Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə149/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   145   146   147   148   149   150   151   152   ...   158

317 
 
Bütün dediklərimizi yekunlaşdıraraq, bu qənaətə gəlirik ki, dilimizin bütün 
leksik-semantik 
sahələrində 
olduğu  kimi,  hərbi  terminologiyasının  da 
formalaşmasında  və  zənginləşməsində  Azərbaycan  dilinin  daxili  imkanları  ilə 
yanaşı,  beynəlmiləl  hərbi  terminlər  də  xüsusi  rola  malikdir.  Bu  dil  vahidləri 
beynəlmiləl  mahiyyət  daşıyan,  bütün  xalqların  həyatında  mühüm  yer  tutan 
beynəlxalq  hərbi  quruculuq  işinin  ümumi  axınına  qoşulmağa,  bu  sahəyə  aid 
anlayışların  dil  vahidləri  ilə  optimal  şəkildə  dəqiq  ifadə  olunmasına  və  dilimizin 
dünya  dillərinin hərbi leksik  qatına  inteqrasiyasına  yaxından kömək edən  əsas və 
aparıcı  amillərdən  biri  kimi  əhəmiyyətlidir.  Deməli,  dünyanın  müxtəlif  dillərində 
olduğu  kimi,  dilimizin  lüğət  tərkibində  də  beynəlmiləl  qatın,  o  cümlədən 
beynəlmiləl  səciyyə  daşıyan  hərbi  terminlərin  çoxluğu  və  müxtəlifliyi  dillərin 
inkişaf zəruriliyindən doğur. Bu proses dillərin daxili inkişaf qanunları ilə yanaşı, 
dünyanın  mədəni  dillərinə  qovuşan  hər  bir  dilin  inkişaf  etməsinə  də  güclü  təsir 
göstərir. 
Beynəlmiləl  sözlərin  çoxsaylı  və  müxtəlifsistemli  dillərdə  yayılması 
reseptor  dilin  inkişaf  qanunlarına  mane  olmayıb,  əksinə  onun  daxili  qanunlarını 
zənginləşdirir.  Dillərin  qarşılıqlı  əlaqəsi  nəticəsində  yaranan  yeni  fonetik  və 
qrammatik formaların daha da inkişaf etməsinə, leksik fondun inkişaf imkanlarını 
genişləndirməyə  imkan  verir.  Təbii  ki,  bu  qarşılıqlı  əlaqə  cəmiyyətin  və  dünya 
dillərinin müasir inkişaf səviyyəsində qaçılmaz fakt kimi özünü göstərir və inkişaf 
səviyyəsi müxtəlif olan bütün dillərdə müşahidə olunur. 
Beynəlmiləl 
sözlər 
dilimizin 
fonetik, 
qrammatik, 
qanunlarına 
uyğunlaşdırılaraq, bu qanunlara tabe etdirilərək qəbul olunur. Alınmalardan fərqli 
olaraq,  beynəlmiləl  sözlərin  mənimsənilməsində  aralıq  dilin  təsirləri  də  nəzərə 
alınır.  Çünki  hər  bir  beynəlmiləl  dil  vahidinə  aralıq  dil  də  öz  möhürünü  vurur, 
əvvəlcə öz  fonetik, qrammatik qanunlarına  uyğunlaşdırır, sonra isə digər reseptor 
dilə ötürür. 
Beləliklə,  Azərbaycan  dilçiliyində  hərbi  leksikanın  araşdırılmasıhər 
zamanın  aktual  məsələsidir.  Müstəqil  dövlətin  hərb  işi  milli  dilin  imkanları  ilə 
nizamlanmalıdır.  Bunun  üçün  dilimizdə  mövcud  olan  yeni  yaranan  terminlərin 
xarakterik linqvistik xüsusiyyətləri dəqiq araşdırılmalıdır. Bu sahədə hər dir addım 
Azərbaycan  ordusunun  formalaşdırılmasına,  hərbi  dilin  zənginləşdirilməsinə,  bu 
dilin elmi əsaslarla nizamlanmasına və təkmilləşdirilməsinə yönəlməlidir. 
 
ƏDƏBİYYAT 
1.
 
Xəlilova S. İnternasional terminlər. Bakı: Maarif, 1991 
2.
 
