,
bioloqu, ya kimyaçısı bir-birini başa düşür. Bu konkret əməli təklifdir. Tətbiq
mexanizmi aydındır. Deməli, bu, söz deyil, işdir.
Həmin üsulla, beşik nəğməsi ilə öyrəndiyi yerli türkcənin üstündə hər
övlad hərtərəfli türk yetişir; ümumtürk təfəkkürü yerli rənglərlə zənginləşir. Və
zaman-zaman ümumtürk düşüncəsi yerli coğrafi təzahürlərə monumental koloritini
zərrə-zərrə peyvənd edir.
Bəli, B.Çobanzadənin təklifi ən doğru və nəticə etibarilə tam mümkündür.
Ancaq onun həyata keçirilməsi uzunzaman tələb edir. Hətta zaman o dərəcəyə
qədər uzana bilər ki, tarixi-siyasi şərait bu işi aktuallıqdan salar. Buna görə də türk
dövlətlərinin yaxınlaşması, əlaqələrini sıxlaşdırması və genişləndirməsi üçün
tarixin bu gün verdiyi real şansdan - fürsətdən sürətli istifadə etmək gərəkdir.
Bugün türk xalqalarının hər biri haqqında düşünmək, onların iqtisadi və
siyasi qayğılarını himayə etmək iqtidarında olan bir türk dövləti var. Bu dövlət
tarix boyu dünyanın siyasi coğrafiyasının müəyyənləşməsində fəal iştirak etmiş
türkün indi həmin tarixi missiyanı yerinə yetirməyə qüdrəti olan Türkiyə
Cümhuriyyətidir. Özünün başqa türk dövlətləri ilə və qalan türk dövlətlərinin bir-
biri ilə iqtisadi-mədəni-siyasi əlqaələnməsində Türkiyə televiziyası fəal iştirak edir.
Bu əlaqələrdə birbaşa anlşmanı gücləndirmək üçün dil əvəzsiz vasitədir. Türkiyə
türk millətlərinin qohum və qardaşı olması ilə yanaşı, həm də bugün Türkiyə
sayılan, sözü keçən qüdrətli dünya dövlətidir. Buna görə də uluslararası -
beynəlxalq əlaqələrdə və bir-birilə əlaqalərdə yarayan bir xarici dil kimi Türkiyə
türkcəsini bütün türk xalqları öyrənməlidir. Qeyd: Türkiyə türkcəsinə “xarici dil”,
“yabançı dil”, “əcnəbi dil” demək nə qədər ağır səslənsə də, biz xarici dil
anlayışının müasir dünya mədəniyyətindəki məlum beynəlxalq statusunu nəzərdə
tuturuq. Yüngül-yüngül sözlərlə oynamaqdansa, bu sözün arxasındakı anlayışa
hörmət etməliyik. Bu həm də Türkiyə türkcəsinin və ümumiyyətlə, türkcənin
8
beynəlxalq statusunu böyüdür – otuza qədər türk dövlətində və ya muxtar
dövlətində xarici dil kimi tədris olunmaq ciddi tarixi-siyasi nüfuzdur.
İndi türk xalqlarının bir-birini asan anlaması üçün bu tədbirlər çox
zəruridir. Həmin tədbirlərin həyata keçirilməsi tədricən B.Çobanzadənin
konsepsiyasının reallaşması üçün də imkan yaradır.Bu işlərdən bəziləri dövlət
başçıları səviyyəsində görülməlidir, dilçilərin və ümumiyyətlə, professionalların
imkanı xaricindədir.
Elbrus Əzizov
BƏKİR ÇOBANZADƏ BƏDİİ DİLİN TƏDQİQATÇISI KİMİ
Azərbaycanda filologiyanın inkişafında böyük xidmətləri olmuş professor
Bəkir Çobanzadənin zəngin və çoxşaxəli elmi irsində bədii dil məsələlərinin
tədqiqi mühüm yer tutur. Görkəmli türkoloq Azərbaycanın həm klassik şair və
yazıçılarının, həm də XX əsrin 20-30-cu illərinin gənc yazıçılarının əsərlərinin
dilini araşdırmış, bu gün də öz əhəmiyyətini itirməyən diqqətəlayiq nəticələr əldə
etmişdir. B. Çobanzadənin bədii dil haqqında fikirləri əsas etibarilə onun "Xətainin
dili və ədəbi yaradıcılığı haqqında" tədqiqatında, "Füzuli və onun yeri", "Mirzə
Fətəli Axundovda azəri ləhcəsi", "Simurqun hekayələri", "Yazıçılarımızın dili
haqqında " məqalələrində öz əksini tapmışdır.
B.Çobanzadə 1935-ci ildə tamamladığı "Xətainin dili və ədəbi yaradıcılığı
haqqında" tədqiqatında Xətai əsərlərinin dil və üslub xüsusiyyətlərini diqqətlə
araşdırmış, Azərbaycan ədəbi dilinin inkişafında Xətainin rolunu yüksək
qiymətləndirmişdir. Araşdırmasını Xətai divanının Britaniya və Ərdəbil nüsxələri
əsasında aparan tədqiqatçı Xətaini öz şeirlərində Azərbaycan türk dilini daha geniş
və daha zəngin şəkildə işlədən, dilin müəyyən dialektoloji xüsusiyyətlərinə də yer
verən bir şair kimi səciyyələndirir. B.Çobanzadənin gəldiyi nəticəyə görə, XVI
əsrdə Xətainin ədəbi yaradıcılığı ilə Azərbaycan türk ədəbi dilində müəyyən və
əhəmiyyətli dəyişiklik baş verir ki, bunun da nəticəsində ədəbi dil köhnə və əsasən
türkcə fellər üzərində qurulmuş klassik ədəbi dildən uzaqlaşaraq, nisbətən məhdud
dairədə olsa da, canlı danışıq dili üzərində inkişaf edir. O, Xətainin bədii dilini
ədəbi dil tarixində müəyyən bir mərhələnin başlanğıcı kimi dəyərləndirir:
"Xətainin əsərlərində işlətdiyi dil bu sahədə müəyyən mərhələnin başlanğıcı olub,
bu zamandan etibarən İran Azərbaycanı türk ləhcəsi və çox mümkün ki, bu
ləhcənin müəyyən şivəsi (məsələn, Təbriz şivəsi) ümum Azərbaycanın ədəbi dili
əsasını təşkil edir. Bu vəziyyət təxmini olaraq XVIII miladi əsrə, yəni Molla Pənah
Vaqif və Molla Vəli Vidadi kibi Qafqaz Azərbaycanı şairlərinin meydana
çıxmasına qədər davam edir" (1, 317).
B. Çobanzadə "Füzuli və onun yeri " (1925) məqaləsində Füzulinin bədii
Əzizov Elbrus – Bakı Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru.
Dostları ilə paylaş: |