Qasımov İ. Azərbaycan terminologiyasının əsasları. Bakı:  “Kitab aləmi”, 2011 
3.
 
Qasımov İ. Azərbaycan dilində hərbi terminlərin yaranma yolları. Bakı: Nurlan, 
2000 
4.
 
Qasımov M.  Azərbaycan dili terminologiyasının əsasları. Bakı: Elm, 1973 
5.
 
Məmmədli Y. Azərbaycan dilinin hərbi leksikası. Bakı: BDU, 1997 
 


318 
 
Gülər Hidayətova

 
 
DİLİN LEKSİK SİSTEMİ - TERMİNLƏR 
 
Hər  bir  dilin  leksikasının  təşkil  olunduğu  söz  qatları  iki  böyük  qrupda 
ümumiləşdirilir: ümumişlək olan və ümumişlək olmayan sözlər. 
Ümumişlək olmayan sözlərə terminlər, dialektizmlər, arqo və jarqon sözlər, 
arxaizmlər və s. daxildir. 
Dünya dillərində terminoloji sisteminin formalaşması çox uzun sürən tarixi 
bir prosesdir. 
Elm,  texnika,  mədəniyyət,  siyasət,  iqtisadiyyat,  idman  və  digər  sahələrədə 
daima  inkişaf  getdiyi  üçün  termin  sahəsində  də  yeniləşmə,  inkişaf  qaçılmazdır. 
Qlobal    inkişaf    şəraitində  tələbat,  zərurət  əsasında  meydana  gələn  hər  hansı  bir 
söz, ifadə dilin leksik sistemində özünə yer tutaraq, digər dil vahidləri ilə əlaqədə 
olur. 
“Mürəkkəb  proseslərin    müxtəlif  sahələri  ilə  bağlı  linqvistik  mövqedən 
tədqiq  olunası  onlarca  elmi-nəzəri  məsələ  və  mövzu  meydana  gələrək  nəzərləri 
cəlb  edir.  Buna  görədir  ki,  dilin  lüğət  tərkibinə  dair  çoxsaylı  problemlər  heç  vaxt 
dilçiliyin  tədqiqat  gündəliyindən  tamamilə  çıxmır.” 
1
(A.Q.  “  Azərbaycan  dilçiliyi 
problemləri”  Ic. Bakı. 2004. s.65) 
Dilin  lüğət  fondunun  böyük  bir  qismini  terminlər  təşkil  edir.  Termin 
xüsusiləşdirilmiş  mənasi  olan  sözlərdir  və  konkret  olaraq  hər  hansı  bir  sahəyə, 
elmə  aid  olur.  Terminləri  elmlərin  əlifbası  adlandırırlar.  Dünya  praktikasında 
elmlər  müxtəlif  qruplara  bölündüyü  üçün  terminlər  də  müxtəlif  qruplarda 
ümumiləşdirilir: 
1.
 
İctimai elmlərə aid terminlər 
2.
 
Təbiət elmləri terminləri 
3.
 
Texnika elmləri terminləri 
Eyni 
zamanda 
ictimai 
elmlərə 
fəlsəfə, 
dilçilik, 
pedaqogika, 
ədəbiyyatşünaslıq da daxil olduğu üçün onlara aid olan terminlər də ictimai elmlərə 
məxsus terminlərə daxil edilir. 
Hər bir elm və həmin elmə aid terminin xüsusi yaranma tarixi, inkişaf tarixi, 
səciyyəvi cəhətləri vardır. Həmin cəhətləri terminologiya  sahəsi öyrənir. 
Terminologiya terminlər haqqında nəzəri təlimdir. Ta qədimdən başlayaraq 
bu günə qədər bütün elm sahələri üzrə elmi təfəkkürün ifadəçisi olan sonsuz sayda 
termin yaranmış və yaranmaqdadır. 
Terminlər  sisteminin  yaranması,  formalaşması,  inkişafı  və  s.  terminoloji 
problemlərin  tədqiqi,  həlli  vacib  məsələlərdən  biridir.  Terminlər  müntəzəm, 
intensiv şəkildə işlənməli və nəzarətdə saxlanmalıdır. 
                                                           

Hidayətova Gülər - Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantı. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə